Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə118/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   207

252

 

 



hansı aqrotexniki tədbirlə müqayisədə üzüm bitkisinin formalaşdırılmasının yerli 

şəraitin  torpaq-iqlim  şəraitindən  və  onun  bioloji  xüsusiyyətlərindən  bir  başa 

asılılığı  vardır.  Bununla  əlaqədar  olaraq  demək  olar  ki,  hər  bir  rayonun  fərqli 

şəraitində özünə məxsus kol formaları ola bilər. 

Kolun  formalaşdırılmasının  səmərəli  sistemi  aşağıdakılara  cavab  verməlidir: 

yüksək  və  keyfiyyətli  məhsul  alınmasını  təmin  etməli,  regionun  torpaq  –  iqlim 

şəraitinə  uyğun  olmalı,  işlərin  mexanikləşdirilməsini  təmin  etməli,  kolun 

yükünün  dəyişdirilməsinə  imkan  verməli,  tənək  orqanlarını  düzgün  və  bərabər 

olaraq  fəzada  yerləşdirməli,  praktiki  olaraq  onun  həyata  keçirilməsi  sadə 

olmalıdır. 

Azərbaycan 

Respublikasında  üzümçülüyün  qədim  tarixi  olmasına 

baxmayaraq  hələ  60  -70  il  öncəyə  qədər  üzüm  bitkisi  əsasən  başqa  cins  ağaclar 

üzərində becərilmiş və bu becərmə sistemi ― səyyari ― adlandırılmışdır. ― Səyyari 

― olmasına baxmayaraq burada da tənək müəyyən qədər kəsilmiş və nizamlama 

işləri  aparılmışdır.  H.Ə.Atakişiyev  1940  -1950  –ci  illərdə  üzümçülükdən  öz 

tədqiqat  işlərini  Ağdam  rayonunun  ―Səyyari  ―  becərilən  üzüm  bağlarında 

aparmışdır.  Hələ  ondan  çox-çox  əvvəl  XIX  əsrin  axırlarında  dünya 

üzümçülüyündə kolleksiyaların təşkil edildiyi və sort öyrənmələrin ilk çağlarında 

müşahidə və uçot işləri əsasən ―Səyyari ― becərilən üzümlüklərdə aparılmışdır 

V.İ.Kantariya  yazır  ki,  tarixi  bilinməyən  vaxtlardan  bəri  Gürcüstan 

üzümlüklərində  ―Maqlari‖  üsulu  və  yaxud  forması  (  bizim  ―səyyari‖ 

adlandırdığımız)  geniş  yayılmışdır.  Bu  formada  tənəyin  2-5  metr  və  daha  çox 

hündürlükdə  ştambı  olmuş  və  onlar  başqa  cins  ağaclar  üstündə  yerləşdiyindən 

ona qulluq işlərində də çətinliklər mövcud idi. 

Dünya üzümçülüyündə 200 ilə yaxın bir vaxt ərzində üzüm bitkisinə verilən 

formalar  təkmilləşdirilməkdə  davam  edir.  Türkiyəli  alim  Hasan  Çelik  və 

başqaları ―Genel bağçılıq‖ kitabında Türkiyə üzümlüklərində çox saylı formaların 

tətbiqi  göstərilir. Türkiyədə formalaşdırma sözü  ―tərbiyə‖ kimi  işlədilir. Əslində 

bu söz daha uyğundur, çünki insan tənəyi formalaşdırarkən onu hər hansı forma 

şəklində tərbiyələndirir.  

K.Stoyev  və  başqalarının  (Bolqarıstan)  ―Üzümün  fiziologiyası  və  onun 

becərilməsinin  əsasları‖  kitabinda  üzüm  bitkisinin  formalaşdırılmasının  tarixi 

keçmişindən  tutarlı  dəlilər  gətirir.  Onlar  göstərir  ki,  eramızdan  əvvəl  V-VII 

əsrlərdə  İtalya  üzümlüklərində  hündür  ştamblı  formalar  tətbiq  edilmişdir. 

Eramızdan  əvvəl  Siciliyada  qanunvericilik  sənədlərində  üzümlükdən  ağac 

dirəkləri oğurlayanlara qarşı sanksiyalar verilirdi. Həmin sanksiyalarda oğurlanan 

hər  bir  ağac  dirəyinin  iki  misli  qədər  cərimə  kəsilirmiş.  Kitabda  üzüm  bitkisinə 

verilən  formaların  fizioloji  əsasları  dərindən  izah  edilir.  Üzümçülükdən  bizə 

məlum  ədəbiyyatın  heç  birində  üzüm  bitkisinin  fiziologiyası  bu  qədər  dərindən 




253

 

 



izah  edilmir.  Onlar  qeyd  edirlər  ki,  üzüm  bitkisinə  verilən  formalar  və  onların 

yaradılması  prinsipləri  üzüm  becərilən  ekoloji  şəraitin  məhsuludur.  Onların 

fikrincə  nəmliklə  tam  təmin  olunmuş  münbit  torpaqlarda  becərilən  çox  güclü 

tənəklərə çox güclü formaların verilməsi mütləqdir. 

C.Süleymanovun  və  R.Məmmədovun  ―Üzümçülük‖  kitabinda  tənəklərə 

verilən  formalar  haqqında  geniş  məlumat  vardır.  Kitabın  yazılması  dünya 

üzümçülüyündə gencərgəli yüksək ştamblı üzümlüyün geniş inkişafı mərhələsi ilə 

bir  vaxta  düşdüyündən  bu  məsələyə  geniş  yer  verilmişdir.  Kitabda  ən  çox  yer 

verilən və istinad edilən Mozer sistemidir. O, vaxtlar Mozer sistemi yenilik hesab 

edilirdi.  Bu  sistem  Avropa  ölkələrində  səmərəli  sistem  olduğu  halda  bizim 

tədqiqatlarımızda  onun  müəyyən  nöqsanları  aşkar  edilmişdir.  Müxtəlif 

üzümçülük  rayonlarında  sortun  bioloji  xüsusiyyətlərindən,  onlara  verilən  qida 

sahəsindən, dayağa qaldırılma sistemindən asılı  olaraq kollara müxtəlif formalar 

verilir. 

Tənəyə forma verilməsində ilkin mərhələ onun dayağa qaldırıması, ştamb və 

çoxillik qolların yaradılmasıdır. 

Respublikamız  şəraitində  üzümlük  salındığı  ildə  də  ştambı  yaratmaq 

mümkündür.  Bəzən  bu  ona  görə  mümkün  olmur  ki,  bağsalma  işinin 

texnologiyasına lazımınca əməl olunmur. Birinci ildə lazımı uzunluqda zoğ əmələ 

gətirilirsə, onda ilin sonunda ştambı yaratmaq mümkündür.  

Üzümlüyün  ilk  illərində  tənəyin  gücü  onun  yerüstü  orqanlarının 

formalaşdırılmasına  yönəlməlidir.  Bu  baxımdan  üzümlükdə  müxtəlif  adda 

görülən işlərin hamısı kollarda forma vermə işinə başlanmasına və onun tez başa 

çatdırılmasına yönəldilməlidir. 

Üzümlükdə  tətbiq  edilən  formalara  əsasən  aşağıdakılar  aiddir:  başcıq, 

kasavari,  bir  və  ikitərəfli  şpaler,  az  və  çoxqollu  yelpik  üfüqi,  şaquli  və  maili 

karton formalar. 

Başcıq  forması  –Dünyanın  bir  çox  üzümçülük  ölkələrində  məhsul  verən 

üzümlüklərdə  az  miqdarda,  filokseraya  davamlı  geniş  miqyasda  tətbiq  olunur. 

Başcıq  forması  ştambsız  və  ştamblı  olur.  Bu  formanın  başlanğıcında  1-ci  ilin 

sonunda  birillik  zoğ  1-2  gözə  kəsilir.  Sonrakı  illərdə  də  kəsmə  bu  qayda  ilə 

davam etdirilə və artıq 3-cü və 4-cü illərdə başcıq formalaşmağa başlayır.Başcıq 

forması  tez  qocalır  və  onun  yenidən  bərpası  çətinləşir.  Bu  səbəbdən  də  10-15 

yaşdan yuxarı kolun məhsuldarlıq (çubuq çıxımı) azalır. 

Kasavari formalar da ştamblı və ştambsız olur. Qışda üzümlükləri basdırılan 

rayonlarda  ştambsız  kasavari  formalar  tətbiq  edilir.  Hal-hazırda  bu  formalar 

sənaye  üzümlüklərində  tətbiq  edilir.  Respublikamızın  Abşeron  və  Salyan 

rayonlarında həyətyanı sahələrdə ştamblı başcıq formalarından istifadə edilir. 

İlk  illərdə  kasa  formalı  tənəklərin  dibinə  paya  basdırılır,  ştamb 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə