burada:
i = 1 + α – Vant – Hoff əmsalı;
α – həll olan maddənin dissosasiya dərəcəsi;
R – qaz sabiti;
T – məhlulun mütləq (absolyut) temperaturu,
o
K;
x – həll olan maddənin qatılığı, q/mol;
M – həll olan maddənin molekul çəkisidir, q/mol.
(1) tənliyindən göründüyü kimi, məhlulların osmotik təzyiqi onların temperaturu
və qatılığı ilə düz, həll olan maddənin molekul çəkisi ilə tərs mütənasibdir.
Membran metodlarından istifadə edilməklə alınmış məhsulların keyfiyyəti,
hazırlanmış məsaməli membranların keyfiyyətindən çox asılıdır. Belə membranların
hazırlamaq üçün polimer pərdələr, məsaməli şüşə, metallı – keramika və başqa
materiallardan istifadə olunur. Hazırlanmış membranlar istehsalatda tətbiq
edilmək üçün
aşağıdakı tələbatlara cavab verməlidirlər:
– Yüksək ayırıcılıq qabiliyyətinə – selektivliyə malik olmalı;
– Seçərək bir maddəni keçirməli, digərini isə keçirməməli;
– Yüksək xüsusi məhsuldarlığa – keçiriciliyə malik olmalı;
– Mikroorqanizmlər və ayrılan fazanın təsirinə qarşı dözümlü olmalı;
– Kifayət qədər mexaniki möhkəmliyə və membranların ekspluatasiyası
prosesində texniki xüsusiyyətlərin daimiliyinə malik olmalı;
– Toksiki maddələrə malik olmamalı;
– Dəyəri yüksək olmamalı.
Qida sənayesində asetat – sellüloza əsasında hazırlanan polimer membranlar və
həmçinin Ukrayna Respublikası Elmlər Akademiyası tərəfindən təklif edilmiş metodla
hazırlanan polietilentereftalat membranlar çox geniş miqyasda tətbiq olunurlar. Bu
membranlar nisbətən ucuz maya dəyərinə malik olmaqla, toksiki qatışıqlardan
azaddırlar. 90 . . . 99 % selektivliyə malikdirlər, 1 saatlıq məhsuldarlıq 70 l/m
2
– na
bərabərdir. Onlar məsamələrin tutulmasına və PH 3 . . . 7 aktiv turşuluqlu turşuların
təsirinə qarşı dözümlüdürlər. Nəzərə almaq lazımdır ki, təzyiq altında iş prosesi zamanı
belə membranlar yüksək elastiklik xassələrinə malik olmaqla, möhkəmlənirlər və təzyiq
azaldıqdan sonra onların strukturu tamamilə bərpa olunmur. Buna görə də təzyiqin
artması ilə membranın selektivliyi, yəni ayırıcılıq qabiliyyəti artır, keçiriciliyi isə azalır.
3