Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə136/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   207

291

 

 



mümkündür.Ağac  dirəklərin  daşınması  asan,  beton  dirəklərin  daşınması 

çətindir.Dəmir beton dirəklərdən istifadə etdikdə L.Mozerin yazdığına görə ağac 

dirəkləri torpaqda qalan hissəsı qırlanmalı və tol ilə sarınmalıdır. 

L.  Mozerin  kitabında  İtaliyada  üzümlükdə  dirəklərin  yerində  canlı  tut 

ağaclarının  əkilməsi  göstərilir.  Hətta  sonralar  bu  ağacların  ərik  ağacı  ilə  əvəz 

olunması  məsələsi  gündəmə  gətirilir.  Ancaq  məlum  olur  ki,  ərik  ağaclarında 

çoxlu miqdarda may böcəkləri toplaşır və onlar üzüm bitkisinə xeyli ziyan vurur. 

Ümumiyyətlə  harada  kim  tərəfindən  tətbiq  olunmasına  baxmataraq 

üzümlükdə dayaq məqsədilə digər cinc canlı ağaclardan istifadə edilməsinin heç 

bir  elmi  və  praktiki  əhəmiyyəti  yoxdur.üzümlükdə  nəinki  digər  cins  ağacların 

kölgəsi,  üzüm  bitkisinin  özünün  artıq,  lüzumsuz  sıxlığı  və  kölgəsinə  qarşı  da 

mübarizə  aparılır.  Bu  baxımdan  müasir  üzümlüklərdə  dayaq  məqsədi  ilə  başqa 

cins ağaclardan istifadə edilməsinə cəhd də göstərikmir. 

 

Müxtəlif  üsullarla  ağac  dirəklərin  işlənməsinin  onların  torpaqda  qalma 



müddətinə təsiri: 

 

 



Dirəklərin konservləĢdirilməsi 

üsulları 

10 ildən sonra ağacın xarab 

olma faizi 

 

Konservləşdirməmiş 

88 

Ağacın ucunun ütülməsi 



87 

Ağacın ucunun qətranla işlənməsi 

67 

Bitumla işlənmə 



68 

Mis kuporosu ilə işlənmə 

8.2 

Süleymani zəhəri ilə işlənmə 



4.8 

Kreozofla işlənmə 

0.1 

 

Qeyd:  Məlumat  P.Q.Bolqarevin  Binoqradarstvo  (1960)  kitabından 



götürülmüşdür. 

Ağac  dirəklərin  torpaqda  qalan  hissəsinin  mis  kuporosu  ilə  işlənməsi  üçün 

dəmir  beton  hovuzda  5-6%  li  məhlul  hazırlanır  və  5-7gün  orada  saxlanır.Bir  il 

ərzində  yaxşı  qurudulmuş  dirəklər  mis  kuporosu  məhlulunda  20-30  gün 

saxlanmalıdır. 

Cədvəldən göründüyü kımı ən yaxşı konservasiya vasitəsi kreozot, süleymani 

və  mis  kuporosudur.  Dirəklərin  aşağı  hissəsinin  ocaqda  ütülməsi,  qətranla, 

qudron və yaxud bitumla (qır) işlənməsi onların davamlılığını 20% artırır. 

Ağac dirəklərin davamlılığını artırmaq məqsədi ilə bəzi təsərrüfatlarda onların 



292

 

 



torpaqda  qalan  hissəsinə  85-90  sm  uzunluğunda  dəmir  parçası  məftillə  iki 

yerindən bağlanır. 

Şaquli  şpalerdə  məftil  cərgələrinin  miqdarı,  onların  quruluşu,  bir-birindən 

müəyyən məsafədə  yerləşməsi birinci və axırıncı məftillərin torpaqdan məsafəsi 

bir çox şərtlərdən asılı olaraq çox fərqlidir. 

Birinci  məftilin  torpaqdan  məsafəsi  bir  çox  hallarda  ştambın  hündürlüyü 

deməkdir. 

Ancaq L.Mozerin ən populyar variantında ştambın hündürlüyünü ikinci məftil 

cərgəsi  müəyyən  edir.  Birinci  məftil  bir  növ  ştamba  dayaq  olur.Mozerin  tətbiq 

etdiyi  şaquli  şpalerin  bu  variantında  tənəyin  bar  barmaqları  ikinci  mərtəbədə 

(paralel) yerləºdirilir. 

Almaniyada ağac dirəklərə aşağıdakı göstəricilərinə görə üstühlük verilir: 

1)

 

çəkisinin az olması, 



2)

 

yüksək davamlılığı və torpaqda yaxşı oturması, 



3)

 

şpalerin qurulmasında işlərin asan olması, 



4)

 

münasib qiymətdə olması. 



Meşədə  bataqlıqda  bitən,  tez  böyüyən,  xəstəlik  və  həşəratlar  tərəfindən 

zədələnmiş,  müəyyən  səbəbdən  qurumuş  ağaclar  üzümlük  dirəyi  üçün  yararsız 

hesab  olunur.Yaxşı  qabığı  olmayan  və  yaxud  qabığını  itirmiş,  az  vaxt  ərzində 

qurudulmuş, pis havalanan yerdə saxlanan ağaclar da keyfiyyətsiz hesab olunur. 

Üzümlükdə  dirək  məqsədi  ilə  tədarük  edilən  ağaclar  dərman  preparatları  ilə 

yaxşı hopdurulmalıdır. 

Ağ  akasiya  və  şabalıd  cinslərinin  oduncağı  möhkəmdir.Onlar  1-2  il 

müddətində  açıq  havada  saxlandıqda  və  dərman  preparatlarında  saxlamadan  da 

möhkəmliyini  artırır.Uzun  illərin  müşahidələri  ilə  müəyyən  olunmuşdur  ki, 

möhkəm  oduncağa  malik  bu  cins  ağacların  dirəkləri  müəyyən  vaxt  keşdikdən 

sonra  öz-özünə  deformasiya  edir  və  əyilməyə  başlayır.Bundan  başqa  oduncağı 

bərk olduğundan onlara mismar vurmaq olmur. 

Almaniyada  şam  və  küknar  ağaclarından  daha  geniş  miqyasda  istifadə 

olunur.Ancaq  torpaqla  havanın  sərhəddində  bu  dirəklərdə  çürümə  baş 

verir.Çürümənin  qarşısını  almaq  üçün  qəbul  edilmiş  texnologiya  üzrə 

funqisidlərlə onlar işlənməlidir. 

Dirəklərin  torpaqda  qalan  hissəsinin  işlənməsinin  müxtəlif  üsulları 

vardır.Bunlardan ən qədimi dirəyin torpaqda qalan hissəsinin ocaqda ütülməsi və 

kifayət  qədər  qurumamış  dirəklərin  5%-li  mis  kuporosu  məhlulunda  müəyyən 

müddət saxlanmasıdır. 

Dirəklərin  aşağı  hissəsi  daş  kömürün  qətran  yağı  ilə  işlənməsi  üsulu  da 

vardır.Daş kömür qətranından yağın dirəyə yaxşı hopması üçün 80 c temperaturu 

olan mühitdə saxlanmalıdır. 



293

 

 



Ağac  dirəklərin  süleymani  zəhəri  ilə  işlənməsi  də  tətbiq  edilmişdir.Bu  üsul 

150  il  öncə  ingilis  səmərələşdiricisi  Y.H.Kiana  tərəfindən  təklif 

olunmuşdur.Ancaq bu zəhər çox güclüdür.Son dərəcə ehtiyatlılıq tələb edir 

Dəmir  dirəklər.  Avstriyada  dəmir  dirəklər  istehsalı  sənayesi  1963-cü  ildə 

bazara çıxardığı dəmir dirəklərin üzü lakla örtülmüşdür, ancaq bir vaxtdan sonra 

lak çatlamış və itirmişdir. Bu vəziyyətdən çıxış yolunu dəmir dirəyin üzünə sink 

təbəqəsi  çəkilməsində  görmüşlər  (1m  səthə  300  qram  hesabı  ilə).  Dirəklər 

sinkləndikdən sonra onların ömrü 20-25 ilə çatır. 

Beton  dirəklər  son  80-100  ildir  ki  istifadə  olunur.  Beton  dirəklərin  sementi 

keyfiyyətsiz  olduqda  və  səthi  hamar  olmadıqda  xırda  çökəkliklərə  və  deşiklərə 

qışda dolan su donur və betonu çatladır. İçərisində armatur olmayan çat dirəklər 

tezliklə  sıradan  çıxır.  Ancaq  armaturlu  dəmir-beton  dirəklər  çat  olmadıqda  belə 

müəyyən müddət öz yararlığını saxlaya bilir. 

Plasmas  dirəklər  30-35  il  öncə  Qərbi  Avropa  ölkələrində  əlverişsiz  iqlim 

şəraitinə  tab  gətirə  bilən  polixlorvinildən  hazırlanan  dirəklərdir.  Belə  dirəklər 

müxtəlif  şirkətlər  tərəfindən  hazırlanır.Yofa  markalı  dirəyin  diametri  6  sm, 

divarının qalınlığı 5 mm-dir. ―Baxus‖ markalı dirəyin diametri 6,2 sm, divarının 

qalınlığı 4 mm-dir. 

 ―Vaynban-plastik‖ 

firmasının  buraxdığı  plasmas  dirəyin  müəyyən 

məsafəsində  məftil  üçün  qarşı-  qarşıya  standart  deşiklər  olur  və  ora  plasmas 

qarmaq taxılır.Qarmaq daimi həmin deşikdə oturur və şpalerin məftilləri oradan 

keçir. 


Üzümlükdə aşağdakı adlarda məftillər işlənir: 

Sinkli  məftillərin  materialı  əsasən  dəmirdir.Ancaq  onların  üzü  sink  təbəqəsi 

ilə  örtülüdür.Belə  məftilin  ömrü  on  illərlədir.Müəyyən  vaxtdan  sonra  (20-25  il) 

məftilin səthində oksidləşmə gedir və kələ- kötürlük əmələ gəlir ki, bu da çubuqla 

sürtünmədə  onu  zədələyir.  Məftildə  oksidləşmə  yaxınlıqdakı  sənaye 

müəssisələrinin  buraxdığı  lazımsız  qazların  təsirindən  baş  verir.  Mineral 

kübrələrin məhlulunun çilənməsindən də məftildə oksidləşmə gedir. 

Plasmas  örtüklü  dəmir  məftillər  son  40-50  ildir  buraxılır.  Bu  məftilin 

materialı  dəmirdir,  ancaq  üzəri  polixlorvinil  qlafı  ilə  örtülüdür.  Yaşıl  zoğların 

zədələnməsinin  qarşısının  alınmasında  bu  məftil  uğurlu  hesab  edilir.  Məftillə 

sürtünən yaşıl zoğların zədələnməsi hallarına çox rast gəlinir. 

Poliamid  məftillər  məftil  iltehsalının  son  nailiyyətidir.  Onun  aşağıdakı 

üstünlükləri vardır. Korroziyaya uğramır, səthi həmişə sığallı  olur, bu səbəbdən 

də məftillə sürtündükdə zoğ zədələnmir, hər hansı uzunluqda onun çəkisi az olur, 

böyük  məhsul  yükünü  üstündə  saxladıqda,  eləcə  də  istidən  genişlənmir  və 

boşalmır, onunla işləmək asan və sərfəlidir. 

1981-ci  ilin  məlumatına  görə  1966-cı  ildən  istehsalata  buraxılan  məftilin 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə