Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Rusiya prezidenti kiçik biznesdə yoxlamalara qadağa qanunu imzaladı



Yüklə 402,37 Kb.
səhifə9/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Rusiya prezidenti kiçik biznesdə yoxlamalara qadağa qanunu imzaladı


14.07.2015

putinİyulun 14-də Rusiya prezidenti Vladimir Putin kiçik biznesdə planlı yoxlamaları üç il müddətinə yasaqlayan qanun imzalayıb. Transparency.az xəbər verir ki, qadağalar 2016-cı il yanvarın 1-dən 2018-ci il dekabrın 31-dək tətbiq olunacaq.

Qanun kiçik biznes subyektlərinə aid olan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyəti üzrə planlı yoxlamalara moratorium qoyur. Rusiya Nazirlər Kabineti hesab edir ki, bu qadağa ölkədə kiçik sahibkarlığın inkişafı üçün münbit şərait yaradacaq.

Yenilik yanğınsöndürmə, ekoloji və radiasiya kimi dövlət nəzarəti növlərinə, dövlət sirrinin müdafiəsinin təmin olunması və atom enerjisinin istifadəsi sahələrinə şamil olunmur.

Nazirlər Kabineti müəyyən risk kateqoriyasına aid olan obyektlərin və ayrı-ayrı sahibkarların fəaliyyəti üzrə qısamüddətli yoxlamalar tətbiq edə bilər.


Vətəndaş Beynəlxalq Bankla məhkəmə çəkişməsini udub


14.07.2015

İyulun 13-də Nəsimi Rayon Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının əleyhinə qərar çıxarıb. “Azadlıq” radiosunun məlumatına görə, bankı məhkəməyə adının mətbuatda getməsini istəməyən Nəcəfov soyadlı iddiaçı verib.

Beynəlxalq Bankdan kredit götürüb maşın alan Nəcəfov sonradan onu etibarnamə ilə bir başqasına satıb. Amma həmin şəxs Nəcəfovun adına olan krediti ödəməyib və yoxa çıxıb.

Bank məhkəməyə müraciət edib. Məhkəmə bankın girovunda olan həmin avtomobilin satılıb Nəcəfovun borcunun bağlanmasına qərar verib. Amma Nəcəfovun dediyinə görə, bank və icra məmurları maşını tapıb satmağa, borcu bağlamağa vaxt və enerji sərf etmək istəməyib, vətəndaşın borcunu onun bu bankda olan əməkhaqqı hesabından çıxıb. Nəcəfovun vəkili Paşa Səfərovun “Azadlıq” radiosuna dediyinə görə, müdafiə etdiyi şəxs təxminən 2 il maaş üzü görməyib. Bank onun maaş kartına blok qoyub, hər ay həmin karta gələn əməkhaqqının 100 faizini götürərək Nəcəfovun borcundan silib. Həm də bununla bağlı heç bir məhkəmə qərarı olmadan. Təxminən 2 il davam edən bu proses zamanı Nəcəfovun 7700 manatı tutulub: “Hər hansı şəxsin əməkhaqqından tutulma yalnız məhkəmə qərarı ilə olmalıdır. Bank heç bir məhkəmə qərarı olmadan məbləği tutmağa başlayıb. Hətta tutmanı da, qanunda göstərildiyi kimi, 50 faiz yox, 100 faiz həyata keçirib, hər dəfə tam məbləği tutub”.

Bankın bu əməlini qanunsuz sayan Nəcəfov bu ilin aprelində məhkəməyə üz tutub. Nəsimi Rayon Məhkəməsi iyulun 13-də onun xeyrinə qərar çıxarıb. Beynəlxalq Bank Nəcəfova həmin 7700 manatı ödəməli, üstəlik, mənəvi zərərə görə də 300 manat verməlidir.

Beynəlxalq Bankdan “Azadlıq” radiosuna bildiriblər ki, kredit götürən şəxs borclarını ödəmirsə, bu halda bank müştərinin əməkhaqqı kartından kreditə görə pul silə bilər: “Təbii ki, bu şərt müqavilədə göstərilibsə. Tutulan məbləğ isə tam əməkhaqqının 50 faizini keçməməlidir”.


Prezident “Qiymətli kağızlar bazarı haqqında” qanunun tətbiqinə fərman verdi


15.07.2015

prezident - ferman

Prezident İlham Əliyev iyulun 14-də “Qiymətli kağızlar bazarı haqqında” qanunun tətbiqinə fərman verib. Qanun 2015-ci il mayın 15-də qəbul olunub.

Transparency.az-ın məlumatına görə, fərmanla dövlət başçısı Nazirlər Kabinetinə üç ay müddətində dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü qaydasını; ofşor zonaları; mərkəzi depozitarın illik xalis mənfəətindən məcburi ayırmaların faizini müəyyən etməyi tapşırıb.

Qiymətli kağızlar bazarı haqqında qanun

Ümumi daxili məhsul və xarici ticarət dövriyyəsinə dair statistik məlumatlar


15.07.2015

komite2015-ci ilin birinci yarısında ölkədə 26,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin iyulun 15-də yaydığı rəsmi açıqlamaya görə, 6 ayda iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış ÜDM 9,2 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,3 faiz artıb, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,9 faizə çatıb.

ÜDM-in 54,1 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 36 faizi sənayenin, 12,5 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 37,5 faizi isə xidmət sahələrinin payına düşüb.

Transparency.az bildirir ki, Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında da açıqlama yayıb. Açıqlamaya görə, 2015-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 133 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə əmtəə ixrac olunub, 120 ölkədən idxal edilib. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 41-i Asiya ölkələri və digərləridir.

Beş ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 11723,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 7655,8 milyon dollar, idxalın həcmi 4067,8 milyon dollar təşkil edib, nəticədə 3588 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 24,4 faiz artaraq 732,1 milyon dollar olub.


Əhalinin 6 aydakı gəlirləri və ötən ayın qiymət dəyişməsi açıqlandı


15.07.2015

2015-ci ilin yanvar-iyun aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq 19,8 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 4,9 faiz artıb. Bu açıqlamanı Dövlət Statistika Komitəsi iyulun 15-də yayıb.

Statistikaya görə, 6 ayda gəlirlərin 74,2 faizi son istehlak xərclərinə, 9,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 18,0 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6,2 faiz çox vəsait qalıb.

Transparency.az-ın məlumatına görə, rəsmi statistik məlumatlarda o da qeyd olunur ki, 2015-ci ilin iyun ayında ərzaq məhsulları 2,7 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz azalıb.

Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və qoyun ətinin, balıq məhsullarının, günəbaxan yağının, şəkər tozunun, bananın, alçanın, gilasın, çiyələyin, xiyarın, pomidorun, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın, kələmin, kökün, çuğundurun qiymətlərində ucuzlaşma, yumru düyünün, yumurtanın, limonun, almanın, qozun, şabalıdın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.


Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə