Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə107/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   207

228

 

 



1.

 

üzüm  bitkisinin  təsərrüfat  nişanələrinin  yaxşılaşdırılması  məqsədilə 



polyarlığın bioloji xüsusiyyətlərinin nizamlanması; 

2.

 



tənəyin ümumi  gücünün, vegetativ  və  generativ orqanların  inkişafının  və 

onların arasında asılılığın idarə olunması; 

3.

 

vegetativ orqanların fəzada yerləşdirilməsi. 



 

Üzüm  bitkisinin polyarlığı  mühitin xarici  və daxili  amillərinin qeyri-bərabər 

təsiri  ilə  xarakterizə  olunur.  Bütün  bitkilər,  xüsusilə  ali  bitkilər  bu  və  ya  digər 

dərəcədə  bu  təzahürlə  xarakterizə  olunur.  Üzüm  bitkisinin  becərilmə 

sistemlərinin  qurulmasında  polyarlıq  xüsusiyyətinin  qiymətləndiriməsi  xüsusi 

əhəmiyyət kəsb edir. 

Polyarlığın bioloji əsasları və onunla bağlı bəzi təcrübi fəndlər hələ lazımınca 

öyrənilməmişdir. Ancaq bir çox alimlərin bu sahədə apardıqları tədqiqat işlərinin 

də üzümçülükdə tətbiqi səviyyəsi aşağıdır. 

Bu sahədə elmi-tədqiqat müəssisələrinin polyarlıq üzrə metodiki məsələlərinə 

yenidən  baxılması  məqsədəuyğun  olardı.  Bu  məsələdə  dolaşıqlığın  əsas  səbəbi 

odur  ki,  elm  və  təcrübə  ilə  məşğul  olanlar  tənəyin  kəsilməsində  mövcud 

tədqiqatları  ümumiləşdirmir  və  tənqidi  nəticələr  çıxarılmır.  Bu  sahədəki 

qanunauyğunluqlar tək-tək faktlar və ayrıca təcrübənin nəticəsinə əsaslanmalıdır. 

Həqiqətən  elə  hallar  olur  ki,  təcrübənin  müsbət  riyazi  məlumatları  məsələnin 

mahiyyətinə  uyğun  gəlir.  mövcd  materiallar  təcrübəli  və  yüksək  ixtisaslı 

mütəxəssislər tərəfindən təhlil və tövsiyə edildikdə nəticələr daha real olur.  

Üzüm  bitkisinin  bioloji  xüsusiyyətlərinin  öyrənilməsi  sözü  gedən  məsələlər 

üçün  əsas  hesab  edilir.  Tənəyin  orqanlarının  cərrahiyyə  əməliyyatında 

polyarlıqdan  istifadə  qaydalarının  böyük  əhəmiyyəti  vardır.  Hazırda  üzümlükdə 

köhnə becərmə üsullarının dəyişdiyi bir vaxtda bu məsələ xüsusi əhəmiyyət kəsb 

edir. 


Bir çox alim  fizioloq və üzümçülər tərəfindən polyarlığın  bioloji əsasları  və 

yüksək məhsul alınması məqsədi ilə onun praktiki üsulları işlənib hazırlanmışdır. 

Polyarlığın  mahiyyətinin  açılması  üzrə  bir  vaxtlar  ―SSRİ  şərabçılığı  və 

üzümçülüyü‖ jurnalında geniş müzakirə açılmışdı. Polyarlıq məsələləri üzrə prof. 

P.T.Bolqarevin, prof. M.A.Tupikovun, L.İ.Makarov- Kojuxovun, T.B.Bəşirovun, 

V.İ.Kantariyanın və başqalarının sanballı məqalələri dərc olunmuşdur. 

Alimlər  polyarlıq  təzahürünü  təhlil  edərkən  müəyyən  etmişlər  ki,  uzununa, 

eninə,  çəp,  radial  və  spiral  polyarlıqlar  mövcuddur.  Üzümçülük  təcrübəsində 

mövcud  çoxsaylı  misallarla  polyarlığın  reallığına  dair  misallar  gətirmək 

mümkündür.  əvvəlcə  üzüm  bitkisinin  uzununa  və  eninə  polyarlığına  nəzər 

yetirək. 

Təbii  (meşə)  şəraitdə  tənəyin  yuxarı  hissələrində  böyümə  və  budaqlana 




229

 

 



güclüdür.  Tənəyin  əsasından  yuxarıdakı  vegetativ  orqanlarda  güclü  böyümə 

müşahidə  edilir.  Üzüm  çubuğunu  nəmliyi  80%  və  temperaturu  25-30

0

C  ola 


mühitdə yerləşdirilsə bir müddətdən sonra görünəcək ki, çubuğun yuxarı hissəsi 

zoğ, aşağı hissəsi kök verir. Yuxarıdakı tumurcuqlardan isə ən axırıncılar oyanıb 

zoğ verir. Çox vax isə üstündəki tumurcuqlardan aşağıda yerləşənlər ya zəif olur, 

ya  da  oyanmır.  Tənəyin  yeraltı  hissəsi  nəzərdən  keçirilsə  görünər  ki,  kök 

sistemində  aşağıda  yerləşən  köklər  daha  güclüdür.  Üzüm  bitkisinin  polyarlığına 

daha bariz nümunə digər cinslərə nisbətən onun zoğlarının günəş şüalarına doğru 

cəhd  göstərməsinin  qeyri-adiliyidir.  Bütün  bitkilər  günəş  şüasına  doğru  cəhd 

göstərir,  ancaq  üzüm  bitkisində  bu  cəhd  qeyri  adidir,  desək  yanılmarıq.  Buna 

parlaq  misal  üzüm  bitkisində  bir  vegetasiya  dövründə  zoğun  20  m-ə  qədər 

uzunluqda  böyüməsidir.  Digər  meyvə  və  meşə  bitkilərində  bu  hal  müşahidə 

olunmur.  

Üzüm  bitkisində  enin  polyarlıq  gövdənin  asimmetrik  quruluşunda  özünü 

göstərir.  Asimmetrik  quruluş  üzüm  bitkisində  dorziventrallıq  adlanır. 

Dorziventrallığa  görə  gövdənin  eninə  kəsiyində  bir-birindən  fərqli  dörd  tərəfin 

olması  müşahidə  edilir.  Gövdənin  ümumi  cizgisi  yumurta  şəkillidir,  ancaq 

tərəflər  bir-birinə  oxşamır.  Tərəflər  qarın,  bel,  düz  səth  və  novdan  adlanır. 

Buhlardan qarın hissəsi (tərəfi) daha ətli-şirəlidir. 

Eninə  polyarlıq  calaq  işində  də  özünü  göstərir,  belə  ki,  calaq 

komponentlərində kalyus ilk dəfə qarın tərəfdə müşafidə olunur. 

Eninə  polyarlığın  ikinci  təzahürü  radial  polyarlıqdır.  Bu  qida  maddələrinin 

hərəkətindəki  dəyişikliklə  və  sorucu  sistem  hüceyrələrinin  böyüməsi  ilə 

əlaqədardır.  Eynilə  sorucu  sistemin  çəpinə  vəziyyəti  çəpinə  polyarlıq  adlanır. 

Yarpaqların zoğda yerləşmə qanunauyğunluğu spiral polyarlıq adlanır. 

Üzüm  bitkisinin  polyarlığına  qarşı  aşağıdakı  mübarizə  üsulları  mövcuddur: 

qısa  kəsmə,  qarışıq  kəsmə,  orqanlara  əzab  verilməsi  və  bucaq  tumurcuqlarının 

oyadılması.  



Polyarlığa  qarşı  mübarizə-  məlumdur  ki,  üzüm  bitkisinin  polyarlıq 

xüsusiyyəti  güclüdür.  Polyarlıq  xüsusiyyətinə  görə  liana  bənzər  vəziyyətdə 

yarpaq və zoğların çox qismi kolun uc hissələrində yerləşir. Kolun gücü artdıqca 

onun polyarlıq xüsusiyyəti də çoxalır. Polyarlıq xüsusiyyəti artdıqca kolun aşağı 

hissələrindəki salxımların sayı və ölçüləri azalır. 

Polyarlıq  xüsusiyyəti  yabanı  üzümün  təbii  şəraitdə  normal  böyüməsinə 

təminat  verir.  Mədəni  şəraitdə  polyarlıq  üzüm  bitkisinə  ziyan  verir.  Lianın 

yerüstü  kol  formasına  keçirilməsi  polyarlıq  xüssiyyəti  ilə  bağlıdır.  Beləliklə, 

polyarlıq üzüm bitikisində iki əlverişsiz bioloi şərait yaradır: 

1.

 



kolun orqanlarının qeyri-adi cəhdlə yuxarılara qalxması; 

2.

 



qollarda zoğların qeyri-bərabər inkişafı. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə