Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək



Yüklə 402,37 Kb.
səhifə1/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
  1   2   3   4   5   6   7   8   9   ...   17

Xəbər bülleteni № 2

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

İyul 2015
  • Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir”

  • İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək

  • Gürcüstan parlamenti islahat qanunu çıxardı: Daxili İşlər Nazirliyi ikiyə bölünür

  • Yunanıstan Avropaya yeni təkliflər verdi

  • “E-hökumət” portalında vətəndaşlara ideya imkanı yaradılıb

  • 59 dollar proqnozu. Ekspert: “Qiymətin nəzərə alınmasına ehtiyac var”

  • İngilis dili metroda həmişəlik oldu

  • Əhməd Davudoğlu koalisiya müzakirələrinin təqvimini açıqlayıb

  • Elman Rüstəmov bank rəhbərləri ilə kredit faizlərini müzakirə edib

  • Qərar qüvvəyə mindi, uçot dərəcəsi dəyişdi

  • Devalvasiyadan sonra dollar və avro nə qədər bahalaşıb?

  • Fərdi uçot sistemində 104 ölkənin vətəndaşları qeydə alınıb (Yeni statistika)

  • Azərbaycanda un dünya bazarındakı qiymətlərdən 60 faiz baha satılır

  • Halal sertifikatı orqanına aid tələblər müəyyənləşib

  • Məsələ razılaşdırıldı: Yunanıstana 86 milyard avro yardım ediləcək

  • Nazirlər Kabinetinin iclası keçirilib

  • Mərkəzi Bank iki bankı cəzalandırıb

  • Kənd Təsərrüfatı Nazirliyi: “Rekord orta məhsuldarlığa nail olunub”

  • “Avropa İttifaqı ilə assosiasiya sazişi bizim maraqlarımıza uyğun gəlmir”

  • Prezident: “Heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq”

  • Dövlət başçısı sahibkarları incitməməyə çağırıb, bahalıqdan gileylənib

  • Dövlətdən maliyyə yardımı alan dini icmaların siyahısı

  • Azərbaycan prezidentinə internetlə müraciət imkanları

  • 5 saylı Bakı “ASAN xidmət” mərkəzi açılıb

  • 6 aylıq büdcə hesabatı

  • Nazir: “Sosial işçi ştatları ləğv edilməlidir”

  • “Elektron hökumət” portalına 421 xidmət inteqrasiya olunub

  • Qərb-İran razılaşması nefti ucuzlaşdırdı

  • Rusiya prezidenti kiçik biznesdə yoxlamalara qadağa qanunu imzaladı

  • Vətəndaş Beynəlxalq Bankla məhkəmə çəkişməsini udub

  • Prezident “Qiymətli kağızlar bazarı haqqında” qanunun tətbiqinə fərman verdi

  • Ümumi daxili məhsul və xarici ticarət dövriyyəsinə dair statistik məlumatlar

  • Əhalinin 6 aydakı gəlirləri və ötən ayın qiymət dəyişməsi açıqlandı

  • Ekspert büdcə kəsiri proqnozlaşdırır

  • Sərnişindaşıma: bir ayda hava və dəmir yolu nəqliyyatında nə qədər bahalaşma olub?

  • Azərbaycan Kredit Bankının lisenziyası ləğv edilib

  • 6 ayda elektron ticarətin həcmi 6 milyon manat olub

  • İstehsalçı qiymətləri: sənayedə 2,8 faiz, kənd təsərrüfatında 5,7 faiz azalma var

  • Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yenilik təqdim olundu

  • Korrupsiyada ittiham olunan 63 nəfərin məhkəməsi başlanır

  • Leyla və Arif Yunusların mühakiməsi: “Transparency İnternational” təşkilatından çağırış gəldi

  • Fərman: Beynəlxalq Bankın dövlətə məxsus səhmləri özəlləşdirilir

  • Hesablama Palatası yoxladı, Avropa Şurasındakı səfirliyin işi Baş Prokurorluğa getdi

  • Yeni reklam qanunu qüvvəyə mindi

  • Ermənistanda idarə üsulu dəyişir

  • 6 ayda tikinti kompleksinə 7,9 milyard manat vəsait yönəldilib

  • Nazirlik tibbi-sosial ekspertiza sahəsində görülən işlərin hesabatını verib

  • Sənədli səhm və istiqraz buraxılışı qadağan edilir

  • Orta əməkhaqqı barədə rəsmi məlumat

  • Korrupsiya qalmaqalı ilə silkələnən FİFA islahatlara qərar verdi

  • Rəsmi: 2015-ci ildə 3364 müəssisə yaradılıb

  • İlham Əliyev mətbuatı pozuntulara qarşı fəal olmağa çağırıb

  • “Toshiba”nın prezidenti maliyyə hesabatı münaqişəsinə görə istefaya getdi

  • Hökm dəyişmədi

  • Hüquq müdafiəçisinin şikayətinə baxılır

  • Büdcə kəsirinin necə örtüldüyü açıqlandı

  • Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini: “Bəzən işçi əlavə işlədilməyə göz yumur”


Təhlil
  • Kredit burulğanından necə çıxmaq olar?

  • Sahibkarı necə qorumalı?

  • Bankların bağlanması davam edəcəkmi?

  • Ekspert: “Bank sektorunu ağır sınaqlar gözləyir”

  • Necə ipotekaya ehtiyac var?

  • İran razılaşması: Azərbaycan üçün risklər və fürsətlər

  • Ekspertlər Beynəlxalq Bankla bağlı fərmanı şərh edir

  • 6 ayın makroiqtisadi göstəriciləri

  • Kim necə vergi ödəyir? (Ekspert iki rəqəmi müqayisə edir)

  • Kompensasiya ödəməmək qərarı doğrudurmu?



Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir”


10.07.2015

prezident milanda
İyulun 9-da “Milan Expo 2015” dünya sərgisindəki Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub, pavilyonun rəsmi təqdimat mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. O, çıxışında deyib ki, Azərbaycan “Milan Expo”sərgisində 2000-ci ildən iştirak edir: “Ancaq ilk dəfədir biz sərgidə milli pavilyonumuzla təmsil olunuruq. Pavilyon memarlıq, daxili dizayn, tərtibat baxımından zövq oxşayır, yüksək səviyyədədir və ölkəmizlə tanış olmaq üçün çox gözəl imkanlar yaradır. Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, xalçaçılıq sənəti, ölkəmizə dair kitablar nümayiş etdirilir və bunlar qonaqlarda Azərbaycan haqqında dolğun təsəvvür yaradır”.

Dövlət başçısı “Milan Expo”nun mövzularından birinin ərzaq təhlükəsizliyi olduğunu vurğulayıb: “Azərbaycan bu istiqamətdə çox önəmli addımlar atıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında Azərbaycanın əldə etdiyi uğurlar qiymətləndirilir. Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb. FAO-nun hesabatına görə, dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən çox aşağı düşüb. Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb.

Ölkəmizdə aparılan iqtisadi islahatlar bu gün imkan verir ki, biz çoxşaxəli iqtisadiyyata malik olaq. Son illər ərzində aparılan işlər nəticəsində işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu gün işsizlik və yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyondan çox yeni iş yeri açılıb. Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Dövlət xarici borcumuz ümumi daxili məhsulun cəmi 10 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, ölkələrin iqtisadi cəhətdən rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 38-ci yerdədir. Bu, gənc müstəqil dövlət üçün böyük göstəricidir”.

Azərbaycan-İtaliya münasibətlərindən danışan İlham Əliyev bunları qeyd edib: “Bizim iqtisadi əməkdaşlığımız dərinləşir. Bu gün Azərbaycanda 60-dan çox İtaliya şirkəti fəaliyyət göstərir. Əlaqələrimizin böyük hissəsi enerji siyasəti ilə bağlıdır. Bu gün Azərbaycan və İtaliya ölkələrimiz, bölgələrimiz və Avropa üçün çox önəmli olan “Cənub” qaz dəhlizinin icrası ilə birgə məşğuldur. “Cənub” qaz dəhlizi Bakıdan, Azərbaycandan başlayır və İtaliyada başa çatır. Üç min kilometrdən çox uzunluğu olan bu qaz kəməri gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacaq. Bu gün İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki, biz “Cənub” qaz dəhlizini vaxtında icra edək. Beləliklə, bundan sonra uzun illər, onilliklər ərzində İtaliya və Azərbaycan, o cümlədən enerji siyasəti ilə bir-birinə daha da sıx bağlı olacaq.

Bir sözlə, bizim ikitərəfli əlaqələrimiz sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafı üçün çox gözəl imkanlar var. İki ay ərzində artıq bir milyondan çox qonaq Azərbaycan pavilyonunda ölkəmizlə tanış olmuşdur. Bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, ölkəmizə çox böyük maraq var və bu maraq qarşılıqlıdır”.

İlham Əliyev iyulun 9-da Milandan paytaxt Romaya gedib. AZƏRTAC xəbər verir ki, həmin gün İlham Əliyevin İtaliya Respublikasının baş naziri Matteo Renzi ilə geniş tərkibdə görüşü olub. Daha sonra prezident italiyalı həmkarı Sergio Mattarella ilə bir araya gəlib.



Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə