Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə140/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   207

302

 

 



təzələnməsi cərgəaşırı hər 4-5 ildən bir aparılır. 

Üzümlükdə  torpağın  becərilməsi  üsulları  işin  müəyyən  vaxtlarına 

uyğunlaşdırılmalıdır.  Bununla  bərabər  onlar  üzüm  bitkisinin  fazaları,  eləcə  də 

üzümlüyə qulluq üzrə digər işlərlə əlaqələndirilməlidir. 

Torpağın  becərilməsi  məsələləri  həll  edilərkən  üzümlüyün  aqrotexniki 

vəziyyəti  nəzərə  alınmalıdır.Traktor  və  aqreqatların  hərəkətindən  və  üzvi 

qalıqların torpaqda çatışmazlığı üzündən daimi olaraq torpaqda bərkimə gedir. Bu 

bərkiməni  tez-tez  aradan  qaldırmaq  mümkün  olmur.Torpaqbecərən  vasitələrin 

köməyi ilə torpaq yumşaldılır, o da yenə də vaxtında olmalıdır. 

Torpağın  becərilməsindəki  məqsədlər  aydınlaşdırılarkən  köklərin  yerləşdiyi 

torpaq qatını şərti olaraq üç təbəqəyə bölmək olar: 

a)yuxarı,  yaxud  müdafiə  qatında  demək  olar  ki,  kök  olmur.  Daimi  olaraq 

aparılan  becərmələr  bu  qatda  nəmlik,  istilik  və  hava  rejiminin  yaxşı  olmasını 

təmin edir. 

b)orta qatda bitkinin kök sisteminin əsas kütləsi yerləşir və qida və suyun əsas 

hissəsini verir. 

v)ehtiyat  qatda  köklər  azdır,  ancaq  onların  bir  qismi  dərinliklərə  gedir, 

gövdəyə möhkəmlik verir və əlverişsiz məqamlarda köklər, bütövlükdə isə bitki 

qorunub saxlanır. 

Üzüm bitkisi üçün ilk iki qatın becərilməsi vacibdir.Yuxarıdakı müdafiə qatı 

daim yumşaq və dənəvər olmalıdır ki, rütubəti asanlıqla qəbul edib aşağı qatıara 

ötürə bilsin. 

Axırıncı  suvarma  şırımları  məhsul  yığımından  qabaq  düzəldilməlidir.  Bu 

şırımlar  məhsul  yığımına  müəyyən  qədər  maneçilik  törədir.  Axırıncı  becərmə 

süfrə  üzümlərində  gilənin  üstündə  toz  əmələ  gətirir  ki,  bu  da  məhsulun  əmtəə 

görkəmini bir qədər dəyişir. 

Müxtəlif sahələrdə və ilin müxtəlif mövsümlərində torpağın fiziki xüsusiyyəti 

onun tipindən (mexaniki tərkibi ), plantaj şumunun aparılma vaxtından, torpağın 

əvvəllər yerinə yetirilmiş becərilmə üsllarından, hava şəraitindən və s.dən asılıdır. 

Torpağın  payız  qıĢ  becərilməsi.  Vegetasiyanın  sonuna  yaxınpayızda 

üzümlükdə  torpağın  üst  qatı  bərkiyir  və  ehtiyat  nəmlik  tükənməyə  başlayır.  Bu 

vəziyyətdə torpaq suyu pis keçirir, çox vaxt torpağın səthi ilə su axmağa başlayır. 

 Respublikamızın  əsas  üzümçülük  rayonlarında  payız-qış  ayları  çox  vaxt 

yağmurlu  keçir.  Buna  görə  də  payız-qış  yağmurları  torpaqda  ehtiyat  nəmlik 

toplanmasının əsas mənbəyidir. 

Yağış  sularının  torpağa  hopdurulub  onda  nəmlik  ehtiyatını  yaratmaq  üçün 

payız-qış ayları torpaq dərindən becərilməlidir. 

Üzümlükdə  cərgə  aralarının  şumlanmasında  PRVN-2,5  A‖Vinoqradar‖(və 

yaxud  PUN  1,7  kotanı)  istifadə  olunur.  PRVN-2,5  A,  T-54B,  T-74,  DT-75 




303

 

 



traktorlarına  qoşulur.Cərgə  aralarının  şumlanması  məhsul  verən  üzümlüklərdə 

20-25  sm,  quraq  rayonlarda  25-28  sm,  cavan  üzümlüklərdə  15-  20  sm 

dərinliyində olmalıdır 

Qışda  üzümlükləri  basdırılan  rayonlarda  cərgəaralarının  şumlanması  işi 

tənəklərin basdırılması ilə birləşdirilir. 

Dağ  yamaclarında  torpağın  becərilməsinə  erkən  başlanmalıdır  ki,  orada  tez 

başlayan yağış sularından səmərəli istifadə olunsun. 

Torpağın payız-qış becərilməsi üzümlükdə cərgə aralarının şumlanmasından, 

cərgələrdə  isə  bitki  arlarının  becərilməsindən  ibarət  olmaqla  əsas  məqsəd  yay 

ərzində  bərkimiş  müdafiə  təbəqəsini  yumşaltmaqdan  və  kübrələri  torpağa 

basdırmaqdan ibarətdir. Torpağın payız şumlanması onun münbitliyini artıran ən 

vacib işlərdən biridir. Yay ərzində cərgəaraları ilə traktor və aqreqatların çoxsaylı 

gedişi  nəticəsində  bərkimiş  və  strukturunu  itirmiş  üst  qat  çevrilməlidir.  Torpaq 

çevrilməklə  alt  strukturlu  hissə  üstə  çevrilir,  bu  isə  rütubətin  toplanmasını  və 

saxlanmasını,  torpağa  havanın  keçməsini  yaxşılaşdırır.  Bu  baxımdan  torpağın 

payızbecərilməsi gələn il yüksək məhsul alınmasını təmin edir. 

Payız  becərməsi  oktyabr  ayının  15-20-dən  başlanıb  dekabr  ayının 

ortalarınaqədər qurtarmalıdır. 

Vegetasiya  dövrü  ərzində  üzümlük  torpağında  əmələ  gələn  alaq  otları 

vaxtında  məhv  edilir.  Ancaq  məhsul  yetişməyə  başlayıb  yığılıb  qurtarana  qədər 

müəyyən miqdar alaq otları və yaxud onların cücərtiləri payız şumu ilə çevrilir. 

Payız –qış becərməsində göstərilənlərdən başqa aşağıdakılara da nail olunur. 

Calaqla  salınan  üzümlükdə  bəzi  fərqlilik  vardır.  Adi  üzümlükdən  fərqli  olaraq 

calaq  üzümlükdə  şumlananda  və  belləndikdə  kolun  calaq  yerini  torpaq  örtsə 

yaxşıdır.Bu örtük calaq yerini aşağı temperaturun mənfi təsirindən tam olmasa da 

bir qədər qoruyur. 

1.calaq  yeri  müəyyən  qədər  şaxtadan  qorunur.  Bu  məsələ  bizim  üzümlüklər 

üçün  heç  vaxt  müzakirə  obyekti  olmamışdır.  Əksər  üzümçülük  rayonlarında 

şaxtalar üzüm bitkisinə hər il təhlükə yaratmır. Əvvəla, bu təhlükə bir neçə ildən 

bir yaranır,ikincisi isə yadda saxlamaq lazımdır ki, üzüm kolunun calaq yeri digər 

hissələrinə nisbətən aşağı temperatura həssasdır; 

2.alaq otlarının və onların cücərtilərinin məhv edilməsi;  

3.bir çox xəstəliklərin sporlarının məhv edilməsi. 

Qışda  üzümlükləri  torpağa  basdırılan  yerlərdə  cərgə  aralarının  şumlanması 

tənəklərin  üstünün  örtülməsi  işi  ilə  birləşdirilir.Tənəkləri  ПРВН-2,5А  maşınına 

quraşdırılmış  ПРВМ-39000  və  ПРВМ-3  А-ya  quraşdırılmış  ПРВМ-12000 

qurğularından istifadə edilir. Bu maşınlar vasitəsi ilə tənəklər hər iki tərəfdən 20-

25  sm  hündürlükdə  örtülür.  Tənəyin  üstünün  torpaqla  örtülməsi  diqqətlə  təhlil 

edilməlidir.  Şaxtanın  dərəcəsindən  asılı  olaraq  tənəyin  üstünə  yığılan  torpağın 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə