Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə109/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   207

232

 

 



Bar  orqanlarının  əmələ  gəlməsində  çoxillik  qolların  rolu  böyükdür.  Bu 

məsələdə  çoxillik  qolların  təkcə  miqdarı  yox,  onların  diametrinin  də  böyük 

olmasının  əhəmiyyəti  vardır.  Çoxillik  qolun  yoğunluğu  ilə  zoğların  miqdarı 

arasında birbaşa əlaqə vardır. 

N.Nedelçev və M.Kondarevin yazdığına görə məhsulun çoxluğundan şəkərin 

aşağı  olması  o  qədər  də  əsaslı  məsələ  deyildir,  keyfiyyət  və  kəmiyyət  bir-birini 

inkar etmir. O da düzgün deyildir ki, yüksək məhsul kolun gücünün tükənməsi ilə 

nəticələnir.  Təcrübədə  həqiqətən  məhsulun  normadan  çoxluğu  ilə  onun 

keyfiyyətinin azalması hallarına rast gəlinir. Onlar bunu tənəyin düzgün kəsilməsi 

və  yaxud  qulluq  işlərinin  düzgün  aparılmaması  ilə  izah  edirlər.  Ancaq  bu 

müəlliflərin  fikrindən  belə  qənaətə  gəlinməsin  ki,  kolda  məhsulun  həddindən 

çoxluğunun keyfiyyətə mənfi təsiri yoxdur.  

Keyfiyyətlə  kəmiyyət  arasındakı  asılılığı  kolun  gücündən  kənarda  axtarmaq 

lazım  deyil.  Ancaq  güclü  kollarda  yüksək  keyfiyyətli  məhsul  əldə  etmək  olar. 

Kolun güc anlayışını dəqiqləşdirmək lazımdır. Zoğun güclü böyüməsi hələ kolun 

güclü olması demək deyildir. Zoğun boyu onun uzunluğu və yoğunluğu ilə ifadə 

olunmur.  Kolun  gücü  kök  sisteminin,  yerüstü  hissənin  həcmi  və  ondakı  ehtiyat 

qida maddələrinin birgə əlaqəsi (fəaliyyəti) ilə ifadə olunur. Eyni zamanda kolun 

gücü  onun  çoxlu  miqdarda  salxım  əmələ  gətirməsi  və  onu  tam  yetişdirmək 

potensialı ilə ölçülür. 

Uzun və az miqdarda zoğu olması hələ tənəyin güclü olması demək deyildir. 

əksinə,  orta  uzunluqda  və  çoxsaylı  zoğları  olan  tənəklər  güclü  tənəklər  hesab 

edilir.  Kolun  gücü  başqa  mənada  onun  yetişmiş  birillik  zoğlarının  çəkisi  ilə  də 

ifadə olunur.  

Üzüm  bitkisində  vegetativ  və  generativ  orqanlar  arasındakı  asılılıq  iki  yolla 

nizamlanır: 

1.

 

kolda çoxillik hissənin çox və az saxlanması; 



2.

 

kolda bir ilik hissənin çox və az saxlanması. 



Kolda çoxillik hissə yuxarıda qeyd edildiyi kimi qida anbarı rolunu  

oynayır.  O, nə qədər  yoğun və uzun olsa bir o qədər də  çox qida ehtiyatına 

malik  olur.  Çoxillik  hissənin  çox  və  az  olması  torpaq-iqlim  şəraitindən,  sortun 

bioloi xüsusiyyətindən, tənəyin  böyümə  gücündən, kola verilən formadan və s.-

dən asılıdır. 

Bu  məsələ  üzrə  aparılan  tədqiqatlarda  məlum  olmuşdur  ki,  güclü  böyümə 

qabiliyyətinə malik üzüm sortlarında çoxillik hissəni çox saxlamaq mümkündür. 

Üzüm  bitkisinin  ümumi  gücü  ayrı-ayrı  zoğların  böyümə  gücü  ilə  deyil, 

zoğların  hamısının birlikdə boy  artımı və  məhsulun  miqdarı  ilə müəyyən  edilir. 

Kolun ümumi gücü nə qədər çox olsa bir o qədər onda oduncaq kütləsi və məhsul 

çox olar.  



233

 

 



Üzüm  bitkisinin  vegetasiya  gücü  dedikdə  kolun  ayrı-ayrı  zoğlarının  inkişaf 

xarakteri  nəzərdə  tutulmalıdır.  Tənəyin  ümumi  gücünün  müəyyən  həddə  qədər 

zəiflədilməsi  yolu  ilə  tənəyin  vegetasiya  gücünü  artırmaq  mümkündür.  əksinə 

onun  vegetasiya  gücünün  zəiflədilməsi  yolu  ilə  sonrakı  dövrlər  üçün  tənəyin 

ümumi gücünü zəiflətmək mümkündür. Bundan başqa qeyd etmək lazımdır ki, bu 

iki  anlayış  məhdudlaşdırıldıqda  heç  də  onları  bir-birindən  ayrı  təsəvvür  etmək 

düzgün olmazdı. 

Üzüm bitkisinin inkişafına aşağıdakı iki münasibəti unutmaq olmaz: 

1.

 

üzüm bitkisinin ümumi gücü çox olan vaxtı ayrı-ayrı zoğların inkişafı zəif 



olur,  onlarda  çiçək  qrupları  az  miqdarda  və  zəif  inkişaflı  olur.  Nəticə  etibarilə 

onlarda məhsul da az olur. Beləliklə, kolun enerjisi çoxsaylı boy maddələrinə sərf 

olunduğundan  əsası  qoyulmuş  generativ  orqanlar  müəyyən  miqdar  azalmağa 

başlayır; 

2.

 

ikinci  halda kolun  ümumi gücü  azdır, ancaq ayrı-ayrı orqanların  inkişafı 



zəifdir, yəni kolun vegetasiya gücü çoxdur (belə zoğlar sulu zoğlar adlandırılır), 

kolun  bütün  enerjisi  boy  nöqtələrinə  axdığından  gələcək  qışlayan  gözcüklərdə 

əsası qoyulan çiçək qruplarının miqdarı azalır. 

Səyyari  becərmə  sistemində  kolun  ümumi  gücünün  az  olduğu  vaxtı 

tumurcuqlarda  çiçək  qrupunun  azalması  birinci  münasibətə  sübutdur.  Belə 

kollarda  kəsmə  hər  il  aparılmaya  bilər  və  kəsildikdən  sonra  bol  məhsul  verir. 

Sonralar vegetativ orqanların sayı tədricən çoxalır, nəticədə isə ayrı-ayrı zoğların 

böyümə gücü azaldığından məhsuldarlıq minimuma düşür. Bu halda təkrar kəsmə 

aparılaraq  ayrı-ayrı  kolların  vegetasiya  gücünün  artırılması  lazımdır.  Kolda 

yükün optimaldan çoxluğu həmin ildə məhsulu artırır, ancaq zoğlar zəif böyüyür 

və tumurcuqlarda çiçək başlanğıcları azalır. 

Quru  kəsmə  zamanı  orqanların  kəskin  azaldılması,  xüsusilə  gözcüklərin 

kəskin surətdə azaldılması yeraltı hissə ilə yerüstü hissə arasındakı asılılığı pozur 

və  bununla  da  qida  maddələrinin  ötürülməsi  və  paylanmasında  qeyri-bərabərlik 

yaranır. Bunun nəticəsində itirilmiş yaşıl kütlənin bərpa edilməsi ehtiyacı yaranır.  

Məhsul vermə ilə əlaqədar olaraq zoğun fizioloji funksiyası embrional zoğun 

inkişafını  və  diferensasiya  etməsini,  çiçək  qrupu  kimi  əsası  qoyulmuş  orqanın 

bığcığa çevrilməsinin qarşısının alınmasını təmin etməkdir. 

Kolun  vegetasiya  gücü  ayrı-ayrı  zoğlarda  təzahür  etdikdə,  yəni  zoğların  bir 

qismi sulu zoğlara çevrildikdə onların fizioloji funksiyası çətinləşdiyindən çiçək 

qrupunun yarısı və yaxud bir hissəsi bığcığa çevrilir. 

Kəsmənin mənfi təsiri üzüm bitkisinə yara vurulmasıdır. Elə bu baxımdan da 

mədəni üzümün ömrü yabanı üzümdən az olur. Birillik hissədəki  yara tez yaxşı 

olur,  həm  də  dərinə  getmir.  Ancaq  çoxillik  hissələrdəki  iri  yaralar  qarşı-qarşıya 

olduqda  bitkinin  normal  həyat  tərzini  pozur.  Yaraya  düşən  zərərli 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə