Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə123/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   207

262

 

 



3.

 

Çoxillik qollar da daxil olmaqla çətiri təşkil edən orqanların hamısı məhv 



olduğu təqdirdə ştambdan yuxarıdakı orqanlar kəsilib atılır. Ümid ştambdan çıxan 

haramı zoğlardan istifadəyə qalır. Burada da kol adi kəsmədə 3 ilə, sürətli forma 

verildikdə 2-ci ilində tam bara düşə bilər. 

4.

 



Yerüstü  hissə  tamamilə  məhv  olduqda  yeraltı  ştambdan  çıxan  haramı 

zoğlar hesabına kol bərpa edilir. 

5.

 

Bütöv kol kök sistemi ilə birlikdə məhv olubsa onda kol çıxarılır və məhv 



edilir. 

Kolun yaz şaxtaları ilə zədələnməsinin dərəcəsi və xarakteri müxtəlif olur. Bu 

müxtəliflik  şaxtanın  vaxtından,  təsir  müddətindən,  sortdan  və  üzümlüyün 

yerləşdiyi  ərazinin  relyefindən  asılıdır.  Bu  baxımdan  hər  bir  sahədə  ayrıca 

müayinə aparıldıqdan sonra kollar budanmalıdır. Yaz şaxtalarından zədələnmələri 

3 əsas qrupa bölmək olar. 

1.Güclü  və  uzunmüddətli  yaz  şaxtaları  ilə  tənəyin  yaşıl  zoğlarının  və 

əvəzedici tumurcuqların əsasındakı döşənək qatı ilə birlikdə məhv olması. Bu cür 

zədələnmədə  yeni  yaşıl  zoğlar  yalnız  ştamb  və  çoxillik  qollardakı  yatmış 

tumurcuqlardan inkişaf edə bilər. Bu halda keçən ilki zoğlar çox qısa (1 tumurcuq 

) kəsilir ki, bucaq və yatmış tumurcuqlarının oyanması üçün şərait yaradılsın. Bu 

zoğların hesabına tənəyin forması bərpa edilir və gələcəyin məhsulu təmin edilir.  

2.Yaşıl zoğlar tamamilə yaxud bütün çiçək qrupları məhv olur, zoğun aşağı 2-

3  yarpağı  salamat  qalır,  qalanları  zədələnir.  Bu  halda  əvəzedici  tumurcuqlardan 

məhsul  vermə  qabiliyyəti  olan  sortlardan  az  miqdarda  məhsul  almaq  olur. 

Əvəzedici  tumurcuqları  məhsuldar  olmayan  sortlarda  bu  cür  budama  lüzumsuz 

hesab edilir. Bic zoğların məhsul vermə qabiliyyəti olan yaşıl zoğların ucu erkən 

qoparılır, bic zoğların böyüməsi sürətləndirilir və onlar məhsul verir. 

3.Yaşıl zoğların yalnız ucu zədələnir, çiçək qrupları zədələnmir, yaxud çiçək 

qrupları və yarpaqlar az zədələnir. Bu halda xüsusi budama aparılması. 

Dolu  da  təbii  fəlakətlərdən  hesab  edilir  və  onun  təsirindən  üzüm  bitkisi 

müxtəlif dərəcədə zədə ala bilir. 

Dolu kənd təsərrüfatına böyük miqdarda ziyan vura bilir. Hər il bu və ya digər 

ərazidə üzümlüyə daha böyük ziyan verir. Bir neçə dəqiqə ərzində düşən dolu ən 

pis halda üzüm bitkisinin yerüstü hissəsini tamamilə məhv edə bilər. 

Prof.  V.İ.Kantariyanın  yazdığına  görə  Gürcüstanın  Kaxetiya  rayonunda 

dolusuz il  olmur. Bizim Respublikada da hər il bu və  ya digər  ərazidə müxtəlif 

müddətli  və  müxtəlif  ölçülü  dolu  düşür.  Şamaxı,  İsmayıllı,  Ağsu,  Zaqatala, 

Balakən, Qax və Göygöl rayonlarında hər il dolu düşür. Tarixən Respublikamızın 

müxtəlif  rayonlarında  dolu  təbii  fəlakətə  çevrilmiş  yaşayış  binalarına,  sosial 

obyektlərə, əkinlərə və üzüm plantasiyalarına böyük ziyan vurmuşdur. 

1948-ci  ildə  Ağdam  şəhərinə  və  onunla  bitişik  Seyidli  kəndinə  düşən  dolu 




263

 

 



200 qram ağırlığında olmuş, bu ərazidə hər şeyə dağıdıcı təsir göstərmişdir. 30- 

40  yaşında  gilas,  tut,  qoz,  alma,  armud  və  başqa  ağacların  iri  gövdələrini 

qırmışdır.  Həmin  meyvə  ağacları  və  üzümlüklər  bir  neçə  il  dalbadal  öz  normal 

vəziyyətlərinə  qayıtmamışlar.  O  illərdə  doludan  ziyan  çəkmiş  üzümlüklərin 

sürətli üsulla bərpası texnologiyası üzümçülərə məlum deyildi.  Belə üzümlüklər 

çox  gec  bərpa  olunurdu.  O  vaxtlar  bizim  Respublikada  doluya  qarşı  mübarizə 

üsullarından  da  isifadə  olunmurdu.  1960-cı  illərdən  etibarən  bir  neçə  sırf 

üzümçülük  rayonunda  dolu  buludunu  dağıdan  qurğulardan  istifadə  olunmağa 

başlandı.  Hazırda  Respublikamısda  doluya  qarşı  heç  bir  qurğudan  istifadə 

olunmur. 

Son vaxtlar Gürcüstanda doluya qarşı mübarizə məqsədi ilə üzüm cərgəsinin 

üstünə çətir çəkilir ( Kvlividze ―Vinoqradarstvo po novomu‖ 2004 ). Üzümlükdə 

şpaler  qurulmasına  çəkilən  xərcdən  başqa  çətir  çəkilməsinə  (  zontik  )  də  əlavə 

vəsait xərclənir. Kitabın yazdığına görə həmin təsərrüfatda hər il dolu üzümlüyə 

ziyan vurur. 

Dolunun  üzüm  bitkisinə  təsiri  vegetasiya  dövrünün  hansı  fazasında 

düşməsindən  də  asılıdır.  Dolu  vurduqdan  sonra  üzümçünün  əsas  işi 

aşağıdakılardan ibarətdir: 

1)

 

Doludan  zədələnmiş  üzümlükdə  budama  aparılıb  –aparılmamasının 



müəyyən edilməsi

2)

 



Böyümə  və  məhsulun  ikinci  dəfə  nizamlanması  yolu  ilə  budama 

üsullarının dəqiqləşdirilməsi

Bu  məsələlər  dolunun  düşmə  vaxtı  və  intensivliyi  nəzərə  alınmaqla  həll 

edilməlidir. 

 Mayın  15-də  aparılan  kəsmə  (təqribən  çiçəkləməyə  15  gün  qalmış)  zamanı 

yarpaq qoltuğundakı  tumurcuqda  gələcək  çiçək qrupu hələ formalaşmamış olur. 

Bu  vaxt  güclü  kəsmə  aparılmalıdır  ki,  istənilən  gələcək  zoğların  əmələ  gəlməsi 

sürətlənsin. Söz yox ki, bu zoğlar barsız olacaqdır. 

Doludan  sonra  kəsmə  nə  qədər  gec  aparılsa  kolun  gücü  bir  o  qədər  zəif 

olacaq. 


Qış şaxtalarında olduğu kimi dolunun da zədəsi 4 qrupa bölünür. 

Birinci  qrup  zədələnmədə  yarpaqlarda  xırda  deşiklər,  çiçək  və  yaxud 

salxımda cüzi zədələr olur. Bu qrup zədələnmədə xüsusi kəsmə aparılmır. Ancaq 

zoğlar böyüdükcə və  yarpaqlar artdıqca adi hallarla müqayisədə  yaşıl əməliyyat 

vaxtı yarpağı bir qədər artıq saxlamaq lazımdır. 

İkinci qrup zədələnmədə çoxlu və iri deşiklər, çiçək qrupu və yaxud salxımın 

çox  hissəsi  zədələnmiş  olur  və  yaşıl  zoğlarda  iri  yaralar  olur.  Bir  çox  hallarda 

çiçək  qrupu  və  yaxud  salxım  saplağı  iri  zədələr  aldığından  sonrakı  gün  onlar 

soluxur. Bu qrup zədələnmədə 2-3 gözcük saxlanmaqla yaşıl zoğlar kəsilir. Əgər 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə