Problemlərdən biri. Dünyada hər şey daimi hərəkətdədir



Yüklə 121,47 Kb.
Pdf görüntüsü
tarix19.12.2023
ölçüsü121,47 Kb.
#151555
Hərəkət (fəlsəfə) — Vikipediya



Hərəkət (fəlsəfə)
Hərəkət -
fəlsəfədə
 mühüm
problemlərdən biri.
Dünyada hər şey daimi hərəkətdədir.
Müxtəlif predmetlərdə 
molekulların
hərəkəti baş verir. Canlı orqanizmlərdə
fasiləsiz surətdə 
maddələr mübadiləsi
gedir. Bundan əlavə, onlarda digər fizioloji
proseslər də özünü göstərir. İlk nəzərdə
hərəkətsiz kimi görünən ürək bir an
Ümumi xarakteristika


dayanmır, damarlara qan vurur, hərəkət
edir. Cəmiyyət həyatından da hərəkətə
dair çoxlu misallar gətirmək olar. Belə ki,
insanların əmək fəaliyyətində, siyasi
həyatda və mədəniyyətdə daim müəyyən
dəyişikliklər yaranır. Hətta insanın
təfəkkürü də bir yerdə dayanmır. O
fikirlərin hərəkəti deməkdir.
Deməli, dünyada hərəkətdən kənarda
olan heç bir obyekt yoxdur. Buna görə də
hərəkət son dərəcə müxtəlif və rəngarəng
növlərdə təzahür edir. Sükunət kimi qəbul
edilən mövcudatlar və hallar da əslində
hərəkətdədir. Məsələn, evdə çarpayıda
uzanmış adam hərəkətsiz görünə bilər.
Əslində isə o, evlə birlikdə böyük sürətlə


yer oxunun ətrafında fırlanır. Yer kürəsi də
günəş
ətrafında dövr etməkdədir.
Hərəkət təsadüfi baş vermir və yaxud da
obyektlərə kənardan gətirilmir. O 
obyektiv
xarakterə
malikdir. Yəni predmetlərin
daxili təbiətindədir. Çünki hər bir maddi
obyekt onu təşkil edən elementlərin
qarşılıqlı təsiri sayəsində mövcuddur.
Məsələn, 
atomlar
 ona görə mövcud ola
bilir ki, onların tərkibində nüvə və
elektronlar qarşılıqlı təsirdədir. Canlı
orqanizmlərin mövcudluğu onların
molekulları, hüceyrələri və orqanlarının
qarşılıqlı təsiri ilə bağlıdır. 
Cəmiyyət
 buna
görə mövcud ola bilir ki, burada müxtəlif
insan qrupları bir-birilə qarşılıqlı təsirdə


fəaliyyət göstərirlər. Gətirilən misallar
obyektlərin daxilində onu əhatə edən
ünsürlər arasındakı qarşılıqlı təsiri ifadə
edir. Bundan əlavə, hər bir obyekt xarici
qarşılıqlı təsirdə də iştirak edir. Yəni o
başqa obyekt ilə, habelə ətraf mühitlə
qarşılıqlı təsirdə olur. Bu çoxtərəfli
qarşılıqlı təsir gedişində əşya və
proseslər daim dəyişikliklərə məruz qalır.
Bütün bu dəyişikliklər isə maddi dünyanın,
çox mühüm səciyyəsini təşkil edir.
Deməli, dünyada universal xarakterli
qarşılıqlı təsir fəaliyyət göstərir. Bu
qarşılıqlı təsir hərəkət formasında üzə
çıxır. Belə ki, o predmetlərin xassələri,
münasibətləri və hallarının dəyişməsinə
gətirib çıxarır. Fəlsəfədə bu dəyişikliklər


geniş planda götürülür və hərəkət adlanır.
Hərəkət 
materiyanın
 ayrılmaz keyfiyyətini
təşkil edir.
Hərəkət 
materiyanın mövcudluq
üsuludur
. Bu o deməkdir ki, materiya
hərəkətdən kənarda ola bilməz.
Dünyadakı bütün obyektlər onlarda
müəyyən hərəkət dəyişikliklərinin baş
verməsi sayəsində mövcud olur. Hər
hansı obyektin hərəkətinin məhv olması,
onun fəaliyyətinin dayanması, yəni başqa
obyektə çevrilməsi deməkdir. Öz
növbəsində bu yeni yaranan obyektdə də
müəyyən hərəkət dəyişiklikləri baş verir.
Başqa sözlə deyilsə, hərəkət materiyaya
daxilən xas olan atributiv (yəni ondan


ayrılmaz) keyfiyyətdir. Materiyanın özü
mütləq olduğu kimi, hərəkət də mütləq
xarakter daşıyır.
Adi danışıqda hərəkət bəsit mənada başa
düşülür. Belə təsəvvür olunur ki, bəzi
cisimlər sükunət halında, digərləri isə
hərəkətdədir. Nəticədə bu iki vəziyyət
(hərəkət ilə sükunət) qarşı-qarşıya
qoyulur və onların guya bərabər səviyyədə
mövcud olducu fikri qərarlaşır. Əslində
isə belə deyildir. Mexanikanın qanunları
haqqında azacıq məlumatı olan hər bir
adama aydındır ki, sükunət vəziyyəti
yalnız müəyyən hesablama sisteminə
nəzərən mövcud ola bilər. Məsələn, bizim
yaşadıcımız bina Yerin səthinə


münasibətdə sükunətdədir. Əslində isə o,
Yer kürəsi ilə birlikdə Günəş ətrafına (yəni
ona nəzərən) daim yerdəyişmədə
(hərəkətdə) çıxış edir. Bundan əlavə bizim
sükunət vəziyyətində hesab etdiyimiz ev
Yer Kürəsi və Günəşlə birlikdə bizim
qalaktikanın ətrafında hərəkət edir (yəni
onun nüvəsinə nəzərən 250 km sürətlə
dəyişilir). Nəhayət hərəkətsiz görünən ev,
bizim qalaktika ilə birlikdə kainatın
genişlənməsi nəticəsində digər
qalaktikalardan uzaqlaşır. Beləliklə, bizim
sükunətdə olducunu güman etdiyimiz
bütün predmetlər əslində daim hərəkət
edirlər. Sonra, biz müşahidə etdiyimiz hər
hansı predmetin sükunət vəziyyətində
olducunu söyləyərkən, qeyri-aşkar şəkildə


olsa da, onun müəyyən məkan
konfiqurasiyasını (yerləşməsini), öz
strukturunu saxladıcını, daxili
elementlərinin təşkili qaydasını
təkrarladıcını nəzərdə tuturuq. Həqiqətdə
isə məsələ tamamilə başqadır.
Məsələn, daş materialından tikilmiş
möhkəm bina bizdə dəyişilməyən,
sükunətdə olan təəssüratı yaradır. Lakin
ona elektron mikroskop altında baxsaq
(bu mikroskop, obyektin həcmini 200-300
milyon dəfə böyüdə bilir) onda məlum
olur ki, onun qəti surətdə ayrılmış məkan
hüdudları yoxdur. Çünki binanın ətraf hava
ilə sərhəddə yerləşən daş səthinin
molekulları daim bir-birilə qarşılıqlı


təsirdə olur. Daha dəqiq desək, daşın
səthində yerləşən molekullar ilə havanın
molekulları bir-birinə nüfuz edir, qarşılıqlı
surətdə biri digərinə keçir. Bundan əlavə,
müasir fizika elmi sübut edir ki,
sözügedən qarşılıqlı nüfuz etmə daha
ilkin pillələrdə də (elektronlar, protonlar və
nüvə daxili neytronlar və s.) özünü
göstərir. Deməli, bizim sükunət
vəziyyətində müşahidə etdiyimiz ev, daim
hərəkətdədir, onun hissəcikləri ətraf
havanın hissəcikləri ilə qarşılıqlı çevrilmə
halında çıxış edir. Eyni vəziyyət bizi əhatə
edən dünyadakı hər bir predmetdə baş
verir. Hətta, insanın özündə də ruhun
vəziyyəti (halı) daim dəyişilir, yəni, yeni
duycular, yaşantılar, fikirlər yaranır. Bizim


bədənimiz də fasiləsiz dəyişikliklər
məkanıdır: müəyyən müddət keçdikdən
sonra maddələr mübadiləsi nəticəsində
bədənimizdəki molekullar öz tərkibini
dəyişir. Deyilənlərlə əlaqədar olaraq
amerikan filosofu S.Çeyzin obrazlı
şəkildə ifadə etdiyi aşacıdakı fikir maraqlı
görünür: mən çəməndə otlayan inəyi
gördükdə bilməliyəm ki, o, heç də inək
deyil, elektronların həddən artıq yüksək
sürətlə baş verən rəqsidir. Bu metaforada
(şişirdilmiş bənzətmədə) müəyyən
həqiqət məqamı vardır. O, əyani surətdə
hərəkətin daim baş verdiyini ifadə edir.
Adi danışıqda hərəkət dedikdə cisimlərin
məkanda yerdəyişməsi nəzərdə tutulur.


Bundan fərqli olaraq fəlsəfədə hərəkət
anlayışı geniş məna daşıyır. Onun
məzmununa dünyadakı ən kiçik
obyektlərdən başlayaraq, ən böyük
obyektlərə qədər hamısında baş verən
dəyişikliklər daxil edilir. F.Engels özünün
«Təbiətin dialektikası» əsərində hərəkətin
bu anlamını belə ifadə etmişdir: «Sözün
ən ümumi mənasında götürülən, yəni
materiyanın mövcudluq üsulu və ona
daxilən xas olan atribut mənasında
anlaşılan hərəkət, kainatda baş verən
bütün dəyişiklikləri – cisimlərin sadəcə
məkanca yerdəyişməsindən başlayaraq
təfəkkürdə baş verən dəyişikliklərə qədər
hər şeyi əhatə edir». Hələ qədim fiosoflar
dünyanı hərəkətdə görürdülər. Məsələn,


Efesli Heraklitin irəli sürdüyü «hər şey axır,
hər şey dəyişir» fikri bunu sübut edir.
Demokrit göstərirdi ki, atomlar daim
hərəkətdədir, Aristotel isə belə hesab
edirdi ki, ümumi götürülən hərəkət ilə
onun konkret növləri bir-birilə əlaqəlidir. O,
həm də hərəkəti gerçək varlıq kimi
təsəvvür edərək yazırdı: «mən hərəkt
dedikdə, imkan şəklində olanın həyata
keçirilməsini başa düşürəm».
Yeni dövr fəlsəfəsində hərəkətə
materiyanın ən mühüm xassəsi kimi
yanaşılırdı. 
Frensis Bekon
 yazırdı: «
Bizə
məlum olan cisimlərdə həqiqi sükunət
Hərəkətlə bağlı fəlsəfi
baxışlar


yoxdur, onlar yalnız zahirən sükunətdə
görünürlər
». Bu dövrdə mexanika sürətlə
inkişaf etdiyindən bütünlükdə hərəkət
mexaniki hərəkətdən ibarət hesab
olunurdu. Məsələn, Dekart materiya ilə
hərəkəti ayrılmaz əlaqədə götürürdü.
Lakin o, materiyanı müstəqil qaradıcı
qüvvə kimi təsəvvür edirdi. Bütün hərəkəti
mexaniki hərəkətə müncər edir və
göstərirdi ki, yalnız o materiyanın
həyatının ifadəsidir.
Materiyanın əzəldən fəal qüvvə olducu
fikri də həmin dövrün məhsuludur. Onun
banisi 
Con Toland
 ilk dəfə mistik (sehrli)
ilkin təkan nəzəriyyəsini alt-üst etdi.
Beləliklə də XVII əsr materializmində


hərəkəti materiyanın ayrılmaz xassəsi
kimi izah edən baxış yarandı. XVIII əsr
fransız materialistləri (Lametri, Didro,
Helvesti, Holbax) ilk dəfə belə bir fikir irəli
sürdülər: 
materiya hərəkətsiz mövcud
deyildir

Hərəkət materiyanın mövcudluq
üsuludur.
Hərəkət haqqında təlimin inkişafında
Georq Vilhelm Fridrix Hegel
xüsusi yer
tutur. O, öz sələflərinin hərəkəti metafiziki
və mexaniki anlamasını aradan qaldırdı.
Hegel həm də göstərdi ki, hərəkətin
mənbəyini 
ziddiyyət
təşkil edir. O,
hərəkətin əsas qanunlarını kəşf etmişdir.
Hərəkət daxilən ziddiyyətlidir. O,
dəyişkənlik ilə sabitliyin, mütəhərriklik ilə


sükunətin ayrılmaz vəhdətidir. Belə ki,
obyektlərin xassələri və münasibətlərinin
dəyişilməsi gedişində bir tərəfdən hər bir
sükunət, dayanıqlıq hərəkət vasitəsilə
özünü göstərir. Dünyadakı hadisələrin
sonsuz axınında hərəkət heç vaxt
dayanmır. Bununla yanaşı, onların hər biri
nisbi sükunətdədir. Çünki, obyektin necə
dəyişilməsindən asılı olmayaraq müəyyən
zaman intervalında o, öz mövcudlucunu
və keyfiyyət müəyyənliyini sabit saxlayır.
Beləliklə, sükunət hərəkətin elə bir halını
ifadə edir ki, bu hal predmetin
dayanıqlıcının, onun keyfiyyətinin
saxlanılmasını təmin edir. Buna görə də
sükunət nisbidir, onu mütləqləşdirmək


docru deyildir. Eynilə də dəyişkənliyi
həddən artıq şişirtmək və
mütləqləşdirmək yolverilməzdir. Sükunətə
məhəl qoymamaq mütləq relyativizm (hər
şeyi nisbi görmək deməkdir) adlanan
səhvə gətirib çıxarır.
Hərəkət fasiləliklə fasiləsizliyin vəhdətidir.
Hərəkətin bu xassəsi inkişaf anlayışında
daha aydın görünür. Inkişaf irəli docru
yönəlmiş, qarşısı alınmaz hərəkətdir.
Onun daxilindəki momentlər bir-birilə
ayrılmaz əlaqədədir. Hərəkət
mövcudatların öz daxilində, onların
dəyişilmə mənbəyi kimi çıxış edir.
Qeyl olunmalıdır ki, hər hansı bir əşyanın
hərəkəti yalnız başqaları ilə münasibətdə


özünü göstərir. Ayrıca bir əşyanın
müstəqil hərəkət etdiyini söyləmək
cəfəngiyyat olardı. Odur ki, müəyyən bir
obyektin hərəkətini öyrənmək üçün onu
mütləq başqası ilə münasibətdə
götürmək lazımdır. Həmin başqa obyekt
çıxış nöqtəsi rolunu oynayan hesablama
sistemi adlanır.
Hərəkət ilə materiyanın ayrılmazlıcı
ideyası heç də hamı tərəfindən birmənalı
qəbul edilmir. Xüsusiən də XIX əsrin
sonlarında radioaktivliyin kəşfi sayəsində
məlum oldu ki, maddə parçalanarkən
böyük miqdarda enerği alınır. Bunu əldə
bayraq edən bəzi fiziklər göstərirdilər ki,
materiya yox olur, təkcə enerği qalır.


Materiyanın 
enerjiyə
 çevrildiyini iddia
edənlər (bunlar 
energetizm
 tərəfdarları
adlanır) 
Eynşteynin
kəşf etdiyi kütlə ilə
enerğinin ekvivalentliyi qanunundan (E =
mc2) öz məqsədləri üçün istifadə etməyə
çalışırdılar. Məsələn, energetizm banisi,
XIX əsrdə yaşamış alman təbiətşünası
Vilhelm Ostvald
yalnız enerğinin mövcud
olducunu göstərərək yazırdı: 
«Cənablar,
sizi bir dəyənək ilə vurduqda nəyi hiss
edirsiniz – dəyənəyi, yoxsa enerjini? Yalnız
enerjini hiss edirsiniz».
Onun fikrincə
insanların materiya kimi qavradıqları
əslində enerjidir. Beləliklə də o, enerjini
mütləqləşdirirdi. Əlbəttə, enerği maddi
obyektlərin qarşılıqlı təsirinin dərəcəsini
müəyyən etməkdə mühüm rol oynayır.


Hərəkətin müxtəlif formaları vardır.
Hərəkət forması dedikdə maddi
obyektlərin eyni tipli fəaliyyət qanunlarına
və təşkil qaydalarına malik olan növü
başa düşülür. Hərəkət formalarının
müxtəlifliyi materiyanın ayrı-ayrı struktur
səviyyələrdən təşkil olunması ilə izah
edilir.
XIX əsrin 70-ci illərində alman filosofu
Fridrix Engels
 materiyanın beş hərəkət
formasını göstərmişdi: mexaniki, fiziki,
kimyəvi, bioloji və sosial formalar.
Hərəkətin formaları və
struktur səviyyələri


Engelsin təsnifatı aşacıdakı prinsiplərə
əsaslanır:
Birinci hər bir hərəkət formasının
özünəməxsus 
maddi daşıyıcısı
vardır.
Məsələn, mexaniki hərəkətdə olan
daşıyıcı makrocisimlər, fiziki hərəkətdə –
molekullar, kimyəvi hərəkətdə – atomlar,
bioloği hərəkətdə – canlı sistemlər, sosial
hərəkətdə isə – ictimai orqanizmdir.
Ikinci, hərəkət formaları sadədən
mürəkkəbə doğru düzülmüşdür.
Üçüncü, hərəkət formaları
müəyyənləşdirilərkən 
genetik
(mənşə,
yaranma deməkdir) prinsipə əməl
edilmişdir. Yeni hər bir növbəti formanın


ona qədərki forma ilə genetik əlaqəsi
göstərilmişdir.
Hərəkətin yuxarıda göstərilən formaları
bir-birilə sıx əlaqədardır. Bu özünü birinci
növbədə onda göstərir ki, hər bir yüksək
hərəkət forması özündən əvvəlki formanı
da əhatə edir. Lakin aşacı forma yuxarı
formaya tabe vəziyyətdə olur. Məsələn,
bioloği hərəkət formasında ondan aşacı
formalar (kimyəvi, fiziki və mexaniki)
müəyyən dərəcədə iştirak edirlər. Lakin
bioloği formada əsas yeri məhz bioloği
qanunauycunluqlar tutur. Aşacı hərəkət
formaları yalnız yardımçı rol oynayırlar.
Hərəkət formaları bir-birindən ayrılmazdır.
Lakin onların hər birinin keyfiyyət


spesifikliyi vardır. Bu cəhətə məhəl
qoymamaq reduksionizm adlanan səhv
ilə nəticələnir. Göstərilən səhv hərəkətin
yüksək formasnı ondan aşacı formaya
müncər edir. Bunun aydın nümunəsini
mexanisizmin timsalında görmək olar.
Onun nümayəndələri bioloği həyatı izah
edərkən, ondan aşacıda duran mexaniki
və fiziki-kimyəvi qanunlardan çıxış
edirdilər. Buna bənzər səhvə XIX əsrin II
yarısında geniş yayılmış olan sosial-
darvinizm adlanan təlim də yol verirdi.
Belə ki, onun tərəfdarları sosial hərəkət
formasının spesifikliyini nəzərə almırdı.
İctimai həyatı ondan aşacıda duran
bioloği hərəkət formasının qanunları
əsasında izah edirdilər.

Yüklə 121,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə