Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə133/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   207

285

 

 



tənəyə təsiri müxtəlif ola bilər. Ona görə də dolunun tənəyə vurduğu zədəni dörd 

qrupa bölmək olar. 

Birinci  qrup  zədələnmədə  yarpaq,  zoğ  və  generativ  orqanlarda  tək-tək  xırda 

zədələr  olur.  Bu  zədələr  yaşıl  aparatın  ümumi  gücünü  zəiflədir.Əgər  tənəkdə 

salxım çoxdursa, onda hər bic üzərində 1-2 yarpaq saxlamaq lazımdır. 

İkinci  qrup  zədələnmədə  yarpaq,  zoğ  və  çiçək  qrupunda  50%-ə  qədər  zədə 

olur. Çiçək topası, salxım və zoğun salamat qalmış hissəsini qidalandırmaq üçün 

tənəyin üstündəki əsas  yarpaqlar azlıq edir. Zədə az olan əsas zoğlarda bir neçə 

bic zoğu, hər bic zoğu üzərində isə 4-5 yarpaq saxlamaq lazımdır. Salamat qalmış 

salxımlar  bu  qayda  ilə  yetişdirilir.  Burada  zoqlar  da  yetişir,  lakin  onlar  zədəli 

olduğundan gələcəkdə əkin və calaq materialı etmək olmur. Bundan başqa, quru 

bağlama vaxtı həmin zoğlarda saxlanmış bar barmaqları ilə son dərəcə  ehtiyatlı 

olmaq lazımdır (zədəli olduğundan onlar tez qırılır). 

Üçüncü  qrup  zədələnmədə  tənəyin  yaşıl  orqanları  tamamilə  zədələnir  və 

məhsuldarlıqdan məhrum olur. Bu qrup zədələnmədə bar barmaqları və əvəzedici 

çilik də zədələnir. Bu halda bar barmaqları və əvəzedici çiliklər üzərindəki yaşıl 

zoğlarla birlikdə kəsilib atılır. Çoxillik qollardakı yatmış tumurcuqlar oyadılır və 

haramı  zoğların  inkişafına  şərait  yaradılır.  Bu  zoğlar  15-20  sm-ə  çatdıqda  onlar 

nizamlanır,  yəni  lazım  olduğu  qədər  saxlanır.  Bu  haramı  zoğlar  10-15  cm-ə 

çatdıqda  onların  ucu  qoparılır  və  birinci  dərəcəli  bic  zoğları  əmələ  gətirilir.  Bu 

halda  bəzi  üzüm  sortlarından  məhsul  da  almaq  olur.  Güclü  kök  sisteminin 

imkanlarından istifadə edərək ikinci dərəcəli bic zoğlarını yaradıb, elə həmin ildə 

də tənəyin itirilmiş forması bərpa edilə bilər və həmin tənək və  yaxud üzümlük 

gələcək üçün tam məhsula hazırlana bilər. 

Dördüncü  qrup  zədələnmədə  tənəklərin  bərpası  şaxtadan  dördüncü  qrup 

zədələnmədə olduğu kimidir. 

 

Ikinci dəfə məhsul almaq məqsədilə zoğların ucunun qoparılması 

Üzüm bitkisində əsas zoğların ucunun erkən qoparılması, yarpaq qoltuğunda 

olan tumurcuğun qidalanmasını yaxşılaşdıran ən güclü amil hesab oluna bilər. 

Yaşıl zoğlarda ucqoparmanın erkən aparılması, yarpaq qoltuğunda əmələ gələn 

bic  

zoğlardan bol məhsul almaq üçün təminat verir. 



 Bu  aqrotexniki  tədbirlərin  yaz  şaxtalarından,  doludan  və  s.  əlverişsiz 

şəraitdən zərər çəkmiş üzümlüklərdə xüsusilə böyük əhəmiyyəti vardır. Bu tədbiri 

vaxtında  düzgün  tətbiq  etməklə,  bir  vegetasiya  dövründə  zərər  çəkən  üzümlük 

sahəsində məhsuldarlığı tam olmasa da bərpa etmək mümkün olur. 

 Üzüm bitkisindən yüksək məhsul alınmasında bu aqrotexniki tədbirin böyük 

əhəmiyyətini nəzərə alaraq F.B.Bəşirov yazırdı: ―üzüm bitkisinin yerüstü hissəsi 




286

 

 



tam  məhv  olduğu  və  onun  qaraboğaz‖  üsulu  ilə  kəsildiyi  ildə  bu  tənəklərin  bic 

zoğlarından həmin ildə məhsul almaq mümkündür. 

 Cari ildə əsas zoğlardan məhsul almaq mümkün olmadıqda onların ucu erkən 

qoparılmalıdır  ki,  kolun  ümumi  gücü  bərpa  olunsun.  Bu  halda  əmələ  gələn 

zoğlardan gələcək il üçün bar barmaqları kimi istifadə etdikdə məhsuldarlıq artır. 

Bu  əməliyyat  cavan  zoğlar  10-15  sm  uzunluğa  çatdıqda  boy  konusunun  tam 

inkişaf  etməmiş  yarpaqlarla  birlikdə  qoparılması  ilə  həyata  keçirilir.  Bu 

əməliyyatın  tətbiqində  əsas  məqsəd  zoğların  boy  atmasına  sərf  olunan  üzvi 

maddələri  bir  başa  yarpaq  qoltuğunda  əmələ  gələcək  bic  zoğların  inkişafı  üçün 

yönəltməkdir. 

 Qeyd  olunan  əməliyyatı  həyata  keçirmək  üçün  ən  yaxşı  vaxt  təxminən 

çiçəkləmə  fazasından  15-25  gün  əvvəl  hesab  olunur.  Bu  dövrdə  uc  qoparmanın 

həyata  keçirilməsi  ilə  bütün  sortlardan  əmələ  gələn  bic  zoğlardan,  xüsusilə  tez 

yetişən  sortlardan  məhsul  almaq  mümkündür.  Respublikamızın  bir  sıra 

üzümçülük  rayonlarında  o  cümlədən  Gəncədə  Bayanşirə,  Ağ  şanı,  İzabella, 

Tavkveri,  Şal  üzümü  və  s.  sortların  ikinci  məhsul  tam  yetişir.  Istiqamətli 

becərməklə İzabella sortunda hətta üçüncü məhsulu da yetişdirmək mümkündür. 

 Bununla belə göstərmək lazımdır ki, yaşıl zoğların ucunun erkən qoparılması 

nəticəsində  əmələ  gələn  bic  zoğların  hamsı  barlı  olmur.  Bu  halda  barsız  biz 

zoğları ümumi qayda üzrə qoparıb atmaq lazımdır. Bic zoğlardan məhsul almaq 

üçün üzümlükdə qulluq işlərini yaxşılaşdırmaq tələb olunur.  

 

Tinglikdə istifadə edilən yaĢıl əməliyyat 

Üzümçülük  üzrə  mövcud  ədəbiyyatda  üzüm  tingliyində  yaşıl  əməliyyatın 

aparılması  məsələsinə  toxunulmur.  1981-ci  ildə  dərc  etdirdiyimiz  ―Üzümlükdə 

tətbiq  edilən  yaşıl  əməliyyat‖  adlı  dərs  vəsaitində  ilk  dəfə  olaraq  bu  məsələdən 

bəhs edilmişdir. 

1960-cı  ildə  ―Azərnəşr‖  tərəfindən  buraxılmış  ―Azərbaycan  SSR-  də  üzüm 

becərilməsinə dair aqronomiya qaydaları‖ nda yaşıl əməliyyat adında aqrotədbir 

ting becərilməsinə aid  tədbirlər sisteminə daxil edilməmişdir. Deməli,  təsərrüfat 

miqyasnda da bu iş növü olmamışdır. 

Prof.  A.Q.Mişurenkonun  1964-cü  ildə  Mokvann  ―Kolos‖  nəşriyyatı 

tərəfindən  çap  olunmuş  ―  Виноградный  питомник‖  (342  səh)  kitabında  da  bu 

məsələdən bəhs olunmamışdır. Onu qeyd edək ki, SSRİ dönəmində o dövrdə və 

ondan  sonrakı  vaxtlarda  da  üzüm  tingliyindən  bəhs  edən  yeganə  samballı  kitab 

idi. 


Tinglikdən  ting  çıxımını  və  keyfiyyətini  artıran  üsullardan  biri  də  yaşıl 

əməliyyatın aparlmasıdır.  

Tinglik bəhsi üzümçülüyün mürəkkəb və vacib məsələlərindən biridir. Bizim 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə