Prezidentin İqlim Dəyişikliyinə dair Paris Sazişi barədə Bəyanatı



Yüklə 25,5 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü25,5 Kb.
#24219


Prezidentin İqlim Dəyişikliyinə dair Paris Sazişi barədə Bəyanatı 

 

İqlim Dəyişikliyinə dair Paris Sazişi barədə Prezidentin Bəyanatı 

ABŞ Prezidentinin İclas otağı  

 

PREZİDENT:  Hələ  inauqurasiya  mərasimindəki  ilk  çıxışımda  ölkəmizin  iqlim  dəyişikliyinə 



qarşı  mübarizə  aparacağını  və  planetimizin  gələcək  nəsillər  üçün  qorunması  uğrunda 

yorulmadan çalışacağını qeyd etmişdim.  

İki  həftə  əvvəl  Parisdəki  çıxışımda  dünya  qarşısında  bəyan  etmişdim  ki,  bu  məqsədə 

nail olmaq üçün qlobal karbon tullantılarını azaldacaq və dünyamızı gələcək nəsillər üçün daha 

təmiz tutacaq davamlı bir razılaşmaya, güclü bir qlobal sazişə ehtiyacımız var.   

Bir neçə saat əvvəl , biz buna nail olduq və dünyanın ehtiyac duyduğu güclü bir razılıq 

ətrafında birləşdik.  

 

Belə  bir  uğurlu  sammitə  rəhbərlik  və  ev  sahibliyi  etdiyi  üçün  Prezident  Olandın,  Baş 



katib  Ban  Gi  Munun,  eləcə  də  səbr  və  qətiyyətlə  sammitə  sədrlik  etdiyi  üçün  Fransanın  Xarici 

İşlər  Naziri  Loran  Fabiusun  əməyini  yüksək  qiymətləndirirəm.  Öz  növbəsində  Baş  Katib  Con 

Kerriyə, baş məsləhətçim Brayn Deeseyə, baş müzakirəçi Todd Stern və onların komandalarının 

hər  bir  üzvünə  həyata  keçirdikləri  bu  təkrarsız  fəaliyyətlərinə  və  Amerikanın  adını  yüksək 

tutduqlarına görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. 

Mən  həm  də  ərazisinin  böyüklüyündən,  inkişaf  səviyyəsindən  asılı  olmayaraq  dünyaya 

qarşı yönələn təhlükə ilə mübarizə istiqamətində göstərdiyi birgə fəaliyyətə görə xalqları təmsil 

edən  200-ə  yaxın  dövlətin  nümayəndəsinə  öz  dərin  təşəkkürümü  ifadə  edirəm.  Biz,  bir 

olduğumuz zaman, dünyanın nələrə qadir olmasını nümayiş etdirməyi bacardıq.  

 

Bu  gün  Amerika  xalqı  fəxr  edə  bilər,  çünki  bu  tarixi  saziş  Amerika  rəhbərliyinə 



göstərilən etimaddır. Biz ötən yeddi il ərzində Amerika Birləşmiş Ştatlarını iqlim dəyişikliyi ilə 

mübarizədə  qlobal  liderə  çevirmişik.  2009-cu  ildə  biz  Kopenhagen  sammitinin  davamlılığının 

saxlanmasına kömək etdik və iqlim dəyişikliyi ilə mübarizədə bütün ölkələrin rolunun olmasını 

təmin etdik. Sonra biz, külək və günəş enerjisi sənaye sahələrinə qoyulan artan tarixi əhəmiyyətli 

sərmayələrimiz ilə orta sinif üçün yeni və davamlı iş yerlərinin yaradılması sahəsində nümunəvi 

bir dövlət olduq. Biz elektrik stansiyalarının uşaqlarımızın nəfəs aldığı havaya buraxdığı karbon 

tullantılarının həcmini məhdudlaşdırmaq sahəsində bir ilk olan ümummilli standartları müəyyən 



etdik.  Alyaskadan  Böyük  Düzənliklərə  və  Meksika  Körfəzi  Sahillərinə  qədər  olan  ərazilərdə 

dəyişən iqlimin bir çox sürətli təsirlərindən özlərini qorumağa çalışan yerli liderlər ilə tərəfdaşlıq 

etdik.    

 

İndi  bəzi  skeptiklər  görülən  bu  tədbirlərin  iş  yerlərinə  mənfi  təsir  edəcəyini  bəyan 



edirlər. Əksinə, biz öz tariximizdə özəl sektor tərəfindən iş yerlərinin yaradılması istiqamətində 

ən davamlı bir dövrün şahidi olmuşuq. Təxminən 20 illik dövr ərzində karbon çirklənməsini ən 

aşağı  səviyyəyə  endirdiyimiz  bir  vaxtda,  bütün  zamanların  ən  yüksək  məhsul  istehsalına  nail 

olduq.  Bundan əlavə, keçən il Çin  ilə birgə  elan  etdiyimiz tarixi  bəyanatla göstərdik ki,  inkişaf 

etmiş və inkişaf etməkdə olan xalqlar arasında mövcud olan, qlobal tərəqqiyə mənfi təsir edən və 

uzun  illərdir  mövcud  olan  maneələri  aradan  qaldırmaq  mümkündür.  Bu  nailiyyət  onlarla  digər 

dövlətlərə özünün iddialı iqlim hədəflərini müəyyən etmək baxımından stimul vermiş oldu. Bu 

isə  öz  növbəsində  Parisdə  qazanılacaq  uğur  üçün  zəmin  yaratmış  oldu.  Ona  görə  ki,  heç  bir 

dövlət,  hətta  bizim  kimi  güclü  bir  ölkə  də  bu  problemi  tək  həll  etmək  iqtidarında  deyildir. 

Həmçinin,  ərazisinin  böyüklüyündən  asılı  olmayaraq,  heç  bir  ölkə  bu  işdən  kənarda 

qalmamalıdır.  Bu problemi birlikdə həll etməliyik. 

 

Heç  bir  saziş,  o  cümlədən  bu  saziş  də  ideal  deyildir.  200-ə  yaxın  dövlətin  cəlb 



olunduğu danışıqlar həmişə çətin olur. Hətta Parisdə müəyyən edilən bütün ilkin hədəflərə çatılsa 

belə,  karbonun  atmosferdən  azaldılmasına  gəldikdə,  deyərdim  ki,  biz  yolun  yalnız  yarısını  qət 

etmişik.  Belə  ki,  bugünkü  saziş  bizi  arxayın  salmamalıdır.  Belə  bir  sazişin  imzalanması  hələ 

problemin  həlli  demək  deyildir.  Qeyd  etmək  lazımdır  ki,  Paris  sazişi  iqlim  böhranının  həll 

edilməsi  üçün  lazım  olan  davamlı  əsasları  müəyyən  edir  və  bizim  üçün  problemi  davamlı  və 

səmərəli şəkildə həll etmək baxımından  mexanizm və  struktur formalaşdırır. 

  

Hər  bir  xalq  öz  hədəflərini  müəyyən  edəcəyi  və  onları  fərqli  yanaşma  ilə  həyata 



keçirəcəyi üçün bu sazişi iddialı hesab etmək olar. Hər bir ölkəni gördüyü işlərə görə məsuliyyət 

daşınmağa  sövq  edəcək  dövri  mülahizələr  və  müstəqil  qiymətləndirmələrin  daxil  olduğu  güclü 

şəffaf  sistemimiz  olacaqdır.  Texnologiya  inkişaf  etdikcə,  bu  saziş  zamanla  hətta  daha  iddialı 

hədəflər  üçün  zəmin  formalaşdıracaq  inkişafa  şərait  yaradacaqdır.  Biz  ekoloji  cəhətdən  daha 

təmiz  iqtisadi  inkişafı    dəstəkləyən  daha  həssas  ölkələrə  dəstək  vermək  üçün  daha  geniş 

öhdəliklərə təminat vermişik.  

Bir  sözlə,  bu  saziş  planetimizi  təhdid  edən  karbon  tullantılarının  azalması  və    daha  az 

karbon tullantılarına yol açacaq sahələrə investisiya qoyuluşu ilə iş yerlərinin artması və iqtisadi 




inkişaf  anlamını  daşıyır.  Bu  sazişin  tam  həyata  keçirilməsi  iqlim  dəyişikliyi  ilə  bağlı  ən 

arzuolunmaz  nəticələrin  azaldılmasına  və  ya  qarşısının  alınmasına  kömək  edəcək,  eləcə  də 

qarşıdan gələn dövrlərdə daha böyük tərəqqiyə zəmin yaradacaqdır. 

Bu  saziş  həm  də  dünyanın  gələcəkdə  daha  az  karbon  tullantılarının  olmasına  nə  qədər 

ciddi  yanaşdığının  bariz  nümunəsidir.  Saziş  əvvəllər  heç  zaman  mövcud  olmayan  miqyasda 

təmiz  enerjiyə  investisiya  qoyulması  və  innovasiyanın  tətbiq  edilməsi  kimi  bir  potensiala 

malikdir.  Bizim  müəyyən  etdiyimiz  hədəflər  çox  iddialıdır.  Bu  saziş  biznes  sahələri,  elm 

adamları, mühəndislər, fəhlələr və özəl sektorun nümayəndələrini - investorları birlikdə işləməyə 

həvəsləndirməklə  planetimizi  bugünkü  vəziyyətindən  çıxarmaq  üçün  əlimizə  düşən  ən  yaxşı 

fürsətdir.   

 

Mən inanıram ki, bu an bütün dünya üçün dönüş nöqtəsi ola bilər. Biz sübut etdik ki, 



bu  problemi  həll  etmək  üçün  həm  iradəmiz  həm  də  bacarığımız  var.  Bu  asan  olmayacaq. 

Qazanılan uğur heç də həmişə asan olmur. Biz arxayınlaşmamalıyıq. Baxmayaraq ki, bizim nəsil 

ekoloji  cəhətdən  təmiz  enerji  sənayesinin  qurulması  ilə  bağlı  açılan  iş  yerləri,  qənaət  edilən 

pullar kimi bəzi nailiyyətlərə şahidlik edəcək, amma ola bilər ki, uğurlarımızın tam reallaşmasını 

görməyə  ömrümüz  yetməsin.  Lakin  heç  bir  problem  yoxdur.  Bu  gün  ən  vacib  olan  məsələ  bu 

planetin gələcək nəsillər üçün daha sağlam yaşanılacaq məkan olmasından əmin olmaqdır. Məni 

düşündürən məsələ elə budur. Mən nəvələrimin əlindən tutaraq, təbii ki, baba olmaq xoşbəxtliyi 

nəsib  olandan  sonra,  bir  gün  onları  parka  aparan  zaman  onların  sevinclərini  və  üzlərindəki 

təbəssümü  görəndə,  günəşin  sakitcə  qürub  etdiyini  müşahidə  edəndə,  bütün  bunlara  bu  gün 

gördüyümüz  işlər  sayəsində  nail  olduğumuzu  təsəvvürümdə  canlandırıram:  bizim  indi  burada 

gördüyümüz işlər gələcək nəsillərə daha təmiz hava, daha təmiz su və yaşamaq üçün daha yaxşı 

və davamlı planet miras qoymağımız deməkdir. Bundan vacib nə ola bilər ki?  

Bu  gün,  güclü,  prinsipial  Amerika  rəhbərliyi  sayəsində  uşaqlarımıza  daha  təhlükəsiz, 

daha  firavan  və  daha  azad  bir  dünyanı  miras  qoyacağıq  və  bu,  bizim  yer  üzərindəki  qısa 

ömrümüzdə həyata keçirməli olduğumuz ən vacib missiyadır.  

 

Hər kəsə öz təşəkkürümü bildirirəm. 



 

Yüklə 25,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə