Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə108/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   207

230

 

 



Qeyd edildiyi kimi yuxarı hisslərdəki zoğlar güclü, aşağıdakılar zəif böyüyür. 

Polyarlığa qarşı mübarizədə qısa kəsmə kolun vegetativ gücünü azaldır, belə 

ki, kol iri çətir və skelet toplaya bilmir. Qısa kəsmə ən geniş yayılmış qədim və 

sadə  üsuldur.  Qısa  kəsmədə  kolun  gövdəsinin  tezliklə  yuxarıya  qalxması 

məhdudlaşdırılır.  Qısa  kəsmədə  L.M.Kolesnikin  yazdığına  görə  1-2  göz, 

İ.V.Kantariyaya  görə  2-3  göz  saxlanır.  Yadda  saxlamaq  lazımdır  ki,  bəzi 

formalarda qısa kəsmə məhsul alınması məqsədilə aparılır. Deməli, bu məsələdə 

V.M.Kolesnikin fikri ilə razılaşmaq olmaz. Ancaq respublikamız şəraitində ikinci 

kəsmə növü də optimal hesab edilə bilməz. Bizim şəraitdə qısa kəsmədə 3-4 göz 

saxlanması daha əlverişlidir. 

Bu  üsulun  sadəliyi  və  kiçik  yara  vurulması  polyarlıqla  mübarizədə  müsbət 

cəhətdir,  lakin  böyük  qüsuru  odur  ki,  kolun  vegetasiya  gücü  azaldığından 

məhsuldarlıq  xeyli  aşağı  düşür.  Əlverişli  torpaq-iqlim  şəraitində  güclü  böyüyən 

sortlarda  daha  tez  nəzərə  çarpır.  Bundan  başqa  qısa  budamada  xeyli  gözcüklər 

kəsilib atıldığından kolda lazımi miqdarda yük saxlamaq olmur.  

Sıx əkinlərdə (qida sahəsi az olan əkinlərdə) qısa kəsmə müsbət nəticə verir, 

yəni, belə üzümlükdə koldan çox məhsul tələb olunmur. 

Göstərilən müsbət nəticələrinə baxmayaraq polyarlığı məhdudlaşdıran bu üsul 

geniş  yayılmışdır.  Çünki,  bu  üsul  kəsmənin  əsas  məqsədini,  yüksək  məhsul 

alınmasını təmin edə bilmir. 

Bir çox güclü böyüyən üzüm sortlarında zoğların bazisindən (əsasından) aralı 

yerləşən  tumurcuqları  daha  barlı  olur.  Qısa  kəsmə  ilə  zoğ  həmin  hissədən 

məhrum olur. 

Primitiv də olsa polyarlığa qarşı ən yaxşı vasitə hesab edilən qısa kəsmə güclü 

böyüyən  əksər  üzüm  sortları  üçün  öz  əhəmiyyətini  itirmişdir.  Qısa  kəsmə  zəif 

sortlar və əvəzedici çilik üçün əlverişli sayılır. 

Qarışıq  kəsmədə  hər  bir  bar  barmağının  alt  hissəsində  bir  qısa  hissə- 

əvəzedici çilik saxlanır. Bu çilik bar barmağının polyarlığını məhdudlaşdırır. Bu 

Gyo  prinsipi  də  adlanır.  əvəzedici  çilik  qısa  kəsildiyi  üçün  onun  gözcüklərində 

güclü  zoğlar  əmələ  gəlir  ki,  onlar  da  hər  il  bar  manqası  yaratmaq  üçün  istifadə 

edilir.  Bundan  başqa  əvəzedici  çilik  qolun  çox  uzanmasını  məhdudlaşdırır.  Bar 

barmağı üfüqi əyilərək məftilə bağlanır, ondan əmələ gələn zoğların təqribən bir 

bərabərdə  olması  təmin  edilir.  Məhsul  alındıqdan  sonra  vegetasiya  müddətinin 

sonunda bar barmağı (keçən ilki) üzərindəki birillik zoğlarla birlikdə kəsilib atılır. 

Bu üsulun qüsurlu cəhəti odur ki, hər il çoxlu miqdarda zoğlar kəsilib atılır, yəni 

məhsul vermiş hissə keçən ilki əvəzedici çiliyin üstündəki qısa iki illik hissə ilə 

birlikdə kəsilib atılır. Ancaq 1982-ci ildə çap olunan ―Üzümçülük‖ kitabında bu 

yaş  3  illik  göstərilir.  Bu  prinsiplə  aparılan  kəsmə  kolda  iri  yaraların  əmələ 

gəlməsinə səbəb olur. 




231

 

 



Bəzi yerlərdə kəsmə zamanı bilməyərəkdən əvəzedici çilik saxlanmır. Ancaq 

apardığımız  tədqiqatlarda  üzüm  bitkisinin  cavan  yaşlarında  əvəzedici  çiliksiz 

kəsmə aparılmasının mümkünlüyü müəyyən edilmişdir.  

Tənəyin  orqanlarına  əzab  verilməsi-  o  deməkdir  ki,  çoxillik  qollar  və  bar 

barmaqları  müxtəlif  vəziyyətdə  əyilib  bağlanır.  əyilmə  nöqtəsindən  sonra 

saxlanan  hissədə  qida  və  suyun  hərəkəti  məhdudlaşır.  Əgər  bar  barmağı  əyilib 

bağlanmasa, yəni o sərbəst buraxılsa, onda aşağı hissədəki gözcüklərin bir qismi 

oyanmır.  Beləliklə,  zoğda  çılpaqlaşma  gedir,  həm  də  təqribən  oyanmayan 

gözcüklərin sayı qədər salxım olmur.  

Kola  verilən  forma  və  üzümlükdəki  dayaq  növündən  asılı  olaraq  bar 

barmaqları 90

0

-li bucaq altında, qövs, yarım qövs v həlqəvi şəkildə bağlana bilər. 



Belə  bağlamada  əyilmə  yerindən  (dirsəkdən)  aşağıdakı  gözcüklərin  oyanma 

ehtimalı artır. Bu üsul diqqətlə yerinə yetirildikdə əksər hallarda əvəzedici çiliyə 

ehtiyac qalmır. əvəzedici çiliyin özü də onda əmələ gələn zoğlar hansı funksiyanı 

yerinə  yetirirdisə dirsəkdən aşağıdakı  zoğlar da həmin funksiyanı  yerinə  yetirir. 

Bu baxımdan üzüm kolunu əvəzedici çiliksiz idarə etmək mümkündür. Sadə fəhlə 

bu  deyiləni  lazımi  səviyyədə  edə  bilməz.  Əvəzedici  çilik  sanki  üzümçüyə  diktə 

edir ki, məni belə kəs. 

Polyarlığa  qarşı  mübarizənin  dördüncü  üsulu  bucaq  tumurcuqlarının 



oyadılmasıdır.  Bar  barmaqları  orta  və  uzun  olan  hallarda  bucaq  tumurcuqları 

oyanmır. əvvəla onu qeyd etmək lazımdır ki, bucaq tumurcuğu inkişafca zəif və 

az  diferensasiya  etmiş  olur.  Yalnız  polyarlıq  xüsusiyyətinə  görə  bucaq 

tmurcuqları oyanmır. 1-2 gözcüyə kəsilən ilikdə bucaq tumurcuğu oyanır. 

Real hyatda elə hallar olur ki,  yaz şaxtaları, dolu və xəstəlik nəticəsində bar 

barmağından  çıxan  yaşıl  zoğların  hamısı  məhv  olur.  Kol  bu  vəziyyətdə 

saxlandıqda cari ildə məhsul tamamilə məhv olmaqla yanaşı gələcək üçün onun 

bərpası  ehtimalı  da  azalır.  Bu  hadisə  baş  verməsin  deyə  bar  barmağının  bucaq 

tumurcuğundan  yuxarıdakı  hissə  bütövlkdə  kəsilib  atılır.  Bu  halda  bucaq 

tumurcuğu oyanır. Onu  qeyd  edək ki,  bucaq tumurcuğu lazımınca diferensasiya 

etmədiyindən  onda  məhsil  ehtimalı  tamamilə  yoxdur.  Bucaq  tumurcuğundan 

çıxan zoğ hesabına kolu gələcəkdə məhsul üçün hazırlamaq mümkündür. 



Vegetativ  və  generativ  orqanlar  arasında  asılılığın  nizamlanması.  Bunu 

―üzüm  bitkisinin  böyüməsi  və  məhsul  verməsi‖  kimi  ifadə  etmək  olar.  Üzüm 

bitkisinin böyümə gücü və məhsul verməsi kolun çoxillik hissələrinin (ştamb və 

qollar)  ölçüsündən,  eləcə  də  kəsildikdən  sonra  saxlanan  birillik  zoğların 

miqdarından  və  onların  uzunluğundan  asılıdır.  Kolun  çoxillik  hissələri  birillik 

hissələrin  oxu-  skeleti  adlanır.  Çoxillik  hissələr  su,  mineral  və  üzvi  maddələrin 

ötürücüsü  hesab  edilir.  Eləcə  də  bunarda  maddələrin  çevrilmələri  və  ehtiyat 

halında toplanması baş verir.  




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə