Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Nazir: “Sosial işçi ştatları ləğv edilməlidir”



Yüklə 402,37 Kb.
səhifə8/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

Nazir: “Sosial işçi ştatları ləğv edilməlidir”


14.07.2015

selim muslumovƏmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlər Kabinetinin 13 iyul iclasında ilin ilk 6 ayı ilə bağlı rəqəmlər səsləndirib, şəffaflıq məsələlərinə toxunub. Transparency.az-ın məlumatına görə, nazir deyib ki, 6 ay ərzində ölkə üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə, yəni ölkə əhalisinin 5 faizinə ünvanlı dövlət sosial yardımı verilib ki, bu da əvvəlki ilə nisbətən 20 faiz azdır: “Hesabat dövründə 414 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 54 min nəfərə Azərbaycan Respublikası prezidentinin təqaüdləri ödənilib. İlin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib”.

Nazir əlavə edib ki, sosial xidmət sisteminin mövcud standartlara uyğun yenidən qurulması və bu sahədə ciddi islahatların aparılması vacib məsələlərdən biridir: “Hazırda nazirliyin yerli orqanları əlilliyi olan şəxslərə həm stasionar, həm də səyyar sosial xidmətlər göstərir. 9 sosial xidmət müəssisəsində ümumilikdə 1182 nəfər tam dövlət təminatında olmaqla stasionar sosial xidmətlə əhatə edilib və son 6 ay ərzində onlardan 32 nəfəri ailələrinə qayıdıb. 12853 nəfərə isə nazirliyin 1277 nəfər sosial işçisi tərəfindən səyyar qaydada, yəni evlərində sosial-məişət xidməti göstərilib. Fikrimizcə, səyyar sosial xidmət göstərilməsi sosial sifariş kimi özəl sektora verilməli, sosial müdafiə mərkəzləri sifarişçi kimi monitorinq funksiyasını həyata keçirməli, sosial işçi ştatları isə ləğv edilməlidir. Cənab prezident, razılığınız olacağı təqdirdə, yaxın vaxtlarda bu islahatları özündə əks etdirən hüquqi-normativ aktlara dəyişiklikləri Sizin diqqətinizə təqdim edə bilərik.

Cari ilin birinci yarısında tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması üzrə görülən tədbirlər nəticəsində ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3 min nəfər azalıb.

Aparılan təhlillər göstərir ki, reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə — I qrup üzrə 3, II qrup üzrə 11, III qrup üzrə ortalama 30-35 dəfə təkrar əlillik üçün müraciət etmələri həm bu kateqoriyadan olan vətəndaşlarımız arasında narazılıq doğurur, həm də məmur-vətəndaş təmaslarını artırmaqla mənfi halların yaranması riskini yüksəldir. Bunları nəzərə alaraq, cənab prezident, Sizin təyinat üçün müraciətlərin dövrilik müddətinin artırılması və sayının azaldılması barədə tapşırığınıza uyğun olaraq təkrar müayinələrin I qrup üçün tamamilə ləğv edilməsi, digər qruplar üçün 5 ildə bir dəfə olmaqla II qrup üzrə sayının 3-ə, III qrup üzrə isə 4-ə endirilməsi barədə təkliflər hazırlanaraq diqqətinizə təqdim olunub. Bu institusional islahat tədbiri nəticəsində bir il ərzində müayinədən keçirilənlərin sayı 280 min nəfərdən 35-40 min nəfərə qədər azalacaq ki, bu da ilkin təyinat prosesinin avtomatlaşdırılmasına imkan yaradacaq”.

Səlim Müslümov deyib ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qurulmuş əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaradıb: “2015-ci ilin 1 iyul tarixinə həmin sistemə 55 min işəgötürən tərəfindən 1 milyon 262 min aktiv işçi üzrə 2 milyon 360 min əmək müqaviləsi bildirişi daxil edilib”.

Elektron hökumət” portalına 421 xidmət inteqrasiya olunub


14.07.2015

e_abbasovNazirlər Kabinetinin 13 iyul iclasında çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, 2015-ci ilin ilk 6 ayında elektron xidmətlərin verilməsi, “Elektron imza” və “Elektron hökumət” portalının inkişafı təmin olunub: “Artıq 44 hökumət və dövlət orqanından “Elektron hökumət” portalına 421 xidmət inteqrasiya olunaraq vahid elektron pəncərə sistemi vasitəsilə vətəndaşlara və iş adamlarına verilir. Portalın istifadəyə verilməsindən ötən 2 il 6 ay müddətində əhaliyə, fiziki və hüquqi şəxslərə 12 milyondan çox elektron xidmət verilib. Portalın istifadəçilərinin sayı isə 2 milyondan çoxdur. Vergilər Nazirliyinin Elektron İmza Sertifikatlar Mərkəzində verilən “ASAN-imza” sistemi İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyinin diqqətini cəlb edib və təşkilat ölkələri arasında standart “elektron imza” kimi istifadə məsələsi müzakirə olunur.

Elektron informasiya resurslarının yaradılması və regional informasiya texnologiyaları xidmətlərinin verilməsində son 6 ayın uğurlarından biri də regional informasiya-hesablama mərkəzinin – DATA Mərkəzinin yaradılmasıdır. Mərkəzin istifadəyə verilməsi sentyabr ayına planlaşdırılıb. Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) bu DATA Mərkəzinin resurslarının təxminən 30 faizini MDB və Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı üçün istifadə edəcəyini planlaşdırıb və mərkəzin açılışında baş direktor səviyyəsində iştiraklarını bildirib”.


Qərb-İran razılaşması nefti ucuzlaşdırdı


14.07.2015

neftVyanada Tehranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında yekun razılaşma ilə başa çatıb.

GünAzTV-nin məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano iyulun 14-də jurnalistlərə açıqlamasında deyib ki, İranla 5+1 qrupu yekun nüvə razılaşmasının son mətnini imzalayıblar. Həmçinin İranla agentlik arasında da saziş bağlanıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov razılaşmanın detallarını açıqlayıb. APA-nın TASS-a istinadla verdiyi məlumata görə, Lavrov bildirib ki, tərəflər əsas sənəd və 5 texniki konkret təklifin yer aldığı birgə tədbirlər planını, habelə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq qətnamə layihəsini razılaşdırıblar: “Güman edirik ki, yaxın günlərdə həmin sənəd Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunacaq”.

Lavrov əlavə edib ki, Avropa İttifaqı və ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları dərhal aradan qaldırılacaq. Onun sözlərinə görə, ABŞ-ın mülki aviasiya sahəsində İranla əməkdaşlığa qoyduğu məhdudiyyətlər də ləğv olunacaq.

“Qərb ölkələrinin İrana tətbiq etdiyi sanksiyaların ləğv olunması enerji sektoruna canlanma gətirəcək”. APA-Economics xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazirin fikrincə, sanksiyaların ləğvi neft hasilatına təsir edəcək: “Xüsusən də bu, OPEC-in kvotanı artırması ilə nəticələnəcək”.

İran-Qərb razılaşmasından dərhal sonra dünya bazarında “Brent” markalı neft 2 faizədək ucuzlaşıb. Hazırda 1 barrel neft 56,71 dollara satılır.


Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə