PraysvoterhausKupers Qlobal (PwC) dünyada peşəkar xidmətlər göstərən ən böyük



Yüklə 83,98 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü83,98 Kb.
#65197

background image
PraysvoterhausKupers  Qlobal  (PwC)  -  dünyada  peşəkar  xidmətlər  göstərən  ən  böyük 

şəbəkələrdən  biridir.  Bugünkü  PwC  şəbəkəsi  1998-ci  ildə  hər  ikisi  Londonda  yerləşən  “Price 

Waterhouse”  və  “Coopers  &  Lybrand”  şirkətlərinin  birləşməsi  nəticəsində  yaranmışdır.  “PwC 

Qlobal”  şəbəkəsi  158  ölkədə  fəaliyyət  göstərir  və  əməkdaşlarının  ümumi  sayı  236  min  nəfərdir. 

PwC  audit,  vergi,  hüquq  və  məsləhət  xidmətləri  sahəsində  keyfiyyəti  təmin  etməklə  yanaşı, 

şirkətlərə  və  insanlara  qazanmaq  istədikləri  dəyəri  yaratmağa  kömək  edir.  Şirkətin  müştəri 

portfelinə  yeni  və  inkişaf  etməkdə  olan  müəssisələrlə  yanaşı  dünyanın  aparıcı  transmilli 

şirkətləri, böyük ailə şirkətləri, dövlət müəssisələri, QHT-lər və özəl şirkətlər daxildir. Cəmiyyətdə 

etimad yaratmaq və mühüm problemləri həll etmək Şirkətin əsas məqsədlərindən biridir.  

 

Azərbaycanda  1995-ci  ildə  fəaliyyətə  başlamış  PraysvoterhausKupers  Azərbaycan  respublikada 



peşəkar  xidmətlər  göstərən  ilk  beynəlxalq  şirkətlərdən  biri  olmuşdur.  Son  20  il  ərzində  Şirkət 

yerli iqtisadiyyata və biznes mühitinə əhəmiyyətli dərəcədə investisiyalar qoymuş və bu ənənəsini 

davam  etdirməkdədir.  PwC  Bakı  ofisində  müştərilərə  yüksək  keyfiyyətli  xidmətlər  göstərərək 

dəyər  qazandıran  partnyorlar  və  seçilmiş  beynəlxalq  mütəxəssislərdən  ibarət  140-dan  çox  işçi 

çalışır.  PwC  Azərbaycan  PwC  Qlobal  şəbəkəsinin  150  ildən  artıq  təcrübəsi,  misilsiz  bilik  və 

praktiki  səriştəsindən  faydalanmaları  üçün  biznes  təşkilatlarına,  dövlət  idarələrinə  və  özəl 

şirkətlərə xidmətlər göstərir.    

 

PwC Azərbaycan müştərilərin ehtiyaclarına cavab vermək məqsədilə son bir neçə il ərzində audit 



və  vergi  məsləhəti  xidmətləri  sahəsində  öz  imkanlarını  daha  da  genişləndirmiş  və  hüquqi 

məsləhət,  biznes  məsləhət  xidmətləri  və  PwC  Akademiyası  kimi  xidmət  sahələrini  inkişaf 

etdirmişdir. PwC müştərilərə göstərdiyi xidmətlərin keyfiyyəti ilə yanaşı, onların əməkdaşlarının 

da  peşəkar  inkişafında  tam  qərarlıdır.  Son  20  il  ərzində  PwC  Azərbaycan  çox  sayda  yüksək 

səriştəli  peşəkar  mütəxəssislər  üçün  təlimlər  keçmiş  və  onların  peşəkarlıq  səviyyəsini  inkişaf 

etdirmişdir.  Onlardan  bir  çoxu  hələ  də  şirkətdə  çalışır,  bəziləri  isə  Azərbaycanda  özəl  sektorda 

fəaliyyət göstərir.  

 

Şirkət  Azərbaycana  verdiyi  töhfəsindən  xüsusilə  qürur  duyur  və  ölkənin  rifahı  yolunda  onu 



dəstəkləməyə və səylə çalışmağa qərarlıdır. 

 

2017-ci  ildə  Yapı  Kredi  Bank  Azərbaycan  maliyyə  ili  üzrə  auditin  həyata  keçirilməsi  üçün  PwC 



kənar auditor şirkəti seçilmişdir. 

Yüklə 83,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə