Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Fərdi uçot sistemində 104 ölkənin vətəndaşları qeydə alınıb (Yeni statistika)



Yüklə 402,37 Kb.
səhifə4/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   2   3   4   5   6   7   8   9   ...   17

Fərdi uçot sistemində 104 ölkənin vətəndaşları qeydə alınıb (Yeni statistika)


13.07.2015

dsmf - reqem2015-ci il iyulun 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11,03 faiz artıb. İyun ayı ərzində əlavə olaraq 617 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 25 010 nəfərə yüksəlib.

Transparency.az Dövlət Sosial Müdafiə Fondunun rəsmi açıqlamasına istinadla bildirir ki, ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları üzrə (12 886 nəfər) müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 739 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 446 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (934), Çin Xalq Respublikası (811), Hindistan (773), Pakistan İslam Respublikası (507), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (496), Ukrayna (335), Banqladeş Xalq Respublikası (315), Özbəkistan (259),  Almaniya Federativ Respublikası (217), ABŞ (216), Filippin Respublikası (206), Türkmənistan Respublikası (197), Qazaxıstan Respublikası (185), Koreya (181),  İtaliya Respublikası (174) və s. ölkələr qərarlaşıb.

Azərbaycanda un dünya bazarındakı qiymətlərdən 60 faiz baha satılır


13.07.2015

vahid mehrremovATV-nin məlumatına görə, Azərbaycanda unun qiyməti 10 faizdən çox artıb. Çörəkbişirmə ilə məşğul olan sahibkarlar əvvəllər 16 manata aldıqları 50 kiloqramlıq un kisəsini indi 17,8-17,9 manata əldə edirlər.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Transparency.az-a bildirib ki, taxıl biçini mövsümündə unun qiymətinin artması əmtəəlik buğdanın az olacağından xəbər verir: “Əslində mövsümə görə unun qiyməti enməli idi. Özü də dünya bazarında təklifin artması fonunda tələbin azalması müşahidə olunur. Un ixracı ilə məşğul olan ölkələr təklif etdikləri məhsulun qiymətini aşağı salıblar. Ukrayna bir həftə əvvəl əla növ unun 1 tonunu 220-225 dollara satırdı, indi 205-215 dollara endirib. 210-215 dollara təklif olunan 1-ci növ un isə indi 195-205 dollaradır. Azərbaycanda isə un (əla növ) istehlakçılara dünya bazarındakı qiymətlərdən 60 faiz baha, 340 dollara təklif olunur”.


Halal sertifikatı orqanına aid tələblər müəyyənləşib


13.07.2015

standartlashdirma komitesi

Halal sertifikatlaşdırma orqanlarına və halal sertifikatlaşdırma fəaliyyətinə olan tələblər müəyyənləşib. APA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə təsdiqlənən “Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd” dövlət standartına əsasən, halal sertifikatlaşdırma orqanı qeyri-dövlət və ya dövlət təşkilatı ola bilər.

Halal sertifikatlaşdırma orqanı istehsala nəzarət, qiymətləndirmə və təchizatçının idarəetmə sisteminə nəzarət qismində sınaq növü və ya yoxlama, bazardan və ya tədarükçünün anbarından götürülən nümunələrin müayinəsi və ya sınağı, məhsulun müayinəsi və ya sınağı, partiyalarla sınaq və ya yoxlama, layihənin qiymətləndirilməsini təşkil edir.

Sertifikatlaşdırma qərarını verən heyət minimum üç şəxsdən təşkil edilməlidir və onlardan ən azı biri islam məsələləri üzrə ekspert olmalıdır. Qərarlar səs çoxluğu ilə deyil, yekdilliklə qəbul olunmalıdır.

Halal sertifikasiya orqanı halal sertifikasiya üzrə audit komandasının auditləri tərəfindən tələb olunan xüsusi sektorda səlahiyyətlərinin olduğuna zəmanət verməlidir. Audit komandası ən azı 2 heyətdən ibarət olmalıdır. Onlardan biri texniki auditor və digəri isə islam məsələləri üzrə ekspert kimi fəaliyyət göstərməlidir.

Texniki auditor müvafiq sənayedə minimum 5 il iş təcrübəsinə, o cümlədən son 2 ili keyfiyyət təminatı sahəsində iş təcrübəsinə malik olmalıdır. Əgər auditor müvafiq xüsusi təhsil alıbsa, ümumi iş təcrübəsinin cəmindən 1 il azaldıla bilər.

Texniki ekspertlərin texniki sahədə ən azı 4 il iş təcrübəsi olmalıdır. Halal sertifikasiya orqanı islam məsələləri üzrə ekspertlərin halal sertifikasiya sahəsi ilə bağlı ən azı 4 il iş təcrübəsinin olduğuna zəmanət verməlidir.

Halal nişanı bütün sertifikatlaşdırılmış halal məhsulların üzərində aydın çap edilməlidir və hər bir qutu/bağlama üzərində etiketlənməlidir. Halal nişan/sertifikat yalnız sertifakatlandırılmış restoranların girişinə qoyulmalıdır. Sertifikat sahibi çərçivələnmiş halal sertifikatı təzələmək hüququna malik deyil, sertifikat və yaxud sınaq məruzələrini başqa dillərə halal sertifikat orqanının nəzarəti və razılığı olmadan tərcümə edə bilməz.

Halal sertifikat üç il müddətinə etibarlıdır, halal standartına və tələblərinə zidd olduğu aşkarlanarsa, sertifikatlaşma dayandırılmalı və ya ləğv olunmalıdır. Halal sertifikat sahibləri (sertifikatlaşdırılmış təşkilatlar) cari halal sertifikatının vaxtının bitməsinə 6 ay qalmış təkrar sertifikat və ya sertifikatın yenilənməsi haqqında ərizə təqdim etməlidirlər. Sertifikatı yenilənməmiş halal sertifikat sahiblərinə müəyyən obyektlərdə və ya istehsal olunan məhsullarda halal əmtəə nişanından istifadə edilməsinə icazə verilmir.

Halal sertifikatlaşdırma xidmətləri ilə bağlı müraciət və şikayətlərə dair ərizələr halal sertifikatlaşdırma orqanlarına təqdim olunur. Bu müraciət və şikayətlərə baxılması, məsələlərin həlli ilə məşğul olan və bununla bağlı müvafiq tərəflərə məlumat verməyə məsul komitə (qurum) yaradılır. Komitə biri islam dini üzrə mütəxəssis olmaqla ən azı 3 nəfərdən ibarətdir. Müraciətlə bağlı qərarlar səs çoxluğu ilə yekdilliklə qəbul edilir. Halal məhsullarla əlaqədar istehlakçı tərəfindən edilən şikayətlər lazımi araşdırmalar aparmağa məsul halal sertifikatlaşdırma orqanları tərəfindən baxılır, qiymətləndirilir. Qiymətləndirmə nəticəsində şikayət əsaslandırılmalı, sertifikat sahibi müqavilə şərtlərinə əsasən vurulmuş zərərin əvəzini ödəməlidir.



Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə