Prof. ġərifov Famil Həsən


Üzüm bitkisinin dayağa qaldırılması



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə135/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   207

289

 

 



Üzüm bitkisinin dayağa qaldırılması 

 

Təbiəti  etibarilə  sarmaşan  bitkidir.  Yabanı  halda  sürünən  bitkilər  sırasına 



mənsub olduğundan rast gəldiyi ağac və yaxud dayaqlara dırmaşır.  

Mədəni üzüm süni dayaqlarda- digər cinc ağaclarda, payada, şpalerdə, tərəcə 

və  çardaqda  becərilir.  Bu  kimi  dayaqlarda  üzüm  bitkisi  öz  orqanlarını  fəzada 

bərabər  yerləşdirə  bilir,  onun  yarpaqları  günəş  şüasından  maksimum  dərəcədə 

istifadə edir və yaxşı havalanır. Dayaqsız üzüm koluna sərbəstlik verilsə tezliklə 

böyük ərazini örtə bilər və beləliklə də ən zərərli alaq otuna çevrilə bilər. Mildiu 

xəstəliyi  peyda  olduqdan  sonda  bu  vəziyyətdə  üzüm  bitkisi  salxımını  çox  az 

hallarda  saxlaya  bilər,  hətta  xəstəliyin  təsirindən  onun  zoğları  da  böyüməkdən 

qala bilər.  

Üzümlükdə dayaq qurulmasının məqsədi aşağıdakılardan ibarətdir:  

1.Kollara  düzgün  forma  verilməsi  və  onun  orqanlarının  havadan,  işıqdan  və 

istilikdən  istifadə  etmələrini  təmin  etməkdən  ibarətdir.  Bundan  başqa  dayağa 

qaldırılmış  kollar  məhsula  tez  düşür  və  dayağa  qaldırılmamış  tənəklərlə 

müqayisədə çox məhsul verir. 

2

 

Dayağın  qurulması  üzümlükdə  aqrotexniki  tədbirlərin  aparılmasını 



asanlaşdırır və işlərin mexaniklədirilməsi səviyyəsini xeyli artırmağa imkan verir. 

3.

 



Dayaq zoğları mexaniki zədələnmədən və qırılmadan qoruyur.  

4.Tənəyin orqanlarının bir müstəvidə yerləşməsini təmin edir. Bundan başqa 

dayaq salxımların torpağa toxunaraq çirklənməsinin və çürüməsinin qarşısını alır.  

Dayaqlar  müvəqqəti  və  daimi  ola  bilər.  Hər  ikisi  kolun  düzgün 

formalaşmasını  tezləşdirir  və  ştambın  düz  alınmasını  təmin  edir.  Kollar 

üzümlükdə  torpağın  becərilməsinə  və  başqa  işlərin  görülməsinə  mane  olmur. 

Ştambda zədələnmələrin və iri yaraların olmaması bitkinin güclü böyüməsini və 

uzun ömürlülüyünü təmin edir. 

Ştamplı, ancaq dayaqsız kollarda dayaq müvəqqətidir.  

Birinci  ildən  etibarən  kolun  dibinə  sancılan  dayaq  onun  özünü 

möhkəmləndirib  sərbəst  olaraq  dik  durandan  sonra  dayaq  artıq  lazım  olmur.  C. 

Uinklerin  yazdığına  görə  dayağın  kola  gərəksizliyi  6-10  il  çəkir.  əlbəttə  bu 

məsələ  sortdan,  ştambın  hündürlüyündən  və  becərilmə  şəraitindən  asılıdır. 

Kordon formalarında uzun kəsmə və yüksək məhsul tələb edilən kollarda qurulan 

dayağın daimi olması tələb olunur. 

Üzüm  bitkisinin  qədimiliyini  və  onun  geniş  yayılması  onun  üçün  qurulan 

dayağın müxtəlifliyi təəssüf doğurmamalıdır. Ən əlverışli dayaq növlərini 4 qrupa 

bölmək olar: paya, şaquli şpaler, dimdikli şpaler və çardaq. Təcrübədə bunlardan 

hər  biri  tətbiq  edildikdə  yaz  şaxtaları,  məhsulun  yığılma  üsulu  və  materialın 

olması  nəzərə  alınmalıdır.  Göstərilən  becərmə  sistemləri  təsərrüfat  şəraitində 




290

 

 



lazımınca  yoxlanmışdır.  Bunlar  demək  olar  ki,  bütün  sortlar  və  regionlar  üçün 

əlverişli  hesab  edilir.  Dayağın  qurulması,  ştambın,  qolların  və  zoğların  ona 

bağlanması üsulları bilavasıtə kolun forması ilə bağlı olub onun becərilmə sistemi 

adlanır. 

 Üzümlükdə tətbiq olunan və yuxarıda göstərilən 4 növ dayaqdan başqa digər 

növ  dayaqlar:  binaların  divarlarının  yanı  (divaryanı  üzümçülük),  çəpər,  alleya, 

çardaq, qalareya və başqaları həm də az qiymətli sortlar üçündür. 

Kolların şpaler sistemində becərilməsi dirək və məftildən düzəldilmiş şaquli, 

üfüqi və maili müstəvili şpaler növlərindən ibarətdir. 

Üzüm  bitkisinin  şpalerin  bütün  növlərində  becərilməsi  digər  dayaq 

növlərindən  bir  çox  üstünlükləri  vardır.  Şpaler  sistemində  güclü  formalar 

yaradılması, buna müvafiq olaraq yüksək məhsul alınması mümkün olur. Bundan 

başqa,  orqanların  fəzada  çox  və  düzgün  yerləşdirilməsi,  onların  hava  və  günəş 

şüasından  istifadəsi  yaxşılaşır.  Salxım  və  zoğlar  çox  istilik  alır.Yuxarıda 

göstərildiyi kimi şpalerin şaquli, üfüqi (T və П şəkilli), iki müstəvili, maili, asılan 

və kombinələşmiş növləri mövcuddur. 

Şaquli şpaler. Cərgə uzunu basdırılmış bərk materialdan olan dirək və onlara 

bağlanmış  məftildən  ibarətdir.  Şpalerdə  orta  dirəklər  arası  məsafə  köhnə 

qaydalara  görə  8-10  metr,  şpalerdə  məftil  cərgələrinin  miqdarı  3-5  ədəd 

götürülür.Azərbaycan  Respublikasının  üzümlüklərində  bir  qayda  olaraq  bu 

məsafə  10  metr  şpalerdə  məftil  cərgələrinin  miqdarı  3  ədəd  ,  çox  az  hallarda  4 

ədəd götürülmüşdür. Bu səbəbdən də suvarılan münbit torpaqlarda güclü böyümə 

xüsusiyyətinə malik kollarda sulu zoşların əmələ gəıməsinə şərait yaranırdı.Bizim 

üzümlüklərimizdə bu vəziyyət indi də təkrar olunmaqdadır.Ədalət naminə demək 

lazımdır  ki,  üzümçülük  üzrə  mövcud  sanballı  mənbələrdə  orta  dirəklər  arası 

məsafə düzən yerlərdə 5 metr,yamaclarda 3-4 metr göstərilir. 

Müasir üzümlüklərdə artıq bu məsələnin mahiyyəti başa düşüldüyünə görə bir 

çox üzümlüklərdə orta dirəklər arası məsafə 5 metr götürülür. 

Azərbaycan  Respublikası  şəraitində  şaquli  şpaler  ən  rasional  və  iqtisadi 

cəhətdən  sərfəli  sistem  hesab  edilir.  Bu  səbəbdəndir  ki,  şaquli  şpaler  hər  yerdə 

geniş  miqyasda  yayılmışdır.Bu şpaler üçün dayaq məqsədi  ilə ağac,dəmir beton 

və dəmir dirəklərdən istifadə edilir. Avstriya üzümçüsü Lents Mozer həmişə ağac 

dirəklərə  üstünlük  vermişdir.Onun  fikrincə  bərk  oduncağa  malik  ağac 

cinslərindən palıd, ağ akasiya, tut, qlediça və s. daha münasib hesab edilir.Onun 

yazdıçına  görə  ağac  dirəklər  bazilit  məhlulunda  (ftor,  xlor,arsen  duzlarının  və 

başqa  birləşmələrin  qarışığı)  müəyyən  müddət  saxlandıqda  onların  çürümə 

ehtimalı  azalır.Bundan  başqa  o  qeyd  edir  ki,  traktor  və  aqreqatlar  üzümlükdə 

işləyərkən  beton  və  yaxud  dəmir  beton  dirəyə  dəydikdə  onu  qırır,  ağac  dirəyə 

dəydikdə isə əyir.Qırıq dirəyi bərpa etmək olmur, əyilmiş ağac dirəyi düzəltmək 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə