Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə137/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   207

294

 

 



yoxlanılması hələ davam etdirilməlidir. Bu məftilin aşağıdakı nöqsanlar vardır: 

- qiyməti bir qədər bahadır; 

- tənək kəsiləndə tez-tez zədələnir

-  dirək,  qarmaq  və  başqa  predmetlərlə  görüşən  yeri  plasmasla  örtülü 

olmalıdır;  3  mm-dən  az  diametrli  belə  məftil  yararlı  hesab  edilmir.  Müəyyən 

qədər genişləndiyinə görə küləkli vaxtlarda zoğ üçün etibarlı dayaq olmur. 

Almaniyada  və  Fransada  ―Sinafil-Seylon‖,  ―Qerkules‖,  ―Bakker-plastik‖ 

firmaları plastik dirək və məftil istehsal edirlər. 

Burada  5  məftildən  3  mərtəbə  təşkil  edilir.  Qeyd  etdiyimiz  kimi  1-ci  məftil 

dayaq,  2-ci  mərtəbə  bar  barmaqlarını  yerləşdirilməsinə,  3-cü  mərtəbə  isə  yaşıl 

zogların  yerləşdirilməsinə  xidmət  edir.  Şaquli  şpalerin  bu  variantında  tənəyin 

gücü və məhsuldarlığı nəzərə alınmayıb. Məlumdur ki, şpalerin bir mərtəbəsində 

ikidən  artıq  bar  barmağı  yerləşdirmək  olmur.  Kol  güclü  olsa,  onda  3-4  və  daha 

çox  bar  barmağı  saxlamaq  lazım  gəldikdə  necə?  Bu  halda  gərək  bar 

barmaqlarının  bir  neçəsi  şpalerin  axırıncı  mərtəbəsində  yerləşdirilsin.  Bunun  da 

son nəticəsi olaraq yaşıl zoğların bağlanmasına yer qalmır . 

Mozer  sistemində  yaşıl  zoğlar  3-cü  mərtəbəni  keçəndən  sonra  yuxarıda 

bağlanmağa  və  vaxud  ilişməyə  yer  olmadığından  onlar  geriyə-  torpağa  doğru 

meyillənir.Yaşıl  zoğlar  torpağa  doğru  meyillənəndə  2-ci  mərtəbəni  keçib  gəlir. 

Həm 2-ci mərtəbədəki yaşıl kütlə, həm də geri qayıdan zoğların kütləsi bir-birinə 

qarışır. Təsəvvür etmək olar ki nə dərəcədə sıxlıq yaranır. 

Yəqinliklə qeyd edərdik ki Respublikamızın əksər üzümçülük rayonlarında bu 

sistem yalnız mənfi nəticə verə bilər. 

Uzun  illər  ərzində  apardığımız  tədqiqatlarda  şaquli  şpalerin  üç  oryinal 

modifikasiyasını  tətbiq  etmişik:1.Dörd  qollu,  dörd  mərtəbəli  iki  tərəfli  üfüqi 

kordon formasının 7 məftilli, 6 mərtəbəli şaquli şpalerdə yerləşdirilməsi. 

2.  Çox  güclü  formalı  kolların  8  məftilli,  7  mərtəbəli  şaquli  şpalerdə 

yerləşdirilməsi.  3.  Orta  güclü  kolların  2  məftilli,  1  mərtəbəli  şaquli  şpalerdə 

yerləşdirilməsi. Bu modifikasiyalar şaquli şpalerin təkrarsız variantlarıdır.  

C.Süleymanov  və  R.Məmmədovun  üzümçülük  kitabında  (1982)  şpalerdə 

axırıncı  məftilin  torpaqdan  səviyyəsinin  1,8  m-dən  çox  olmaması  göstərilir. 

Ümumən  bu  göstərici  ilə  razılaşmaq  mümkündür.  Ancaq  çox  cüclü  kollar  üçün 

qurulan  şpalrdə  axırıncı  məftil  2-2,2  metr  götürülə  bilər.  Burada  söhbət  güclü 

kollar üçün geniş fəzadan gedir. 

Şpaler qurmaq üçün əvvəlcə baş və orta dirəklərin yeri nişanlanır. Baş dirək 

cərgədəki  axırıncı  tənəkdən  bitki  arası  məsafənin  yarısı  qədər  yola  doğru,  orta 

dirəklər  cərgə  uzunu  bir-birindən  5m  məsafədə  basdırılır.  Dirəklərin  yerin 

(yuvalar) əsas mexaniki qüvvə ilə, kiçik üzümlüklərdə əl ilə də qazıla bilər. Bir 

qayda olaraq baş dirəklər 70-80 sm, orta dirəklər 60-65 sm dərinlikdə basdırılır. 



295

 

 



Dirəklər basdırılarkən cərgədə onların bir xətt üzrə olması vacibdir. 

Baş  dirəklərin  möhkəmliyi  iki  üsulla  təmin  edilir:  1.  İri  daşlardan  lövbər 

düzəldilməsi. Bu halda dirək maili basdırılır. Lövbər daşı da 80 sm dərinliyində 

basdırılır,  daşa  dörd  tərəfindən  məftil  dolanır  və  həmin  məftilin  özündən  ilgək 

düzəldilir,  ilgək  torpağın  səthinə  çıxarılır.  Baş  dirəklə  lövbər  daşının  ilgəyi  bir-

biri  ilə  lövbər  məftili  ilə  bağlanır.  Lövbər  məftili,  baş  dirək  və  torpaq  səthi 

düzbucaqlı  üçbucaq  verməlidir.  Torpaq  səthi  və  lövbər  katetləri,  baş  dirək  isə 

hipotenuzudur. 

Şpalerin  birinci  məftili,  lövbər  və  lövbər  daşına  sarınan  məftilin  diametri  6 

mm sinkli məftildən, şpalerin məftili isə 2,2-3 mm götürülə bilər. Lövbər və daş 

üçün  diametri  6  mm  olan  məftil  olmadıqda  2,2-3,0  mm-lik  məftildən  ikiqat 

götürülməlidir. Dirəyin dibi və lövbər daşının üstü yaxşıca bərkidilməlidir. 

2.  Baş  dirək  düz  basdırılır,  ona  dayaq  məqsədi  ilə  həmin  diametr  və  ölçüdə 

baş dirək uzunluğunda və  yaxud ondan bir qədər gödək dirəkdən istifadə edilir. 

Bütün cərgələrdə dayaq dirəklər baş dirəyin müəyyən məsafəsində, ancaq bərabər 

səviyyədə  basdırılır.  Dayaq  dirəyin  torpaqda  qalan  hissəsinin  cərgənin  içərisinə 

doğru hissəsində hər hansı dəmir parçası və yaxud armatur basdırılır ki, məftillər 

dartıldıqda dirək yerindən tərpənməsin.  

 Dayaq dirəklər baş dirəyə bir qayda olaraq məftillə bağlanır. Ancaq 2004-cü 

ildə  Gəncə  Şərab-2  ASC-də  baş  dirək  sifariş  etdikdə  onun  dayaq  dirəyə 

söykəndiyi  (birləşdiyi)  yerində xırda çökəkliyin  olmasısını tələb etmişdi. Dayaq 

dirək baş dirəyin həmin çökək yerində oturur və məftillə bağlanmır. 

Deməli  sifarişin  olub  olmamasından  asılı  olmayaraq  dirək  istehsal  edən  sex 

bu məqamı nəzərə almalıdır. Bu məsələnin də təşəbbüskarı olduğumuza görə hər 

yerdə  bu  qaydanın  gündəmdə  olmasına  nəzər  yetiririk.  Yaxşı  olar  ki  böyük 

üzümçülük təsərrüfatları beton dirəkləri özü istehsal etsin.  

Orta dirəklərə məftillər kiçik diametrli yandırılmış məftillə bağlanır. Bu işdə 

sinkli məftildən istifadə edilməsi düzgün deyildir və yaxud orta dirəklərdə onların 

istehsalı  zamanı  məftildən  bir-birindən  müəyyən  məsafəli  ilgəklər  düzəldilir, 

şpalerin məftilləri həmin ilgəklərdən keçirilir.Orta dirəkdə ilgək düzəldilməsinin 

iqtisadi faydası böyükdür. Belə ki, həm əlavə məftil məsarifinə yol verilmir, həm 

də  qurşaq  adlandırılan  məftillər  yuxarı  və  aşağı  sürüşdükdə  onların 

düzəldilməsinə sərf edilən vaxta və zəhmətə qənaət olunur. 

Şpalerdə  məftil  cərgələrinin  miqdarı  və  onlar  arasındakı  məsafə  bir  çox 

şərtlərdən asılı olaraq müəyyən edilir. 

İndiyə  qədərki  təhlillərdən  görünür  ki,  şpalerdəki  məftillərin  miqdarı  və 

onların  bir-birindən  məsafəsi  hər  yerdə  və  bütün  sortlar  üçün  eyni  götürülə 

bilməz. 


İstər  mozer  sistemində,  istərsə  də  hazırki  şaquli  şpalerin  müxtəlif 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə