Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə117/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   207

250

 

 



2.  Rayonun  iqliminin  mülayim  və  kontinentallığından  asılı  olaraq  ştambın 

hündürlüyü müəyyən edilir. Ştambın hündürlüyü və formanın özü tənəyə qulluq 

işlərini asanlaşdırılmalıdır.  

3.  Suvarılan  münbit  torpaqlarda  kollara  geniş  qida  sahəsi  verməklə  güclü 

formalar verilməlidir. 

4.  Münbitliyi  az  olan  və  suvarılmayan  torpaqlarda  tənəklərə  az  qida  sahəsi 

ayırmaqla, onlara kiçik formalar verilməlidir və s. 

 Üzüm bitkisi o qədər plastikdir ki , budama vasitəsi ilə onu qiqant və yaxud 

xırda  kol  şəklinə  salmaq  olur.  Üzüm  bitkisinin  kəsmə  üsulları  onlara  verilən 

forma ilə sıx əlaqədardır. Üzüm bitkisinin kəsilməsi və formalaşdırılması – bu iki 

məvhum  üzvi  şəkildə  bir-biri  ilə  əlaqədardır.  Bolqar  alimləri  N.Nedelçev  və 

M.Kondarevin  fikrincə  üzüm  bitkisinə  verilən  formalar  arasında  müəyyən  fərq 

olmasına  baxmayaraq  yüksək  keyfiyyətli  məhsul  alınması  onların  hamısı  üçün 

eyni prinsip hesab edilməlidir. 

 V.İ.Kantariyaya  görə  üzüm  bitkisinə  verilən  formaları  bir-birindən 

fərqləndirən əsas göstəricilər aşağıdakılardır: 

1) kəsmə üsulları; 

2) dayaq növləri; 

3) zoğların yerləşdirmə üsulları və onların becərilməsi. 

 Bu üç göstəricini əsas tutaraq V.İ.Kantariya üzüm bitkisinə verilən formaları 

qruplaşdıraraq üç qrupa bölür: 

1)

 



kol şəkilli formalar

2)

 



bütün  orqanların  bir  müstəvidə  yerləşdirilməsi  ilə  xarakterizə  olunan 

formalar; 

3)

 

çardaq tipli formalar. 



Göstərilən bu üç tip forma aşağıda göstərilən qaydalarla diferensiallaşdırılır: 

1)

 



ştambın  hündürlüyündən  asılı  olaraq:  alçaq  ştamblı,  orta  hündürlüklü 

ştamblı, yüksək ştamblı və ştambsız; 

2)

 

çoxillik qolların miqdar və uzunluğu ilə fərqlənən: bir və ya bir neçə qısa 



çoxiilik  qolların  olması  ilə,  onların  müxtəlif  vəziyyətdə  olması  yəni  üfüqi  və 

şaquli yerləşməsi; 

3)

 

bar barmaqlarının miqdarı 



Üzüm  bitkisinə  verilən  formaların  belə  təsnifatı  yalnız  prof.  İ.Kantariyaya 

məxsusdur. 

Akad.K.Stoyev və başqaları yazırlar ki, üzümçülükdə tətbiq edilən formalar o 

qədər  çoxdur  ki,  onları  təsnifatlaşdırmaq  o  qədər  də  asan  deyildir.  Formaların 

müxtəlifliyi  üzüm  sortlarının  və  regionlarının  ekoloji  şəraitinin  müxtəlifliyi  ilə 

əlaqədardır.  Onların  fikrincə  formalardakı  ən  böyük  müxtəliflik  qışda 

üzümlükləri  torpağa  basdırılmayan  rayonlarda  müşahidə  edilir.  Üzümlüklərdə 



251

 

 



tətbiq edilən formaların tipinə ekoloji şəraitin təsiri sözsüzdür. 

Fəal  temperatur  azlıq  edən  regionlarda  alçaq  ştamb  ona  görə  götürülür  ki, 

yaz-yay  aylarında  torpaq  səthinə  yaxın  təbəqədəki  yüksək  temperaturdan  bitki 

istifadə edə bilsin. Bu nöqteyi –nəzərdən qeyd etmək lazımdir ki, formalar nəinki 

ekoloji  şəraiti  əks  etdirir  (makroiqlim),  eyni  zamanda  bitkinin  böyüməsi  və 

məhsul verməsi üçün mikroiqlimi (fitoiqlim) yaxşılaşdırır. 

Üzümçülükdə  tətbiq  edilən  formalar  birbaşa  dayaq  və  qida  sahəsi  ilə 

əlaqədardır.  Forma-dayaq  qida  sahəsi  üzüm  bitkisinin  becərilməsinin  əsas 

prinsipidir (eyni zamanda bu becərmə sistemi adlanır) 

Qışda  üzümlükləri  basdırılan  şəraitlə  müqayisədə  örtülməyən  şəraitdə  kolun 

potensial  imkanı  arta  bilir,  dayaq  və  forma  daha  da  mürəkkəbləşə  bilir. 

Formaların  müxtəlifliyinə  baxmayaraq  onların  yaradılmasına  qəbul  edilmiş 

ümumi prinsiplərdən yanaşılmalıdır. 

1)

 



Zoğların inkişafında polyarlığın dəf edilməsi

2)

 



Kolun  böyümə  gücünün,  eləcə  də  onun  ayrı  –ayrı  orqanlarının  böyümə 

gücünün nizamlanması; 

3)

 

Vegetativ  orqanların  fəzada  yerləşdirilməsinin  və  onların  məhsul 



verməsinin nizamlanması. 

Formaların  əksəriyyətində  və  yaxud  onların  ayri-ayri  elementlərində  Gyo 

prinsipindən  istifadə  olunur.  Dünya  üzümçülüyündə  qəbul  edilmiş  bu  prinsip 

sadədən mürəkkəbə doğru bir prosesdir. Yer var ki, bir tərəfli Gyo (şpaler) uyğun 

gəlir, yəni kasıb və nəmliklə az təmin olunan torpaqlarda alçaq ştamblı bir tərəfli 

Gyo  qəbul  edilir.  Sort  güclü,  torpaq  qüvvəli  olduqda  və  normal  nəmlikdə  iki 

tərəfli  Gyodan  başlamış  ən  mürəkkəbə  doğru  getmək  olar.  Gyo  prinsipi  ilə 

kəsilən  formalarda  bir  çox  müəlliflər  tərəfindən  tələb  olunur  ki,  bunların  nisbəti 

1:1-ə kimi olsun. 

ABŞ  üzümçüsü  C.Uinkler  qeyd  edir  ki,  kəsmə  ilə  tənəkdə  saxlanan 

gözcüklərin miqdarı və onların yerləşməsi nizamlanır, forma vermə ilə ştamb və 

qolların  forması  və  istiqaməti,  eləcə  də  kəsmədən  sonra  saxlanan  gözcüklərdən 

çıxan zoğların yerləşməsi müəyyən edilir. 

Onun  kitabında  üzüm  bitkisinin  formalaşdırılmasının  nəzəri  əsasları  səthi, 

texnikası ətraflı izah edilir. 

Moldova 


üzümçüləri 

L.M.Maltabar, 

İ.İ.Romanov, 

M.İ.Mager, 

D.D.Verdevevski, H.İ.Quzun, S.O.Bondarenko, A.S.Subbotoviçin fikrincə üzüm 

bitkisinin  forması  onun  xarici  görkəmini  təşkil  edir.  Üzüm  bitkisinin  bioloji 

xüsusiyyətlərindən,  məhsul  vermə  qabiliyyətindən  səmərəli  istifadə  edilməsi  və 

qulluq  işlərinin  asanlaşdırılmasının  təmin  edilməsində  forma  üzümçünün  süni 

yaratdığı  tədbirdir.  Kola  verilən  forma  üzüm  bitkisinin  həyatının  ilk  illərində 

yaradılır  və  hər  il  kəsmə  ilə  sabit  saxlanır.  Adları  çəkilən  müəlliflərə  görə  hər 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə