Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə105/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   207

224

 

 



rejiminin də əhəmiyyətli dərəcədə təsiri vardır. 

Bütün  bunlara  istinadən  demək  olar  ki,  üzümçülükdə  ştambın  hündürlüyü 

həmişə müzakirə obyekti olaraq qalacaqdır. 

Başcıq-  ştambın  çoxillik  qolları  ayrılan  hissəsi  yoğunlaşdığından  ―başcıq‖ 

adlanır. Az  yaşlı kollarda və bəzi  farmalarda (məs. birtərəfli formalarda) başcıq 

bilinmir.  Ən  çox  sərilən,  çoxqollu  yelpik  və  kasa  formalarında  başcıq  nəzərə 

çarpan  olur.  Başcığın  xüsusi  olaraq  yerinə  yetirdiyi  funksiya  olmadığından  onu 

ayrıca orqan kimi adlandırmamaq da olar.  

Çoxillik  qollar  –  tənəyə  verilən  formadan,  kolun  gücündən  və  becərmə 

şəraitindən asılı olaraq qollar çox və az, güclü və zəif ola bilər. Çoxillik qolları 

bəzən səhvən daimi qollar adlandırırlar. Yadda saxlamaq lazımdır ki, tənəyin özü 

daimi  deyildir.  Çoxillik  qollar  çiyin  də  adlanır.  Çoxillik  qolun  əyilmiş  hissəsi 

çiyin adlanır, ancaq səhv olaraq bunu da ayrıca orqan kimi adlandırırlar.  

Qısa qollar - üzümçülük üzrə mövcud kitablarda nədənsə tənəyin bir orqanına 

ad  vermək  unudulub.  Bu  buynuzcuq  oturan  hissədir.  Bu  hissə  əvvəlcə  çox  qısa 

(5-10  sm)  olur,  illər  ötdükcə  həmin  hissə  uzanır.  Bu  orqan  çoxillik  qolda 

oturduğundan və bar manqasını üzərində saxladığından qısa qol adlanır.  

Buynuzcuq  əmələ  gəldiyi  birinci  ilində  çoxillik  qol  üstündə  oturur,  illər 

keçdikcə  buynuzcuq  irəliləyir  və  özündən  sonra  üç  illik  hissə  qoyur.  Bu  hissə 

vaxt  keçdikcə  dörd  illik,  beş  illik,  altı  illik  hissə  üzərində  oturur  və  ayrıca  qol 

kimi  formalaşır  və  qısa  qol  adlandırılır.  Bu  orqan  üfüqi  formalarda  daha  tez 

nəzərə çarpır.  

Buynuzcuq  -  bar  barmağı  ilə  əvəzedici  çilik  bir  cüt  buynuza  oxşayır,  ancaq 

onlardan biri qısa, digəri isə uzundur. Buynuzcuq hər dəfə iki illik hissə hesabına 

yaradılır.  Bar  manqasının  sayı  qədər  kolda  buynuzcuq  olur.  Təsərrüfatda  bəzən 

elə  olur  ki,  kol  naşı  adam  tərəfindən  budanır  və  əvəzedici  çiliyin  yeri  dəyişik 

düşür. 

Bar  manqası  -bar  barmağı  ilə  əvəzedici  çilik  bar  manqasını  təşkil  edir. 

Verilən formadan asılı olmayaraq kolların hamısı bar manqası prinsipi ilə kəsilir. 

Adi  qayda  üzrə  bar  manqasında  bar  barmağı  bir  ədəd  olur,  iki  bar  barmağı 

olduqda  bu  gücləndirilmiş  bar  manqası  adlanır.  Tənəyin  gücündən  və 

formasından  asılı  olaraq  bar  manqasının  miqdarı  1-10  arasında  ola  bilər.  Bar 

manqası birillik zoğlar hesabına əmələ gətirilir. Bəzi formalarda, xüsusilə asılan 

formalarda, çardaq və alleyalarda bar manqası yaradılmır. 

Bar  manqası  -  keçən  ilki  əvəzedici  çilikdə  yerləşən  birillik  zoğdan  bar 

barmağı saxlanır. Yuxarıda göstərildiyi kimi bir bar manqasında 2-3 bar barmağı 

saxlanıla  bilər.  Üzümçülükdə  bar  barmağının  uzunluğu  xüsusi  əhəmiyyət  kəsb 

edir. Onun uzunluğu gözcüklərin sayı ilə ifadə olunur. Bar barmağının uzunluğu 

birinci  növbədə  sortun  bioloji  xüsusiyyəti  ilə  müəyyən  edilir.  Uzunluğuna  görə 



225

 

 



bar  barmağı  qısa,  orta  və  uzun  olur.  Hər  bir  kolun  gücünün  də  bar  barmağının 

uzunluğuna  təsiri  vardır.  Bundan  başqa  becərmə  sisteminin  bar  barmağının 

uzunluğuna təsirini unutmaq olmaz. Məs.,bir qayda olaraq çardaq və alleyalarda 

əsasən qısa kəsmə tətbiq edilir. Şərq ekoloji-coğrafi qrupa mənsub olan sortlarda 

uzun kəsmə tətbiq edilir. 

Əvəzedici çilikəgər bar barmağının bir vəzifəsi vardırsa, əvəzedici çiliyin 4 

vəzifəsi  vardır:  gələcək  bar  manqasını  əvəz  etmək,  verilən  formanı  davam 

etdirmək,  gövdənin  və  yaxud  ştambın  çox  uzanmasını  məhdudlaşırmaq  və 

yaranın birtərəfli olmasını təmin etmək.  

Kasa  və  başcıq  formalarından  başqa  digər  formaların  hamısında  əvəzedici 

çilikdən istifadə edilir. 

Əvəzedici çilikdən başqa mədəni üzüm kolunda cavanlaşdırıcı və bərpaedici 

çiliklər də olur. Üzüm bitkisində müxtəlif adda zoğlar vardır: əsas zoğlar, əlavə 

zoğlar,  haramı  zoğlar  bic  zoğları  və  sulu  zoğlar.  Bu  zoğlar  müxtəlif  adda 

olduqları kimi müxtəlif də mənşələrə malikdirlər. Əsas zoğlar qışlayan gözcüyün 

əsas  tumurcuğundan,  əlavə  zoğlar  qışlayan  gözcükdəki  əvəzedici  tumurcuqdan, 

haramı zoğ yatmış tumurcuqdan, bic zoğu bic tumurcuğundan çıxır. Bu zoğların 

hər biri öz növbəsində sulu zoğa çevrilə bilər. 

Göstərilən zoğların biologiyasında bir-birindən fərqli cəhətlər vardır və kolun 

həyatında  onlardan  müxtəlif  məqsədlərlə  istifadə  olunur.  Onların  mənşəini, 

biologiyasını və yerləşdiyi yeri bilmədən üzümçü üzüm bitkisini elmli idarə edə 

bilməz.  

 

 



11.1.  Üzüm  bitkisinin  kəsilməsinin  və  formalaĢdırılmasının  bioloji  və 

praktiki əsasları 

 

Üzüm  bitkisi  lianabənzər  bitkilərin  bir  nümayəndəsidir.  O,  orqanların 

simmetrik inkişafını və yerləşməsini təmin edə bilmir. Təbii şəraitdə üzüm bitkisi 

digər  növ  bitkilərlə  birlikdə  böyüyür  və  inkişaf  edir.  Budaqlarını  bığcıqlar 

vasitəsilə  bərkidərək  günəş  şüasından  daha  səmərəli  istifadə  etmək  üçün  öz 

orqanlarını  daha  münasib  yerdə  yerləşdirmək  məqsədilə  yuxarılara  qalxmağa 

cəhd  göstərir.  Yabanı  halda  gövdəsinin  çılpaqlaşması  nəticəsində  bdaqlarının 

daha  yuxarılarda  formalaşması,  bar  əmsalının  azlığı,  xırda  salxımları,  çox 

toxumlu,  xırda  və  az  şirəli  gilələri,  az  şəkərliliyi,  turşuluğunun  çoxluğu,  aşağı 

keyfiyyətliliyi və az məhsuldarlığı ilə səciyyələnir. Bu baxımdan yabanı üzümün 

iqtisadi  faydalılığını  qiymətləndirmək  olar.  Ona  görə  də  onun  yabanı  şəraitdəki 

həyat  tərzinin  mürəkkəb  sistemli  tədbirlərlə  dəyişdirilməsi  lazım  gəlir.  bu 

mürəkkəb sistemli tədbirlər cərrahiyyə əməliyyatıdır. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə