Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə14/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   207

 

29 


Üzüm ailəsinin təsnifatı 

 

Son təsnifata görə üzüm bitkisi çox da böyük olmayan Vitaseae Juss-



üzümkimilər ailəsinə məncub olub 14 cinsi birləşdirir. Üzümçülükdən olan 

əvvəlki  dərsliklərdə  bu  cinslərin  550  və  600  növü  göstərildiyi  halda 

prof.K.V Smirnovun (1987) dərsliyində 968 göstərilir.  

Vitaseae  ailəsinin  öyrənilməsinin  üzümçülüyün  bir  çox  nəzəri  və 

təcrübi  məsələlərin,  xüsusilə  seleksiya  işlərində  yeni  sortların 

yaradılmasında,  mühitin  əlverişsiz  amillərinə  onların  davamlığının 

öyrənilməsində əhəmiyyət böyükdür. 

Üzüm  ailəsi  örtülü  toxumlu  bitkilər  tipinə-Maqnoliophyata 

(Angiospermae),  İkiləpəli  Maqnoliatae  (  Angiospermae)  sinfinə, 

Rhamudles Lindley sırasına daxildir və onlarla qohumluq əlaqəsi vardır. 

Vitaseae  ailəsinin  hərtərəfli  öyrənilməsinin  aşağıdakı  səbəbləri 

vardır: 1.təsərrüfat baxımından qiymətli əlamət və xüsusiyyətləri, məsələn, 

məhsuldarlıq,  şaxtaya  və  fillokseraya  davamlılıq,  irigiləlik,  duzlu 

torpaqlarda  yaxşı  bitmək  qabiliyyəti  və  s.özündə  birləşdirən  növ 

müxtəlifliklərinin  aşkar  edilməsi;  2.  Vitis  vinifera  üçün  əlverişli  almayan 

mühit  şəraitində  asanlıqla  bitən  və  məhsul  verən  növlərin  mədəni  şəkildə 

becəsilməsi;  3.Vitis  vinifera  növünə  məxsus  üzümlərin  kök  sistemi  üçün 

əlverişsiz mühitdə ( duzluluq, torpağın dərin qatlarının donması, quraqlıq, 

fillokseranın olması və s.). 

Prof.A.M.Neqrul göstərmişdir ki, üzümçiçəklilər fəsiləsinə daxil olan 

cinslərin  təsnifatı    nəinki  onların  morfoloji  əlamətlərin  və  bioloji 

xüsusiyyətlərinə, həm də digər göstəricilərinə, o cümlədən xromosomların 

sayına əsaslanır. O qeyd edir ki, ən qədim və ən çox polimorf hesab edilən 

Sissus  cinsində  xromosomların  sayı  2n=24-dür.  Bundan  başqa  onun 

22,26,28,32,48 və 60 xromosomu olan növləri vardır. Tetrasiqma növündə 

də  xromosomların  sayı  22  və  24  olduğundan  onlar bir-birinə  yaxın  hesab 

edilir. 

Əvvəlki mənbələrdə Vitaseae Juss ailəsinə daxil olan Leoidae Clark 

yarımailəsi  sistematiklərin  təklifinə  görə  yarımaləlikdən  çıxarılaraq 

müstəqil  Leeaceae  Dumortler  ailəsi  adlandırılmışdır.  Bu  ailənin  cins  və 

növləri  yabanı  halda  vadilərdə  və  dağ  yamaclarının  tropik,  subtropik  və 

mülayim iqlimli rayonlarında 52

0

 şimal en dairəsi və 43



0

  cənub en dairəsi 

arasında  rast  gəlinir.  Əksər  növlərində  zoğlar  yarpaq  qoltuğundakı 

tumurcuqdan çıxır, bəzilərində isə yoğunlaşmış yeraltı gövdədən çıxır. 




 

30 


Vetaseae  ailəsinə  daxil  olan  növlərin  hamısında  zoğların  4  tip 

budaqlanmasına  rast  gəlinir  (bu  ailənin  təkamül  dərəcəsini  göstərir): 

yarpaqları  düzülüşlü  monopodial;  yarpaqları  növbəli  iki  cərgəli 

monopodial;  yanında  çiçək  qrupu  olan  və  bığçıqsız  simpodial;  bığcıqlı 

simpodial. 

Sissus  cinsinin  bütün  növlərində  budaqlanmanın  4  tipinə  də  rast 

gəlinir.  Ampelopsis,  Rhoicissus  və  Ampelocissus  növlərində  üçüncü  və 

dördüncü budaqlanmalar, qalan növlərdə isə ancaq 4-cü budaqlanmadır. 

Bu növ bitkilər dayağa dolanaraq ona bərkiyir, bəziləri isə bığcığın 

uc  hissəsində  yerləşən  sorucu  çıxıntılar  vasitəsi  ilə  dayağa  bərkiyir,  canlı 

dayağı isə sorurlar. 

 

 



 

Vitaseae ailəsinə mənsub və ən çox praktiki əhəmiyyəti olan cinslərin 

qısa xarakterizəsi 

 

 

Cissus L - ən qədim, geniş əhatəli, 319 növü özündə birləşdirən hələ 

az  öyrənilən  cinsdir.  Asiya  Afrika,  Amerika  və  Avstraliyanın  tropik  və 

subtropik iqlimli zonalarında yayılmışdır.  

 

Kökümeyvəlilərə  məxsus  ətli  kökü  vardır.  Yarpaqlarında  böyük 



müxtəliflik  vardır.  Bu  müxtəliflik  onların  iriliyində,  kəsimliliyində  və 

formalarında  özünü  göstərir.Gilələri  xırda  və  iridir,  şərab  üçün  yararlı 

deyildir. Xromosomları sayı 2n=24, 26,28,36,40,48,50, 96 

Ampelocissus Planch- 90 növü vardır. Asiya və Afrikanın isti tropik 

rayonlarında  geniş  yayılıb,  Amerika  və  Avstraliyada  da  rast  gəlinir. 

Sarmaşan, yaxud dik duran koldur, şişman kökümeyvəli kök sistemi vardır. 

Ot tipli zoğları vardır, vegetasiya müddəti çox qısadır, təqribən 3 aydır. Hər 

il  yerüstü  hissə  yenidən  əmələ  gəlir.  Bəzi  növlərinin  giləsi  yeyiləndir, 

yüksək  şəkərlidir,  keyfiyyətinə  görə  Vitis  cinsindən  sonra  ikinci  yerdə 

durur. Kolları fillokseraya qarşı immun hesab edilir, ancaq digər cinslərlə 

çarpaz tozlanmır. Xromosomların sayı 2n=40,80 



Ampelopsis  Michx-  23  növü  vardır.  Asiya  və  Şimali  Amerikanın 

mülayim  isti  rayonlarında  yayılmışdır.  Sonralar  Tacikistanda,  Qərbi 

Pamirdə,  Primoryedə  aşkar  edilmişdir.  Güləşi  xırda  bir  qayda  olaraq  ağ, 

göy  və  narıncı  rənglidir,  yeyilən  deyildir.  Kolları  fillokseraya  davamlıdır, 

yaxşı  kök  atır,  ancaq  digər  növ  və  sortlarla  calaq  tutmur.  Bəzək 

bağçılığında istifadə olunur. Xromosomların sayı 2n=40 



Partenocissus  Planch-  19  növü  vardır.  Şimali  Amerikanın,  Cənubi 

və  Qırbi  Asiyanın  mülayım  isti  iqlimli  rayonlarında  bitir.  Buğumlarında 




 

31 


çoxlu miqdarda budaqlanan bığcıqları vardır. Gilələri xırda, qara rəngli və 

yeyilən  deyildir.  Oduncağı  ağ  rənglidir  və  -30

0

C  şaxtaya  tab  gətirir. 



Fillokseraya  tutulmur,  göbələk  xəstəliklərinə  qarşı  davamlıdır.  Başqa 

növlərlə  calaq tutmur. 

Xromosomların sayı 2n=40 

Tetrasiqma  Miq-  120  növü  vardır.  Asiya  və  Avstraliyanın  isti    və 

mülayim  iqlimi  zonalarında  rast  gəlinir.  Bığcıqları  budaqlanmayan  

sarmaşan liandır. Digər cinslərdən fərqli olaraq çiçək qrupu yarpağın qarşı 

tərəfində deyil, qoltuğunda yerləşir. Kolları ikievlidir, yəni  bir bitkidə öz-

özünü  tozlayan,  digərində  isə  erkək  tipli  çiçəkləri  olur.  Bəzi  növlərində 

gilələr  kifayət  qədər  iridir,  yeyiləndir.  Bu  cinsin  kolları  mədəni  halda 

becərilir. 

Xromosomların sayı 2n=22,44,52 

 

 

Vitis L. cinsinin botaniki xarakterizəsi 



Bu  cins  sarmaşan  çoxillik  ağac  bitkisidir(L.V.  Kolesnik  1964). 

Avropanın,  Amerikanın  və  Asiyanın  subtropik  və  mülayim  iqlimli 

zonalarında yayılmışdır. 

Zoğu  nazik,  uzun  və  üzərində  yarpaq,  çiçək  qrupu  və  bığcıqları 

saxlayır. Yarpaqlar növbəli yerləşir, yəni bığcığı olan hər iki buğumdan bir 

bığcığı  olmayan  buğum  yerləşir  (bığcığı  olan  buğumlar  generativ  buğum 

adlanır). Bu qayda ancaq V.Labruskada pozulur, onlar zoğun uzunu boyu 

fasiləsiz yerləşir. 

Çiçək  qrupları  xırda,  süpürgə  şəklində  yığılmış  vəziyyətdədir, 

çiçəkləri özü-özünü tozlayan və təkcinslidir. 

Vitis  cinsi  iki  yarım  cinsə  bolünür-  Muskadina  Planch  və  Euvitis 

Planch. 


Muskadinia  Planch  yarımcinsi  iki  subtropik  növə  V.Rotundifolia 

Michx  və  V.Munsoniana  slimps.  Bunların  xarakterik  əlaməti  odur  ki, 

bığcıqları  budaqlanmamış  olur.  Birillik  zoğların  səthi  mərciməklidir, 

buğumlarda  diafraqma  yoxdur;  toxumun  bel  tərəfindəki  xalazada  şirim 

yoxdur. Xromosom 2

n

= 40. 



Muskadinia  Planc  yarımcinsinin  növləri.  V.Rotundifoliya  Michx 

Şimali  Amerikanın  cənubunda  bitir.  Güclü  kolları,  filloksera  və  göbələk 

xəstəliklərinə davamlılığı ilə fərqlənir. Mədəni üzümlərlə pis calaq tutur və 

kökvermə  qabiliyyəti  çox  zəifdir.  Bu  baxımdan  ondan  calaqaltı  kimi 

istifadə  etmək  mümkün  deyil.  Torpaqda  əhəngə  davamlılığlı  pisdir.bu 

sahədə  çoxlu  tədqiqat  işləri  aparəlmasına  baxmayaraq  hələlik  bu  məsələ 

tam  həll  edilməmişdir.  əgər  bu  məsələ  müvəffəqiyyətlə  həll  edilərsə 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə