Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Az ərbaycan xalqına təbriki



Yüklə 240,71 Kb.

səhifə1/8
tarix09.08.2018
ölçüsü240,71 Kb.
  1   2   3   4   5   6   7   8


Biblioqrafik göstərici 

Bakı-2017 


 

 



 

 

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə 

Az

ərbaycan xalqına təbriki 

Əziz həmvətənlər!

 

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı və xoş əhval-

ruhiyyə arzulayıram.

 

Novruz  bayramı  ulu  babalarımızın  zəngin  mənəvi  aləmini  dolğun  təcəssüm  etdirir.  Ən  qədim 



təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. 

Odlar  diyarına  onun  hər  gəlişi  min  illərin  ənənəsinə  uyğun,  rəngarəng  mərasimlər  və  el  şənlikləri  ilə 

müşayiət  olunmuşdur.  Milli  özünüdərkin  təşəkkülündə  müstəsna  mövqeyə  malik  Novruz  ənənələri 

çoxəsrlik  tarixi  keçmişinə  daim  ehtiramla  yanaşan  xalqımızın  dünya  mədəniyyətinə  misilsiz 

töhfələrindəndir.  Həmin  ənənələrin  müqəddəs  ərməğan  kimi  həmişə  uca  tutulması  və  layiqincə 

yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

 

Bahar  bayramı  dövlət  müstəqilliyimizin  nailiyyəti  olaraq  rəsmi  statuslu  əsl  ümumxalq  bayramı 



səviyyəsində  ölkəmizin  bütün  guşələrində  qeyd  edilir.  Qloballaşma  dalğasının  geniş  vüsət  aldığı  və 

dünyanı  sürətli  dəyişikliklərə  məruz  qoyduğu  bir  vaxtda  o,  tükənməz  mənəvi  gücü  sayəsində  dini-

mənəvi  dəyərlərimizə,  tarixi-mədəni  irsimizə  bağlılığımızın  təntənəsinə  çevrilmişdir.  Yaz  bayramı 

yeniləşdirici ruhu və ilıq nəfəsiylə insanlar arasında səmimi münasibətlərə yol açır, dostluq, mərhəmət 

və bərabərlik duyğularını gücləndirir, cəmiyyətin inkişafının ahəngdarlığını təmin edir. Onda gələcəyə 

inam aşılamaq və könüllərdə ülvi duyğular oyandırıb xeyirxahlığa sövq etmək qüdrəti vardır. Ən yüksək 

dəyərləri  özündə  topladığı  üçün  də  belə  bir  mənəviyyat  xəzinəsi  bəşəriyyətin  mədəni  irs  nümunələri 

siyahısında yer almışdır.

 

Mən  torpaqlarımızın  müdafiəsində  mətinliklə  dayanan  Azərbaycan  əsgərinə  bayram  təbriklərimi 



yetirirəm.  Vətənimizin  ərazi  bütövlüyünün  qorunması  uğrunda  şəhid  olmuş  qəhrəman  övladların 

unudulmaz xatirəsini bir daha ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.

 

Dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi Novruz bayramını xaricdə yaşayan soydaşlarımızın milli 



məfkurə işığında bizimlə birgə qeyd etmələri onlarda yurdumuza bağlılıq hisslərini gücləndirir.

 

Arzu edirəm ki, öz gəlişiylə bu gözəl bayram hər evə, hər ocağa bol ruzi-bərəkət gətirsin və hamınıza 



yeni sevinclər bəxş eləsin.

 

Xalqımızın əziz Novruz bayramı mübarək olsun! 



 

  

İlham Əliyev



 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 mart 2017-ci il.

 



 

 



 

Novruz bayramının tarixi kökl



əri və 

qaynaqları haqqında 



 

İnsanları  baharın  gəlməs,  təbiətin  oyanması,  həyatın 

canlanması  ilə  müjdələyən  Novruz  bayramı  tariximizin 

müxtəlif  dövrlərində  bəzi  təzyiqlərə,  süni  maneələrə 

məruz  qalmasına  baxmayaraq,  bu  günə  qədər  gəlib 

çatmışdır.  Bu  milli  bayramımızın  indi  dövlət 

səviyyəsində  geniş  qeyd  olunması  Azərbaycanın 

müstəqilliyinin bəhrələrindəndir. 

                                                           

Heydər Əliyev  

 

Bayramlar  içind

ə  bir  bayram  var:  ən  əziz,  ən  doğma,  ən  sevimli  bir  bayram  – 

Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim 

milli bayramımızdır.

  

           



Q

ədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan zalqının əski çağlardan 

daşıyıb  gətirdiyi  mənəvi  dəyərlər  sistemində  Novruz  bayramının  özünə  məxsus  yeri 

vardır.  

 

Novruz  növ-t



əzə    gün  deməkdir.  Yəni təzə  gün    ilin başlanğıcı  eaz  ayının gəlişi 

dem


əkdir. Novruzun yaranma tarixi ibtidai icma quruluşunun   inkişaf edənmərhələsi ilə 

bağlıdır. 

Bəzi  mənbələrdə  isə  Novruzun  Babilistanda  eradan  əvvəl  3-cü  minillikdə 

keçirildiyi bildirilir. 

Novruz şimal yarımkürəsində astronomik yazın başlanğıcı-gecə ilə 

gündüzün bərabərliyi qovuşuğunda icra edilən ən qədim xalq bayramıdır. 

Elmi 

araşdırmalar  Novruz  bayramının  tarixini  çox  əski  çağlarla  –  Zərdüşt  pey-



ğəmbərimizin  yaşadığı  dövrlə  bağlayır,  onun  yaşını  ən  azı  3700,  ən  çoxu  5000  ilə 

bərabər edirlər.  Novruzla bağlı ilkin inanclar və  mərasimlər qədim İran  mənbələrində 

“saka”, yunan mənbələrində “iskit”, “Avesta”da “tur” və ya “turanlı”, müasir rus elmi 

ədəbiyyatında isə “skif” adlandırılan etnoslar arasında yayılıb. 

Novruz  artıq  bütün  müsəlman  aləminə  aid  bayramdır.  Müsəlmanlar  bu  bayramı 

Həzrəti Əli ilə bağlayır və qəbul edir. Novruz türklərdə yaransa da  sonrakı mərhələdə 

bütün Şərq xalqlarına yayılıb. Həzrəti Əlinin Novruz adlı bir gənc dostunun olduğu nəql 

edilir.  Maraqlıdır  ki,  digər  müsəlman  xalqları  bu  bayrama  Əli  bayramı  deyir.  Hansı 

torpaqda müsəlman inancı olan insanlar yaşayırsa ta qədimdən bu bayramı icra edirlər, 

bu bayram 

artıq onların adət-ənənələrinə qarışıb. 

 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə