Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə110/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   207

234

 

 



mikroorqanizmlər çürümə verir, bəzən çürümə dərinləşərək eskaya çevrilir. 

Üzüm  bitkisinə  dəyən  yaralar  haqqında  XIX  əsrin  ortalarında  fransız 

üzümçüsü Dezemeri ( V.İ.Kantariya-1964) belə nəticəyə gəlmişdir ki, keçən ilki 

bar  barmağı  buğumun  ortasından-diafraqmanı  zədələmədən  kəsildikdə  ora 

mikroorqanizmlər düşmür. Çoxillik hissələrin kəsilməsinə gəldikdə isə kəsiləcək 

hissə 5-10 sm kötük saxlanmaqla kəsildikdə ora düşən mikroorqanizmlər təsirsiz 

qalır. Ilk baxışda Dezemerinin fikri ilə razılaşmaq mümkündür. Ancaq o kötüklər 

sonrakı  illərdə  bəzən  unudularaq  qalır  və  daha  3-5  il  keçdikdə  onların  özü 

çürüyür  və  bu  çürüntü  çoxillik  qollara  və  ştamba  keçir.  Hazırda  tətbiq  edilən 

kəsmə  qaydalarına  görə  kəsmə  zamanı  kəsilən  hissələrin  kötük  saxlanmadan 

kəsilməsini tələb edir. 

Sonralar bu kəsmə üsulu dünyanın bir çox üzümçülük ölkələrində öz tətbiqini 

tapmadı.  Ancaq  birillik  hissənin  kəsilməsində  diafraqma  məsələsi  qüvvədə  qala 

bilər. 


Vaxtı ilə Foeksin, Buzinin, Zaxarovun, Kantariyanın bu məsələ üzrə açdıqları 

diskussiyalar  haqqında  hazırkı  üzümçülükdə  söhbət  açılmır.  Bizcə  üzüm 

bitkisinin ömrünün uzadılmasında bu məsələ az əhəmiyyət kəsb etmir. 

Kolun  ştambında  yaraların  birtərəfli  olmasının  böyük  əhəmiyyəti  vardır.  Bu 

məsələ üzüm bitkisinin kəsilməsi qaydalarına aiddir və hələ XIX əsrin axırlarında 

Fransa üzümçülük məktəbinə aid olmuşdur. Onların müəyyən etdiklərinə görə bu 

məqsədlə  əvəzedici  çilikdə  axırıncı  gözcük  kolun  içinə  yönəlmiş  olmalıdır.  Bu 

qaydaya  əməl  etdikdə  ştamba  dəyən  zədənin  (yaranın)  birtərəfli  olması  təmin 

edilir. Bu məsələyə axıradək əməl olunması çətinlik törədir. Ona görə də yaranın 

birtərəfli olması təqribidir.  

Hər  il  təkrar  olunan  kəsmə  növlərində  (bir  kolda)  aparılan  dəyişiklik, 

məsələn,  bir  manqada  bar  barmağının  nisbətən  qısaldılması  və  yaxud 

gücləndirilmiş  manqada  bar  barmağını  azaldılması,  əvəzedici  çilik  saxlamadan 

kəsmənin aparılması bir növ gah bu, gah da digər tərəfin istirahət etməsinə səbəb 

olur.  

Vegetativ və generativ orqanlar arasındakı asılılıq iki növ asılılıqla bilavasitə 



əlaqədardır:  

1.

 



kolun illik kütlə artımı ilə məhsul arasında; 

2.

 



yerüstü hissə ilə yeraltı hissə arasında asılılıq. 

Bunların  hamısı  kola  verilən  yüklə  bağlıdır.  Yük  məsələsi  isə  vegetativ  və 

generativ orqanlarla nizamlanır. 

Kəsmə  zamanı  kolda  çoxillik  hissənin  çox  və  az  saxlanması  üzrə  aparılan 

çoxsaylı  tədqiqatlardan  məlumdur  ki,  hər  iki  halda  kolun  bütün  göstəricilərində 

dəyişiklik  baş  verir.  əgər  çoxillik  hissə  kolda  qida  anbarı  rolunu  oynayırsa, 

deməli kolun bioloji göstəricilərinə müsbət təsiri sözsüzdür. 



235

 

 



Güclü boya malik olan bir çox süfrə sortlarında çoxillik hissə çox saxlandıqda 

məhsuldarlıq xeyli artır. Krasnodar diyarının Anapa rayonunda Təbrizi sortunda 

aparılan  təcrübələr  göstərmişdir  ki,  çoxillik  hissə  çox  saxlandıqda  məhsuldarlıq 

33% artmışdır. LN.Makarov- Kojuxovun məlumatına görə uzun qollu Kazenava 

kordonu  formasında  məhsuldarlıq  qısa  qollu  formalara  nisbətən  dörd  dəfə  artıq 

olmuşdur. 

Zəif  boylu  sortlarda  çoxillik  hissənin  çox  saxlanması  məhsuldarlığa  mənfi 

təsir  göstərir.  Buna  görə  də  az  qida  sahəsində  yerləşdirilərək  çoxillik  hissəsi  az 

olan formalar verilir.  

və  bu  çürüntü  çoxillik  qollara  və  ştamba  keçir.  Hazırda  tətbiq  edilən  kəsmə 

qaydalarına görə kəsmə zamanı kəsilən hissələrin kötük saxlanmadan kəsilməsini 

tələb edir. 

Sonralar bu kəsmə üsulu dünyanın bir çox üzümçülük ölkələrində öz tətbiqini 

tapmadı.  Ancaq  birillik  hissənin  kəsilməsində  diafraqma  məsələsi  qüvvədə  qala 

bilər. 

Vaxtı ilə Foeksin, Buzinin, Zaxarovun, Kantariyanın bu məsələ üzrə açdıqları 



diskussiyalar  haqqında  hazırkı  üzümçülükdə  söhbət  açılmır.  Bizcə  üzüm 

bitkisinin ömrünün uzadılmasında bu məsələ az əhəmiyyət kəsb etmir. 

Kolun  ştambında  yaraların  birtərəfli  olmasının  böyük  əhəmiyyəti  vardır.  Bu 

məsələ üzüm bitkisinin kəsilməsi qaydalarına aiddir və hələ XIX əsrin axırlarında 

Fransa üzümçülük məktəbinə aid olmuşdur. Onların müəyyən etdiklərinə görə bu 

məqsədlə  əvəzedici  çilikdə  axırıncı  gözcük  kolun  içinə  yönəlmiş  olmalıdır.  Bu 

qaydaya  əməl  etdikdə  ştamba  dəyən  zədənin  (yaranın)  birtərəfli  olması  təmin 

edilir. Bu məsələyə axıradək əməl olunması çətinlik törədir. Ona görə də yaranın 

birtərəfli olması təqribidir.  

Hər  il  təkrar  olunan  kəsmə  növlərində  (bir  kolda)  aparılan  dəyişiklik, 

məsələn,  bir  manqada  bar  barmağının  nisbətən  qısaldılması  və  yaxud 

gücləndirilmiş  manqada  bar  barmağını  azaldılması,  əvəzedici  çilik  saxlamadan 

kəsmənin aparılması bir növ gah bu, gah da digər tərəfin istirahət etməsinə səbəb 

olur.  


Vegetativ və generativ orqanlar arasındakı asılılıq iki növ asılılıqla bilavasitə 

əlaqədardır:  

1.

 

kolun illik kütlə artımı ilə məhsul arasında; 



2.

 

yerüstü hissə ilə yeraltı hissə arasında asılılıq. 



Bunların  hamısı  kola  verilən  yüklə  bağlıdır.  Yük  məsələsi  isə  vegetativ  və 

generativ orqanlarla nizamlanır. 

Kəsmə  zamanı  kolda  çoxillik  hissənin  çox  və  az  saxlanması  üzrə  aparılan 

çoxsaylı  tədqiqatlardan  məlumdur  ki,  hər  iki  halda  kolun  bütün  göstəricilərində 

dəyişiklik  baş  verir.  əgər  çoxillik  hissə  kolda  qida  anbarı  rolunu  oynayırsa, 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə