Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə139/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   207

298

 

 



Sovet  vaxtında  hər  bir  üzümçülük  təsərrüfatında  arx  boyu  burğu  üçün  söyüd 

əkinləri  olurdu.Müasir  üzümçülükdə  söyüd  əkinlərinə  o  qədər  də  üstünlük 

verilmir. 

Söyüd  burğu  materialı  payızda  və  ilk  yazda  hazırlanır  və  dərhal  da  dəstə 

halında  olan  bağlamalar  orta  nəmliyi  olan  xəndəklərdə  basdırılır  və  üstü  nəm 

torpaqla örtülür. Söyüd burğularını işləndikcə torpaqdan çıxartmaq lazımdır. 

Tənəyin  orqanları  bağlama  ilə  fəzada  yerləşdirilir.  Yuxarıda  qeyd  edildi  ki, 

kolun  gücündən  və  formasından  asaılı  olaraq  onun  orqanları  müxtəlif 

vəziyyətlərdə  əyilərək  bağlanır.  Dayağın  növündən  və  kolun  formasından  asılı 

olaraq  bəzən  bağlama  işi  aparılmır.  Son  vaxtlar  dünya  üzümçülüyündə  yeni 

bağlama  materialı  və  üsulu  meydana  gəlmişdir.  Plasmasdan  düzəldilən  xırda 

ilgəkləri  insan  əli  tənəyin  hər  hansı  orqanının  bağlanan  yerindən  şpalerin 

məftilinə  birləşdirir.  İlgəklərin  iriləri  ilə  çoxillik  hissələr,  xırdaları  ilə  birillik 

hissələr  bağlanır.  Bunlar  bir  mövsümdə tamamilə  sıradan  çıxmır,  ancaq  sonrakı 

ildə o elastikliyini itirir. 

Təqribən  keçən  əsrin  70-ci  illərində  oyuncaq  tapançasına  bənzər  bir  qurgu 

icad  edildi.  Həmin  qurğunun  içərisində  nazik  (diametri  0,4mm.)  və  yumşaq 

məftildən  olan  dəstə  olur.  Əlin  biri  ilə  tənəyin  bağlanan  hissəsi  məftilə 

yaxınlaşdırılır,  tapançanın  lüləsi  (lülə  qısa  olur)  həmin  yerə  tuşlanır  və  tətik 

çəkiləndə dəstədən bir ədəd məftil ayrılır və bağlama əməliyyatını aparır. 

Bu  bağlama  üsulu  və  vasitəsinin  böyük  gələcəyi  var.  Tapançadan  ayrılan 

məftil  şpalerin  məftilində  xırda  da  olsa  zədələr  əmələ  gətirirdi.  Gələcəkdə  bu 

çatışmamazlıq aradan qaldırıla bilər. 

Bağlamanın daha bir üsulu və vasitəsi yenə də plasmas materialla bağlıdır. Bu 

üsul  İtaliya  üzümlüklərində  tətbiq  edilir,Gürcüstan  üzümlüklərində  isə  Fransa 

üzümçülərinin  tətbiq  etdiyi  plasmas  boruları  müşahidə  etmişik.  Borunun 

uzunluğu 35-40 sm, aşağıdan 17-18 sm, yuxarıdan 10-12sm olmaqla kəsik konus 

şəkillidir.  Bu  boru  yeni  salınmış  üzümlükdə  tətbiq  edilir.  Əkilmiş  tingdən  yeni 

zoğ çıxdıqda və 15-20 sm-ə çatdıqda artıq zoğlar qoparılır və boru tingin üstünə 

qoyularaq zoğ onun içərisində qalır. Zoğ böyüyərək oradan çıxır. Bu boru payanı 

və  bağlama  əməliyyatını  ixtisara  salır.  Zoğun  35-40  sm-lık  hissəsi  borunun 

içərisində  qaldığından  bic  zoğları  zəif  böyüyür.  Bu  boruların  istismar  müddəti 

çoxdur. Onun materialı qalın divarlı və az elastikdir.  

Belə üzümlüyün birinci  ilində şpaler qurulursa zoğ böyüyərək borudan çıxır 

və şpalerin birinci məftilinə çatır. 

 

 



 

 



299

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şaquli şpalerin qurulmasına sərf olunan əsas materiallar (1 ha üçün) 

 

Materialların adı  



Cərgələr arası məsafə (metrlə) 

1,5 


2,0 

2,

25 



2,

Şpaler cərgələrinin miqdarı 



66 

50 


45 

40 


Baş dirəklərin miqdarı 

132 


100 

90 


80 

Orta dirəklərin miqdarı 

594 

450 


40

36



3 mərtəbəli şpalerdə məftilin çəkisi, kq 

700 

520 


47

42



4 mərtəbəli şpalerdə məftilin çəkisi, kq 

933 

693 


68

56



Lövbər daşına sərf edilən məftil, kq 

41 

30 


25 

23 


Baş dirəklər üçün qarmaq (3 mərtəbə),əd 

396 


300 

27



24

Baş dirəklər üçün qarmaq (4 mərtəbə),əd 



528 

400 


36

32



Lövbər daşının miqdarı,əd 

132 

100 


90 

80 


Orta dirəklər üçün qurşaq (3 mərtəbə),əd 

128


135


12

15 



11

80 


Orta dirəklər üçün qurşaq (4 mərtəbə),əd 

237


180


16

20 



14

40 


Tələb olunan sement 

 

 



 

 

Baş dirəklər üçün, kq 



720 

600 


54

48






300

 

 



Orta dirəklər üçün, kq 

297


225


20

25 



18

00 


 

Qeyd: diametri 2,4 mm məftilin 100 metri 3,54 kq-dır.  

Qrta dirəklərin qurşağına 0,5 m məftil sərf olunur. 

 

  




301

 

 



Üzümlüklərdə torpağın becərilməsi 

 

 Üzümlüklərə  qulluq  işləri  üzrə  tədbirlər  kompleksində  torpağın  becərilməsi 

birinci  dərəcəli  əhəmiyyətə  malikdir.Cavan  üzümlüklərdə  torpağın  becərilməsi 

bir sistem kimi yüksək səviyyədə aparılmazsa bitməyən tingləri miqdarı artacaq, 

bitənlərdə isə güclü yerüstü hissə gec formalaşacaq. 

Torpağın  becərilməsində  məqsəd  tənəyin  qidalanması  üçün  ən  yaxşı  şərait 

yaratmaqdır.  Torpağın  becərilməsilə  üzüm  bağlarında  olan  alaq  otları  məhv 

edilir,  torpaqda  rütubət  toplanır  və  qorunub  saxlanır,  havalanma  yaxşılaşır, 

torpaqdan  karbon  qazının  ayrılması  təmin  edilir,  faydalı  mikroorqanizmlərin 

həyat  fəaliyyəti  üçün  əlverişli  şərait  yaradılır,  bəzi  zərərvericilər  məhv  edilir, 

mineral, üzvi və yaşıl kübrələr torpağa basdırılır. 

Düzgün becərmə ilə torpağın qatlarında (rizosferada) ehtiyat  qida maddələri 

və  rütubət  toplanır.  Beləliklə,  torpağın  becərilməsi  torpağın  su  və  qida  rejimini 

yaxşılaşdıraraq  ,  daim  onun  münbit  olmasını  təmin  edir.  Mənsul  verən 

üzümlüklərdə  hər  il  becərmə  aparmadan  onların  vegetasiya  gücünü  yaxşı 

vəziyyətdə  saxlamaq  və  sabit  yüksək  məhsuldarlığı  təmin  etmək  mümkün 

deyildir. 

Üzümlükdə torpağın becərilməsi ilə aşağıdakılara nail olunur: 

Torpağın  lazım  olan  qatında  qida  maddələrinin  və  nəmlik  ehtiyatının 

yaradılması;  torpaqda  nəmliyin  qorunub  saxlanması;kök  sistemi  və  xeyirli 

bakteriyalar üçün hava rejiminin yaradılması; alaq otlarına qarşı mübarizə. 

Torpağın  becərilmə  sistemi  və  üsulları.  Becərmə  sistemi  mədəni  bitkilərin 

ikişafı  və  məhsul  verməsi  üçün  torpaqda  əlverişli  şərait  yaradılması  məqsədilə 

torpaq  becərən  maşın  və  alətlər  vasitəsilə  ona  təsir  göstərilməsi  üsullarının 

məcmuudur. 

Üzümlükdə  torpağın  becərilməsi  sistemi  onun  həmişə  qara  şum  altında 

saxlanmasına yönəldilməlidir. Üzümlükdə torpağın laydırsız kotanla şumlanması, 

çizelləmə və ketmənləmə bu qəbildəndir. 

Torpağın becərilməsi üsulları aşağıdakılardır: 

-layları çevirməklə torpağın dərin şumlanması 

-layları çevirməməklə torpağın dərin şumlanması. 

-layları çevirməməklə torpağın üzdən şumlanması (kultikasiya və toxalama): 

-torpağın səthi yumşaldılması (dırmıqlama və toxalama). 

-plantatajın  təzələnməsi  məqsədi  ilə  dövri  olaraq  torpağın  dərindən  yumşal-

dılması 

Plantajın  təzələnməsi  məqsədilə  dövri  olaraq  torpağın  dərindən 

yumşaldılması  bu  üsllar  içərisində  xüsusi  yer  tutur.  Üzümlüklərin  becərilməsi 

işində  digə  rüsullar  hər  il  bir  neçə  dəfə  təkrar  olunduğu  halda  plantajın 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə