Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə120/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   207

256

 

 



yığılması bu qəbildəndir. 

20-25  il  öncə  üzümlükdə  bilavasitə  kolla  bağlı  işlərin  azaldılması 

istiqamətində  apardığımız  tədqiqatlarda  ənənəvi  becərmə  sistemindən,  tamamilə 

fərqli  yeni  becərmə  sistemi  sınaqdan  keçirilmişdir.  Burada  şaquli  şpalerdə  170-

180 sm hündürlükdə paralel məftil çəkilir, aşağıdakı məftillər ixtisar edilir. 

Sürətli  forma  vermə  üsulu  ilə  yeni  əkilmiş  kolun  bir  ədəd  zoğu  göstərilən 

hündürlükdəki  paralel məftilə çatdırılır. Gələcək ştamb hesab edilən birillik  zoğ 

azı 5 yerindən dibindəki payaya bağlanılır. İkinci ilində və yaxud üçüncü ilində 

ştamb üçün saxlanan zoğun uc hissəsində iki ədəd gözcük saxlanılır. Növbəti ildə 

hər gözcükdən bir ədəd zoğ çıxır və onun hərəsi paralel məftilin birinə bağlanılır. 

Üçüncü ilində hər tərəfdə olan bir zoğ gələcək çoxillik qol uzunluğunda kəsilir. 

Onlardan  çıxan  yaşıl  zoğlar  (hər  tərəfdə  6-8  zoğ)  tərbiyələndirilir.  Paralel 

məftillərdən  yuxarıda  məftil  və  yaxud  hər  hansı  bir  predmet  olmadığından  yaşıl 

zoğlar  öz  ağırlığı  ilə  tərsinə-yəni  torpağa  doğru  meyillənir.  Zoğlar  və  onların 

üstündəki  salxımlar  böyüdükcə  aşağıya  dartılma  daha  da  artır.  Beləliklə  də 

zoğların  hamısı  olmasa  da  bir  qismi  torpağın  səthinə  çatır,  bu  məqamda  da 

onların  ucu  kəsilir.  Zoğların  belə  böyüməsində  onların  polyarlığı 

məhdudlaşdığından  güclü  böyümə  müşahidə  edilmir.  Bu  becərmə  sistemində 

kolun quru və  yaşıl bağlamaları, zoğun ucunun qoparılması, 2-3 dəfə aparılması 

nəzərdə  tutulan  bicvurma  əməliyyatının  biri  ixtisara  düşür.  Salxımlar  insanın 

sinəsi səviyyəsində dayandığından onun yığılması asanlaşır. 

Ümumiyyətlə nəzərdə tutulan iş növlərinin çoxu ixtisara düşür. Bu sistemdə 

cavan  yarpaq  və  zoğlar  bir  müddət  yaxşı  havalanma  şəraitində  yerləşdiyindən 

onların xəstəliklərə tutulma ehtimalı azalır, ancaq təmamilə aradan qalxmır. 

Hələ burada başqa bir məsələ-sosioloji məsələ də meydana çıxır. Üzümlükdə 

bütün iş proseslərində qamətini əymədən işləyən fəhlə tezliklə yorulmur və işdən 

evə enerjisi tükənmədən qayıdır. Belə adamlar ev işlərinə də kömək etməyə enerji 

tapır. 


Bu becərmə sistemində üzümlükdə bilavasitə kolla bağlı işlərdə əl əməyi 60-

65 % azalır. 

Bundan  başqa,  üzümlüklərdə  işlərin  mexanikləşdirilməsində  həmin  formalar 

daha perspektivlidir. Bu sahə üzrə bir çox ölkələrdə tədqiqat işlərinin aparılması 

davam  etdirilir.  Məhsulun  mexaniki  üsulla  yığılmasını  təmin  edən  formaların 

yaradılması daha prioritetlik təşkil edir. 



 

11.4. Kollara sürətli üsulla forma verilməsi 

 

Üzümlükdə kollara forma verilməsinin adi üsulla ― birtərəfli üfuqi kordon 



formasını illər üzrə almaq üçün birinci ildə adi qayda üzrə tingdə ik normal zoğ 


257

 

 



yetişdirilir. Bu forma məhsuldar və suvarılan torpaqlarda və güclü böyüyən üzüm 

sortlarında  tətbiq  edilir  və  kordon  formalarının  ən  sadəsidir  şpalerin  birinci 

məftilinə  üfüqi  surətdə  bağlanan  bir  ədəd  çoxillik  qoldan  ibarətdir.  Üfüqi  qolda 

onun uzunu boyu bir-birindən bərabər məsafədə (35-40 sm) üç, dörd, beş və altı 

ədəd  bar  manqaları  yaradılır.  Bar  barmaqları  şpalerin  birinci  və  ikinci 

mərtəbəsində yerləşdirilir. 

Üfüqi kordonun formalaşdırılması aşağıdakı kimi aparılır. Birinci ilin yazında 

əmələ  gətirilən  zoğlar  payızda  yarpaq  töküldükdən  sonra  və  yaxud  ilk  yazda 

(birinci ilin  sonu  və  yaxud ikinci  ilin  əvvəli) nizamlanır,  yəni  yuxarıdakı kəsilib 

atılır,  aşağıdakında  isə  ikinci  ildə  iki  ədəd  güclü  zoğ  yetişdirilir.  Üçüncü  ilin 

əvvəlində  bunlardan  aşağıdakı  birinci  məftilə  şaquli  bağlanaraq  dərhal  90°-li 

bucaq altında əyilir və üfüqi olaraq birinci məftilə bağlanır. Əyilən yerdə dirsək 

əmələ gətirilir. Gələcək qol bir və yaxud iki ilə formalaşdırılır. Qolun uzunluğu 

qonşu tənəyə 20-25 sm qalmış məsafədə dayandırılmalıdır. Qol bir neçə yerindən 

məftilə  bağlanır.  Söz  yox  ki,  ştamb  da  bir  neçə  yerindən  dibindəki  payaya 

bağlanır. 

Üçüncü ilin yazında gələcək qol hesab edilən birillik zoğda əmələ gələn yaşıl 

zoğlardan  aşağıdakılar  qoparılır.  Saxlanmış  yaşıl  zoğlar  (gələcək  buynuzcuqlar) 

arasındakı məsafə 35-40 sm olmalıdır. Çoxillik qol bir ildə formalaşdırılmadıqda 

ikinci  ildə  də  davam  etdirilməlidir.  Bir  faktı  göstərək  ki,  üzümlükdəki  müasir 

aqrotexniki tədbirlər gələcək çoxillik qol məqsədi ilə nəzərdə tutulan zoğ həmin 

ildə lazımi uzunluğa çatmırsa, deməli, həmin ildə kolun gücü zəif olmuşdur. 

Dördüncü  ilin  əvvəlində  gələcək  buynuzcuq  məqsədi  ilə  saxlanan  qışa 

hissədən  2-3  yaşıl  zoğ  böyüməyə  başlayır.  Dördüncü  ilin  sonunda  və  yaxud 

beşinci  ilin  əvvəlində  bar  manqalarının  formalaşdırılmasına  başlanır.  Bu 

mərhələdə  forma  başa  çatır.  Bura  qədər  təsvir  etdiyimiz  texnologiya  ənənəvi 

becərmə  texnologiyasıdır.  İntensiv  becərmə  texnologiyası  ilə  bu  prosesi  1-2  il 

qabaqlamaq mümkündür. 

1980-ci  illərin  ortalarında  üfüqi  kordon  formasının  tamamilə  yeni-güclü 

formasını tətbiq etmişik. Bu formada 4 mərtəbədə 4 çoxillik qol formalaşdırılır. 

Şəkildən  göründüyü  kimi  12  manqada  24  bar  barmağı  yaradılmışdır.  Bu  çox 

güclü kollar üçündür, tənək bir qədər zəif olduqda bar barmağının miqdarını 12-ə 

endirmək mümkündür. O vaxtlar bu formanı ―Kordon – AKTİ ― adlandırmışdıq.  

Çoxsaylı  kordon  formaları  içərisində  ―Kordon-  AKTİ‖  öz  orijinallığı  ilə 

fərqlənir.  Bu  formanın  yaradılması  üzümçüdən  savadlı  münasibət  tələb  edir. 

Şaquli  kordon  forması  üzümlükləri  basdırılmayan  rayonlarda  tətbiq  edilir.  Bu 

forma  suvarılan  münbit  torpaqlarda,  çox  güclü  sortlarda  və  cərgəarası  bir  qədər 

enli üzümlükdə əlverişli hesab edilir. Şaquli kordon forması üç mərtəbəlidir və iki 

tərəfli  şpaler  (Gyo)  prinsiplidir.  Kolların  şaquli  kordon  üzrə  formalaşdırılması 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə