Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə129/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   207

275

 

 



yetişdiyindən onlardan həmişə istifadə edilmir. 

 Bic əmələ gətirməsinə görə üzüm sortları bir-birindən fərqlənir. Güclü və çox 

bic əmələ gətirən üzüm sortlarına Bayanşirə, Ağ Şanı, Takveri, Xindoqnı, Çauş, 

Sovinyon,  Qrenaş,  İtaliya  və  s.  aiddir.  Orta  dərəcədə  bic  əmələ  gətirən  üzüm 

sortlarına  Qara  Şanı,  Mədrəsə,  Mərəndi,  Sereksiya,  Aliqote  və  s,  az  bic  əmələ 

gətirən  sortlara  Melye,  Plavay,  Rkasiteli,  Alimşak,  Senso,  Qran-nuar,  Cəfəri 

Şasla, Jemçuq Sabo, Pinolar və s. aiddir. 

 S.A.Melnik  biclərin  rolunu  öyrənərkən  belə  nəticəyə  gəlmişdir  ki,  tənəyin 

böyüyüb  məhsul  verməsi  üçün  normal  şərait  olmadıqda  bicləri  vurmaq  lazım 

deyil. Tənək göbələk xəstəliklərindən və şaxtalardan zədələndikdə və bunların da 

nəticəsində  yarpaqların  fotosintetik  qabiliyyəti  azaldıqda  biclər  kəsilməməlidir. 

Ona görə də biclərin rolu haqqındakı məsələni hər bir konkret şəraitdə həll etmək 

lazımdır. 

 Bicvurma  əməliyyatının  müvəffəqiyyətli  təsiri  onun  aparılma  texnikasından 

və  aparılma  vaxtından  asılıdır.  Məhsul  verən  üzümlüklərdə  bic  zoğlarının 

uzunluğu  8-10  sm-ə  çatdıqda  onları  əl  ilə  qoparmaq  lazımdır.  Bir  qədər 

gecikdikdə  onlar  bərkiyir  və  əl  ilə  qoparmaq  mümkün  olmadığından  bağ 

qayçısından  istifadə  etmək  lazım  gəlir.  Bic  zoğları  hələ  ot  halında  ikən  əl  ilə 

qoparıldıqda qayçı ilə olduğundan daha çox iş görmək olur. 

 Bic  zoğ  qoparıldıqda  (istər  qayçı  ilə,  istərsə  də  əl  ilə)  2-3  sm  uzunluğunda 

kötük saxlamaq lazımdır. Bu kötük təqribən bir həftə ərzində quruyub düşür.  

 Tənəkdə salxım çoxdursa, onda bic zoğlarında 2-3 yarpaq saxlamaq lazımdır. 

Son vaxtlar üzümçülüyün intensiv əsaslarla inkişaf etdirilməsi ilə əlaqədar olaraq 

tənəklərdə  çoxlu  miqdarda  salxım  saxlandığından  bic  vurma  əməliyyatı  zamanı 

bic yarpaqlardan da saxlamaq lazımdır. 

 Çox  bic  əmələ  gətirən  üzüm  sortlarında  uç  dəfə,  orta  dərəcədə  bic  əmələ 

gətirən  sortlarda  iki  dəfə,  zəif  bic  əmələ  gətirən  sortlarda  bir  dəfə  bicvurma 

aparılmalıdır.  



 

YaĢıl zoğların bağlanması 

 Yaxıl  bağlama  tənək  orqanlarının  fəzada  yerləşdirilməsinə  aiddir. 

Bağlamaqla  yaşıl  orqanları  tənək  üçün  ayrılan  fəzada  yerləşdirirlər.  Eyni 

zamanda  bağlamaqla  zoğlar  fəzada  elə  yerləşdirilir  ki,  hər  bir  zoğ  və  yarpaq 

günəş şüasından istifadə edə bilsin. 

 Üzüm  bitkisinin  həyatında  torpaqdan  qidalanma  ilə  yanaşı  havadan 

qidalanma prosesi də mühüm rol oynayır. Ona görə də bütün aqro və fitotədbirlər 

əsasən  günəş  enerjisindən  səmərəli  istifadə  edilməsinə  yönəldilməklə, 

yarpaqlarda fotosintezin intensivliyinin yüksəldilməsinə nail olmaq lazımdır. 

 Belə  tədbirlərdən  ən  əhəmiyyətlisi  yaşıl  zoğların  fəzada  düzgün 




276

 

 



yerləşdirilməklə bağlanmasıdır. 

 Yaşıl zoğların bağlanması onların uzununa boy atmasını və biclərin inkişafını 

nizamlayır. 

 Yaşıl  zoğlar  30-45

0

  bucaq  altında  bağlandıqda  onların  boy  atması  azalır  ki, 



bunun  da  nəticəsində  zoğun  əsasına  yaxın  buğumlarda  barlı  gözlər  artır.  Yaşıl 

zoğları  üfüqi  istiqamətdə  bağladıqda  yarpaq  səthinin  artması,  onların  ümumi 

işıqlanması hesabına gilələrdə toplama energisi sürətlənir. 

 Yaşıl  zoğların  bağlanması  əsasən  onları  qırılmaqdan  mühafizə  etmək, 

cərgələr  arasının  becərilməsini  asanlaşdırmaq,  ziyanverici  və  xəstəliklərə  qarşı 

mübarizənin  səmərəsini  artırmaq  məqsədilə  həyata  keçirilir.  Yaşıl  bağlama 

məhsul  verən  üzümlüklərdə  2-3  dəfə,  fillokseraya  davamlı  anaclıqda  5-6  dəfə 

aparılır.  Birinci  yaşıl  bağlama  işi  adətən  ucqoparma  ilə  bir  vaxtda  aparılır,  yəni 

zoğlar ikinci məftildən yuxarı qalxdıqda. 

 Yaşıl  bağlamada  birinci  növbədə  əvəzedici  çilikdən  çıxan  zoğlar  seçilib 

bağlanmalıdır. Məqsəd tənəyə verilmiş formanı saxlamaqdan ibarətdir. Sonra bar 

barmaqlarının aşağı tərəfindəki zoğlar seçilib bağlanmalıdır. 

 Seçilmiş  zoğların  yaxşı  boy  atması  və  yetişməsi,  işıqlanması-  havalanması 

üçün  onlar  biclərdən  təmizlənir,  bir-bir  və  ya  iki-iki  olmaqla  ―səkkiz‖  şəklində 

şpalerin  məftillərinə  bağlanır.  ―səkkiz‖  şəklində  bağlandıqda  həm  keyfiyyətli 

bağlanır-zoğ məftilə yaxşı yaxınlaşdırılır, həm də zoğu məftil sürtüb zədələnmir. 

Yaşıl zoğların ikinci dəfə bağlanması çiçəkləmə fazasından 4-5 gün sonra zoğlar 

üçüncü  məftilə  çatıb  ondan  yuxarı  qalxdıqda  aparılır.  Zoğlar  axırıncı  məftilə 

çatdıqda və lazım gəldikdə üçüncü bağlama aparılır. 

 

Süni və əlavə tozlama 

 Üzüm  bitkisində  müəyyən  dərəcədə  çiçəklər  tökülür.  Onların  tökülməsi 

çiçəyin  tipindən,  qidalanmadan,  meteroloji  şəraitdən,  xəstəlikdən,  quraqlıqdan, 

erkəkcik  tozcuqlarının  bioloji  uyğunsuzluğundan  və  qidalanmadan,  kök  ilə 

yarpaqlar arasındakı asılılığın pozulmasından baş verir. 

 Üzümlüyün  məhsulu  inkişaf  etmiş  salxımların  miqdarı,  onların  ölçüsü  və 

çəkisi ilə müəyyən edilir. Gilələr töküldükdə və onlar xırda olduqda salxımların 

çəkisi azalır. 

 Heç  bir  səbəb  olmadan  da  normal  şəraitdə  çiçək  və  yumurtalıqlar  tökülür, 

çünkü çiçək topasında tənəyin gücü çatacağından çox çiçək əmələ gəlir. Normal 

şəraitdə çiçək və yumurtalıqların tökülməsi 20-50% arasında olur. 

 Çiçək  və  yumurtalıqların  tökülməsinin  üzvi,  fizioloji,  meteroloji  və  patoloji 

səbəbləri vardır.  

 Üzvi  səbəb  çiçəyin  müxtəlif  orqanlarının  düzgün  inkişaf  etməməsidir.  Bu 

orqanlardan  erkəkcik  tozcuqlarının  mayalanma  qabiliyyətinin  olmaması 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə