Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə106/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   207

226

 

 



Cərrahiyyə  əməliyyatı  tətbiq  etdikdən  sonra  mədəni  üzüm  bitkisi  aşağıdakı 

əsas xüsusiyyətləri qazanır: 

1.

 

ekoloji  şəraitdən  asılı  olaraq  ştambın  hündürlüyü  dəyişir  və  az  budaqlı 



olur; 

2.

 



aqrotexniki tədbirlərin səmərəliliyini təmin edən müəyyən quruluş verilir. 

Plastikliyə  görə  cərrahiyyə  əməliyyatına  tez  cavab  verir  və  bu  əməliyyatın 

aparılmasına naşı əllərin fəaliyyəti tezliklə üzə çıxır. Bu məsələdə digər bitkilərlə 

müqayisədə üzüm bitkisi kəskin fərqlənir. 

Üzüm  bitkisinə  müxtəlif  qulluq  qaydaları  başlanğıcını  qədim  vaxtlardan 

götürür.  Son  vaxtlara  qədər  bu  sahədəki  biliklər  emprik  xarakter  daşımışdır  və 

üzüm  bitkisinin  bioloji  əsaslarını  və  praktiki  əhəmiyyətə  lazım  olan  aydınlığı 

gətirə  bilməmişdir.  Üzüm  bitkisinin  kəsilməsinə  dair  hipotez,  nəzəriyyə  və 

praktiki işlər digər mədəni bitkilərdən qat-qat əhatəlidir desək yanılmarıq. 

Bununla  belə  üzümçülükdə  işlənmiş  bir  çox  qaydalar  və  praktiki  işlərə 

yenidən  baxılması  zərurəti  vardır.  Üzüm  bitkisi  və  ona  qulluq  qaydaları  insan 

cəmiyyətinin  mədəniyyəti  ilə  sıx  bağlıdır.  Bizim  eramızdan  əvvəl  ikinci  əsrdə 

yaşamış  Yunan  coğrafiyaşünası  Strabon  gəzdiyi  ölkələrin  üzümçülüyü  və  üzüm 

kollarının kəsilməsi haqqında müəyyən məlumatlar vermişdir. 

Üzüm  bitkisinin  böyüməsi  və  məhsul  verməsi  üzrə  çoxillik  təcrübə  və 

müşahidələr  və  bu  sahədə  nəsildən-nəsilə  ötürülən  çoxsaylı  səhvlər  üzümçüləri 

daha sərfəli üsullar axtarmağa vadar etmişdir. Çox qədimdən məlumdur ki, barlı 

zoğlar  o  tumurcuqdan  əmələ  gəlir  ki,  o  keçən  ilki  hissə  üzərində  oturmş  olsun. 

Kəsmə  zamanı  həmin  tumurcuqların  miqdarı  nə  qədər  çox  olsa  bir  o  qədər  də 

məhsul çox olar, ancaq keyfiyyəti çox aşağı olar. 

Təcrübələr  zamanı  müşahidələr  göstərmişdir  ki,  zoğların  inkişafının 

nizamlanması  məqsədilə  bar  barmağının  şaquli  vəziyyəti  dəyişməlidir  və  bu 

tədbir quru bağlama adlanır. 

Kolun  müəyyən  formasını  sabit  saxlamaq  üçün  hər  il  formanın 

elementlərindən  istifadə  edilməlidir.  Bu  baxımdan  2-3  gözdən  ibarət  çiliklər 

saxlanmalıdır. Üzüm bitkisi formalaşdırılarkən ştambı müəyyən hündürlükdə və 

çoxillik qolların müəyyən uzunluqda saxlanması diqqətdə saxlanmalıdır. 

Üzüm bitkisinin kəsilməsinin praktiki prinsiplərinin düzgün həlli üçün təkcə 

bir  rayonun  təcrübəsi  kifayət  deyildir.  Bu  məsələdə  qonşu  təsərrüfat  və 

regionların təcrübəsindən də  yararlanmaq lazımdır. Üzüm  bitkisinin  becərilməsi 

sistemi  dedikdə  təkcə  kəsmə  nəzərdə  tutulmur,  kolun  formalaşdırılması 

prinsipləri  və  dayaq  növləri  də  nəzərə  alınır.  Becərmə  sisteminin  bütün 

elementləri bir-biri ilə üzvi şəkildə bağlı olmalıdır.  

Üzümçülük  rayonlarında  üzüm  bitkisinin  becərmə  sisteminlərində  nəzərə 

çarpan fərqlər vardır ki, onları xırdalığına qədər təhlil etmək çətindir. 



227

 

 



Üzüm  bitkisinin  kəsilməsinin  əsas  vəzifələri  hər  il  zoğların  bir  hissəsini 

kəsməklə  kolu  mümkün  qədər  tez  məhsula  salmaq,  sabit  və  keyfiyyətli  məhsul 

verməyə məcbur etməkdir. 

Üzüm bitkisinin həyat tsikli üç dövrə bölünür:  

1)

 

vegetativ kütlənin toplanması dövrü; 



2)

 

tam məhsul vermə dövrü



3)

 

həyat fəaliyyətinin tədricən sönməsi. 



Üzüm  bitkisinin  həyat  tsiklinin  bütün  dövrlərində  kəsmə  eyni  məqsəd 

daşımır.  Vegetativ  kütlənin  toplanması  dövründə  kəsmənin  məqsədi  kolun 

skeletini  yaratmaqdır.  Kolun  skeleti  dedikdə  ştamb,  çoxillik  qollar,  buynuzcuq, 

bar  manqası  (  əvəzedici  çilik  və  bar  barmağı)  nəzərdə  tutulmalıdır.  Savadlı 

üzümçü tənəyin kəsilməsinin nəzəri əsaslarına bələd olmalıdır. 

Üzüm  bitkisində  tətbiq  edilən  cərrahiyyə  əməliyyatını  hələ  təkmil  hesab 

etmək olmaz. Hər hansı aqrotexniki tədbirin  yerinə  yetirilməsində mövcud elmi 

ümumiləşdirmələr  praktika  üçün  dəqiqləşdirilmir.  Üzüm  bitkisinin  kəsilməsində 

bu məsələ səhv kimi qəbul edilməlidir. Bu səhvlərin səbəbi ondadır ki, ayrı-ayrı 

tədbirlər  həyata  keçirilərkən  onların  qarşılıqlı  əlaqələri  düşünülmür. 

Üzümçülükdə aqrotexniki tələblərin mütərəqqiliyinin təmin edilməsi üçün hər bir 

konkret şəraitdə kəsmə prinsipləri dəyişdirilməlidir. 

Kəsmənin hazırkı qüvvədə olan üsullarının tətbiqi aqrotexnikanın müasir elmi 

məlumatları  ilə,  eləcə  də  bitki  fiziologiyası  və  biokimya  kimi  elmlərlə 

əlaqələndirilməlidir.  Bununla  yanaşı  gələcəkdə  kəsmənin  texniki  üsullarına  dair 

tədqiqat işləri genişləndirilməlidir. Bitkinin qidalandırılması, böyüməsi, generativ 

orqanlarının  yaradılması, məhsul istehsalı və s. üzrə qanunauyğunluqlar üzrə də 

tədqiqat işləri aparılmalıdır. 

Qeyd  edildiyi  kimi  üzüm  bitkisinin  kəsilməsinin  nəzəri  əsaslarının 

sistemləşdirilməsinə təqribən iki əsrdir ki, başlanmışdır. Bunların arasında üzüm 

bitkisinin  kəsilməsi  əsas  yer  tutur.  Kəsmə  ilə  üzüm  bitkisinin  lian  təbiəti 

dəyişdirilir, kola süni quruluş verilir, bu əməliyyatın hər il təkrar edilməsi yolu ilə 

kolun məlum forması davam etdirilir. Tənəyin kəsilməsinin əsasını hər il yüksək 

keyfiyyətli  və  bol  məhsul  alınması  təşkil  edir.  Bunun  üçün  kəsmə  zamanı 

aşağıdakı məsələlər qeyd edilməlidir: 

1.

 



üzüm bitkisinin böyüməsi və inkişafı iqtisadi şəraitlə əlaqələndirilməlidir

2.

 



üzümlükdə  aqrotexniki  tədbirlərin  və  mexanikləşdirilmənin  tətbiqi 

məqsədilə kollara müəyyən formalar verilir

3.

 

üzüm bitkisinin ömrünün uzadılmasında yaraların azaldılması qaydalarına 



əməl olunur. 

Göstərilən məqsədlərə nail olunması məqsədilə üzüm bitkisinin kəsilməsinin  

aşağıdakı üç nəzəri əsası diqqətlə öyrənilməlidir: 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə