Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə131/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   207

280

 

 



əmələ  gəlir.  Bu  əməliyyatın  bir  müsbət  tərəfi  ondan  ibarətdir  ki,  tənəkdə  yük 

normadan  çox  olduqda  əlavə  yarpaq  səthi  yaratmaqla  tənəyin  məhsulunu  və 

zoğlarını normal yetişdirmək olur. 

 Gilələri seyrəldilmiş salxımlarda payızı yağmurlu olan illərdə çürümə getmir 

və  yaxud az gedir. Bundan başqa gilələrin seyrəldilməsi salxımda gilələrin eyni 

vaxtda  rəng  almasına  şərait  yaradır.  Süfrə  sortlarında  yaxşı  rəng  almamış 

salxımları yığmaq məsləhət deyil, onları bir qədər gec yığmaq tələb olunur. 

 Ikinci  yığım  aparmaq  üçün  salxımlarda  gilələri  seyrəltmək  tələb  olunur. 

Üzüm  sortlarının  hamısında  salxımda  gilələr  eyni  sıxlıqda  olmur.  Eyni  kəsmə 

tətbiq  edilən üzüm  sortlarının bir qismində salxım seyrək, bir qismində normal, 

başqa bir qismində isə çox sıx olur.məhsulun keyfiyyətinin maksimum dərəcədə 

yaxşılaşdırılması üçün generativ orqanların seyrəldilməsinin mümkünlüyünün üç 

üsulunu işləyib hazırlamışdır. 

1.

 



Çox seyrək və seyrək salxımlı sortlarda çiçək topası seyrəldilir. 

2.

 



Çox salxım olan tənəklərdə salxım seyrəldilir. 

3.

 



Çox sıx salxımlı sortlarda isə gilə seyrəldilir. 

 Çiçək  topalarının  seyrəldilməsi  çiçəkləməyə  qədər  aparılır.  Bu  əməliyyatda 

yarpaqların miqdarı dəyişmədən çiçək topaları azalır. Qalan çiçək topaları çoxlu 

miqdarda qida maddələri alınır və çiçəklərin inkişafı güclənir, nəticədə erkəkcik 

və dişicik yaxşı inkişaf edir və normal gilələr əmələ gəlir. Çiçək topası nə qədər 

tez qoparılarsa, bir o qədər yaxşıdır. 

 Çiçək  topalarının  optimal  qoparılma  vaxtı  yaşıl  zoğlar  12-13  sm-ə  çatdığı 

dövr  hesab  olunur.  Çiçək  topası  qoparıldıqdan  sonra  yerdə  qalan  barlı  zoğların 

ucu mütləq qoparılmalıdır ki, sonradan çiçək və gilələr tökülməsin. 

 Salxımların  seyrəldilməsi  gilələr  əmələ  gəldikdən  sonra  aparılır.  Bu 

əməliyyat  salxımda  gilənin  miqdarına  təsir  etmir.  Salxımların  seyrəldilməsində 

məqsəd normal irilikdə və normal sıxlıqda salxım almaqdır. Deməli, bu əməliyyat 

zamanı xırda və normal sıxlığa malik olmayan salxımlar qoparılır. Qeyri-normal 

salxımların  bu  mərhələdə  qoparılması  nəticəsində  qalan  salxımlarda  qidalanma 

yaxşı olduğundan gilələr iri olur. 

 Generativ  orqanların  seyrəldilməsi  gilələrin  seyrəldilməsi  ilə  başa  çatır. 

Gilələrin  seyrəldilməsinə  çiçəklərin  tökülməsinin  ikinci  dalğasından  sonra 

başlamaq  lazımdır.  Gilələrin  seyrəldilməsi  işi  mayalanmış  yumurtalıqlar 

töküldükdən sonra aparılarsa, onda qalan  gilələrin həcmi 30%-ə qədər böyüyür. 

Bu işin vaxtı gecikdikdə onun səmərəsi azalır, lakin tamamilə təsirsiz olmur. 

 Kişmişi  sortlarında  gilələrin  seyrəldilməsi  yuxarıda  göstərildiyi  kimi 

aparılmır,  çünki  bu  əməliyyatın  gilələrin  həcminin  artmasına  təsir  olmur. 

Toxumsuz  sortlarda  gilənin  həcmcə  artmasına  təsir  göstərən  amillər  əsasən 

həlqələmə və boy nizamlayıcı maddələrin tətbiqidir. 




281

 

 



 Göstərilən generativ orqanlarla yanaşı yarpaqlar da seyrəldilir. Üzümçülükdə 

yarpaqların 

seyrəldilməsi 

bir 


fitotexniki 

tədbir 


kimi 

çoxdan 


məlumdur.Üzümçülük  üzrə  bir  sıra  ədəbiyyatda  hər  zoğda  bir-iki  saralmiş 

yarpağın qoparılması göstərilir. 

Bu  əməliyyatı  aparmazdan  əvvəl  onun  nə  məqsədlə  aparılması  aydın 

olmalıdır.Şimal  rayonlarında  istilik  və  günəş  şüası  azlıq  etdiyindən  yarpaqlar 

seyrəldilir ki, gilələrdə yetişmə və rəngalma normal olsun.Çox yagmurlu yerlərdə 

və  illərdə  tənəkdə  yarpaqlar  seyrəldilir  ki,  havalanma  yaxşı  getsin  və  gilələr 

şürüməsin. 

Bu  əməliyyat  zamanı  süfrə  üzümlərində  başqa  müsbət  göstəricilərlə  yanaşı 

gilələrin qabığı da bir qədər möhkəmlənir. 

Yarpaqların  seyrəldilməsi  haqqında  bu  deyilənlərin  hamısı  düzdür,  lakin  bu 

məsələnin  daha  da  dəqiqləşməsi  haqqında  üzümçülük  üzrə  aparılan  son  elmi-

tədqiqat işləri daha ətraflı məlumat verir. 

 Yarpağın tənəkdə hansı funksiyanı yerinə yetirməsi məlumdur. Bu baxımdan 

hər tənəkdə yarpağın miqdarı məhsulla əlaqələndirilməlidir. Müəyyən edilmişdir 

ki,  bir  kiloqram  üzüm  məhsulunun  tam  yetişməsi  üçün  1  m

2

  yarpaq  səthi 



lazımdır.  Son  vaxtlar  üzümlüklərdən  alınan  məhsula  görə  bir  hektar  üzümlükdə 

tənəkdə  saxlanan  yarpaq  səthi  bir  hektardakı  kvadrat  metrlərdən  xeyli  çox  olur. 

Bunun üçün tənəklərə verilən formalar və üzümlükdə qurulan dayaq sistemi çox 

güclü olmalıdır.  

 Məhsul  yetişən  vaxtı  (xüsusilə  süfrə  üzümlərində  böyük  diqqət  tələb  edir) 

yarpaqlar gilələr üzərindəki mum qatını az və çox dərəcədə silinir. Yaxşı olar ki, 

süfrə üzümlərində salxım yerləşən zonada yarpağın miqdarı az olsun. 

 Son  vaxtlar  bu  sahədə  aparılan  tədqiqat  işlərinə  görə  süfrə  üzümlərində 

sortdan  və  şəraitdən  asılı  olaraq  salxım  yerləşən  zonada  yarpaqların  müəyyən 

faizi seyrəldilməsi məsləhət görülür.  

 Bəzən payızda üzüm yetişən və yığılan vaxtı yağış yağır. Tənəkdə yarpaqlar 

seyrəldilmiş  olsa,  yağan  yağışlar  çox  təhkükə  törədə  bilməz.  Yarpaqlar 

qoparıldıqda  yuxarıda  göstərildiyi  kimi  havalanma  yaxşı  olduğuna  görə  salxım, 

kol və sahə tez quruyur. 

 Süfrə üzümçülüyü ilə məşğul olan təsərrüfatlar bu məsələləri hər bir konkret 

şəraitdə  dəqiqləşdirməli  və  bu  iş  üçün  normativ  işləyib  hazırlamalıdır. 

Yarpaqların  seyrəldilməsi  işi  gilələrin  tam  yetişməsinə  az  qalmış  aparılmalıdır. 

Yalnız salxım yerləşən zonada yarpaqlar seyrəldilməlidir (50-60%). 



 

Həlqələmə 

Həlqələmə üzümçülükdə yaşıl əməliyyata daxildir və bir neçə əsr əvvəl tətbiq 

olunmuşdur. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə