Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə121/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   207

258

 

 



aşağıdakı  qaydada  olur:  ting  əkildikdən  sonra  birinci  vegetasiya  dövründə  bir 

ədəd yaxşı inkişaf etmiş zoğ yetişdirilir və yaxud əvvəlki formalarda olduğu kimi 

iki zoğ da yetişdirmək olar. Ancaq onlardan biri forma üçün lazımdır. 

İkinci  ilin  yazında  ştambın  formalaşdırılmasına  başlanır:  yaxşı  inkişaf  etmiş 

zoğ  (aşağıdakı)  qəbul  edilmiş  hündürlükdə  (40-50  sm-dən  100-120-sm  dək  ) 

kəsilir,  zoğun  yuxarısında  üç  gözcükdən  başqa  qalan  gözcüklər  və  yaxud 

onlardan  çıxan  zoğlar  korlanır.  Elə  etmək  lazımdır  ki,  birinci  məftilin 

səviyyəsində saxlanmış üç gözcüyün birincisi ilə ikincisi arasına düşsün, üçüncü 

gözcük yuxarıda dayansın. 

İkinci  ilin  yazında  saxlanmış  üç  gözcükdən  üç  zoğ  qalxır.  Payızda  bu 

zoğlardan  aşağıdan  ikisi  qısa  kəsilir  (  gələcək  buynuzcuq  üçün  ),  üçüncüsü  isə 

ikinci məftilin səviyyəsində yenə də üç gözcüyə kəsilir.  

Üçüncü  ilin  yazında  birinci  mərtəbədə  saxlanan  iki  çiliyin  hərəsində  iki-üç, 

ikinci məftilin səviyyəsində üç zoğ əmələ gəlir. 

Dördüncü  ilin  əvvəlində  birinci  mərtəbədə  bar  manqaları  formalaşmış  olur, 

ikinci mərtəbədə gələcək buynuzcuq üçün zoğlar çiliyə kəsilir, üçüncü mərtəbədə 

yenə üç gözcük saxlanır. 

Beşinci ilin  əvvəlində ikinci  mərtəbədə də bar manqaları  formalaşır, üçüncü 

mərtəbədə gələcək buynuzcuğun əsası qoyulmuş olur. 

Altıncı ilin əvvəlində mərtəbələrin hamısında formalaşma işi başa çatır. Digər 

formalarda  olduğu  kimi  burada  da  sürətləndirici  üsuldan  istifadə  etmək 

mümkündür.  

Üzüm  bitkisinin  sürətlə  formalaşdırılması  üzümçülükdə  diqqət  çəkən 

məsələdir. Son 40-50-ildə epizodik də olsa bu məsələ ilə məşğul olunmuşdur. Bu 

məsələ  ən  çox  cavan  tənəklərə  aiddir.  Birinci  ilində  kolun  sürətlə  çoxaldılması 

haqqında  mövcud  ədəbiyyatda  məlumat  yoxdur.  Ədəbiyyatda  belə  bir  məlumat 

vardır ki, ( A.M.Neqrul 1959 ) üzüm toxumalarının sürətlə formalaşdırılması və 

məhsula  salınmasının  tezləşdirilməsi  məqsədilə  keçən  əsrin  40-cı  illərində 

A.Kuzmin  basmanın  katavlak  üsulundan  istifadə  etmişdir.  Təbii  hallarda 

toxmacar  8-9-cu  ilində  məhsula  düşürsə  Kuzmin  üsulunda  kol  6-cı  ilində  ilk 

məhsula düşmüşdür. 

Yenə də həmin illərdə Özbək üzümçü alimi F.Bəşirov bic zoğlarından istifadə 

edərək üzüm kolunu vaxtından əvvəl formalaşdıraraq məhsula salmışdır. Bu işinə 

görə  F.Bəşirov  o  illərdə  Dövlət  mükafatına  layiq  görülmüşdür.  Bu  məsələ  ilə 

1958-1959  –cu  illərdə  Krım  Kənd  Təsərrüfatı  İnstitutunun  tədris  təcrübə 

təsərrüfatında təcrübələr aparılaraq ciddi nəticələr əldə olunmuşdur. Bu təcrübələr 

birinci  növbədə  tinglikdə  aparılmışdır.  Tingdə  1-2  zoğ  saxlanmış,  onların  ucu 

qoparılmış  və  bic  zoğlarının  inkişafına  şərait  yaradılmışdır.  Birinci  və  ikinci 

ilində  ting  bic  zoğları  ilə  birkikdə  tərbiyələndirilərək  vaxtından  əvvəl  məhsula 



259

 

 



salınmışdır. 

P.T.Bolqarevin  yazdığına  görə  üzüm  kolunun  birinci  ilində  əsas  zoğun 

ucunun qoparılması hesabına əmələ gəlmiş bic zoğları kolun formalaşdırılmasını 

sürətləndirir. Ancaq kolun ucunun hansı ayda qoparılması göstərilmir. 

Üzümlük altındakı torpaq çox münbit olduqda və kol üzərində yaşıl əməliyyat 

vaxtında  və  düzgün  aparıldıqda  kolda  saxlanan  bir  ədəd  zoğ  şpalerin  birinci 

məftilinə  çatdıqda  onun  ucunun  qoparılmasının  optimal  vaxtı  hesab  edilir. 

Becərilmə  şəraitindən  və  yaşıl  əməliyyatın,  aparılma  vaxtından  asılı  olaraq  zoğ 

birinci  məftilə  müxtəlif  vaxtda  çata  bilər.  İyun  ayından  gec  çatdıqda  zoğun 

ucunun  qoparılmasının  müsbət  nəticəsi  olmur,  yəni  istənilən  məqsədə  nail 

olunmur. 

Bu  məsələ  üzrə  bizim  təcrübələrimiz  daha  sensasiyalı  olmuşdur.  İlk  vaxtlar 

üzümlüyün  birinci  ilində  may  ayının  əvvəlində  və  yaxud  ortalarında  kolda  olan 

çoxsaylı  cavan  zoğlardan  yalnız  biri  saxlanmışdır.  Vegetasiya  dövründə  həmin 

zoğ istiqamətli  becərilmiş və vegetasiyanın  sonuna güclü  zoğ böyüdülmüşdür. ( 

3-4 metr uzunluğunda) Birinci ilin sonunda və yaxud ikinci ilin əvvəlində həmin 

zoğ ( birillik zoğ ) 110-115 sm uzunluğunda kəsilmişdir, həm də 1-ci məftildən 

sonra bar üçün 3-4 zoğ saxlanmışdır. Bəzi kollarda saxlanan gözcüklərin miqdarı 

bundan çox və az olmuşdur. Bəli, üzüm bitkisinin ikinci ilində üzüm bitkisindən 

məhsul alınması ( 6-8 ton ) bizim tədqiqatlarımızda dəfələrlə sübut olunmuşdur. 

Əgər kolun ikinci ilində məhsul alınmayıb yalnız ştamb yaradılsa belə yenə də bu 

kolun sürətlə formalaşdırılması deməkdir. 

2010-cu ildə ADAU-nun kafedrayanı sahəsindəki üzümlükdə üzüm bitkisinin 

birinci  ilində  bir  kolda  6-7  salxım  olmuşdur.  Desək  ki,  bu  təsadüfun  nəticəsidir 

düz  çıxmaz.  Kol  son  dərəcə  böyük  enerji  ilə  böyüdükdə  iyun  ayında  kolda 

saxlanmış bir ədəd zoğun ucu şpalerin ikinci məftilinin səviyyəsində qoparılmış 

zoğda əvvəlcə bic zoğları, sonra isə qışlayan gözcüklərin oyanmasını təmin etdik. 

Bu  qayda  ilə  kolda  6-7  salxım  əmələ  gəlmişdir.  Bu  salxımlar  gec  əmələ 

gəldiklərindən çox gec də yetişmişlər ( oktyabrın axırlarında ). 

Bu  məsələ  dünya  üzümçülüyü  tarixində  ilk  və  son  dərəcə  heyrətamiz 

məsələdir.  Bu  məsələni  üzümçülükdə  böyük  bir  problemin  başlanğıcı  hesab 

edirik.  Belə  qənaətə  gəlinmişdir  ki,  yeni  üzümlüyün  salınması  texnologiyasında 

kordinal  dəyişiklik  apararaq  üzüm  bitkisinin  oyanması  vaxtını  tezləşdirməklə 

onun məhsulunun da yetişməsini tezləşdirmək mümkündür. 

Yeni  salınmış  üzümlüklərdə  tək-tək  hallarda  güclü  tinglərdən  əmələ  gələn 

kollarda  1  ədəd  salxım  görünür.  Tədqiqat  apardığımız  illərdə  ən  seçmə  tingdən 

əmələ  gəlmiş  kolda  4  salxım  müşahidə  etmişik  (Kardinal  sortu  ).  Bu  məsələdə 

əsas rolu becərmə texnologiyasında görürük, ancaq sortun bioloji xüsusiyyətinin 

də  əhəmiyyətini  qiymətləndirmək  lazımdır.  Məsələn,  Təbrizi  sortunda  nə 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə