Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək



Yüklə 402,37 Kb.
səhifə2/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   2   3   4   5   6   7   8   9   ...   17

İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


10.07.2015

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yeni monitorinqlər aparıb. Transparency.az xəbər verir ki, rəsmi açıqlamaya görə, Bakının Binəqədi rayonunda (Rəsulzadə qəsəbəsində) Xalid Mustafayevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkara çıxıb.

Xəbərə əsasən, eyni qanun pozuntusuna yol vermiş başqa mağazalar bunlardır: Bakının Suraxanı rayonu — Yeni Günəşli qəsəbəsində Bibixanım Baxışovaya məxsus mağaza;
Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsi, 10 ünvanında Müşfiq Yolçuyevə məxsus mağaza; Xətai rayonu — Qafqaz küçəsi, 15 ünvanında Səmənnaz Musayevaya məxsus mağaza; Binəqədi rayonu — Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 217 ünvanında Azad Cəfərliyə məxsus mağaza; Hacıqabul şəhəri — H.Həmidov küçəsi, 28 ünvanında Təranə Əliyevaya məxsus mağaza; Ağsu rayonu — Cəlayir kəndində İslam Dursunaliyevə məxsus mağaza; Bakının Binəqədi rayonu — Xocahəsən qəsəbəsi, 12/47 ünvanında Cəbrayıl Güləliyevə məxsus mağaza; Sumqayıt şəhəri — 47-ci məhəllə, 3 ünvanında Cəmilə Quliyevaya məxsus mağaza; Ağstafa şəhəri — Heydər Əliyev prospekti, 1 ünvanında Əsəd Kərimova məxsus mağaza; Tovuz şəhəri — H.Aslanov küçəsi, 11 ünvanında Peyman Vəliyevə məxsus mağaza; Quba şəhəri — Ə.Nərimanov küçəsində Araz Şahkərimova məxsus mağaza; Biləsuvar şəhəri — Heydər Əliyev küçəsi, 40 D ünvanında Nurəddin Mirişova məxsus mağaza; Hacıqabul şəhəri — Əlağa Vahid küçəsi, 53 A ünvanında Bəhrəm Cəfərova məxsus mağaza; Yevlax şəhəri — Nizami prospekti, 39 A ünvanında Elşad Əzizova məxsus mağaza; Daşkəsən şəhəri — T.İsmayılov küşəsində Tural Hüseynova məxsus mağaza.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələr tətbiq olunacaq.

Qeyd olunur ki, istehlakçılar istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilər.

Gürcüstan parlamenti islahat qanunu çıxardı: Daxili İşlər Nazirliyi ikiyə bölünür


10.07.2015

gurcustan parlamenti

Gürcüstanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılır. Ölkə parlamenti belə qanun qəbul edib. Avqustun 1-dən Daxili İşlər Nazirliyinin bölünməsi hesabına yaradılacaq DTX-nın funksiyasına ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, korrupsiyanın qarşısının alınması məsələləri də daxil ediləcək.

Bu vaxta qədər DİN-ə tabe olan əks-kəşfiyyat departamenti, təhlükəsizlik xidməti, antikorrupsiya və əks-terror mərkəzləri, eləcə də xüsusi əməliyyatlar bölməsi də DTX-yə tabe olacaq.

DİN-də isə kriminal polisi, post-patrul xidməti, yol polisi və mühafizə polisi bölmələri qalacaq.

DTX-nin rəisi vəzifəsinə namizədi baş nazir irəli sürəcək və parlament onu təsdiqləyəcək. Rəisin xidmət müddəti 6 il olacaq və o, iki dəfədən artıq bu vəzifəyə təyin oluna bilməz.

Xəbəri AZƏRTAC yayıb.


Yunanıstan Avropaya yeni təkliflər verdi


10.07.2015

yunan - ab

Yunanıstan hökuməti beynəlxalq kreditorlara islahat paketinə dair yeni saziş layihəsi təqdim edib. Transparency.az xəbər verir ki, iyulun 10-da Avropa Sabitlik Mexanizminə göndərilən islahat paketi üç il müddətində (1 iyul 2015-dən 30 iyun 2018-dək) 35 milyard avro maliyyə dəstəyini nəzərdə tutur.

Layihədə Yunanıstan ümumi daxili məhsulun illər üzrə 1, 2 və 3 faizi qədər ilkin profisit təklif edir, əlavə dəyər vergisi sistemində islahatlar aparmaqla ümumi daxili məhsulu ildə 1 faiz artırmağa boyun olur.

Afinanın başqa vədləri gəmiçilik şirkətlərinə güzəştlərin ləğvi, bu sahədə vergilərin artırılması, oyun biznesinə 30 faizlik vergi tətbiqi, sahibkarlıq fəaliyyətinin bir çox sahələrinin, o cümlədən restoran biznesinin 23 faizlik əlavə dəyər vergisinə cəlb olunmasıdır.

Yunanıstan hökuməti tədrici pensiya islahatı aparmaq, erkən pensiya hallarını cilovlamaq vədi də verir.

İyulun 5-də yunanlar referendumda Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun hökumətə təklif  etdiyi saziş layihəsinə qarşı çıxıblar. Kreditorların planı Afinanın sosial xərcləri qat-qat azaltmasını, pensiya yaşını 67-yə qaldırmağı, vergilərin xeyli artırılmasını nəzərdə tuturdu.

Yunanıstanın Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna 240 milyard avro borcu var.

E-hökumət” portalında vətəndaşlara ideya imkanı yaradılıb


10.07.2015

“Elektron hökumət” portalı www.e-gov.az yeni imkanlar yaradıb. Transparency.az bildirir ki, portaldakı “Fikir bankı”na funksiyalar əlavə edilib. Yeniliyə əsasən, vətəndaşlar e-xidmətin alt hissəsində olan şərh bölməsindən istifadə edərək “Fikir bankı”nda toplanmış təkliflərə öz münasibətlərini bildirmək imkanı əldə edirlər: reg.e-gov.az/teklifler/.

Yeni funksiyalardan biri də təklif və rəylərin videoya çəkilərək “Fikir bankı”na göndərilə bilməsidir. İnternet istifadəçisi olan istənilən şəxs rəsmi portalda “Fikir bankı”na daxil ola və “Elektron hökumət” layihəsi çərçivəsində mümkün ola biləcək məsələni təklif kimi qeyd edə bilər. Vətəndaşın verdiyi ideya və ya təklif saytda görünür.

İnternet istifadəçiləri “Fikir bankı”na təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya “Feysbuk” hesabı ilə qeydiyyatdan keçməlidirlər.


59 dollar proqnozu. Ekspert: “Qiymətin nəzərə alınmasına ehtiyac var”


10.07.2015

neft 001Beynəlxalq Valyuta Fondu 2015-ci ildə neftin orta bazar qiymətini bir barrel üçün 59 dollar proqnozlaşdırır. Transparency.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, BVF-nin proqnozu reallığı əks etdirir: “Son qiymət dəyişiklikləri də göstərir ki, yaxın dövrlər üçün “Brent” markalı neftin orta bazar qiyməti 60 dollar ətrafında olacaq. İrana embarqoların götürülməsi müzakirələri və Yunanıstanın defoltu neftin dünya bazar qiymətini aşağı salsa da, gözlənildiyi kimi, yenidən “qara qızıl” dəyər qazanmağa başladı. Qlobal siyasi faktorları da nəzərə aldıqda bazarda qiymət tarazlığının formalaşdırıldığını söyləmək olar. Bu isə o deməkdir ki, nəinki istehlakçı, hətta ixracatçı ölkələr də öz proqnozlarını məhz mövcud tarazlığa uyğunlaşdırmalıdırlar”.

Ekspert bildirib ki, BVF-nin avro zonasında 1,5 faiz, ABŞ-da 2,5 faiz iqtisadi artım proqnozlaşdırmasına rəğmən Rusiyada 3,4 faiz, Braziliyada 1,5 faiz azalma gözləməsində də neftin dünya bazar qiyməti az rol oynamır. MDB ölkələri isə, Rusiya daxil edilmədən, 0,7 faiz artıma nail ola biləcəklər. Bu baxımdan Azərbaycanda da monetar, fiskal və digər iqtisadi siyasətlər hazırlanan zaman neftin mövcud və proqnozlaşdırılan qiymətinin nəzərə alınmasına ehtiyac var. Maliyyə Nazirliyinin gələn ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinin 50 dollar götürməsi müsbət haldır. Dövlət daxilolmalarının və xərclərinin real proqnoz qiymətinə uyğunlaşdırılması iqtisadiyyatın balanslaşdırılması üçün də çevik alətlər formalaşdırır”.



Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə