Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə132/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   207

282

 

 



1883-cü  ildə  Afina  universitetinin  üzümçü  professoru  Davide  müşahidə 

etmişdir ki, üzüm bitkisinə bağlanmış qatır onun qabığını gətirmişdir. Təsadüfən 

qabıq  həlqə  şəklində  zədələnmiş  tənəkdə  (bu  hadisə  çiçəklənmə  ərəfəsində 

olmuşdur)  Davide  bu  təcrübəni  bir  neçə  dəfə  təkrar  etmiş  və  həlqələmənin 

müsbət nəticəsini müəyyən etmişdir. 

 Həlqələmə  bundan  əvvəlki  yaşıl  əməliyyatlardan  az  əhəmiyyətlidir  və  süfrə 

üzümlərində tətbiq edilir. 

Həlqələmə zamanı yaşıl və birillik zoğlarda çoxillik qol və ştambda 3-5 mm 

enində  qabıq  götürülür.  Orqanların  hamısında  həlqələmə  eyni  vaxtda  aparılmır. 

Bir  orqanda  aparılanda  digərində  aparılmır.  Ştambda  aparılan  həlqələmə  bütün 

kola , zoğda aparılan isə yalnız həmin zoğa təsir göstərir. 

Həlqələmə zamanı yaxşı olar ki,qabıq dərindən götürülsün, yoxsa əməliyyatın 

təsiri olmaz. Yadda saxlamaq lazımdır ki, ştambda və çoxillk qollarda 

aparılan  həlqələmə  ilə  bir  məqsədə-çiçəyin  az  tökülməsinə  və  gilələrin  tez 

yetişməsinə  nail  olunur.  Bununla  belə  bu  əməliyyat  tənəyin  tez  qocalmasına 

səbəb olur. 

Çox seyrəkli salxımlı süfrə üzüm sortlarında həlqələmə ilə salxımın sıxlığını 

artırmaq olar. Bu məqsədlə həlqələmə çiçəkləmədən sonra aparılmalıdır. 

Həlqələmə ilə salxımda gilənin miqdarını və iriliyini aparmaq, onun yetişmə 

-sini  tezləşdirmək  mümkündür.  Göstərilən  bu  məqsədlərin  hər  birinə 

həlqələmənin vaxtında və keyfiyyətli aparılması ilə nail olmaq olar. 

 

Beləliklə,həlqələmənin qarşısında 3 məqsəd qoyulur: 



1.Çiçəklərin  normadan  çox  tökülməsinin  qarşısının  alınması  ilə  salxımda 

gilənin miqdarının artırılması. 

2.Gilənin həcmcə artması ilə salxımın çəkisinin artırılması. 

3.Yetişmənin tezləşdirilməsi. 

Əgər  həlqələmə  gilələrdə  rəngin  yaxşılaşması  və  yetişməsinin  tezləşməsi 

məqsədilə  aparılırsa,  onda  bu  əməliyyat  gilələr  yetişməyə  başladıqda 

aparılmalıdır. 

 

 Zoğların ucunun vurulması. 



Zoğların  ucunun  vurulması  onların  böyüməsini  tamamilə  dayandırmaq, 

salxımlara hava və işıq keçməsini asanlaşdırmaq məqsədilə aparılır. 

Bununla  yanaşı  salxımların  və  zoğların  yetişməsi  sürətləndirilir  və  qışlayan 

gözcüklərin formalaşması üçün əlverişli şərait yaradılır. 

Ucvurma bağ qayçısı və ya bıçaqla aparılır. Zoğların uc hissəsi  şpalerin son 

məftilinin  səviyyəsindən  bir  qədər  yuxarıda  kəsilir.Bu  əməliyyat  tənəyin 

vəziyyətindən  və  aparılma  vaxtından,  sortdan,  rayonun  iqlim  şəraitindən  asılı 



283

 

 



olaraq müsbət, yaxud mənfi nəticə verə bilər. 

Zoğların  ucu  vaxtından  qabaq  vurulduqda  biclərin  güclü  inkişafına  səbəb 

olur.Biclər qoparıldıqda qışlayan gözcüklər oyana bilər. 

Zoğların  ucu  böyümə  tamamilə  dayandıqdan  sonra  vurulduqda  əməliyyatın 

əhəmiyyəti olmur. 

Ucvurmanın ən yaxşı vaxtı zoğlarda böyümənin yavaşıdığı vaxtdır. Bu bizim 

şəraitdə  iyulun  axırı,  avqustun  əvvəlidir.  Heç  vaxt  bu  işdə  təqvim  müddətini 

dəqiq  götürmək  düzğün  deyil,yalnız  zoğların  böyümə  xarakteri  ilə  nizamlamaq 

lazımdır.Ucvurma vaxtında aparıldıqda zoğların  böyüməsi və qida maddələrinin 

sərf olunması dayanır, yarpaqlarda sintez olunmuş və qışlayan gözcüklərdə çiçək 

topası başlanğıclarının inkişafına sərf olunur. 

Göbələk 


xəstəliklərinə 

tutulan 


tənəklərdə 

ucvurma 


əməliyyatı 

aparılmamalıdır. Zəif böyüyən tənəklərdə də bu əməliyyat mənfi nəticə verir. 

  

Tənəyin sürətlə formalaĢdırılması məqsədilə zoğların ucunun 

qoparılması. 

Zoğların ucunun qoparılması yeni əkilmiş cavan üzüm bağlarında da aparılır. 

Burada əsas məqsəd cavan bitkilərə sürətli forma vermək üçün bic zoğların əmələ 

gəlməsini sürətləndirməkdir. Üzümçülükdə bu aqrotexniki tədbir ilk dəfə olaraq 

F. B. Bəşirov (1959) tərəfindən işlənib hazırlanmışdır. 

Bir qayda olaraq üzümçülüklə məşğul  olanb rayonlarda birinci  iki ildə  yaşıl 

əməliyyat  məhdud  şəkildə  həyata  kecirilir.Calaqla  salınmış  bağlarda  isə  ancaq 

calaqaltından çıxan zoğlar və calaqüstündən əmələ gələn köklər qoparılır.  

Tənəklərə forma əsasən qış budaması ilə verilir.Lakin yaz-yay aylarında yaşıl 

əməliyyat la forma vermə işləri davam etdirilir.  

Üzüm bitkisinə sürətli forma vermədə hələ onun ilk yaşlarında fəal,cərrahiyyə 

əməliyyatı lazımdır.Bu üsul aşağıda qeyd olunan xüsusiyyətlərə əsaslanır: 

1.Məlumdur  ki,  cavan  yaşıl  və  birillik  yaxşı  yetişmiş  bic  zoğlar 

məhsuldarlığına  və  şaxtaya  davamlılığına  görə  əksər  hallarda  əsas  zoğlardan 

üstündür.Ona görə bic zoğları hesabına forma verilən tənəklər daha çox şaxtaya 

davamlı və məhsuldar olmalıdır. 

2.Bir vegetasiya dövründə üzüm bitkisi bir bir neçə sıra və ya pillə zoğ əmələ 

gətirmək  qabiliyyətinə  malikdir.Üzüm  bitkisinin  bu  xüsusiyyətlərindən  sürətli 

formavermədə  müvəffəqiyyətlə  istifadə  olunur.Adi  halda  bir  ildə  ancaq  tək  bir 

sıra (pillə) zoğ əmələ gətirmək mümkündür. 

3.Zoğların güclü boy atdığı dövrdə ucqoparma aparmaqla əvvəlcədən qarşıya 

qoyulmuş  sxem  üzrə  nisbətən  düzgün  forma  yaratmaq  mümkündür.Bu  üsulla 

forma verilmiş tənəklərdə yaralar quru kəsmədə olduqundan xeyli az olur.Bu isə 

həmin bitkilərin möhkəm,uzun ömürlü və məhsuldar olmasına imkan verir. 




284

 

 



Bic zoğlarının forma vermədə əhəmiyyətini nəzərə alıb,qüvvəli boy ayan əsas 

zoğların  ucunun  erkən  qoparılması  ilə  birinci,  ikinci  və  növbəti  sıra  bic  zoğları 

süni  surətdə  əmələ  gətirmək  məsləhət  görülür.Güclü  boya  malik  əsas  zoğların 

ucunun  qoparılması  ilə  eyni  vaxtda,lazımsız  zəif,  sıxlıq  əmələ  gətirən  zoğlar 

inkişafın  ilk  dövründə  qoparılmalıdır.  Cavan  tənəklərin  gücündən  belə  səmərəli 

istifadə etdikdə güclü inkişaf etmiş tənəklər alınır. 

Bu  məsələ  Ermənistanda  aparılan  təcrübələrdə  bir  daha  sübut 

olunmuşdur.Təcrübələr  göstərmişdir  ki,tinglə  salınmış  bağda  birinci  ildə  yaşıl 

zoğların ucunun qoparılması nəticəsində Voskeat və Saperavi sortlarında kontrola 

nisbətən zoğların sayı üç dəfə, zoğıarın ümumi uzunluğu isə 2,1 dəfə artmışdır. 

 Bununla belə klassik üsulla tənəklərə 4-6 ilə forma verilir . 

Krasnodar  vilayəti  şətaitində  N.İ.Sklyar  müəyyən  etmişdir  ki,  ikinci  və 

ücüncü  vegetasiya  ilində  tənəkdə  adi  qaydada  forma  verilən  tənəklərə  nisbətən 

sürətlə  forma  verilən  tənəkləedə  saxlanln  yükü  5-6  dəfə  artıq  saxladıqda  tənək 

nəinki zəifləmir, əksinə,kök sistemi və yerüstü hissə güclü inkişaf etməklə onun 

tam formalaşdırılmasını sürətləndirmək mümkün olur. 

Bayanşirə  sortu  üzərində  apardığımız  təcrübələrdə  sürətli  forma  verilən 

tənəklərdə üçüncü ili 250 sentner,dördüncü ili 400 sentner, beşinci ili isə 700-800 

sentner məhsul alınmışdır. 

ƏlveriĢsiz  mühit  Ģəraitinin  təsirinin  aradan  qaldırılması  üçün  tətbiq 

edilən yaĢıl əməliyyat. 

Vegetasiya  dövründə  əlverişsiz  mühit  şəraitinin  təsirindən  tənək  müəyyən 

miqdarda zədə ala bilər. Mühit şəraiti əlverişsiz olduqda göbələk xəstəliklərindən 

- xüsusilə mildiunun təsirindən tənəyin yaşıl orqanlarından çoxu və yaxud hamısı 

məhv ola bilər. Əgər yarpaqlarda hissə-hissə zədə varsa (kiçik ləpələr şəklində), 

onda müalicə ilə yerdə qalanları saxlamaq lazımdır. Əgər yarpaqlar orta dərəcədə 

zədələnibsə,onda  bic  zoğlardan  bir  neçəsini  saxlamaq  lazımdır.  Yarpaqların 

hamısı zədələndikdə, zoğlar yetişməmiş quruyub tökülür və belə tənəklər nəinki 

cari  ildə,  hətta  gələcəkdə  də  məhsul  vermir.  Mildiu  xəstəliyi  nəticəsində 

yarpaqlarını  erkən  itirmiş  zoğları  biclər  vasitəsilə  gələcəyə  məhsul  hazırlamaq 

olar.  Bic  zoğlarını  aşağıdakı  qaydada  saxlamaq  lazımdır.  Əsas  zoğların  ucu 

gələcək  bar  barmağından  bir  qədər  uzun  qoparılır  və  biclərin  əmələ  gəlməsinə 

şərait  yaranır. Əsas zoğda hər  yarpağın  və  yaxud bir  –iki buğumdan bir  yarpaq 

qoltuğunda bic zoğu əmələ gəlir .Bir əsas zoğda 3-5 bic zoğu saxlanarsa, həmin 

bic  zoğlarının  yarpaqları  əsas  zoğu  yetişdirə  bilir.  Saxlanmış  bic  zoğlarının 

özlərinin də sonradan ucu qoparılır. 

Vegetasiyanın  ikinci  və  üçüncü  fazalarında  dolu  yağması  daha  tez-tez 

müşahidə  olunur  və  onlar  tənəyə  xeyli  ziyan  vurur.Dolunun  iriliyindən, 

sürətindən,  davametmə  müddətindən  və  tənəyin  inkişaf  fazasından  asılı  olaraq 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə