Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Dövlətdən maliyyə yardımı alan dini icmaların siyahısı



Yüklə 402,37 Kb.
səhifə7/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Dövlətdən maliyyə yardımı alan dini icmaların siyahısı


14.07.2015

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq maliyyə yardımı ayrılan dini icmaların siyahısını açıqlayıb (27 noyabr 2014-cü il sərəncamı ilə dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılmışdı):

Bakı: Müşfiqabad qəsəbə məscidi dini icması

Bakı: Qobustan qəsəbəsi “Şıxlar” məscidi dini icması

Bakı: Qobustan qəsəbəsi “Şamlı” məscidi dini icması

Bakı: Yasamal rayonu “Xanım Zəhra” məscidi dini icması

İsmayıllı şəhəri: “Cümə” məscidi dini icması

Lənkəran: Ləj kənd məscidi dini icması

Quba: II Nügədi kəndi “Molla Hud” məscidi dini icması

Zaqatala: Əliabad qəsəbəsi “Cümə” məscidi dini icması

Zaqatala: Dardoqqaz kənd məscidi dini icması

Balakən: Qabaqçöl qəsəbə məscidi dini icması

Astara: Pensər kəndi “Hacı Teymur” məscidi dini icması

Masallı: Hişkədərə kənd məscidi dini icması

İsmayıllı: Diyallı kənd məscidi dini icması

Biləsuvar şəhəri: “Cümə” məscidi dini icması

Qax: “Mərkəzi Cümə” məscidi dini icması

Lənkəran şəhəri: Böyük Bazar “Cümə” məscidi dini icması

Şəki: İncə kənd məscidi dini icması

Zaqatala: Göyəm kənd “Cümə” məscidi dini icması

İmişli şəhər məscidi dini icması

Şabran: Zeyvə kənd məscidi dini icması

Şabran: Dağbilici kənd məscidi dini icması

Şəki şəhəri: İmam Əli məscidi dini icması

Biləsuvar: Bəydili kənd “Cümə” məscidi dini icması

Oğuz şəhəri: “Cümə” məscidi

Masallı: Aşurlu kənd məscidi dini icması

Cəlilabad şəhəri: “Cümə” məscidi dini icması

Masallı: Ərkivan qəsəbəsi “Göllü” məscidi dini icması

Masallı: Hacıtəpə kənd məscidi dini icması

Masallı: Qızılavar kəndi “Peysə” məscidi dini icması

Astara: Şüvi kəndi “Cümə” məscidi dini icması

Astara: Şahağac kənd məscidi dini icması

Astara: Sığalomi kənd məscidi dini icması

Lənkəran: Nərimanabad qəsəbə “İmam Hüseyn” məscidi dini icması

Lənkəran: Separadi kənd məscidi dini icması

Lənkəran: Aşağı Nüvədi qəsəbə məscidi dini icması

Lənkəran: Şəxakəran kənd məscidi dini icması

Lerik: Monidigah kənd məscidi dini icması

Zaqatala: Sumaylı kənd məscidi dini icması

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Pravoslav dini təşkilatı

Bakı: Dağ yəhudiləri dini icması

Quba: Qırmızı qəsəbə Dağ yəhudiləri dini icması

Avropa yəhudilərinin Bakı dini icması

Sumqayıt yəhudiləri dini icması

Gürcü yəhudilərinin Bakı dini icması

Azərbaycan Respublikasının Alban-Udi xristian dini icması

Oğuz şəhəri: Alban-Udi xristian dini icması

Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumu

Qax: Qaxingiloy kəndi “Müqəddəs Georgi”

Qax: Əlibəyli kəndi “Müqəddəs Nino”

Bakı: Molokan ruhani-xristian dini icması

Sumqayıt: Molokan ruhani-xristian dini icması

Qobustan: Hilmilli kəndi Molokan ruhani-xristian dini icması

“Həyat Sözü” xristian dini icması

“Yeni Həyat” xristian incil dini icması

Azərbaycan Yəhudiləri dini icması

Xilaskar Yevangelik Lüteranların Bakı dini icması

Bakı Krişna Şüuru dini icması.

Azərbaycan prezidentinə internetlə müraciət imkanları


14.07.2015

twitterİyulun 13-də Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev sahibkarlara təzyiqlərdən gileylənib, onları neqativ hallara göz yummamağa çağırıb: “Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar”.

Bu çağırışı nəzərə alan Xeberler.az saytı dövlət başçısına elektron formada müraciət üsulları ilə bağlı arayış dərc edib. Arayışda bunlar qeyd olunur: “Prezidentin rəsmi internet saytı www.president.az-a daxil olub dövlət başçısına elektron məktubgöndərmək, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı var. Mətn 1500 işarə həcmindən çox olmamalıdır.

Prezidentin rəsmi internet səhifəsi ilə göndərilmiş müraciətlər Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur.

Dövlət başçısına müraciət üçün digər imkanlar belədir:

Prezident Administrasiyasının elektron ünvanı: office@pa.gov.az

Prezident Administrasiyasının rəsmi Twitter hesabı: @AzerbaijanPA

Prezident İlham Əliyevin rəsmi Twitter hesabı: @azpresident.

5 saylı Bakı “ASAN xidmət” mərkəzi açılıb


14.07.2015

asan

İyulun 14-də prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışına qatılıb. Mərkəz Nizami rayonunda, Heydər Əliyev prospekti, 115-də yerləşir.

AZƏRTAC-ın məlumatına görə, mərkəzin ümumi sahəsi 5600 kvadratmetrdir. Bina iki mərtəbədən ibarətdir. Mərkəzdə 9 dövlət orqanı — Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi 30 növ xidmət göstərir. Mərkəzdə 30 növ funksional yardımçı, o cümlədən bank və sığorta xidmətləri də təşkil edilib. Burada hüquqi yardım, tərcümə, tibb, laboratoriya, arxiv, təlim, istirahət, ana-uşaq, UNICEF, könüllülər və fotoçəkiliş otaqları, kitabxana, kafe, uşaq əyləncə mərkəzi var.

5 saylı Bakı “ASAN xidmət” mərkəzi Bakı şəhərində qeydiyyatda olan sakinlərə xidmət göstərəcək.


6 aylıq büdcə hesabatı


14.07.2015

Transparency.az bildirir ki, Nazirlər Kabinetinin 13 iyul iclasında çıxış edən maliyyə naziri Samir Şərifov 2015-ci ilin ilk 6 ayında dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat olub: “Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 4 milyard 246 milyon manat və yaxud proqnoza nisbətən 29 milyon manat (0,7 faiz) çox icra olunub.



samir sharifov 1

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 100,2 faiz yerinə yetirilməklə büdcəyə 3 milyard 329 milyon manat vəsait təmin edib. Həmin vəsaitin 68,3 faizi və ya 2 milyard 275 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.

Proqnoza 100,3 faiz əməl edən Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə 765 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox deməkdir.

Dövlət Neft Fondundan büdcəyə 3 milyard 562 milyon manat vəsait transfert daxil olub.

Sair daxilolmalar üzrə büdcəyə 152 milyon manat vəsait təmin edilib.

Dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş profisit hesabına maliyyələşib, 2015-ci il 1 yanvar vəziyyətinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 771 milyon manat bu məqsədə yönəldilib.

Bu dövrdə dövlət büdcəsinin xərcləri 8 milyard 578 milyon manat təşkil edib və yaxud proqnoza nisbətən 85 faiz icra olunub. Sosial yönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilib, həmin məqsədə dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı yönəldilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin altı ayında icmal və dövlət büdcələrindən üst-üstə 201 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat vəsait ayrılıb.

Ölkəmizin müdafiə qabiliyyətinin və hərbi potensialımızın artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Bu məqsədə 2015-ci ilin ilk altı ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çox vəsait yönəldilib.

Cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil edib. Həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunub.

Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 166 milyon manat vəsait ayrılıb. Bunun 24 milyon manatı muxtar respublikada həyata keçirilən investisiya layihələrinə sərf edilib.

Dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264 milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467 milyon manat investisiya qoyulub.

Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 74 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanıb.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün hesabat dövründə 25 milyon manat vəsait yönəldilib.

Sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib”.


Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə