Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə130/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   207

277

 

 



(funksional  dişi  tipli  çiçəklərdə)  erkək  tipli  çiçəklərdə  dişiciyin  zəif  olması  və 

yaxud  dişiciyin  heç  olmaması,  öz-özünü tozlayan  çiçəklərdə  yumurtalığın  yaxşı 

inkişaf  etməməsi  və  bir  sıra  çatışmamazlıqlar  yumurtalıqların  normal  inkişafına 

maneçilik törədir. 

 Fizioloji  səbəb  çiçəkləmə  fazasında  qida  maddələrinin  çiçəyə  normal  daxil 

olmamasıdır.  Qida  əsasən  vegetativ  orqanların  böyüməsinə  yönəldilir.  Çox  quru 

və  isti  küləklər  nəticəsində  suyun  normadan  çox  buxarlanması  fizioloji  səbəbə 

aiddir. Bu səbəbdən çiçəklərin tökülməsi üzüm sortlarının hamısında ola bilər. 

 Meteroloji  səbəbə  çiçəkləmə  vaxtı  hava  şəraitinin  əlverişli  olmaması  aiddir 

(yağış,  duman  və  havanın  soyuması).  Bu  səbəbdən  çiçəklərin  normal 

mayalanması pozulur. 

Pataloji  səbəbə  müxtəlif  xəstəliklər  nəticəsində  bitkidə  normal  həyat 

prosesinin  pozulması  daxildir.  Bu  xəstəliklərdən  əsasən  göbələk  və  virus 

xəstəliklərini göstərmək lazımdır. 

 Çiçək və yumurtalıqların tökülməsi səbəblərinin qruplara bölünməsi şərtidir. 

Təbiətdə  isə  çiçək  və  yumurtalıqların  tökülməsinin  müxtəlif  mənşəli  səbəbləri 

vardır. Bəzən çiçəklərin  tökülməsi səbəblərindən bir neçəsi bir vaxta düşə bilər. 

Məsələn,  üzvi  səbəbdən  çiçəkləri  tökülən  funksional  dişi  tipli  çiçəkli  sortlarda 

çiçəkləmə  vaxtı  əlverişsiz  meteroloji  şəraitdə  çiçək  və  yumurtalıqlar  daha  çox 

tökülür. 

 Son  vaxtlar  üzümçülük  elmi  çiçək  və  yumurtalıqların  tökülməsini  azaltmaq 

və  onun  qarşısını  almaq  sahəsində  bir  sıra  təsirli  aqrotexniki  tədbirlər  işləyib 

hazırlamışdır. 

 Funksional dişi tipli çiçəyi olan tənəklərin normal məhsul verməsi üçün süni 

tozlanmadan  başqa  tozlayıcı  sortların  seçolməsi  qədim  vaxtlardan  bəri  tətbiq 

edilməkdədir.  Funksional  dişi  tipli  çiçəkləri  olan  üzüm  sortlarından  Ağ  şanı, 

Xəzəri, Xatuni, Çauş, Madlen-Anjevin, Nimrəng, Puxlyakovski, Həkim qara, Sarı 

pandas,  Taşlı,  Kefesiya,  Çərəz,  Pleçistik,  Katta-Kurqan,  Tavkveri  və  s-nin  süni 

tozlamaya ehtiyacı vardır. 

 Bu  sortlardan  hər  il  sabit  məhsul  alınması  üçün  əkin  vaxtı  onların  aşağdakı 

sortlarla qarışıq əkilməsi məsləhətdir. 

 

Funksional diĢi tipli çiçəyə malik üzüm sortlarının tozlayıcıları 



 

Funksional  diĢi  tipli  çiçəyi  olan 

üzüm sortları 

Tozlayıcı sortlar 

Ağ şanı 


Xəzəri 

Çauş  


Qara şanı, Bayanşirə 

Gülü mərəndi, Təbrizi, Riş-baba 

Saperavi, Senso, Şasla, Rizaqa 



278

 

 



Madlen-Anjevin 

Nimrəng 


Puxlyakovski 

Həkim qara 

Sarı pandas 

Taşlı 


Kefesiya 

Çərəz 


Pleçistik 

Katta- Kurqan 

Murvedr, Şaslar, Saperavi 

Qızıl tayfi, Qara kişmişi, Ağadayı 

Saperavi  

Saperavi, Ağ kokur 

Ağ kokur, Saperavi 

Ağ kokur, Saperavi, Ağ Muskat 

Ağ kokur, Saperavi 

Hüseyni 


Qara simlyanski 

Kişmişi sortlar 

  

 Funksional  dişi tipli çiçəkli sortların  tozlayıcı  sortlarla qarışıq  əkilməsi süni 



tozlama  qədər  məhsuldarlığı  artıra  bilmir.  Bundan  başqa,  tozlayıcı  sortlarla 

qarışıq  əkmə  həm  də  üzümçülükdə  sort  qarışığına  gətirib  çıxarır  ki,  bu  da 

aqrotexnikanı bir qədər çətinləşdirir. 

 Süni  tozlama nəinki funksional  dişi tipli çiçəyi  olan üzümlərdə, həm  də  öz-

özünü  tozlayan  sortlarda  da  yaxşı  nəticə  verir.  Miçurin  təliminə  əsasən 

S.A.Melnik sübut etmişdir ki, öz-özünü tozladıqda mayalanma üçün yaxşı şərait 

yaradılır. Bu iş toz qarışığı ilə aparılan süni tozlamada daha yaxşı nəticə verir. 

 N.A.Buzin  ―Maqarac‖  İnstitutununda  apardığı  təcrübələrdən  belə  nəticəyə 

gəlmişdir ki, Çauş sortunu toz qarışığı ilə tozladıqda salxımın çəkisi kontroldakı 

106,5 qrama qarşı 190 qram olmuşdur. 

 Öz-ozünü  tozlayan  sortların  süni  tozlandırılması  (bunu  əlavə  tozlandırma 

adlandırırlar) məhsuldarlığı xeyli artırır. 

 Gilənin  inkişafı  və  formalaşması  yumurtalığın  mayalanması  nəticəsində  baş 

verir. Mayalanmadan sonra yumurtalıq genişlənir, böyüyür və sulu giləyə, toxum 

tumurcuğu  isə  toxuma  çevrilir.  Mayalanma  prosesinin  və  ºəraitinin  əlverişli 

olmasından  asılı  olaraq  gilədə  toxumun  miqdarı  müxtəlif  olur.  Toxum 

tumurcuğunun heç brinin mayalanmadığı halda toxum əmələ gəlmir və belə çiçək 

və yumurtalıqlar tökülür. Bu toxum tumurcuğu da mayalanmış olsa, o yumurtalıq 

giləyə çevrilir. 

 Süni tozlamanı əl və xüsusi aparatla aparmaq olar. Kolun silkələnməsi, xəzlə, 

tənzif torpası və yun dəstəsi ilə aparılan tozlanma əl ilə aparılan tozlamalardır. 

 Müxtəlif  maşın  tozlayıcıları  ilə  aparılan  süni  tozlamada  əvvəlcədən  tədarük 

edilmiş erkək çiçəklərin tozcuqları xəz əlcək geyilmiş əl ilə tozlandırılacaq çiçək 

topalarının üstü  ilə gəzdirilir. Bu əməliyyat  üç dəfə aparılır:  25%, 50% və 75% 

çiçəkləmədə. 

 Tozlama səhər saat 10-a qədər aparılmalıdır, bir qədər gec aparıldıqda yaxşı 

nəticə vermir. Əgər tozladıqdan sonra yağış yağarsa, onda yağışdan sonra həmin 



279

 

 



tozlama təkrar olunur. 

 Erkək  çiçəklər  meşələrdən,  fillokseraya  davamlı  anaclıqdan  və  yaxud  bu 

məqsədlə salınmış üzüm bağından tədarük edilir. Ən yaxşısı budur ki, erkək çiçək 

tədarükü  məqsədilə  tozlanacaq  üzümlüyün  təlabatından  asılı  olaraq  müəyyən 

miqdar sahədə bağ salınsın. 

 Erkək çiçəklər tozlamadan əvvəl tədarük edilməlidir, çünki tozlama vaxtında 

havalar  əlverişsiz  ola  bilər  və  bu  əməliyatı  aparmaq  mümkün  olmaz  və  yaxud 

çətinlik  törədər.  Çiçəklər  kollarda  60-70%  çiçəkləmə  başlayan  dövrdə 

yığılmalıdır. Çiçək topası saplaqdan qoparılır və torbaya yığılır. Tədarük edilmiş 

yarımqaranlıq sərin otaqlarda perqament kağızı üstündə bir qatdan ibarət  sərilir. 

Bu vəziyyətdə erkəkcik  tozcuqları  öz həyat  qabiliyyətini  10 günə qədər saxlaya 

bilir. Daha çox müddət saxlamaq üçün onları şüşə bakallarda saxlamaq lazımdır. 

 Bankanın  dibinə  əzilmiş  şüşə  tökülür  və  kükürd  anhidridi  qazı  buraxılır, 

sonra tozcuqlar bankaya kağız paketdə qoyularaq bankanın ağzı perqament kağızı 

ilə bağlanır və parafinlənir. 

 Öz-özünü  tozlayan  çiçək  tipli  üzüm  sortlarında,  xüsusilə  texniki  üzüm 

sortlarında əlavə tozlama aparılır. Əlavə tozlama üçün vertolyot üzümlüyün üstü 

ilə 5 metrdən uçur və hava burulqanı əmələ gətirir. Əlavə tozlama məhsuldarlığı 

13%-ə qədər artırır.  

 

Çiçək topasının və salxımda gilələrin seyrəldilməsi 

 Yüksək  keyfiyyətli  üzüm  istehsalında  bir  sıra  amillərin:  sortun 

xüsusiyyətləri, torpaq və iqlim şəraiti, torpağın becərilmə və suvarılması üsulları, 

eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə üsullarının ümumi planda rolu 

vardır.  Lakin  tənəyin  kəsilməsi,  yükün  miqdarı,  generativ  orqanların 

seyrəldilməsi,  həlqələnmə  və  boy  nizamlayıcılarının  tətbiqi  məhsulun 

keyfiyyətinə bilavasitə təsir göstərir. 

 Çiçək  topasının,  salxım  və  gilənin  seyrəldilməsi  o  deməkdir  ki,  ayrı-ayrı 

çiçək  topası  çiçəkləmədən  əvvəl  (mayalanmadan  sonra  gilələr  əmələ  gəldikdə) 

tək-tək  bütöv  salxım  və  yaxud  onun  ayrı-ayrı  hissələrini,  gilələr  orta  iriliyə 

çatdıqdan sonra isə tək-tək gilələr qoparılıb atılır. 

 Quru  kəsmədən  sonra  dəqiq  olaraq  tənəkdə  neçə  salxım  olacağını  demək 

çətindir.  Belə  ki,  vegetasiyanın  ikinci  fazasında  tənəkdə  saxlanmış  gözcükdən 

neçəsi  kor  qalacaq  və  neçə  faktiki  zoğ  əmələ  gələcək,  bu  zoğların  neçəsi 

məhsullu  zoğa  neçə  salxım  düşəcək,  bu  məsələləri  konkret  olaraq  generativ 

orqanların  nizamlanması  hesabına  həll  etmək  olar.  Generativ  orqanların 

seyrəldilməsi  hesabına  həll  etmək  olar.  Generativ  orqanların  seyrəldilməsi 

hesabına  bitkinin  potensial  imkanları  artırılır.  Süfrə  sortlarında  bar  barmaqları 

uzun  kəsildikdə  və  sonralar  generativ  orqanlar  seyrəldikdə  normal  yarpaq  səthi 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə