"Prezident İlham Əliyevin Türkiyə səfəri böyük rəmzi məna daşıyan səfərdir"



Yüklə 6,12 Kb.
tarix21.06.2018
ölçüsü6,12 Kb.
#50211

“Prezident İlham Əliyevin Türkiyə səfəri böyük rəmzi məna daşıyan səfərdir”.
Bu barədə “Sherg.az”a politoloq İlqar Vəlizadə danışıb. O vurğulayıb ki, bütün dünyada prezident seçilən şəxsin ilk rəsmi səfəri hansı ölkəyə baş tutursa, həmin ölkə ilə münasibətlərə böyük önəm verildiyi anlamına gəlir:
“Azərbaycan prezidentinin Türkiyə səfəri bu ölkə ilə strateji münasibətlərin daha sıx olduğu anlamına gəlir. Son onilliklərin təcrübəsi göstərir ki, Türkiyə və Azərbaycan prezidentlərinin, baş nazirlərinin vəzifələrinə seçildikdən sonrakı ilk səfərləri qarşılıqlı mahiyyət daşıyır. Bu səfərlər böyük əhəmiyyət kəsb edir. Çünki həmin dönəmdə ölkələr öz strategiyalarını yenidən müəyyən edir.
Prezident İlham Əliyevin Türkiyə səfəri əhəmiyyətlidir. Ona görə ki, prezidentlər ölkə başçısının növbəti 7 illik rəhbərliyi dövründə münasibətlərin hansı istiqamətdə davam etdiriləcəyini, yeni razılaşmaların əldə olunmasını müzakirə edəcəklər. Cari ilin və 2019-cu ilin ikitərəfli münasibətlərdə mühüm əlamətdar hadisələrlə səciyyələnməsi mümkündür. Bu ilin sonunda TANAP kəmərinin qurulması yekunlaşır. Nəticədə Azərbaycanın qaz strategiyasında yeni mərhələ başlayır. Türkiyə də bu layihə bitdikdən sonra regionda mühüm qaz qovşağına çevrilir”.
İ. Vəlizadə onu da vurğulayıb ki, ölkə rəhbərləri arasında iqtisadi regional münasibətlərlə bərabər, siyasi müstəvidə də müzakirələr aparılacaq:
“Regionda, xüsusilə qonşu Ermənistanda xaos vəziyyəti yaranıb. Bu hadisələr cəbhə xəttində olan proseslərə mənfi təsir göstərə bilər. Ermənistan və erməni ordusu başsız qalıb. Cəbhədə hər an təxribat gözlənilə bilər. Azərbaycan bu təqdirdə öz qüvvəsi ilə bərabər dostların yardımına da ehtiyac duyur. Ona görə, Türkiyənin Azərbaycana hərbi, siyasi yardımı vacib rol oynaya bilər. Bu baxımdan müzakirələr sırasında Ermənistandakı vəziyyət, NATO strategiyası, ümumilikdə regiondakı siyasi durum müzakirə olunacaq”.
Qeyd edək ki, Türkiyə səfəri çərçivəsində prezident İlham Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir. Həmçinin iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Aysel Aslan
Yüklə 6,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə