Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə113/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   207

241

 

 



mərəndisi,  Kabasiya,  Rkasiteli  və  Riş  –baba  sortlarının  55-60-cı  gözcükləri 

məhsul  vermişdir.  Belə  bar  barmağından  kolda  1-2  ədəd  saxlanmış  və  şpalerin 

məftilində ziq-zaq şəklində bağlanmışdır. 

Qabaqcıl  təsərrüfatlar  optimal  uzunluqda  olan  bar  barmağının  barlılığı 

haqqında etibarlı məlumatlar olur və üzümçülər buna riayət edirlər.  

Gürcüstan  şəraitində  V.İ.Kantariyanın  Rkasiteli  üzüm  sortunda  bar 

barmağının barlılığına dair məlumatı aşağıdakı cədvəldə verilir.  

 

 



 

Rkasiteli  sortunda  bar  barmağının  uzunu  boyu  yerləşən  gözcüklərdən  çıxan 

zoğların barlılığı 

 

  



 Bar 

barmağında 

zoğların 

nömrəsi  

 

 

 



Uçotun 

obyekti  

 

 

 



 

 



 

 



 

 



 

 

 



 

 



 

 



 

 



 

 

 



 

 



 

 



 

 



 

 

 



1



zoğa 

düşən  salxımın 

orta miqdarı 

0

.73 



0

.74 


0

.90 


1

.15 


1

.42 


1

.57 


1

.40 


1

.51 


1

.8 


1

.42 


zoğa 


düşən  salxımın 

orta çəkisi,q  

2

00 


1

99 


2

30 


2

61 


3

36 


3

18 


2

52 


2

47 


2

57 


2

15 


Hər 

zoğa 


düşən məhsul,q 

1

46 



1

53 


2

28 


3

03 


4

78 


4

99 


3

57 


3

73 


3

54 


3

06 


1-ci 

gğzcüyə (zoğa) 

düşən  məhsul 

100% 


qəbul 

edildikdə 

sonrakı 

zoğlarda 

məhsul artımı 

1

00 



1

05 


1

56 


2

07 


3

27 


3

42 


2

42 


2

55 


2

42 


2

09 



242

 

 



 

 

 



Bu  məsələ  üzrə  respublikamızda  rəsmi  məlumat  dərc  olunmadığından  yerli 

sortlar üzrə məlumat verilmir. 

1950-ci  illərdə  aspirant  A.Əsədullayevin  məlumatına  görə  aşağı  Şirvanda 

Şirvanşahı üzüm sortunda ən çox məhsulu olan zoğlar 15-ci gözcükdən başlayır. 



Kəsmə  qaydaları-  Kola  verilən  formadan  asılı  olmayaraq  hər  il  aparılan 

kəsmə  tənəyə  müəyyən  qədər  ziyan  verir.  Cavan  kola  vurulan  yara  o  qədər 

qorxulu  deyildir,  çünki,  orqanlar-xüsusilə  də  ştamb  yoğunlaşdıqca  yaralar  tez 

sağalır.  Yaşlı  kollarda  (7-8  yaş  və  daha  çox)  yaraların  miqdarı  və  həcmi  artır, 

həm də yaralar bir-birinə yaxın olur. Yaranın təsirindən ölməkdə olan toxumalar 

birləşərək şirə hərəkətinə mane olur.ölmüş toxumaların sahəsi ildən-ilə genişlənir 

və nəticədə ötürücü toxumaların sahəsi xeyli azalır. Belə kolların xarici görkəmi 

çox pis (sarsılmış) olur, onların məhsulverməsi zəifləyir və tezliklə məhv olur. 

Yaranın  üzüm  bitkisinə  zərərli  təsirini  azaltmaq  üçün  aşağıdakı  qaydalara 

əməl olunmalıdır: 

1.

 

Kəsmə  zamanı  kola,  xüsusilə  də  onun  çoxillik  hissələrinə  vurulan  yara 



mümkün qədər az diametrli olmalıdır; 

2.

 



Lazım gəlmədikdə kola artıq yara vurulmamalıdır; 

3.

 



Birillik hissələr zoğun diafraqmasından kəsilməlidir; 

4.

 



Birillik  zoğların  tamamilə  kəsilib  atılması  planlaşdırıldığı  təqdirdə 

mümkün qədər onlar əsasından kəsilməlidir; 

5.

 

Yaşlı  hissə  kəsildikdə  az  miqdarda  kötük  saxlanmalıdır.  Bunlar  bir  il 



qaldıqdan sonra kəsilib atıla bilər; 

6.

 



Kəsmə zamanı birinci növbədə çalışmaq lazımdır ki, kolun qəbul olunmuş 

forması davam etdirilsin

7.

 

Kolu  kəsərkən  nəinki  sortun  xüsusiyyəti,  həm  də  onun  gücü  nəzərə 



alınmalıdır  ki,  kolun  kəsilməsinin  diferensiallığı  təmin  edilmiş  olsun.  Münbit 

torpaqlarda güclü böyüyən kollarda uzun kəsmə, kasıb torpaqlarda zəif kollarda 

qısa kəsmə tətbiq edilməlidir

8.

 



Kəsmə  aparılarkən  üzümlüyün  yaşı  nəzərə  alınmalıdır.  Cavan  kollarda 

qısa və orta kəsmə aparılmalıdır ki, onlarda zoğlar güclü böyüsün. Yaşlı kollarda 

qısa kəsmə tətbiq edilməlidir ki, onlar tezliklə zəifləməsin

9.

 



əvəzedici çilik həmişə kolun bir tərəfində olmalıdır. Belə olduqda yaranı 

birtərəfli etmək mümkün olur

10.

 

 Əvəzedici çilik həmişə bar barmağının altında yerləşməlidir;  



11.

 

 Əgər  əvəzedici  çilikdə  bic  zoğ  vardırsa,  onda  o  əvəzedici  çiliyə  kəsilir, 



bar barmağı üçün isə yaxınlıqdakı zoğlardan biri seçilir. 


243

 

 



12.

 

 Qolları çox uzanmış kollarda başcıqdan güclü bir zoğ dayağa bağlanır və 



tərbiyələndirmək məqsədilə dayağa bağlanır.  

Kəsmədə  istifadə  edilən  alətlər-  Kəsmədə  ən  çox  istifadə  olunan  alət  bağ 

qayçısıdır. Bağ qayçısı xırda, orta və iri olur. Kolda yoğun hissələr kəsildikdə iki 

əlli  işləmək  üçün  iri  qayçıdan  istifadə  edilir.  Daha  iri  hissələrin  kəsilməsində 

xırda  bağ  mişarları  lazım  olur.  Kəsərkən  qayçı  elə  tutulmalıdır  ki,  kəsən  hissə 

kolun  qalan,  dayaq  hissə  (küt  tərəf)  kolun  kəsilib  atılan  hissəsində  omalıdır, 

dayaq tərəf toxumaları əzib dağıdır. Daha yoğun hissələrin kəsilməsində istifadə 

olunan bağ mişarının dişləri əlcəyə (dəstəyə) doğru yönəlmiş olmalıdır. 

 Oraq şəkilli bağ bıçağından da istifadə edilir. Bağ bıçağı ilə kəsilmiş səthlər 

hamarlanır.  Bağ  qayçısının  kəsən  (tiyə)  və  dayaq  hissələri  arasında  məsafə  elə 

nizamlanmalıdır ki, onların arasından deşik-yarıq görünməsin və kağızı asanlıqla 

kəssin.  

 Kolun  kəsilməsində  fəhlənin  əziyyətinin  azaldılması  məqsədilə  pnevmatik 

qayçılardan istifadə edilməsi daha faydalı olardı. 

Kəsmənin  vaxtı.  Kəsmənin  müddətinin  kolda bioloji  proseslərin gedişinə və 

onun  qışlamasına  əhəmiyyətli  dərəcədə  təsiri  vardır.  Ehtiyat  qida  maddələri 

yarpağın  tökülməsinə  qədər  birillik  zoğlarda,  çoxillik  hissələrdə  və  kök 

sistemində  toplanır.  Ehtiyat  qida  maddələrinin  (əsasən  nişasta)  əsas  kütləsinin 

çoxillik  orqanlarda  toplanması  oktyabrın  əvvəlində  və  ortalarında,  köklərdə  isə 

noyabrın  ortalarında  başa  çatır.  Yarpaqların  tökülməsindən  qabaq  birillik 

zoğlarda  qida  maddələrinin  müəyyən  qismi  qalmaqda  davam  edir.  Ancaq 

yarpaqlar töküldükdən 15-20 gündən sonra çoxillik hissələrə qida maddələri daha 

sürətlə  axmağa  başlayır.  Yeraltı  ştambda  və  kök  sistemində  ehtiyat  qida 

maddələrinin  toplanması  dekabrın  əvvəlinə  başa  çatır.  Yazda  şirə  hərəkətinin 

başlanması ilə əlaqədar olaraq qida maddələrinin tərsinə axımı başlayır. Şişməkdə 

olan  tumurcuqlara  və  böyüməkdə  olan  zoğlara  qida  maddələrinin  axımı 

çiçəklənməyə  qədər  davam  edir.  Bu  vaxt  kolun  çoxillik  orqanlarında  qida 

maddələrinin ehtiyatı tükənməkdə olur. Bu baxımdan payızda kəsmə nə qədər tez 

başlasa çoxillik hissələrdən bir o qədər də çox qida maddələri yuxarı hissələrə axa 

bilir. 


 C.Uinklerin  yazdığına  ğörə  üzüm  bitkisində  yarpaq  töküldükdən  sonra  qida 

maddələrinin  yerdəyişməsi  dayanır.  Qida  maddələrinin  hərəkətinin  dayanmasını 

o, noyabrın axırından martın ortalarına qədər floyemanın fəaliyyətsizliyi ilə izah 

edir.  


 

 Payızın  müxtəlif  vaxtlarında  kəsilmiĢ  tənəklərdə  zoğun  aĢağı  hissəsində 

niĢasta və Ģəkərin miqdarı (Cədvəl C.Uinklerin kitabından götürülmüĢdür). 

 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə