Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə103/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   207

220

 

 



zoğlardan  2  ədədi  saxlanır,  qalanı  qoparılır.  Bu  zoğlar  dayağa  qaldırılır. 

Vegetasiya  müddətində  onlara  qulluq  edilir  ki,  lazımı  uzunluqda  böyüsün  və 

yetişsin.  Məqsəd  ilk  3  idə  kolda  lazımi  güc  toplamaqdır.bu  becərmə 

texnologiyasında kolun formalaşdırılmasına üçüncü ilindən etibarən başlanır. 

Almaniya, Fransa, Bolqarisan və başqa ölkələrdə üzümlüyün 2-ci ilində çox 

zəif kollar güclü tinglərlə əvəz olunur. Bitməyən kolların  da yerinə seçmə tiglər 

əkilir. Məqsəd 3-cü ildə seyrəkliyin tamamilə olmamasını təmin etməkdir. Ancaq 

respublikamızda  bu  məsələyə  başqa  cür  yanaşılır.  Zəif  kollar  çıxarılıb  atılmır, 

onlara  qulluq  işləri  davam  etdirilir.  Söz  yox  ki,  səriştəli  üzümçülər  bu  cür  zəif 

kollara  qulluq  işlərini  fərdi  qaydada  diqqətlə  aparır.  Bitməyən  kolların  terinə 

seçmə, yaxud 2 illik tinglər əkilməlidir. 50-60 il arzində bizim üzümlüklərdə bu 

işlər  lazımi  səviyyədə  aparılmadığından  seyrəklik  bəzən  30-40  %-ə  çatmışdır. 

Üzümlüyün 3-cü ilində də seyrəklik ting əkməklə aradan qaldırıla bilər.  

Bütü bunlar üzümlükdə ənənəvi becərmə texnologiyasının tələbləridir, çünki, 

1-ci  ildə  kolda  becərmə  aparılmadığından  basma  üçün  yararlı  zoğlar  da 

olmamışdır.  Bir  haldakı  becərmə  texnologiyası  kolda  uzun  zoğlar 

yetişdirilməsinə  yönəlməyib,  onda  bu  mərhələdə  seyrəkliyin  basma  ilə  aradan 

qaldırılması haqqında da düşünülməmişdir.  

Ənənəvi  becərmə  texnologiyasında  üzümlüyün  1-ci  3  ilində  seyrəkliyin 

əsasən seçmə tinglə nəzərdə tutulur. Tək-tək  yeri boş olan kollar sonrakı illərdə 

basma ilə doldurulur. Işləyib hazırladığımız super-intensiv becərmə texnologiyası 

üzümlüyün  2-ci  ilinin  sonunda  seyrəkliyin  tamamilə  aradan  qaldırılmasını 

mümkün hesab edir. Birinci ilin sonunda kolda olan bir ədəd uzun zoğ yanındakı 

bitməyən kolun yerində bacma edilir, öz yerində basma aparılan zoğun üstü açıq 

qalır,  yazda  həm  basmadan,  həm  də  kolun  öz  yerindən  zoğ  qalxır.  Bu  tədbir 

seyrəkliyi  tamamilə  aradan  qaldırmadıqda  kolun  ikinci  ilinin  yazında  kolun 

əsasından və yuxarı hissələrindən çıxan zoğlar iyul ayında aparılacaq yaşıl basma 

üçün  hazırlanır.  Bu  vaxt  aparılan  basma  artıq  ikinci  ilin  sonunda  köklənmiş 

bitkidir.  

Birinci  ilin  sonunda  və  yaxud  ikinci  ilin  əvvəlində  ənənəvi  becərmə 

texnologiyasına görə kolda əmələ gəlmiş çoxsaylı zoğlardan əlverişli səmtdə olan 

biri 2-3 gözə kəsilir, ilk yazda onlardan çıxan yaşıl zoğlardan 2-i saxlanır, qalanı 

kəsilib  atılır.  Həmin  zoğlar  dayaqda  becərilir.  Vegetasiyanın  sonuna  onlar  3-5 

metr uzunluğunda böyümüş və əksər hallarda normal yetişmiş olur.  

Super-intensiv  becərmə  texnologiyasında  kolda  olan  bir  ədəd  zoğ  1-ci  ilin 

sonunda  və  yaxud  2-ci  ilin  əvvəlində  gələcək  ştambın  hündürlüyü  səviyyəsində 

və  yaxud  güclüdürsə  yenə  də  bar  üçün  saxlanılan  hissə  nəzərdə  tutulmaqla 

şpalerin birinci məftilinə bağlanır. Əgər zoğun uzunluğu və gücü imkan vermirsə 

onda yalnız ştamb yaradılır və məftilə bağlanır. Qida mühiti əlverişli olduqda və 



221

 

 



bu  texnologiyanın  tələblərinə  düzgün  əməl  olunduqda  kolların  əksəriyyətində 

həm  ştamb,  həm  də  bar  barmağının  saxlanması  mümkün  olur.  Bu  halda  həm 

kolun  gələcək  formasının  əsası  qoyulur,  həm  də  müəyyən  qədər  məhsul  alınır 

(əvvəl qeyd etdiyimiz kimi hektardan 6-8 ton).  

Vegetasiya dövründə üzümlükdə torpaq becərmə işləri, kolda yaşıl əməliyyat, 

suvarma,  xəstəlik  və  zərərvericilərə  qarşı  mübarizə  tədbirləri  tələb  olunan 

səviyyədə  aparılır.  Almaniyada  kolun  2-ci  ilində  gözcüklər  açdıqdan  sonra  və 

zoğlar  4-5  sm-ə  çatdıqda  quru  kəsmənin  aparəlmasına  üstünlük  verilir.  Belə 

kəsməyə münasibət aşağıdakı kimi ifadə edilir: 

1)

 



Inanmaq olur ki, birillik zoğ nə dərəcədə yetişib və onlar güclü və sağlam 

zoğlar verə bilərmi; 

2)

 

Kəsilmiş terdən (səthdən) şirə axmır; 



3)

 

Hələ bağlanmamış ştambda kəsilməmiş artıq hissələri təmizləmək olar



Bu üsulun müəyyən çatışmazlıqları da ortaya çıxır: 

1)

 



Vaxt etibarı ilə bu tədbir işçi qüvvəsinə tələbatla bir vaxta düşür

2)

 



Ştambın dayağa bağlanmasına xeyli vaxt tələb olunur. 

Bu  göstərilənlərin  təhlili  göstərir  ki,  Almaniya  kimi  üzümçülük  ölkəsində 

üzümçülüyün bəzi məsələləri bizim üçün örnək ola bilməz.  

Yeni formalaşmaqda olan ştambı dayağa (payaya) bağladıqda sıxmaq olmaz. 

Respublikamız şəraitində bu işdə müxtəlif ip, cil və söyüd materialından istifadə 

olunur. Ştambı bağlayarkən bağlama materialını çox sıxmaq olmaz. Bu baxımdan 

eni 3-4 sm olan plasmas pərdələrdən istifadə edilməsi daha əverişli hesab edilir. 

Üzümlüyün  üçüncü  ilində  qulluq  iĢləri- Adi becərmə texnologiyasında bu 

yaşda yüngül formalar hələ yarı formalaşmış olur. Məsələn, yüngül formalardan 

hesab edilən 2 tərəfli şpaler (Gyo) forması üçün koldakı bir ədəd zoğ 120-130 sm 

uzunluğunda kəsilir. Bunun 80 sm-i ştamb üçün, 40-50 sm-i bar üçün hesablanır. 

Üçüncü  ilin  sonunda  ştambda  birinci  məftildən  aşağıda  iki  yetişmiş  birillik  zoğ 

saxlanır  və  onlar  2-3  gözə  kəsilir.  Dördüncü  ildə  hər  tərəfdə  saxlanmış  2-3 

gözcükdən  2-3  zoğ  çıxır  və  onlarda  bar  olmur.  Yalnız  dördüncü  ilin  sonunda 

kolun  hər  iki  tərəfində  2-3  zoğdan  biri-  aşağıdakı  əvəzedici  çiliyə, 

yuxarıdakılardan  biri  və  ya  ikisi  bar  barmağına  kəsilir.  Beləliklə,  ən  yüngül 

formalardan  hesab  edilən  ikitərəfli  şpaler  forması  dördüncü  ilin  sonunda  başa 

çatır. 

Kolların formalaşması və bara salınmasını sürətləndirmək mümkündür və bu 



barədə növbəti mövzularda bəhs ediləcəkdir. 

Üçüncü  ildə  üzümlükdə  torpaq  becərmə,  yaşıl  əməliyyat,  kübrələmə, 

suvarma, xəstəlik və zərərvericilərlə işlər davam etdirilir. 

Yeni-intensiv  becərmə  texnologiyasında  kollara  sürətli  forma  vermə 

üsullarından  istifadə  edilir.  Hər  hansı  formanı  2  il  qabaq  başa  çatdırmaq 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə