Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə1/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
  1   2   3   4   5   6   7   8   9   ...   57


P
RESIDENTS
OF
 
THE
 U
NITED
 S
TATES
 
OF
 A
MERICA
Amerika prezidentləri
Ciddi məsələlərə heç zaman rişxənd etməyin.
Corc Vaşinqton
Mənim vətənim azadlıq olan yerdir.
Tomas Cefferson
Xalqım bir hissəsini həmişə və bütün xalqı bir 
müddət aldatmaq olar, lakin, bütün xalqı həmişə 
aldatmaq qeyri-mümkündür.
Avraam Linkoln
Kişinin uduzmağı hələ onun məğlubiyyəti deyil, o, 
yalnız təslim olanda məğlub olur.
Riçard Nikson


Elshan Bayramzadeh
P
RESIDENTS
OF
 
THE
 U
NITED
 S
TATES
 
OF
 
A
MERICA


Elşən Bayramzadə
Amerika
prezidentləri
Bakı
2012


Elşən Bayramzadə
Amerika prezidentləri
KitabKlubu.org, 2012, 248 səh.
Kitab ABŞ-ın prezidentlik institutu, prezidentlərin 
tərcümeyi-halı  və onların siyasi fəaliyyətindən bəhs edir. 
ABŞ-ın superdövlətə çevrilməsində, Konstitusiya və de-
mokratiya prinsiplərinə sadiqlik böyük rol oynayıb. Bu 
prinsiplərin pozulması  bəzi prezidentlərin impiçmentinə 
gətirmişdir. Kitabda bu haqda da geniş məlumat verilmiş-
dir. Əhatəli şəkildə ABŞ-ın siyasi quruluşu və onun birinci 
şəxslərinin fəaliyyətinə  həsr olunmuş, maraqlı faktlar və 
məlumatlarla zəngin, illüstrasiyalı belə bir kitab Azərbaycan 
dilində ilk dəfədir nəşr olunur. Kitab geniş oxucu kütləsi 
üçün nəzərdə tutulmuşdur.
Qiyməti 5 manat
Əlaqə nömrələri: 012/492-12-38, 050/404-91-13
ISBN 978-9952-812-57-2
© 
Elşən Bayramzadə və Kitab Klubu MMC


5
Ön söz
Müstəqil Azərbaycan Respublikası öz sosial institut-
larının qurulmasının elə bir mərhələsindədir ki, bu dövrdə 
dünya təcrübəsi böyük dəyərə malikdir. Ən geniş yayılmış 
belə dövlət quruluşu institutlarından biri, artıq 200 ildən 
çox bir müddətdə ABŞ-da bütün digər dövlət institutları-
nın fəaliyyətini  əlaqələndirən prezidentlik institutudur. 
Prezidentlik institutu öz mahiyyətinə görə hakimiyyət ins-
titutu, daha doğrusu dövlət idarəetmə sistemində prezident 
hakimiyyəti səlahiyyətlərinin məcmusu kimi nəzərdən 
keçirilməlidir.
Rus tədqiqatçısı V.E.Çirkin qeyd edir ki, prezidentli 
respublikanın, tez-tez nazir böhranlarının alovlandığı  və 
hökumət dəyişmələrinin adi hala çevrildiyi parlamentli 
respublikadan əsas üstünlüyü onun icraedici hakimiyyətin 
sabitliyinə  təminat verməsidir;  əsas qüsuru isə demokra-
tik institutların inkişaf etməməsi  şəraitində avtoritarizmə 
meyllənməsidir.
«Prezident» termini hərfən «irəlidə  əyləşən» mənası 
verən latın sözü «praesidens»dən götürülüb və yəqin ki, an-
tik dövr məclislərində sədrlik edənin tutduğu yerlə əlaqəli 
olmuşdur. Sonralar senat başçılarını prezident adlandırma-
ğa başladılar. «Prezident» termini öz müasir məzmununu 
XVIII əsrin sonlarında, ABŞ-da prezidentlik institutu təsis 
edildikdə almışdır. Prezidentlik vəzifəsinin təsis edilməsi 
ilk dəfə 1787-ci ildə Filadelfi yada, ABŞ-ın yeni Konstitu-
siyasının hazırlandığı Konstitusiya Konventində müzakirə 
edilmişdir. 
Maraqlıdır ki, o zamanlar ölkənin  şəriksiz siyasi li-
deri müharibə  qəhrəmanı, general Corc Vaşinqton idi və 
təsis ediləcək dövlət başçısı  vəzifəsi (kral) «ona uyğun-
laşdırılır», dövlət quruluşu kimi monarxiya təklif edi-
lirdi. C.Vaşinqtonun nəhəngliyi təkcə onun monarx ol-


6
maq istəməməyində yox, sonralar, üçüncü dəfə prezident 
seçkilərində iştirakdan könüllü imtina edərək, ABŞ-ın de-
mokratik inkişafında misilsiz ənənənin başlanğıcını qoy-
masında idi.
Beləliklə, ABŞ-da respublika idarəetmə formasının 
bərqərar olması olduqca çətin məsələ idi, çünki, ABŞ-
ın nə lazımi siyasi təcrübəsi, nə də uyğun tarixi ənənələri 
yox idi. İcraedici hakimiyyətin başçısı – prezidentin həm 
fəaliyyət müddəti, həm də seçilməsi qaydaları haqqında 
ciddi müzakirələr getmiş, nəticədə, C.Medisonun təklif 
etdiyi, müəyyən düzəlişlərlə bu gün də davam edən plan 
qəbul olunmuşdur. Prezident vəzifəsinin unikallığı onda 
idi ki, o, həm dövlət başçısı, həm də icraedici hakimiyyətin 
rəhbəri idi.
Xatırladaq ki, ABŞ dövlət quruluşu modeli, hakimiyyət 
bölgüsü ideyasını ilk yaradanlardan biri, fransız mütəfəkkiri 
Ş.L.Monteskyönün konstitusiya hüququ nəzəriyyəsinə 
əsaslanırdı. Məhz bu məqam ABŞ-da güclü prezident 
hakimiyyətinin ölkədə avtoritar rejim yaratmasına imkan 
verməmişdir.
Yeri gəlmişkən, Latın Amerikası ölkələrində ABŞ nümu-
nəsinə uyğun olaraq prezidentlik institutu təsis edilsə  də 
(XIX əsrin birinci yarısında), bu təhlükədən yaxa qurtarmaq 
mümkün olmamışdır. Bundan əlavə, prezidentlik vəzifəsi 
ABŞ modelindən «köçürülmüş», 1848-ci ildə Avropanın ilk 
prezidentli respublikası olan Fransanın (digəri İsveçrə) prezi-
denti seçilmiş Lui-Napoleon öz səlahiy yət lə  rin dən monarxi-
yaya qayıtmaq və özünü III Napoleon adı ilə imperator elan 
etmək üçün istifadə etmişdi. Burdan görünür ki, uğurlu siyasi 
sistem təkcə kağızda yazılmış qanun və konstitusiyalardan 
asılı deyil, bu sistemi yaşadan konkret insanlardan, onların 
keyfi yyətlərindən, malik olduğu dəyərlərdən asılıdır. Məhz 
buna görə ABŞ konstitusiyasını yaşadan siyasi liderlər – 
prezidentlər bizim üçün çox maraqlıdır.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə