Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

qüvvəsinin təsiri altında bir qədər sıxılacaqdır, yəni tikənin həcmi əvvəlki V
1
 həcmindən
∆V – qədər kiçilib, V
2
 – həcminə malik olacaqdır. 
V
1
 – V
2
 = ∆V
Xırdalanma   zamanı   sərf   edilən   işin   materialın   həcminin   kiçilməsinə   olan   düz
mütənasibliyini ifadə edən riyazi asılılıq aşağıdakı şəkildə yazıla bilər:
V
K
A


2
2
burada: A
2
 – xırdalanmanın faydalı işi;
∆V – materialın xırdalanmadan əvvəl və sonrakı həcmləri arasındakı
fərq;
K
2
 – mütənasiblik əmsalıdır.
Beləliklə, sərf edilən iş yeni yaranmış zərrəciklərin sahəsi və səthin deformasiya
həddi ilə mütənasibdir.
Xırdalanma   nəzəriyyəsinə   görə;   görülən   faydalı   A   –   işi,   yeni   hissəciklərin
səthinin yaranmasına və materialın dağılmadan əvvəl deformasiyasına sərf edilən işlərin
cəminə bərabər olur. Yəni 
 
V
K
F
K
A
A
A








2
1
2
1
Ümumiyyətlə, xırdalanma zamanı görülən iş aşağıdakı ifadələrin köməyi ilə təyin
olunur: 
4







 

D
d
KV
A
1
1
1
1
, Coul 
E
V
V
A




2
)
(
2
1
2
2

, Coul 
burada: K – xırdalanma zamanı materialın 1 sm
2
 yeni səthinin əmələ gəlməsinə
sərf edilən işin miqdarını əks etdirən əmsal;
V
1
  və   V
2
  –   xırdalanmadan   əvvəl   və   sonra   xammal   hissəciklərinin
həcmi, sm
3
;
D və d – xırdalanmadan əvvəl və sonra xammal tikələrinin ölçüləri, sm;
F
P


 – materialın sıxılmada dağılma gərginliyi, N/sm
2
;
E   –   xammalın   xüsusiyyətlərini,   onun   elastikliyini,   bərkliyini
xarakterizə edən və Yunq modulu adlanan həddir.
Materialın   xırdalanması   üçün   tələb   edilən   enerji   və   ya  işin   həddini   bilməklə,
xırdalanma maşınlarının gücünü,   k i l o v a t   ölçü vahidləri ilə hesablayırlar.
Xırdalama maşınları
Xırdalanma   proseslərinin   mövcud   təsnifatına   uyğun   olaraq,   iri   və   orta
xırdalanmanı yerinə yetirən maşınları –  d o ğ r a y ı c ı l a r,   kiçik, narın və kolloid
xırdalanmanı yerinə yetirən maşınları isə –   d ə y i r m a n l a r    adlandırmaq qəbul
olunmuşdur.
Qida sənayesində, böyük ölçülü xammallardan, kiçik ölçülü və narın xırdalanmış
məhsul istehsal etmək, labüdlüyünə tez – tez rast gəlinir. Ona görə də, belə xammalların
emalında, texnoloji axın xətlərində ardıcıl yerləşdirilmiş doğrayıcı və dəyirmanlardan
birgə   istifadə   etmək   lazım   gəlir.   Ümumiyyətlə,   xırdalanma   prosesləri   üçün   elə
xırdalayıcı maşınlar və ya    d ə y i r m a n l a r    seçilməlidir ki, bunlar tələb edilən
xırdalanma dərəcəsini təmin edə bilsin. 
İri xırdalanma. Qida sənayesində bu xırdalanma növündən çox da geniş istifadə
olunmur. İri xırdalanma prosesini yerinə yetirmək üçün adətən yanaqlı və ya konusvari
xırdalayıcı maşınlardan istifadə edilir. Bu növ xırdalanma maşınlarında proses sıxılıb
əzilmək metodu ilə həyata keçirilir.
5


Yanaqlı və konusvari xırdalayıcıların sxemi aşağıdakı  1 – ci və 2 – ci şəkillərdə
göstərilir. 
Şəkil 1. Yanaqlı xırdalayıcı
1, 2 – yanaqlar; 3 – maxovik; 4 – yay.
Şəkil 2. Konusvari xırdalayıcı
6


Yanaqlı xırdalayıcının əsas işçi orqanı 1 və 2 yanaqları hesab olunur, onlardan
biri tərpənməz, ikincisi isə irəli – geri hərəkət etmək qabiliyyətinə malikdir. Yanaqların
arasına daxil olan material, ikinci yanağın irəli – geri hərəkəti nəticəsində  sıxılaraq
xırdalanır.
Yanaqlı   və   konusvari   xırdalayıcılar   böyük   məhsuldarlığa   malikdirlər.   Onlar   1
saniyədə   0,5   kq   məhsul   xırdalamağa   imkan   verirlər   ki,   bu   da   təqribən   15   t/saata
bərabərdir.   Belə   xırdalayıcılar   quruluşca   olduqca   sadədirlər,   lakin   işlədikləri   zaman
güclü səs və təkana malik olmaları, xırdalayıcıları materialın qeyri – bərabər ölçüdə
olması bu maşınların qatışmayan cəhətidir. 
Orta   və   kiçik   xırdalanma.  Orta   və   kiçik   xırdalanma,   qida   sənayesi
müəssisələrində tez – tez istifadə edilən proseslərdəndir. Məsələn, un istehsalında, yağ –
piy   sənayesində,   qənnadı   məhsulları   istehsalında,   meyvə   –   tərəvəz   konservləri
istehsalında     və   s.   sənaye   sahələrində   qida   xammallarını   orta   və   kiçik   xırdalanma
dərəcəsində xırdalamaq lazım gəlir. Göstərilən sənaye sahələrində bu məqsədlə vallı
xırdalayıcılardan   istifadə   olunur.   Məhsulların   xırdalanma   dərəcəsindən   asılı   olaraq,
müxtəlif quruluşlu vallı xırdalayıcıların sxemi 3 – cü b, c və d  şəkillərində göstərilir:
          
Şəkil 3. Vallı xırdalayıcılar 
7


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə