Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə134/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   207

287

 

 



respublika  şəraitində  tinglikdə  bitkilərə  verilən  qida  sahəsi  bu  günə  kimi 

dəqiqləşdirilmədiyi kimi tinglikdə aparılan yaşıl əməliyyat da yada düşməmişdir. 

Ilk  vaxtlar  tinglikdə  tingin  əlavə  və  bic  zoğlarını  qoparırdıq  (keçən  əsrin  70-ci 

illərində).  

2003-cü  ildən  etibarən  respublika  üzümlüklərinə  calaq  ting  satan  Fransanın 

məşhur  ―Kontard  Freres‖  firmasnın  sahibkarı  Terri  adlı  biznes-mütəxəssis 

Gəncədə  olarkən  tinglikdə  tingdəki  yaşıl  zoğun  ucunun  da  qoparılmasını 

məsləhət gördü. Bu əməliyyat nəticəsində ting çıxımı və keyfiyyəti əvvəlki illərə 

nisbətən artdı. 

 Ancaq  2007-ci  ildə  Fransada  həmin  sahibkarın  tinglik  təsərrüfatında  ting 

becərilməsinin  mütərəqqi,  o  cümlədən  bizə  məlum  olmayan  üsulları  ilə  tanış 

olduq. Görəndə ki, calaq tinglikdən standart ting çıxımı 90-95%-dir, heyrətimizi 

gizlədə  bilmədik.  O  vaxta  qədər,  elə  indi  də  keçmiş  SRİ  məkanında  calaq 

tinglikdən 30-35% standart ting çıxımı yaxşı hal hesab edilir. 

Fransa və İtaliyada tinglikdə yaşıl əməliyyatı avtomatik olaraq maşın aparır. 

Bizim apardığımız yaşıl əməliyyat növlərinin hamısını maşın birləşdirib birlikdə 

yerinə  yetirir. Ancaq maşın bu əməliyyatı mövsüm ərzində bir neçə dəfə yerinə 

yetirir. Nəticədə hər bir ting kiçik kola çevrilir. ən əsası budur ki, kolun budaqlar 

bir zoğdan ayrılır və həmin zoğ güclü inkişaflı- enerji olur. Üzümlük salınanda və 

salınmazdan öncə kolun budaqcıqları kəsilir, yalnız bir ədəd güclü zoğ qalır. Belə 

tinglərdən salınan üzümlükdə bitiş faizi yüksək olur. 

Söz yox ki, həmin texnologiyaya istinadən ting becərilməsində mütərəqqiliyə 

nail olmaq mümkündür. Istər öz kökü, istərsə də calaqla salınmş tinglikdə tingin 

keyfiyyət  və  kəmiyyətini  artırmağa  yönəldilən  bir  sıra  tədbirlər  içərisində  yaşıl 

əməliyyat  özünə  məxsus  yer  tutur.  Əgər  ting  becərilməsində  bütün  texnoloji 

prosesə  əməl  olunmuşsa,  yaşıl  əməliyyat  aparılmayıbsa  yüksək  keyfiyyətli  ting 

istehsalından söhbət gedə bilməz.  

 

Intensiv üzümlükdə tətbiq edilən yaĢıl əməliyyat 

 Adi və intensiv üzümlüklərdə, eləcə də fillokseraya davamlı anaclıqda tətbiq 

edilən  yaşıl  əməliyyatın  özünəməxsus  xüsusiyyətləri  vardır.  Adi  üzümlükdə  və 

fillokseraya davamlı  anaclıqda tətbiq  edilən  yaşıl əməliyyat  əvvəlki mövzularda 

izah edilmişdir. Burada intensiv üzümlükdə tətbiq edilən yaşıl əməliyyatdan bəhs 

ediləcəkdir.  

 Əvvəlcə  intensiv  üzümlüyü  adi  üzümlükdən  fərqləndirən  cəhətləri  öyrənək. 

Intensiv  üzümlükdə  əlavə  xərc  çəkməklə  sahə  vahidindən  alınan  məhsulun 

keyfiyyət  və  kəmiyyətinin  artırılması  və  məhsulun  maya  dəyərinin  aşağı 

salınması  qarşıya  məqsəd  qoyulur.  Geniş  mənada  isə  intensiv  üzümlükdə  əl 

əməyinin azaldılması məqsədilə mütərəqqi aqrotexnika və səmərəli şpaler sistemi 




288

 

 



tətbiq  edilməli,  əsas  işlərin  mexanikləşdirilməsi  və  kimyalaşmaya  geniş  yer 

verilməlidir.  Intensiv  üzümlüklər  adi  üzümlüklər  adi  üzümlüyə  nisbətən  tez 

formalaşdırılmalı və məhsula tez düşməlidir. Burada əl əməyi də azaldılmalıdır. 

 Tənəklərin  intensiv  şəkildə  formaya  və  məhsula  salınmasına  üzümlüyün 

ikinci  ildən  başlanır.  Yaşıl  zoğların  ucunun  müxtəlif  məqsədlərlə  vurulması 

yuxarıda izah edilmişdir. Onlardan biri tənəyin  formaya və məhsula salınmasını 

tezləşdirmək  məqsədilə  aparılan  ucqoparmadır.  Əgər  ştamb  tənəyin  sahəyə 

əkildiyi  ili  alınıbsa,  onda  bar  manqalarının  alınması  tezləşdirilir.  Əgər  ştamb 

ikinci  ili alınıbsa, onda qolların  yaradılması tezləşdirilir. Orqanların  alınmasının 

tezləşdirilməsi əsas zoğların ucunun erkən qoparılıb bic zoğların inkişafına şərait 

yaradılmasından ibarətdir. 

 Ştamb birinci  ili  yaradıldıqda ikinci  ildə onun üçün saxlanan zoğ torpaqdan 

1,2-1,3  m  hündürlükdə  kəsilir  və  iki  gözcük  saxlanır.  Həmin  ili  saxlanmış  iki 

gözcükdən  iki  zoğ  çıxır  və  bu  zoğlar  gələcək  çoxillik  qolların  uzunluğu  qədər 

böyüdükdə onların ucu qoparılıb və yarpaq qoltuğundakı biclərin inkişafına şəait 

yaradılır.  Bic  zoğların  hamsı  8-10  sm  böyüdükdən  sonra  hər  35-40  sm-dən  bir 

gələcək bar manqası üçün saxlanır, qalanları qoparılıb. 

 Ştamb  ikinci  ilə  yaradıldıqda  birinci  ilin  sonunda  və  yaxud  ikinci  ilin 

əvvəlində birillik tənək iki gözcüyə kəsilir və yazda onlardan iki zoğ əmələ gəlir. 

Bu  zoğlar  böyüyüb  ştamb  hündürlüyünə  çatdıqda  onların  ucu  həmin  səviyyədə 

qoparılır. Bir neçə gün sonra ştamb üçün saxlanmış zoğun bütün uzunu boyu bic 

zoğları  əmələ  gəlir.  Bu  zoğlardan  yalnız  yuxarıda  ikisi  (çoxillik  qolların 

səviyyəsində) saxlanır və onların böyüməsinə imkan verir. 

 Böyüyən  iki  ədəd  bic  zoğu  hərəsi  bir  istiqamətdə  şpalerdəki  iki  paralel 

məftilin birinə bağlanır. Bu halda tənəyin gücündən asılı olaraq ikinci dərəcəli bic 

zoğu əsas zoğdan və birinci dərəcəli bic zoğdan çox məhsul verir. Ikinci dərəcəli 

bic zoğlardan istifadə etməklə üçüncü ildə tənəyin formalaşmasını başa çatdırmaq 

mümkündür.  Deməli,  belə  nəticə  çıxarmaq  olur  ki,  sürətləndirici  üsullar  tətbiq 

etməklə üzüm bitkisinin üçüncü və yaxud dördüncü ili tam məhsula salmaq olar. 

 Intensiv  üzümlükdə  xüsusi  şpaler  sistemi  və  becərmə  texnologiyası  tətbiq 

etməklə  yaşıl  əməliyyata  daxil  olan  iş  növlərinin  bir  qismini  ixtisara  salmaq 

mümkündür.  




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə