Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə116/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   207

248

 

 



4)

 

üzümlüyə qulluq işlərinə xərclərin artması; 



5)

 

kolun tam məhsula düşməsinin gecikməsi. 



Tənəyin  orqanlarının  fəzada  yerləşdirilməsi  üsullarının  müxtəlifliyi  onun 

becərildiyi torpaq-iqlim şəraitindən və sortun bioloji xüsusiyyətlərindən asılıdır. 

Ştamb  kolun  torpaq  səthindən  birinci  budaqlanmaya  qədər  olan  çoxillik 

hissədir  və  yeraltı  ştambın  davamıdır,  kola  möhkəmlik  verir,  digər  orqanların 

fəzada  yerləşməsini  təmin  edir.  Yüksək  ştambda  kolun  vegetasiya  müddəti 

uzanır- tumurcuqların açılması, çiçəkləmə və gilələrin yetişməsi gecikir. Yüksək 

ştamb  maşın  və  aqreqatların  işini  asanlaşdırır,  ancaq  ştamb  daha  da  yüksək 

olduqda ona qulluq işləri çətinləşir. Ştambın hündürlüyü və vəziyyəti (şaquli və 

maili) aşağıdakılardan asılı olaraq dəyişir: 

1)

 

yaz şaxtalarının və güclü küləklərin olması; 



2)

 

gilənin  çirklənməsi  və  çürüməsi  şəraitindən  (  havanın  nəmliyi,  torpağın 

tərkibi, salxımın uzunluğu, çürüməyə qarşı gilənin davamsızlığı ); 

3)

 

göbələk xəstəliklərinin və zərərvericilərin olması ( ştamb hündürləşdikcə 

kolun gigiyenik şəraiti yaxşılaşır və tutduğu fəza genişlənir); 

4)

 

kolun qışda torpağa basdırılması tələbatının olması; 



5)

 

məhsulun keyfiyyətinə göstərilən tələbat ( ştamb yuxarıya qalxdıqca şəkər 

azalır, turşuluq artır). 

Ştamb  yuxarıya  qalxdıqca  onun  möhkəmliyi  azalır  və  şpalerə  əlavə  olaraq 

payaların basdırılması lazım gəlir. 

 Çoxillik qollar ( ən sanballı ədəbiyyatda bunu ― daimi ― qollar adlandırırlar. 

Yadda  saxlamaq  lazımdır  ki,  heç  kolun  özü  daimi  deyil  )  çətirin  skeletini  və 

ondan  sonrakı  orqanları  üzərində  saxlayır.  Müəlliflərdən  yalnız  L.Kolesnik  (― 

Vinoq  -radarstvo‖  –izdatelstvo  ―  Kartya  moldovenyaske  ―-  Kişinyov  1968  )  bu 

orqanı çoxillik qol adlandırır. Onların uzunluğu və budaqlanması tənəyin gücünü 

göstərir. 

 Yüksək  ştambda  güclü  böyüyən  kolların  güclü  çoxillik  qollarında  çiçək 

qrupu olan gözcüklərin çox olmasını təmin edir. Çoxillik qolların fəzada bərabər 

yerləşdirilməsi  ondan  sonrakı  orqanların  da  bərabər  yerləşməsini  təmin  edir. 

Çoxillik qollar sayca çox, inkişafca güclü olduqca güclü kollarda yükü artırmaq 

mümkündür.  Belə  kollarda  generativ  orqanlar  daha  yaxşı  formalaşdığından 

məhsulun  artmasına  səbəb  olur.  Qışda  üzümlükləri  basdırılan  yerlərdə  belə 

kolların torpağa basdırılması çətinləşir. 

 Bir  qayda  olaraq  belə  şəraitdə  kolda  ya  ştamb  olmur  və  yaxud  ştamb  maili 

olur.  Əgər  kolda  bir  neçə  ştamb  yaradılırsa  onda  onlar  da  maili  formalaşdırılır. 

Üzüm  koluna  verilən  formadan  asılı  olmayaraq  bütün  qollar  bir  müstəvidə 

oturmaqla  cərgənin  hər  iki  istiqamətinə  yönəlməlidir.  Bu  məsələ  də  orqanların 

fəzada yerləşdirilməsinin ayrılmaz tərkib hissəsidir. 



249

 

 



 Orqanların  fəzada  yerləşdirilməsi  əsasən  kollara  verilən  formalarla  həyata 

keçirilir. 

 

11.3. Üzüm bitkisinin formalaĢdırılması 

 

Dünyanın  üzümçülük  rayonlarında  tətbiq  edilən  üzüm  kollarının  müxtəlif 

formalaşdırılması üsulları mövcuddur. Bu sistemlər sortun bioloji xüsusiyyətləri, 

mühit  şəraiti,  iqtisadi  şəraiti,  aqrotexnikanın  səviyyəsi  və  s.  nəzərə  alınmaqla 

qəbul edilir. Üzümlükdə mexanizasiyanın geniş tətbiqi ilə əlaqədar olaraq kollara 

verilən  formalara  münasibət  köklü  olaraq  dəyişmişdir.  Alman  tədqiqatçılarının 

yazdığına görə filloksera problemindən sonra güclü kök sistemi və yerüstü hissəsi 

olan fillokseraya davamlı  calaqaltılardan istifadə  edilməsi də kolların  formasına 

münasibəti  dəyişmişdir.  Hər  iki  halda,  yəni  üzümlükdə  mexanizasiyanın  tətbiqi 

becərmə sistemində, güclü  calaqaltıların təsirindən kolda güclü  yerüstü hissənin 

əmələ gəlməsi kollara verilən formalarda dəyişiklik aparılmasını tələb edir.  

Becərmə  texnologiyası  olaraq  rasional  (  mütərəqqi  hesab  edilən  )  formalar 

meydana gəldikcə üzümçülər çox zəhmət tələb edən formalardan imtina etmişlər. 

Çox  zəhmət  tələb  edən  formalara  üzüm  kolunun  payada,  çoxqollu  və  alçaq 

ştamblı və yaxud ştambı olmayan formalarda becərilməsi aiddir. Bir çox formalar 

sistemi  tərkib  elementlərinə  görə  eyniyyət  təşkil  edir.  Formaların  hamısında 

ştamb, qollar, əvəzedici çilik və bar barmaqları vardır. Sistemlər arasındakı fərq 

onların  miqdarında və uzunluğundadır. Müxtəlif uzunluqlu 2-3 və daha çox qol 

yerləşməsinə  görə  bir  müstəvi  təşkil  etdikdə  bu  yelpik  qruplu  formalar,  onların 

yerləşməsi  müxtəlif  müstəvilik  təşkil  edirsə  kasa  forması  adlanır.  Kasa 

formalarında  qol  olmadıqda  ―  başcıq  ―  forması  adlanır.  Uzun  qolun  üzərində 

əvəzedici çilik və bar barmağı olduqda bu kordon forması adlanır. Bir kolda bir-

birinə əks tərəflərdə yerləşirsə bu iki çiyinli kordon, bir çiyinli, bir mərtəbəli, bir 

çiyinli iki mərtəbəli, iki çiyinli bir mərtəbəli, iki çiyinli iki mərtəbəli kordonların 

hamısı üfüqi kordon adlanır. Bunlardan başqa şaquli və maili kordonlar da vardır. 

Üzümlükdə kollara forma bəzək və yaxud şəkil üçün verilmir. Burada məqsəd hər 

bir kol  üçün ayrılan torpaq və  fəzadan,  eləcə də  sortun potensial imkanlarından 

səmərəli istifadə etməkdir. Çoxillik qolların miqdarından , onların uzunluğundan 

və vəziyyətindən, ştambın olub olmamasından və bağlamanın xarakterindən asılı 

olaraq kolun forması təyin edilir. Hər hansı formada olmasından asılı olmayaraq 

düzgün formalaşdırılmış tənəyi sadə fəhlə asanlıqla kəsir. 

 A.M.Neqrula  görə  tənəklərə  verilən  formaları  düzgün  seçmək  üçün 

aşağıdakılara riayət olunmalıdır: 

1.  forma  sortun  bioloji  xüsusiyyətlərinə  və  rayonun  torpaq-iqlim  şəraitinə 

uyğun olaraq çox və keyfiyyətli məhsul alınmasını təmin etməlidir.  



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə