Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə104/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   207

222

 

 



mümkündür. Bizim eksperimentlərdə ikitərəfli şpaler forması ikinci ilin sonunda 

tam formalaşır. Çoxqollu yelpik və kordon formaları da iki il qabağa düşür. 

Becərmə  işlərinin  düzgün  təşkil  edildiyi  üzümlükdə  seyrəklikdən  söhbət 

getməməlidir.  Daha  doğrusu,  hər  il  aparılan  təmir  işlərindən  sonra  üzümlükdə 

seyrəklik olmamalıdır. 

 

 



 

 

 11.1. Üzüm bitkisinin kəsilməsi və formalaĢdırılması 



 

Üzüm  bitkisinin  kəsilməsi  dedikdə  müxtəlif  vaxtlarda  kolun  müxtəlif 

hissələrinin kəsilib atılması nəzərdə tutulur. Nə qədər ki, kəsmə kolun vegetativ 

orqanlarının,  eləcə  də  generativ  orqanlarının  kəsilməsi  ilə  əlaqədardır,  onu 

cərrahiyyə  əməliyyatı  kimi  də  başa  düşmək  olar.  Kəsmə  ilə  üzüm  bitkisini 

forması (görkəmi) dəyişdirilir, kolun idarə olunması asanlaşır, sabit məhsuldarlıq 

əldə  edilir,  məhsulun  keyfiyyəti  yaxşılaşdırılır.  Bu  məsələlərin  müvəffəqiyyətli 

həllində üzümçülükdə kəsmə qədər təsirli tədbir yoxdur. 

Kəsmə  ilə  üzüm  bitkisindən  tez  və  çox  məhsul  alınır,  salxımı  və  giləsi  iri, 

şirəli  və  yüksək  dad  keyfiyyətinə  malik  olur.  Bundan  başqa  bütövlükdə  və 

bilavasitə kolla bağlı işlər asanlaşır. 

Tənəyin  kəsiləsi  işi  min  illərdən  bəri  təkmilləşdirilərək  indiki  vəziyyəti 

almışdır. Bu illər ərzində tənəyin kəsilməsində bir sıra təcrübələr qazanılmışdır. 

Ancaq  bir  sıra  təcrübələrə  əsaslanan  biliklər  emprik  xarakter  daşımışdır. 

Ümumilikdə  üzüm  bitkisinin  kəsilməsi,  bar  barmağının  qısa,  orta  və  uzun 

kəsilməsi, gövdənin müxtəlif hündürlükdə saxlanması və s. kimi məsələlərin elmi 

izahını insanlar verə bilməmişlər.  

Eyni  kəsmə  qaydalarının  bir  yerdə  mənfi,  başqa  yerdə  müsbət  nəticə 

verməsini insanlar izah edə bilməmişlər. Ancaq müəyyən etmişlər ki, çox güclü 

zoğ  qısa  kəsdikdə  az  məhsul  verir.  Bu  məsələ  indi  də  öz  əhəmiyyətini 

saxlamaqdadır, yəni sulu zoğlar adi kəsmə qaydalarında çox az məhsul verir. Bu 

məsələ üzrə bizim də tədqiqatlarımız vardır və lazımi yerində izah ediləcəkdir.  

Insanlar üzüm bitkisinin bar manqası prinsipi ilə kəsilməsini kəşf etmişlər və 

tapmışlar  ki,  cari  ildə  məhsul  verəcək  zoğ  iki  illik  hissə  üzərində  oturmalıdır. 

Bütün  bu  məsələlər  üzrə  üzüm  bitkisinin  kəsilməsinin  nəzəri  əsasları  işlənib 

hazırlanmışdır.  

Üzüm bitkisinin kəsilməsinin ümumi qaydaları məlumdur. Kəsmə zamanı nə 

qədər  çox  göz  saxlansa  və  bar  barmağı  uzun  olduqca  kolun  məhsulu  çoxalır, 

ancaq məhsulun keyfiyyəti pisləşir. Kolda zoğun miqdarı azaldıqca onların gücü, 



223

 

 



diametri və uzunluğu artır. Birillik zoğ nə qədər yoğun olarsa, bir o qədər onun 

potensial məhsulu artıq olar. Əvəzedici çilikdə birinci göz kolun içərisinə baxırsa 

üçüncü göz də içəri baxmalıdır, yəni üçüncü gözdən kəsilməlidir. 

Bütün  bu  qaydalar  üzüm  bitkisinin  kəsilməsinin  texnikasına  aiddir  və 

üzümçüdən bilik və vərdiş tələb edir. Bunlar isə təcrübədə qazanılır.  

Min illər becərildikdən sonra hazırda üzüm bitkisinin kəsilməsində Pliniy və 

Kolumella vaxtının emprik qaydalarından bəziləri tətbiq edilməkdədir. Təqribən 

70-80 


il  əvvəl  üzüm  bitkisinin  kəsilməsinə  dair  nəzəri  əsasların 

dürüstləşdirilməsinə  başlanmışdır.  XX  əsrin  70-ci  illərində  üzüm  bitkisinin 

kəsilməsi  və  formalaşdırılması  üzrə  aparıcı  istiqamət  hesab  edilən  məsələ 

üzümlüyün  becərilməsində  əl  əməyini  azalda  bilən  məsələ  mexanizasiyanın 

tətbiqinə geniş yer verilməsi olmuşdur.  

Prinsip  etibarı  ilə  düzgün  hesab  edilən  bu  istiqamətdə  üzüm  bitkisinin  bəzi 

bioloji  xüsusiyyətlərinin  mexanizmlərin  tələbatına  uyğunlaşdırılmasıdır. 

K.Stoyein yazdığına görə bu məsələdə çatışmayan cəhət odur ki, üzüm bitkisinin 

böyüməsinə, məhsulun keyfiyyət və kəmiyyətinə onların təsirinin öyrənilməsinə 

dair  tədqiqatlar  hələ  lazımi  səviyyədə  deyildir.  Kolların  kəsilməsi  və 

formalaşdırılması  məsələləri  üzüm  bitkisini  qida  sahəsi,  yükü,  ekoloji  şəraiti,  o 

cümlədən  becərmənin  mikroiqlimi  və  digər  amilləri  ilə  qarşılıqlı  əlaqəsi 

lazımınca öyrənilməmişdir.  

Bu baxımdan kola verilən hər hansı formanın bir yerdən başqa yerə mexaniki 

olaraq  keçirilməsi  bəzən  müvəffəqiyyətsizliyə  uğrayır.  Tənəyi  kəsməyə 

başlamazdan əvvəl kəsmə ilə əlaqədar orqanların adını, tənəkdə  yerləşmə yerini 

və  onların  vəzifəsini  bir  daha  yada  salmaq  lazımdır.  Bu  məsələdən  ―üzüm 

bitkisinin orqanaqrafiyası‖nda bəhs edilmişdir.  



Gövdə  -  kök  dabanından  axırıncı  budaqlamaya  qədər  olan  hissədir.  Kolun 

(sortun) gücündən, torpaq və eləcə də becərmə şəraitindən asılı olaraq gövdənin 

uzunluğu və ondakı budaqların sayı müxtəlif ola bilər. 

Ştamb  –  gövdənin  birinci  budaqlanmasına  qədər  olan  hissəsidir.  Yerüstü 

ştamb,  yeraltı  ştambın  davamıdır.  Tənəyin  yeraltı  (vegetativ  yolla  artırılan 

tənəklərdə) və yerüstü ştambı vardır. Çoxlu ehtiyat qida maddələri toplandığından 

ştamb ― qida ambarı‖ adlandırılır. Yaxşı qulluq olduqda ştamb tənəyin ömrü boyu 

yaşayır və yaxud bir neçə dəfə dəyişir.  

Ştambın  hündürlüyü  məsələsi  üzümçülərin  diqqətini  həmişə  cəlb  etmişdir. 

Temperaturun  azlığı  və  çoxluğundan,  torpaq  və  becərmə  şəraitindən,  kolun 

böyümə  gücündən,  becərmə  sistemindən  və  s.  -dən  asılı  olaraq  ştambın 

hündürlüyü müəyyən edilir. Becərmə şəraitindən asılı olaraq ştamb olmaya və bir 

neçə ədəd ola bilər. Eyni zamanda becərmə şəraitindən asılı olaraq ştamb şaquli 

və  maili  ola  bilər.  Göstərilənlərlə  yanaşı  tənəyin  becərildiyi  şəraitin  temperatur 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə