Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə101/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   207

215

 

 



da şablon münasibətə yol verilməməlidir. Həmin qida sahəsi bu nöqteyi-nəzərdən 

əsaslandırılmışdır ki, üzüm bitkisi idarə olunan bitki olduğundan o istənilən kimi 

idarə  oluna  bilər.  Bu  məsələdə  bir  bioloji  fakt  unudulur  ki,  suvarılan  münbit 

torpaqlarda  yüksək  aqrotonda  güclü  kolların  cilovlanmasında  problem  yaranır. 

Burada iki mənfi hal meydana çıxır: 1. Kola az qida sahəsi verildiyindən ona az 

yük verilməlidir. Belə kollarda istər-iatəməz zoğlar sulu zoğlara çevrilir. 2. Sulu 

zoğlar ram edildikdə isə bir çox dərəcəli bic zoğlarının qarşısını almaq mümkün 

olmur.  


Qida sahəsi  artdıqca kolda  yaşıl zoğların  miqdarı  çoxalır, ona verilən forma 

və üzümlükdə qurulan şpaler haqqında düşünmək lazım gəlir. 

Üzümlükdə kollara geniş qida sahəsi verilməsi son 50-60 ilə təsadüf edir. Bu 

məsələnin  geniş  elmi  əsaslandırmalarına  Avstriyada  Lents  Mozer  tərəfindən 

başlanmışdır.  Onun  işlərində  hektarda  kolların  sayının  müəyyən  həddə  qədər 

azaldılması əsas yer tuturdu. Onun fikrincə bitkinin miqdarı azaldıqca üzümlüyə 

çəkilən xərclər azalır. Onun üzümlüklərində cərgə arası 4-5 metr, bitki arası 2,5 

metrə qədər artırıldı. C.Uinklerə görə ABŞ-nın şərqində kollara 2,7x2,4 metr qida 

sahəsi  verildikdə  məhsuldarlıq  azalmır.  Ancaq  az  qida  sahəli  üzümlüklərin  də 

olmasını qeyd edir. 

Kollara  az  qida  sahəsi  Fransada,  Almaniyada,  Moldovada,  Gürcüstanda 

verilir.  Son  vaxtlar  (2005-ci  ildən  sonra)  Respublikamızın  Cəlilabad  rayonunda 

fransızların  saldığı  üzümlüklərdə  cərgə  arası  2,5  metr,  bitki  arası  0,8-1,0  metr 

götürülmüşdür.  Gürcüstanda  cərgə  arasının  2,0-2,2  metr  götürülməsi  dəbdədir. 

Daha kiçik üzümlüklərdə bu məsafə 1,4-1,8 metr götürülür.  

Dağ  yamaclarında,  daşlı-çınqıllı  və  kasıb  torpaqlarda  və  zəif  güclü  kollarda 

qida  sahəsi  az  götürülür.  Suvarılan  münbit  torpaqlarda  qida  sahəsi  az  olduqda 

güclü  böyüyən  sortlar  o  qədər  güclü  böyüyür  ki,  onlar  idarə  olunmaz  və  yaxud 

çətin idarə olunan obyektə çevrilir. 

Respublikamız şıraitində üzümlüklərdə cərgə araları 1,5 m, 2m, 2,2m, 2,5m, 

3m götürülə bilər. Bitkilər arası məsafə isə 1m,1,2m, 1,3m, 1,6m,1,8m,2m qəbul 

edilə  bilər.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  yeni  üzümlüklər  salındıqda  bu 

məsələlər  çox  diqqətlə  təhlil  edilməlidir.  Torpaq,  iqlim  və  sort  haqqında  əldə 

edilən  biliklərdən  başqa  üzümlükdə  becərmə  sistemləri  və  işlərin 

mexanikləşdirilməsi kimi vacib məsələlər də nəzərdə tutulmalıdır.  

Yeni üzümlüyün salınması tinglərin sahəyə əkilməsindən başlayır. Bitkilərin 

yeri  qarğı  ilə  nişanlandıqdan  sonra  əkin  materialları  (ting)  əkinə  hazırlanır.  Bir 

qayda olaraq tinglər əkinə hazırlandıqda onların kökü 4-5 sm-ə qədər qısaldılır. 

Hidroburun  özü  işçi  vəziyyətə  gətirilir,  yəni  şlanqların  sayı  4-6  ədəd  olmaqla, 

onlar syuy təzyiqlə vurmalı və dəstək istənilən vaxt suyu açıb bağlamalıdır. Hər 

bitkiyə  hidroburudan  1  litrə  qədər  su  buraxılmalıdır.  Əkindən  sonra  üzümlüyün 




216

 

 



suvarılmasının  ləngiməsi  ehtimalı  vardırsa  onda  hidroburla  hər  bitkiyə  verilən 

suyu 1,5-2 litrə qədər artırmaq olar. 

Üzümlük  salınmazdan  öncə  hidroburla  işləyən  adamlarla  təlimat  xarakterli 

söhbətlər  aparılmalıdır.  Hidrobur  qurğusunda  4-6  şlanq  quraşdırılır.  Ortadakı 

şlanqlar nisbətən qısa (4-5 m), kənardakılar ondan uzun olur. Hər şlanqla 3 adam 

işləyir.  Onlardan  biri  hidroburla  yuva  açır,  ikincisi  əlindəki  tingləri  1-1  yuvaya 

qoyur,  üçüncü  adam  lomla  tingi  yuvanın  divarına  sıxıb  bərkidir.  Bərkimə  elə 

olmalıdır ki, azca qüvvə ilə dartdıqda ting çıxmamalıdır. 

Sahə əkilib qurtardıqdan sonra şırım açanla hər cərgədə həm suvarma şırımı 

açılır, həm də bitkilərin üztü torpaqla örtülür. Yaşıl üzümlükdən fərqli olaraq yeni 

salınan üzümlükdə suvarma çox diqqətlə aparılmalıdır. Ərazidə maillik  olduqda 

və  yaxud  şırıma  su  çox  buraxılmdıqda  su  torpağı  yuyur,  şırımı  dərinləşdirir, 

nəticədə təcrübəsiz suçu elə bilir ki, bitkilər su aldı. Mailli yerlərdə şırıma su az 

buraxılmalı və torpağın yuyulması ehtimalı olduqda şırımlarda əl ilə arakəsmələr 

düzəldilməlidir. İyun-iyul aylarına qədər bu diqqətlik davam etdirilməlidir.  

Yeni  üzümlüyün  salınmasında  son  vaxtlar  İtaliyanın  istensalı  olan,  tingi 

avtomat  əkən  və  lazer  şüaları  ilə  nizamlanan  qurğudan  istifadə  edilsə  əl  əməyi 

daha  da  yüngülləşmiş  olar.  Bu  qurğudan  Respublikada  yalnız  Abşeronda  bir 

təssərrüfata gətirilmişdir.  



217

 

 



11. CAVAN ÜZÜMLÜYƏ QULLUQ ĠġLƏRĠ 

Cavan üzümlüyə qulluq işlərinin  başlanğıcı növbəti suvarmalar və bitkilərin 

üztünün  açılmasıdır.  Traktora  qoşulan  aqreqatın  bıçaqlarını  (pəncələrini) 

nizamlamaqla  tinglərin  üstü  torpaqla  örtülür.  Təqribən  aprelin  axırıncı 

ongünlüyündə  onların  üstü  açıllır.  Açma  əməliyyatında  tək-tək  bitkilərin  üstü 

lazımınca açılmır və onları əl ilə açmaq lazım gəlir. İstər aqreqatla, istərsə də əl 

ilə  tinglərin  üstü  açıldıqda  çox  ehtiyatlı  olmaq  lazımdır  ki,  bu  vaxt  gözcüklər 

şişmiş və yaxud açılmış olur. 

Tingin  üstünə  yığılan  torpağın  qalınlığı  bir  çox  şərtlərdən  asılıdır.  Noyabr-

dekabr  aylarında  aparılan  əkində  tingin  üstünə  tökülən  torpaq  15-20  sm 

qalınlığında,  fevral-martda  aparılan  əkinlərdə  isə  10-15  sm  olmalıdır.  Ağır 

torpaqlarda torpaq qatı az, yüngül torpaqlarda nisbətən çox olmalıdır.  

Aprelin axırlarında və yaxud mayın əvvəllərində tingdən əvvəlcə bir, sonralar 

isə  bir  neçə  ədəd  zoğ  çıxır.  Bu  zoğlara  münasibətdə  iki  konsepsiya  vardır. 

Ənənəvi becərmə texnologiyasında zoğlara əl vurulmur və nəticədə bitki qarma-

qarışıq  bir  vəziyyət  alır.  Bu  vəziyyətdə  üzümlükdə  görülən  işlər  suvarmadan, 

alaqlara,  xəstəlik  və  zərərvericilərə  qarşı  mübarizədən  ibarətdir.  Birinci 

konsepsiya  dünyanın  əksər  üzümçülük  ölkələrində,  o  cümlədən  bizim 

respublikada  adı  becərmə  texnologiyası  adlanır.  İkinci  konsepsiya  bizim  təklif 

etdiyimiz  texnologiyadır  və  biz  onu  super-intensiv  becərmə  texnologiyası 

adlandırırıq. 30 il öncə intensiv becərmə texnologiyası adı ilə başladığımız işlərin 

əsasını  üzümlüyün  birinci  ilində  kolların  dayağa  qaldırılması  və  onlarda  yaşıl 

əməliyyatın  aparılması  təşkil  edir.  Əgər  ənənəvi  becərmə  texnologiyasında 

zoğların  nə  qədər  böyüdülməsi  haqqında  fikir  yürüdülmürsə,  burada  bu  məsələ 

becərmə texnologiyasının ana xəttini təşkil edir. Bu konsepsiyalar arasında ciddi 

fikir  ayrılığı  vardır,  ancaq  savadlı  və  təcrübəli  üzümçülər  belə  hesab  edirlər  ki, 

üzüm  bitkisinin birinci  ilində zoğ və  yarpaq nə  qədər  çox olarsa bir o qədər də 

kök  sistemi  güclü  olar.  İlk  baxışda  bu  tamamilə düzgün  məsələdir,  çünki  güclü 

kök sisteminə malik kolların gələcəyi də perspektivli olur.  

Adi becərmə texnologiyasında vegetasiyanın sonuna qədər becərmə işləri bu 

qayda ilə davam etdirilir və kol üzərində heç bir əməliyyat aparılmır. 

Üzümlüyün  birinci  ilində  qulluq  işləri  –  Sonrakı  illərdə  tətbiq  ediləcək 

intensiv  və  super-intensiv  becərmə  texnologiyasının  faydalı  olması  üçün  birinci 

ildə qulluq işləri son dərəcə diqqətlə aparılmalıdır. Kol üzərində aparılan hər bir 

işin vaxtında və düzgün aparılması vacibdir. 

Aprel  ayının  sonunda,  əksər  hallarda  isə  may  ayının  əvvəllərində  tingdən 

əvvəlcə  3-5  gün  sonra  bir  neçə  zoğ  çıxmağa  başlayır.  Adi  becərmə 

texnologiyasında  ilk  vaxtlar  və  sonralar  əmələ  gələn  zoğlar  qoparılmır.İntensiv 

becərmə  texnologiyasında  isə  onlardan  münasib  yerdə  yerləşən  bir  ədəd  zoğ 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə