Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə100/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   207

213

 

 



yerlərdə 3-5 metr qəbul edilməlidir. 

Respublikamızda  üzümçülükdə  yol  şəbəkəsinə  münasibət  heç  vaxt  elmli 

olmamışdır.  Sovetlər  dönəmində  Azərbaycanda  üzümlükdə  müxtəlif  yollar 

əvəzinə  bir  yol  götürülmüşdür.,  yəni  yolların  hamısının  eni  8-12  metr 

götürülmüşdür.  Üzümlükdə  4  adda  yolun  hər  birinin  vəzifəsi  vardır.  Ən  çox 

mübahisə  doğuran  qurşaqarası  yollardır.  Onlar  nəqliyyat  vasitələrinin  və 

aqreqatların  birtərəfli  hərəkətini  təmin  edir.  Burada  ikitərəfli  hərəkətə  ehtiyac 

yoxdur.  Qurşaqarası  və  digər  yolların  eni  normativə  uyğun  qəbul  edilsə  torpaq 

fonduna  xeyli  qənaət  edilmiş  olar.  Yolların  hamısının  eninin  bir  ölçüdə 

götürülməsi  savadsızlıqdan  başqa  bir  şey  deyidir.  Yol  şəbəkəsinin,  meşə 

zolağının,  tarla  düşərgəsinin  və  digər  kommunikasiyaların  tutduğu  ərazi  ümumi 

üzümçülük ərazisinin 8-10%-dən çox olmamalıdır.  

Üzümlükdə tarla düşərgəsi istehsalat və məişət xidməti xarakteri daşımalıdır. 

Burada  işçilərin  dincəlməsi  üçün  otaqlar.  Süfrə  üzümünün  çeşidlənməsi  və 

qutulara  qablaşdırılması  üçün  çardaq,  inventar  və  alətlərin  saxlanması  üçün 

anbar,  yay  mətbəxi,  yeməkxana  və  yay  hamamı  olmalıdır.  Tarla  düşərgəsi 

üzümlüklərin ortasında, su mənbələrinə və əsas yollara yaxın olmalıdır.  

Bütün  bu  işlər  görüldükdən  sonra  sahədə  planlaşdırma  işləri  aparılır. 

Üzümlük  salınarkən  diqqət  iki  əsəs  məslənin  həllinə  yönəlməlidir.  Əkilmiş 

tinglərin  hamısının  yaxışı  kök  atmasına  və  zoğların  yaxşı  böyüməsinə  və 

gələcəkdə  onların  normal  məhsul  verməsinə  nail  olunmalıdır.  Əkin  vaxtı 

aqrotexnikaya əməl olunmadıqda kolların bitməsi və böyüməsi zəif olur. 



Üzüm  bitkisinə  verilən  qida  sahəsinin  əsaslandırılması  və  cərgələrin 

istiqamətinin  müəyyən  edilməsi.  Cərgələrin  istiqaməti  şimaldan  cənuba  doğru 

olduqda hər iki tərəfi günəş şüaları ilə bərabər şüalanır. Şimal rayonları üçün bu 

vəziyyət daha əlverişlidir. Cərgələrin istiqaməti şərqdən qərbə yönəldikdə aran və 

isti rayonlarda cərgənin bir tərəfində yaşıl orqanlar, o cümlədən gilələr qarsalana 

bilər.  İstilik  az  olan  yerlərdə  isə  cərgənin  şimal  tərəfində  xəstəliklər  tez-tez  baş 

verə bilər.  

Hesablamalara  görə  40

0

  en  dairəsində  günəş  enerjisinin  miqdarı  cərgələrin 



istiqamətindən  asılı  olaraq  xeyli  dəyişir.  Belə  ki,  cərgənin  istiqaməti  şimaldan 

cənuba yönəldikdə maksimum enerji saat 6-9 və 15-18 radələrində olur. Günorta 

vaxtı  isə  günəş  şüaları  yarpağın  səthi  ilə  sürüşür  və  günəş  enerjisinin  miqdarı 

xeyli  azalır.  Cərgənin  istiqaməti  şərqdən  qərbə  yönəldikdə  maksimum  günəş 

enerjisi  günorta  vaxtlarına,  minimum  enerji  isə  saat  7-  və  17  radələrində  olur. 

Məlumdur  ki,  fotosintez  prosesi  günortaya  qədər  və  günortadan  sonra  daha 

yüksək  olur.  Bu  baxımdan  cərgələrin  istiqamətinin  şimaldan  cənuba  olması 

fotosintez prosesinin daha yaxşı getməsi üçün əlverişli şərait yaradır. 

Üzümlükdə cərgələrin  istiqaməti müxtəlif şərtlərdən asılıdır. Düzən  yerlərdə 



214

 

 



cərgələrin  istiqaməti  şimaldan  cənuba  doğru  yönəldilir.  Bu  istiqamətdə  kollar 

yaxşı  işıqlanır,  demək  olar  ki,  kolun  hər  tərəfinə  günəş  şüası  düşür.  Suvarılan 

torpaqlarda maillik dərəcəsi 0,002-dən çox olduqda cərgələrin istiqaməti suvarma 

suyunun axma istiqamətinə yönəldilir. 

Yamacın  mailliyi  8-10  dərəcəyədək  olduqda  cərgələr  yamacın  eninə 

istiqamətləndirilməlidir.  Hakim  küləklər  çox  güclü  olduqda  cərgələr  hakim 

küləklərə  perpendikulyar  düzəldilməlidir.  Başqa  sözlə  desək  elə  etmək  lazımdır 

ki, güclü küləklər cərgənin arasından keçib getsin.  

Üzümlüklərdə  kolların  sıxlığı  dünyanın  müxtəlif  ölkələrində  müxtəlifdir. 

Kolların  qida  sahəsinə  bir  çox  amillərin  təsiri  vardır.  Havanın  və  torpağın 

temperaturu,  torpağın  münbitliyi,  nəmlik,  sortun  böyümə  gücü,  torpağın 

becərilmə üsulları və s. Bu qəbildəndir. 

Fransanın Şampan rayonunun sərin iqlimli bölgələrində yüksək məhsul almaq 

üçün bir hektarda 7500 və daha çox tənək olur. İspaniyanın Almeri rayonunda bir 

hektarda  təqribən  1000  kol  olur.  C.Uinkler  qeyd  edir  ki,  Amerikada  işçi 

qüvvəsinin  azlığına  görə  cərgələrin  sayı  az  götürülür  ki,  becərmə  ucuz  başa 

gəlsin.  Bu  baxımdan  respublikamızın  müxtəlif  rayonlarının  torpaq-  iqlim  şəraiti 

müxtəlif  olduğundan  və  üzüm  sortları  da  müxtəliflik  təşkil  etdiyindən  kollara 

verilən qida sahəsi diqqətlə təhlil olunmalıdır. 

Üzümlükdə  bitkilərə  verilən  qida  sahəsi  diqqət  mərkəzində  olmalıdır.  Qida 

sahəsi  üzümün  sortundan,  becərmə  şəraitindən,  torpaqğın  tipindən  və 

münbitliyindən asılıdır. Təcrübələr  göstərmişdir ki,  torpaq qida maddəsindən nə 

qədər  kasıb  olsa  və  nəmlik  nə  qədər  az  olsa  tənək  bir  o  qədər  zəif  böyüyər  və 

bunu  nəzərə  alaraq  hektarda  bitkinin  miqdarını  çox  götürmək  lazımdır.  Əksinə, 

suvarılan  münbit  torpaqlarda  güclü  böyüyən  üzüm  sortlarına  qida  sahəsini  çox 

vermək tələb olunur (əlbəttə müəyyən həddə qədər). 

Keçən  əsrin  60-80-ci  illərində  dəbdə  olan  yüksək  ştamblı  gencərgəli 

üzümlüklərdə  hektarda  bitkinin  miqdarı  850-900-ə  qədər  endirilməsi  Avropa 

ölkələrində  10-20  ildən  sonra  özünü  doğrultmadı.  Bu  ölkələrdə  həm  günəşin 

istiliyi  azdır, həm  də torpaqlar nisbətən zəifdir.  Üzümlükdə kollara verilən qida 

sahəsi  dedikdə  cərgə  arası  ilə  bitki  arası  məsafə  nəzərdə  tutulur.  Zəif  böyümə 

gücünə  çalik  üzüm  sortlarına  həmişə  az  qida  sahəsi  verilir  .  Suvarılan  münbit 

torpaqlarda yüksək aqrofonda onların böyümə gücü əvvəlkinə nisbətən bir qədər 

artdığından qida sahəsi ona uyğun olaraq artırılmalıdır. 

Hazırda  ənənəvi  hesab  edilən  qida  sahəsinə  münasibət  də  dəyişməlidir. 

Sovetlər  dönəmində  yüksək  məhsul  üzümlüyün  əsas  parametri  hesab  edilirdisə, 

indi  keyfiyyət  göstəricisi  əsas  götürülür.  Hətta  Respublikamızın  bəzi 

təsərrüfatlarında  üzümlük  yalnız  xarici  bexərmə  texnologiyası  ilə  becərilir. 

Məsələn, Cəlilabadda cərgədə bitki arası məsafə 0,8 metr götürülmüşdür. Burada 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə