Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Az ərbaycan xalqına təbriki



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix09.08.2018
ölçüsü1,83 Mb.
#62113
1   2   3   4   5   6   7   8

 

 



 

 

 

 



Novruz bayramına qədər dörd çərşənbə qeyd edilir: su, od, yel və torpaq çərşən-

b

ələri.  Bu  çərşənbələr  bürcləri  özündə  birləşdirən  ünsürləri  bildirir,  insanın  4 



ünsürd

ən yaradılışını simvollaşdırır.

 

 

 



2017-ci ild

ə fevralın 21-də ilk çərşənbə - Su, fevralın 28-də Od, martın 7-də Hava 

(Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

 

 

Su ç

ərşənbəsi: 

 

 İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.  

 Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, 

bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.  

 Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir.  

 Su  çərşənbəsi  ilə  əlaqədar  çoxlu  sayda  inanclar,  fallar,  türkəçarələr, 

bayatılar, əfsanələr və rəvayətlər var. 

 İlk çərşənbənin gəlişi ilə evlərdə təmizlik işləri aparılır.  

 Qızlar bulaqlardan sərin, şirin su gətirərlər, evin ətrafına çiləyər, üzlərini 

yuyarlar. 



 

     

 

 

 

 

 


 

 



 

Od ç

ərşənbəsi 

 

İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi 



tanınan  Od  çərşənbədir.  Od  çərşənbəsi  qədim  insanların  Günəşə,  oda  olan 

inamından  qaynaqlanıb.  Adət-ənənəyə  görə,  bu  gün  tonqal  qalayıb,  alovun 

üz

ərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.



 

 

     


 

 

 

Yel ç

ərşənbəsi

 

 



Xalq  arasında  "Külək  oyadan  çər-

şənbə”,  "Küləkli  çərşənbə”  kimi  tanınan 

Yel  çərşənbəsi  ilaxır  çərşənbələrin 

üçüncüsüdür.  İnama  görə  bu  çərşənbədə 

oyanan 

yel,  külək  oyanmış  suyu,  odu 



hərəkətə gətirir. 

  

  Şifahi  xalq  yaradıcılığındaYelin 



tanrı  olması  ilə  bağlı  müxtəlif  nəğmə, 

əfsanə,  rəvayət,  mif,  inanc,  məsəl  və  s. 

yaranıb. 

 

  İnanclara  görə,  Yel  baba  xırmana 



gəlməmişdən  qabaq  oradan  buğda,  dən  götürməzlər.  Sovurulmamış 

buğdagötürənin  oğlu  ölər.  Yeli  əsdirəni  söyməzlər.  Yel  çərşənbəsi  gecəsi  söyüd 

ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini 

eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. 

   

 



 

 



 

  Yel  çərşənbəsində  qadınlar  axır 

çərşənbə 

üçün 


hazırlıqlar 

görürlər.  Ev  əşyaları  təmizlənir, 

xalça-

palaz çırpılır, yorğan-döşək 



havaya  verilir.  Xanımlar  uşaqlar 

üçün təzə paltar biçib-tikir. 

 

  Qız-gəlinlər qoz-fındığı ləpələyib 



şirniyyat 

hazırlığı 

tədarükü 

g

örürlər.  Həmin  gün  bir  qarış 



böyümüş  səməninin  ortasına 

qırmızı qumaş bağlanır. 

 

  Yel  çərşənbəsi  günü  tonqallar 



qalanır,  evlərdə  südlü  plov 

bişirilir.  Süfrəyə  daha  çox  quru  meyvə  və  dənli  bitkilərdən  hazırlanmış  çərəzlər 

düzülür. 

 

 



 

İlaxır  çərşənbə:Son  çərşənbə 

xalq  arasında  "Yer  çərşənbəsi", 

"İlaxır  Çərşənbə"  və  ya  "Torpaq 

ç

ərşənbəsi"  adlanır.  İnama  görə 



Torpaq  ç

ərşənbəsi  yetişəndə  torpaq 

artıq  əkinə  hazır  olur  və  ona  toxum 

s

əpmək olar.  



 

Axır çərşənbədə heyva 

çubuğundan gözmuncuğu düzəldərlər. 

 

Axır çərşənbədə uşağa beşik 



düz

əldərlər. 

 

Axır çərşənbədə qorxanların 



başından su töküb qorxunu götürərlər. 

  Axır çərşənbədə qonşuya ələk, 

kibrit, neft verm

əzlər. 


  Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar. 

  Axır çərşənbə axşamı subay oğlan və qızlar duzlu kökə yeyib yatırlar, su içmirlər. 

Gec

ə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya həmin su verən 



adam yuxu gör

ənin qismətidir. 

  İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. 

Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən 

keçirirl

ər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba 

d

əyirsə, demək o yaşda da qız gəlin köçəcək. 



 


 

 

10 



 

Novruz  bayramında  hər  evdə  səməni  cücərdilməlidi.  Və  cücərdərkən  niyyət 

tutmaq lazımdır. Əgər səməni göyərərsə, niyyətin çin olacaq deməkdir. 

 

 



 

Axır  çərşənbə 

günü,  axşamçağı  qonşuların  qapısını 

sakitcə  pusurlar.  Qapıya  yaxınlaşərkən 

eşidilən  ilk  sözü  və  ya  bir  neçə  sözü 

yozub, 


bəxt 

haqqında 

müəyyən 

mülahizələr  söyləyirlər.  Buna  görə  də, 

çərşənbə  axşamı  yalnız  yaxşı  sözlər 

danışmaq  adətdir.  Məsələn,  ilk  eşidilən 

sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. 

olarsa,  hər  şeyin  yaxşı  olacağı  güman 

edilir. Əksinə, “söndü”, “viran qalsın” və 

s.  kimi  sözlər  eşidiləndə  pis  tərəfə 

yozulur. 

Axır  çərşənbə  günü  ağacın  altına  bir  yumurta,  iki  qara  və 

qırmızı  karandaş  qoyulur  və  arzu  tutulur.  Səhər  həmin  yumurtanın  üstündə  xətt  olur. 

Əgər  qırmızı  karandaşla  xətt  çəkilibsə,  arzu  yerinə  yetir  əgər  qara  çəkilibsə  yerinə 

yetməyəcək. 

Axır  çərşənbədə  alma  yeyirlər,  gecə  isə  həmin  almanın  toxumlarını 

sayırlar.  On  ədəd  toxum  dənəsini  yastığın  altına  qoyub,  yatırsan  və  yuxuda  qismətini 

görürsən. 

 

Ür

əyində bir niyyət tutursan və naməlum sayda çöpləri düzüb, “xeyir”, 



“şər” deyib sayırsan. Əgər axırıncı çöp “xeyir” olarsa, məqsədinə çatacaqsan. “Şər” 

olarsa, ür

əyində tutduğun arzuya nail ola bilməyəcəksən. 

 

 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə