Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə125/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   207

266

 

 



uzununa kəsilir, tünd və açıq rəngli ləkələr olduqda bu iflicin ikinci əlaməti hesab 

edilir.  Tünd  rəngli  ləkə  həqiqi  iflicin,  açıq  rəngli  ləkələr  eskanın  əlamətidir. 

Eskanın  əlaməti  aşkar  edildikdə  dərhal  kol  budanmalıdır.  Budanma  güclü 

aparılmalıdır.  əvəzedici  çilikdə  2-3  ədəd  yarpaq  (yarpağın  üçdən  bir  hissəsi) 

saxlanılır. 3-4 saatdan sonra yarpaqda soluxma tədricən ötüşür. 

Iflicin  başvermə  mexanizmi  belədir:  yüksək  temperatur  fonunda  isti  hava 

axımında  yarpağın  ağızcıqlarında  su  buxarlanması  o  qədər  intensivləşir  ki, 

kökdən  gələn  su  buxarlanan  sudan  azlıq  təşkil  etdiyindən  ağızcıqlar  qapanır  və 

tənəffüs prosesi pozulur. 

Katarovka  kolun  səthi  (şeh  toplayan)  köklərinin  və  yeraltı  ştambdan  çıxan 

zoğların  kəsilməsindən  ibarətdir.  Üzüm  bitkisinə  qulluq  işləri  üzrə  tədbirlər 

kompleksinə 

daxil  olan  katarovka  üzümçünün  diqqətindən  kənarda 

qalmamalıdır.bu  köklər  vurulduqda  mütəmadi  olaraq  səhər  şehi  olan  ərazilərdə 

səthi köklər şeh suyundan istifadə edərək güclü böyüyürlər. Güclü böyümənin bir 

səbəbi  də  odur  ki,  şehtoplayan  köklər  yerləşən  zonada  qida,  havalanma, 

temperatur  və  nəmlik  daba  kökləri  yerləşən  zonaya  nisbətən  üstündür.  Bu 

üstünlük fonunda şeh kökləri daha intensiv böyüyür. Bəzən elə olur ki, onlar kola 

lazım  olan  qida  və  suyu  verə  bilir,  əsas  və  yan  köklər  öz  funksiyasını  itirməyə 

başlayır.  

Qəflətən  baş  vermiş  şaxta  və  quraqlıqda  həmin  köklər  zədələnir  və  yaxud 

tamamilə məhv olursa, deməli kolun vəziyyətində kəskin fəsadlar baş verir.  

Bu  əməliyyat  calaqla  salınmış  üzümlükdə  daha  vacib  əhəmiyyət  kəsb  edir. 

Calaq kolda bu əməliyyat təkcə aşağı köklərin güclü böyüməsini təmin etməkdən 

ibarət  olmayıb,  eyni  zamanda  calaqüstünün  köklərinin  tamamilə  məhv 

edilməsindən ibarətdir.  

Ilk vaxtlar calaqaltı ilə calaqüstü arasında antoqonizm baş verir, yəni calaqaltı 

öz  yarpaqları  hesabına,  calaqüstü  isə  öz  kökləri  hesabına  yaşamaq  istəyir. 

Üzümçü  işə  müdaxilə  edərək  onların  bu  istəyinin  qarşısını  almaq  məqsədi 

iləcalaqaltının  zoğunu,  calaqüstünün  kökünü  kəsir.  Calaqaltıdan  çıxan  zoğların 

böyüməsinə  imkan  verilməməlidir,  çünkü,  onlar  hələ  lazımınca  böyüməmiş  və 

formalaşmamış kolların qidasını alır. 

Cavan üzümlükdə katarovkanı ildə 2 dəfə- birinci dəfə iyun, 2-ci dəfə avqust 

ayında  aparmaq  lazımdır.  Çünki,  iyun  ayında  səthi  köklərin  fəallığı  artır, 

calaqaltıdan isə yeni zoğlar əmələ gəlməyə başlayır.  

Birinci  katarovkadan  sonra  yeni  gözcüklərin  və  haramı  zoğların  əmələ 

gəlməsi prosesi davam edir. Ona görə də təkrar katarovkanı 40-50 gündən sonra 

aparmaq lazımdır.  

Katarovkanı  aparmaq  üçün  cavan  tənəyin  ətrafında  20  sm  dərinliyində  çala 

açılır. Səthi köklərin hamısı və calaqaltıdan çıxan zoğlar iti bıçaqla kəsilir. Həm 



267

 

 



zoğlar,  həm  də  köklər  dibindən  kəsilməlidir  ki,  onlar  şaxələnib  yenidən  kök  və 

zoğ əmələ gətirməsin. 

Katarovka  üçün  ən  yaxşı  vaxt  buludlu  günlərdir.  Günəşli  günlərdə  səhər  və 

axşam sərin vaxtı aparmaq lazımdır.  

Ikinci  katarovka  da  birinci  kimi  aparılır,  fərq  odur  ki,  bu  zaman  bitkinin 

köklərinin üstündəki təpəcik açılmır. 

Katarovka  əməliyyatı  üzümlüyü  ikinci  ilində  bir  dəfə  payızda  aparılır. 

Məhsuldar  üzümlükdə  isə  ildə  1  dəfə,  ilk  yazda  üzüm  bitkisində  oyanma 

başlamamış aparılmalıdır.  

Bir  kolda  2-3  kökcük  olduqda  onlar  1  dəfədə  vurulur.  əgər  onlar  çoxdursa 

hamısı bir hamısı bir dəfədə yox, sonrakı 2-3 ildə vurulmalıdır.  

Katarovka  tamamilə  aparılmayan  üzümlüklərdə  bu  əməliyyatı  dayandırmaq 

lazımdır. Katarovka öz kökü üstündə olan üzümlüklərdə də aparılmalıdır. Dəmyə 

üzümlüklərdə bu əməliyyat xüsusi əhəmiyyət kəsb edir. 



  

 

  



 

 

 



 

 



268

 

 



ÜZÜMLÜKDƏ TƏTBĠQ EDĠLƏN YAġIL ƏMƏLĠYYAT 

Üzümlükdə tətbiq edilən yaĢıl əməliyyatın nəzəri əsasları 

Üzümlüklərdən  alınan  məhsulun  keyfiyyət  və  kəmiyyətinin  artırılmasında 

yaşıl  əməliyyatın  böyük  əhəmiyyəti  vardır.  Yaşıl  əməliyyat  dedikdə  vegetasiya 

dövrünün  müxtəlif  vaxtlarında  tənəyin  yaşıl  hissələrinin  bir  qisminin  kəsilib 

atılması başa düşülür. Yaşıl əməliyyat zamanı sadəcə olaraq orqanların bir hissəsi 

kəsilib atılmır, bu əməliyyatla tənəyə verilən forma davam etdirilir, məhsulvermə 

ilə  böyümə  arasındakı  asılılıq  nizamlanır,  tənəyə  və  torpağa  qulluq,  eləcə  də 

xəstəlik və zərərvericilərə qarşı mübarizə işləri asanlaşır. 

Tənək  qışda  düzgün  kəsilmiş,  torpaq  düzgün  becərilmiş,  xəstəlik  və 

zərərvericilərərə  qarşı  mübarizə  düzgün  təşkil  edilmişsə,  lakin  yaşıl  əməliyyat 

aparılmamış  və  yaxud  düzgün  aparılmamışsa,  onda  yüksək  keyfiyyətli  məhsul 

almaq mümkün olmayacaq və tənək vaxtından əvvəl qocalacaqdır. 

Yaşıl  əməliyyat  düzgün  və  vaxtında  aparılan  tənəyə  günəş  şüası  normal 

düşür,salxımlarda  gilələr  normal  yetişir  və  yaxşı  rəng  alır.Bundan  başqa,belə 

tənəklərdə  zoğlar  yaxşı  yetişir,qışa  hazırlaşma  yaxşı  gedir  və  gələcəkdə  çox 

məhsul verir. 

Elm və təcrübə ilə müəyyən edilmişdir ki, vaxtında və düzgün aparılan yaşıl 

əməliyyat 

tənəyin 

böyüməsinə 

və 

məhsuldarlığına 



müsbət 

təsir 


göstərir.Əksinə,bu  əməliyyat  düzgün  və  vaxtında  aparılmadıqda  isə  nəinki 

məhsuldarlıq  azalır,  həm  də  tənəyin  gücünün  zəifləməsi  müşahidə  olunur.Ona 

görə  də  yaşıl  əməliyyat  aparılarkən  onun  aparılma  texnikasına  yaxından  bələd 

olmaq lazımdır.Yaxşı olar ki,yaşıl əməliyyat quru kəsməni aparan ustalara həvalə 

edilsin. 

Üzümlükdə  yaşıl ―cərrahiyyə‖ əməliyyatı quru budamanın davamı olub,əsas 

məqsədi  üzüm  bitkisinin  böyüməsini  və  məhsuldarlığını  nizamlamaqla  ondan 

yüksək keyfiyyətli bol məhsul almaqdır. 

Elmi-tədqiqat  işlərində  və  istehsalat  şəraitində  sübut  olunmuşdur  ki,yaşıl 

əməliyyatı vaxtında və düzgün apardıqda tənəyin boy gücünə və məhsuldarlığına 

müsbət təsir göstərir.Bu əməliyyatların vaxtında və düzgün aparılmaması,tənəyin 

sürətlə  zəifləməsinə  səbəb  olmaqla,üzümlüklərdə  cari  ildə  və  gələcəkdə 

məhsuldarlığa  mənfi  təsir  göstərir.Ona  görə  də  yaşıl  əməliyyatın  aparılmasında 

nəinki  hər  bir  üzümlük  sahəsində,hətta  hər  bir  tənək  üzərində  səriştəli  hərəkət 

tələb  olunur.Yaşıl  əməliyyatın  aparılmasında  sortun  bioloji  xüsusiyyəti  və  onun 

becərilmə  şəraiti  mütləq  nəzərə  alınmalıdır.Yaşıl  orqanlardan  birinin  tam  və  ya 

müəyyən  hissəsini  qoparmaqla  insan  şüurlu  olaraq  üzüm  bitkisinin  həyatına 

(böyümə  və  inkişafına)  təsir  göstərir.  Yaşıl  əməliyyat  əsasən  yənəyin  yerüstü 

orqanları  ilə  kök  sistemi  arasındakı  asılılığı  nizamlamağı,qida  maddələrinin 

tənəkdə  paylanmasına  və  onların  müəyyən  anlarda  ən  vacib  orqanlara  axımını 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə