Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.

səhifə111/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   207

236

 

 



deməli kolun bioloji göstəricilərinə müsbət təsiri sözsüzdür. 

Güclü boya malik olan bir çox süfrə sortlarında çoxillik hissə çox saxlandıqda 

məhsuldarlıq xeyli artır. Krasnodar diyarının Anapa rayonunda Təbrizi sortunda 

aparılan  təcrübələr  göstərmişdir  ki,  çoxillik  hissə  çox  saxlandıqda  məhsuldarlıq 

33% artmışdır. LN.Makarov- Kojuxovun məlumatına görə uzun qollu Kazenava 

kordonu  formasında  məhsuldarlıq  qısa  qollu  formalara  nisbətən  dörd  dəfə  artıq 

olmuşdur. 

Zəif  boylu  sortlarda  çoxillik  hissənin  çox  saxlanması  məhsuldarlığa  mənfi 

təsir  göstərir.  Buna  görə  də  az  qida  sahəsində  yerləşdirilərək  çoxillik  hissəsi  az 

olan formalar verilir.  

Birillik hissənin çox və az saxlanması konkret olaraq tənəyin  yükünə aiddir. 

Birillik zoğların miqdarı və onların uzunluğu çoxillik hissəyə nisbətən daha açıq 

şəkildə  təsirli  olur.  Birillik  hissəni  çox  saxladıqda  tənəyin  yükü  çox,  az 

saxladıqda  az  olur.  Tənəyin  yükü  isə  torpaq-iqlim  şəraitindən  (  suvarılan  və 

yaxud dəmyə), keçən il tətbiq edilən və cari ildə tətbiq edilməsi nəzərdə tutulan 

aqrotexniki tədbirlərin səviyyəsindən, alınan məhsulun istifadə istiqamətindən və 

kolun gücündən asılıdır. 

Tənəkdə  saxlanılan  zoğların  sayının,  onların  uzunluğunun  və  gözcüklərin 

sayının  düzgün  təyin  edilməsi  üzüm  bitkisinin  aqrotexnikasının  ən  vacib 

məsələlərindən  biridir.  Bu  məsələnin  düzgün  həlli  hər  il  sabit  və  yüksək 

keyfiyyətli məhsul alınmasını təmin edir. 

Yükün  və  məhsuldarlığın  çoxluğu  kolun  gücündən  asılıdır.  Kolun  gücü  isə 

çox hallarda torpağın münbitliyi və aqrotexnikanın səviyyəsi ilə müəyyən edilir. 

Kolun  yükü  müəyyən  edilərkən  onun  gücünün  də  müəyyən  edilməsi  vacibdir. 

Kolun gücü artdıqca ondan alınan məhsul da artır. Əgər kolda zoğun miqdarını 

artırsaq,  onda  hər  bir  zoğun  gücü  azalacaq,  ancaq  kolun  vegetativ  kütləsi  artıq 

olacaqdır. Əksinə, zoğların miqdarı azaldıqda onların hər birinin boyu artır, ancaq 

ümumi vegetativ kütlə azalır.  

Kolun böyümə gücünün artırılması məqsədi ilə bir neçə il müddətində kolun 

gözcüklə yükünü tədricən artırmaq lazımdır. Bütün hallarda quru kəsmə zamanı 

kolda  gözcüyün  miqdarı  bir  qədər  artıq  götürülsə  sonralar  yaşıl  əməliyyat  vaxtı 

onlar qəti olaraq nizamlana bilər.  

Kolda  zoğla  yükün  artırılması  onların  mineral  maddələrlə  və  işıqla 

qidalanması  müşaiyət  olunmalıdır.  Yüksək  yük  fonunda  kolun  qidalanması  zəif 

olduqda  cari  ildə  məhsul  çoxalacaq,  ancaq  zoğlar  zəif  olacaq  və  pis  yetişəcək, 

nəticədə  gələcəyin  məhsulunun  aqibəti  pisləşəcək. Müəyyən şəraitdə kolda olan 

məhsulun  miqdarı  və  keyfiyyəti  arasındakı  nisbət  bir  tərəfdən  kök  sisteminin 

güclü,  digər  tərəfdən  isə  gilədə  şəkəri  müəyyən  edən  yarpaq  səthi  ilə  sıx 

əlaqədardır.  Məhsul  kolun  böyüməsinə  aşağıdakı  kimi  təsir  göstərir  Gilənin 



237

 

 



formalaşmasına kifayət qədər qida maddələri tələb edir. Əgər qida maddələrinin 

axması onların məsrəfindən azdırsa onda kolun gücü zəifləyəcək. Beləliklə, kolun 

böyüməsi  ilə  məhsulu  arasındakı  əlaqə  daimi  deyildir.  Aqrotexnikanın 

səviyyəsindən asılı olaraq bu əlaqə həmişə dəyişir.  

Kolda  qoyulan  yükün  hesabatı  iqlim  şəraiti  ilə  uzlaşdırılmalıdır.  Bu  halda 

kolun  yükü  müəyyən  edilərkən  bir  hektarda  kolun  miqdarı,  bar  əmsalı  və 

salxımın  orta  çəkisi  haqqında  əldə  məlumat  olmalıdır.  Bunlar  çoxillik 

məlumatlara  əsaslanmalıdır.  Bu  məlumatlar  əsasında  əvvəlcə  bir  kolda  nəzərdə 

tutulan salxımın miqdarı və məhsul hesablanır, sonra bar əmsalına görə bir kola 

düşən zoğun miqdarı hesablanır. Daha sonra bura açılmayan gözcüklərin miqdarı 

əlavə  olunur.  Əgər  üzümlükdə  müəyyən  səbəbdən  məh  olmuş  gözcüklər 

müşahidə edilsə bunlar da əlavə edilməlidir. 

Hesabat prof. L.Kolesnikin təklif etdiyi düsturla aparılır. 

 

 



 

burada: Y- gözcüklərin miqdarı 

Q- 1 hektarın məhsulu, kq, 

N- 1 ha-da kolun miqdarı, 

K- bar əmsalı, 

P- salxımın orta çəkisi, kq, 

A-məhv olmuş gözcüklərin miqdarı, 

B- açılmayan gözcülkərin miqdarı 

Müxtəlif  üzümçülük  rayonlarında  təbii  şəraitdən  asılı  olaraq  bir  kolda  7-10-

dan  180-250-ə  qədər  gözcük  saxlamaq  mümkündür.  Belə  çıxmasın  ki,  çardaqda 

və yaxud alleyada becərilən bir kol nəzərdə tutulur. Suvarılan münbit torpaqlarda 

son  vaxtlar  təklif  etdiyimiz  7  mərtəbəli  şaquli  şpalerdə  becərilən  çox  güclü 

böyümə  gücünə  malik  sortda  20-22  ədəd  bar  barmağı  saxlamışıq.  Nəticədə 

tənəyin  gücündə  zəiflik  müşahidə  olunmamışdır.  Bu  qədər  bar  barmağında 

gözcüklərin miqdarı 180-200-ə bərabər olur. 

Bu  məsələ  üzrə  Bolqar  alimi  professor  Nedelçevin  də  təklif  etdiyi  düsturu 

məqsədə uyğun hesab edirik. 

 

 



burada : F- 1 ha- da planlaşdırılan məhsul, 


238

 

 



n- sortun bar əmsalı, ədəd, 

p- salxımın orta çəkisi, kq, 

a-

 

Açılmayan gözcüklərin miqdarı, %. 



Düsturda göstərilən hərfləri istənilən rəqəmlərlə ifadə etmək mümkündür.  

Kitabın  əvvəlki  müvafiq  mözusunda  bar  əmsalı  haqqında  məlumat 

verilmişdir. Burada bu məsələnin bir daha yada salınması məqsədə uyğun olardı. 

Üzüm bitkisində üç adda bar əmsalının adı çıkilir və bunlar aşağıdakılardır: 

1)

 

Gözcüyün bar  əmsalı-  eyni  zamanda sortun və kolun  bar  əmsalı adlanır. 



Kolda olan salxımın saxlanan gözcüyün miqdarına nisbətidir. Bar əmsalı  

rəqəmlə ifadə olunur. Məhsuldarlıq məsələlərində bu əsas götürülür. 

2)

 

Ümumi zoğun bar əmsalı. Salxımın miqdarının kolda olan ümumi zoğa  



nisbətidir. 

3)

 



Barlı zoğun bar əmsalı. Salxımın miqdarının zoğların miqdarına olan  

nisbətidir.  Bar  əmsalı  yalnız  qışlayan  gözcüyün  əsas  tumurcuğundan  çıxan 

zoğa və salxıma aiddir. Söz yox ki, bir çox sortlarda əvəzedici tumurcuqdan çıxan 

əlavə  zoğlar  ,  yatmış  tumurcuqdan  çıxan  haramı  zoğlar,  bic  tumurcuqdan  çıxan 

bic  zoğlarının  salxımı  hesaba  alınmır.  Ancaq  heç  də  bu  o  demək  deyildir  ki, 

həmin zoğların salxımı tamamilə uçota alınmır. Lazım gəldikdə həmin salxımlar 

məhsuldarlığa daxil edilir. 

Bar  əmsalını  ifadə  edən  rəqəm  bir  çox  illərdə  aparılan  müşahidələrin  orta 

yekunu  olmalıdır.  Söz  yox  ki,  eyni  sortun  bar  əmsalı  becərmə  şəraitindən  asılı 

olaraq dəyişə bilir. 

Salxımın  orta  çəkisinin  müəyyən  edilməsi  üçün  ampeloqrafiya  elmi  500 

salxımın çəkisindən istifadə edilməsini məsləhət görür. Ancaq prof. N.Nedelçev 

100 salxımın çəkisinin orta rəqəm kimi qəbul edilməsini məsləhət bilir. 

Üzüm bitkisində kolun yükünün salxımla ifadəsi daha dəqiq uçotdur. Ancaq 

qeyd  edildiyi  kimi  çox  hallarda  yük  dedikdə  kolda  gözcüyün  miqdarı  nəzərdə 

tutulur. Bir çox ədəbiyyatda yükün kolda saxlanan ümumi zoğların miqdarı ilə də 

ifadə edilməsi göstərilir. 

Üzümlüyün  məhsuldarlığı  kolun  üzvi  kütləsinin  yaradılmasına  sərf  edilən 

yarpağın  assimilyasiya  aparatının  fəaliyyətindən  çox  asılıdır.  Yarpaqların 

fotosintetik işi üçün orqanların yerləşdiyi zonada lazımınca günəş şüası olmalıdır. 

Kolda  yükün  çoxluğundan  asılı  olmayaraq  orqanlara  günəş  şüasının  normal 

düşməsi üçün şpalerdə yaşıl kütlənin eni 60 sm olsa yaxşıdır. 70-90 sm olduqda 

yaşıl kütlənin içərilərinə günəş şüalarının düşməsi pisləşir.  

Kəsmə  isində  bar  barmaqlarının  optimal  uzunluğundan  söhbət  getməyə 

bilməz. Bar barmağının uzunluğuna təsir edən amillərdən başlıcası sortun bioloji 

xüsusiyyətidir.  Ayrı-ayrı  üzüm  sortları  özünün  təkamül  prosesində  məhsul 

formalaşdırılması  xüsusiyyəti  qazanmışdır.  Məlumdur  ki,  hər  bir  üzüm  sortu  öz 





Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   207


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə