Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə115/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   207

246

 

 



Üzüm  bitkisinin  torpaq  səthindən  uzaqlaşması  ştambın  hündürlüyü  ilə 

müəyyən  edilir  və  bu  məsələ  asanlıqla  həll  olunmayan  və  diskussiya  törədən 

məsələdir.  Ştambın  hündürlüyünü  təyin  edən  şərtlər  elmi  cəhətdən 

əsaslandırılmalıdır.  Ştambın  hündürlüyünə  təsir  edən  amillər  fəal  temperaturun 

miqdarı,  işlərin  mexanikləşdirilməsi  səviyyəsi,  əl  əməyinin  azaldılması,  gilədə 

şəkər problemi hesab edilir. 

 İllik fəal temperaturun miqdarı az olan yerlərdə gilədə şəkər az toplanır. Belə 

yerlərdə şəkər toplanması problem xarakterli məsələyə çevrilir və mümkün qədər 

ştamb torpaq səthindən  çox  yuxarıya qalxmamalıdır. Belə  yerlərdə misal  olaraq 

Respublikamızın  Qərb,  Şimal  zonalarını,  Böyük  və  Kiçik  Qafqaz  dağlarının 

ətəklərini göstərmək olar. Tənəyin orqanlarının torpaq səthindən yuxarı olmasının 

müsbət və mənfi tərəfləri vardır: 



1.

 

Iri  formaların  yaradılması  və  bununla  əlaqədar  olaraq  kolun  yükünün 

artırılması mümkün olur. Dayaqda (xüsusilə şpalerdə) çox mərtəbələr yaratmaqla 

məhsuldarlığın artırılmasına nail olunur. 



2.

 

Tənəyin yaşıl hissələri yaz şaxtalarından az zədələnir. 



3.

 

Kollar hava ilə yaxşı təmin edildikdə gilələrin çürüməsi, eləcə də göbələk 

xəstəliklərinə və ziyanvericilərə yoluxması halları azalır. 

4.

 

Kol  yaxşı  işıqlandıqda  məhsulun  keyfiyyət  göstəricilərindən  biri  hesab 

edilən  gilənin  rəngi  yaxşılaşır.  Süfrə  sortlarının  nəqliyyata  və  saxlanmağa 

davamlılığı yüksəlir. 

 Tənəyin orqanları yuxarıya qalxdıqca aşağıdakı çatışmazlıqlar baş verir: 

1.

 

Şəkər azalır və turşuluq artır. 



2.

 

Gilələrin yetişməsi gecikir. 

 Ştambın  hündürlüyünü  və  vəziyyətini  (  şaquli  və  maili)  yaz  şaxtaları  və 

küləkdən,  gilələrin  çürüməsinə  imkan  yaradan  şəraitdən  (  rütubət,  salxımın 

sıxlığı,  gilələrin  çürüməyə  davamlılığı)  tənəklərin  qışda  torpaqla  örtülüb  –

örtülməməsindən,  məhsulun  keyfiyyətinə  olan  tələbatdan  və  nəhayət  tənəklərə 

qulluq işində mexanizasiyadan geniş istifadə edilməsindən asılı olaraq müəyyən 

edilir. 


İsti olan yerlərdə ştambın hündürlüyünün şəkər toplanmasına o qədər də təsiri 

yoxdur.  Burada  bir  narahatçılıq  ondan  ibarətdir  ki,  kola  qulluq  işləri  çətinləşə 

bilər.  Respublikamızın  Kürdəmir  rayonu  şəraitində  ştambın  çox  hündürlüyünün 

şəkərin  toplanmasına  mənfı  təsiri  yoxdur.  Keçmişdə  bir  qayda  olaraq  üzüm 

bitkisi  ağaclara  dırmaşdırılaraq  becərilmiş  və  həmişə  də  gilədə  yüksək  şəkər 

toplanmışdır. 

Ştambın  hündürlüyü  məsələsindən  bəhs  etdikdə  birinci  növbədə  Avropa, 

xüsusilə  də  Qərbi  Avropa  ölkələrinin  üzümliklərindən  söhbət  açılmalıdır.  Bu 

ölkələrdə  temperatur  bir  qədər  azlıq  etdiyindən  üzümlükdə  ştambın  hündürlüyü 



247

 

 



40-50 sm götürülür. Keçən əsrin 60-70-ci illərində Avstriya üzümçüsü L.Mozerin 

ideyasına görə bir çox ölkələrdə gencərgəli  yüksək ştamblı üzümlüklərə keşildi. 

Ancaq 15-20 ildən sonra həmin ölkələrdə yüksək ştamb özünü doğrultmadı. 

Üzümlüklərdə əksər formaların ştambı və  yaxud gövdəsi,  çoxillik qolları və 

bar barmaqları olur. Şəraitdən asılı olaraq ştamb yüksək və alçaq ola bilər, bəzi 

formalarda  isə  ştamb  tamamilə  olmaya  bilər.  Yuxarıda  qeyd  edildiyi  kimi 

ştambın  hündürlüyü  təkcə  şəkərə  görə  yox,  kola  qulluq  işlərinə  görə  də  diqqəti 

çəkən  məsələdir.  L.Mozerin  texnoloqiyasında  olduğu  kimi  ştambın  hündürlüyü 

100-120  sm  götürüldükdə  ondan  yuxarıda  yerləşən  orqanlara  qulluq  işləri  bir 

qədər  çətinləşir.  Ştamb  120  sm  və  ondan  bir  qədər  də  yuxarıda  yerləşdirilməli 

olur.  Bu  hündürlükdə  zoğların  kəsilməsi  və  bağlanmasında  çətinlik  yaranır.  Bir 

qədər alçaq boylu adamlar üçün bu işlərin yerinə yetirilməsi xeyli çətinləşir. Bu 

baxımdan  isti  yerlərdə  tənəyə  qulluq  işləri  prioritetlik  təşkil  edir.  Tənəyin 

orqanlarının  fəzada  düzgün  yerləşdirilməsi  üzümlükdə  istifadə  edilən  dayağın 

növündən , xüsusilə dayağın yaratdığı fəzadan çox asılıdır. 

Suvarılan  münbit  torpaqlarda  güclü  böyüyən  kollar  üçün  üç  məftilli  şaquli 

şpaller tamamilə  yararsızdır. Bizim Respublikada da keçmişdə və hazırda güclü 

kolları olan üzümlükdə üç məftilli şaquli şpaler qurulmuşdur. 

Ümumiyyətlə tənəyin orqanları torpaq səthindən uzaqlaşdıqca ayrı-ayrı mühit 

amillərinin  pisləşməsi  və  yaxşılaşması,  nəticə  etibarı  ilə  isə  kolun  böyüməsinə, 

məhsuluna  və  onun  keyfiyyətinə  mənfi  və  müsbət  təsirləri  üzə  çıxır.  Tənəyin 

yerləşdiyi  fəzada  dəyişən  mühit  şəraitinin  təsirindən  aşağıdakı  mənfi  və  müsbət 

tərəfləri qeyd etmək lazımdır. 

1)

 



Yaranmış  geniş  fəzada  orqanların  bir  neçə  mərtəbədə  yerləşdirilməsi 

tənəyin  yükünün  artırılmasını,  ümumilikdə  isə  bar  əmsalının  artırılmasını  təmin 

edir; 

2)

 



İlk  yazda  tənəyin  yaşıl  orqanlarının  şaxtadan  qorunması  ehtimalının 

artması; 

3)

 

Güclü  aerasiya  şəraitində  gilələrin  çürüməsi  və  göbələk  xəstəliklərinin 



ziyanının azalması ehtimalı; 

4)

 



 yaxşı işıqlanma şəraitində gilələrin yaxşı rəng alması (çoxillik oduncağın 

çox olmasının da buna müsbət təsiri vardır); 

5)

 

üzümün  yaxşı  saxlanma  və  nəqliyyata  davamlılıq  qabiliyyətinin  əldə 



edilməsi.  

Orqanların torpaq səthindən uzaqlaşmasının mənfi tərəfləri aşağıdakılardır: 

1)

 

bəzi  yerlərdə  (Respublikanın  aran  rayonlarını  istisna  etməklə  )  gündüz 



havanın soyuması nəticəsində gilədə cüzi də olsa şəkərin azalması; 

2)

 



vegetasiya müddətinin müəyyən qədər uzanması; 

3)

 



dayaq qurulmasına böyük miqdar materialın sərf olunması; 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə