Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə141/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   207

304

 

 



dərinliyi müəyyən edilir. 

L.Mozerə  görə  üzümlük  cəmi  iki  dəfə  -yazda  və  payızda  şumlanmalıdır. 

Payız  şumu  yaşıl  kübrəni  torpağa  qarışdırmaq  məqsədi  ilə  aparılır.Üzümlükdə, 

xüsusilə  dəmyə  üzümlükdə  aparılan  şumun  arxasınca  malalama  aparılmalıdır. 

Şumun  nahamarlığı  yağış  suyunu  yaxşı  saxlayır.  Hamar  şumda  yağış  suyu 

tezliklə şumun səthində sel əmələ gətirir.Cərgə arasında şum apararkən çalışmaq 

lazımdır ki, kotanın cərgəyə yaxın korpusunun izi açıq qalmasın. 

Köklərin  üstündən  torpaq  götürüldüyünə  görə  şaxta  vurma  təhlükəsi  arta 

bilər.Bundan  başqa  ,  korpusların  açdığı  şırım  açıq  qaldıqda  yağış  suları  axıb 

torpağı yuya bilər. 

Güclü  payız  yağışları  və  qış  qarı  üstü  torpaqla  basdırılmış  şırımlarda  həm 

torpağı yuyur, həm də torpaqdan qida maddələrini aparır.  

Üzümlükdə  torpağın  becərilməsi  müddətləri  ümumi  aqrotexniki  tədbirlərlə 

meteoroloji şəraitlə və torpağın nəmliyi ilə əlaqələndirilməlidir. 

Torpağın  strukturunun  saxlanması  və  görülən  işlərə  qənaətlə  vəsait 

xərclənməsi  məqsədi  ilə  iş  növlərinin  bir  qisminin  lüzumsuzluğuna  yol 

verilməlidir.  Traktorların  artiq  gedişlərinə  yol  verilməməlidir.  Plantajların 

təzələnməsi , torpağın dərin yumşaldılması, kübrələrin verilməsi və s. kimi işləri 

birləşdirmək  mümkündür.  Cərgə  aralarında  becərmələrin  sayını  azaltmaq 

məqsədi  ilə  üzümlüyə  sideratlar  və  yaxud  herbisidlər  verilməlidir.  Üzümlükdə 

torpagın  saxlanması  və  onun  becərilməsinin  hər  tədbiri  regional  xarakter 

daşımaqla ekoloji və təsərrüfat şəraiti ilə əlaqənin elmi əsası olmalıdır. 

Qışda  üzümlükləri  basdırılmayan  rayonlarda  cərgə  aralarında  torpagın 

torpagın  saxlanmasının çox saylı üsulları mövcuddur. Bu üsulların çoxu ekoloji 

şərait və nəmliklə təmin olunma ilə bağlıdır.Bunlarla yanaşı təsərrüfatın özünün 

bu işlərə ehtiyacı və səriştəli münasibəti lazımdır. Suvarma suyuna ehtiyacı olan 

eyni  zamanda  heyvandarlıq  üçün  yem  ehtiyatı  tələb  olunan  yerlərdə  payızda 

üzümlüyə  payızlıq  bitkilərin  toxumu  səpilir.  Ot  bitkilərinin  optimal  səpin  vaxtı 

avqustun axırlarından sentyabrın axırlarına olan dövrdür. 

1 ha üzümlük üçün 4 kq qırtıl və 0,2 kq sürünən üç  yarpaq  yonca toxumu , 

420 kq kompost, bataqlıq torpağı və yaxud torf ovuntusu (hansından olsa) yaxşıca 

qarışdırılır  və  nəmləndirilir  (isladılır).  İslatmaq  üçün  çox  su  lazım  deyil.  Əl  ilə 

qarışdırıldıqda  toxum  ələ  azca  yapışmalıdır.  Toxum  səpilməzdən  əvvəl  cərgə 

araları torpaq yenidən hamarlanmalıdır. Toxumun üstündə cəmi 5-10 mm torpaq 

qatı olmalıdır. İlk yüngül yağışda torf yaxşı nəmlənir, elə bu nəmlik də toxumun 

cücərməsinə kifayət etdiyinə görə əlavə suvarma tələb olunmur. 

Qeyd  edildiyi  kimi  üzümlüyə  ot  toxumlarının  səpilməsinin  bir  məqsədi  də 

heyvandarlıq üçn yem bazasının yaradılmasıdır. 

Üzüm cərgəsində kolun  altında zolaq şəklində 50 sm enində ot səpininin nə 



305

 

 



dərəcədə  xeyirli  və  yaxud  ziyanlı  olması  hələ  də  mübahisəli  məsələ  kimi 

qalmaqdadır. Ancaq Avstriya üzümçüsü L.Mozer yazır ki, bu məsələ üzrə uzun 

illər  əldə  etdiyimiz  təcrübələr  göstərmişdir  ki,  cərgədə  yuxarıda  göstərilən  endə 

çəmən  düzəldilməsinin  üzüm  bitkisinə  heç  bir  ziyanı  yoxdur  və  bəzən  bunun 

əksinə  mənzərənin  şahidi  oluruq.  Kolun  ətrafı  çəmən  olduqda  yağışlı  illərdə 

kolun  xloroza  tutulması  halları  azalır.Çəmən  zolağı  torpağın  havalanmasını 

yaxşılaşdırır, yağış soxulcanının artmasını təmin edir. Çəmən olmayan cərgələrdə 

və yaxud üzümlükdə yağış soxulcanı kübrələr və becərmə alətləri ilə məhv edilir. 

Çəmən  torpağı  yuyulmaqdan  qoruyur,  su  axımının  qarşısını  alır,  sıx  ot  qatı 

tənəyin calaq yerini şaxtadan qoruyur. 

Respublika  üzümlüklərində  torpağı  xüsusi  çəmən  səpmədən  qısa  boylu 

alaqları  və  otları  çəmən  kimi  saxlamaq  mümkündür,  bu  şərtlə  kl,  onların  çox 

uzanmasına imkan verilməsin və vaxtında biçilsin. Biçilən otu tədarük də etmək 

olar, mulça kimi də saxlamaq olar.Bu məsələ süfrə üzümçülüyündə daha böyük 

əhəmiyyət kəsb edir. 

Dünya  üzümçülüyündə  belə  praktika  mövcuddur.  Üzümlük  torpağı  çəmən 

altında saxlandıqda üzümün gilələri daha yaxşı rəng alır.Çəmənin yaratdığı ultra -

bənövşəyi  şüalar  fonu  süfrə  üzümünün  bütün  keyfiyyət  göstəricilərini 

yaxşılaşdırır. 

Torpaq  yorulmasının  əsas  səbəbini  L.Mozer  monokulturada  görür.  O,  qeyd 

edir ki, uzun müddət üzümlük altında yenidən üzüm əkdikdə həmin torpaqda 15-

ci ildən etibarən yorulma müşahidə edilir. 

Ancaq üzüm olmayan yerə əkilən üzümlük torpağı 30 ildən sonra yorulmağa 

başlayır.  Sıx  və  seyrək  əkinlərdə  də  buna  oxşar  mənzərə  olunur.  Sıx  əkinlərdə 

torpaq tez, seyrək əkinlərdə gec yorulur. L.Mozer üzümlükdə torpaq yorulmasını 

cərgə aralarına bir neçə il müxtəlif ot bitkilərinin əkilməsini məsləhət görür. 



Plantajın  təzələnməsi  işi  əsasən  yaşlı  üzümlüklərdə  aparılır.  Meteoroloji 

amillərin  təsirindən,  daimi  olaraq  adamların,  traktor  və  aqreqatların  gedib-

gəlməsindən,  eləcə  də  torpağın  öz  ağırlığından  o  çökür  və  sıxlaşır.  Bunun 

nəticəsində də rütubətin və havanın torpağın dərin qatlarına keçməsi çətinləşir və 

köklərin inkişafı üçün şərait pisləşir. Torpağın bərkiməsi müasir üzümçülüyün ən 

xoşagəlməz  və  əlavə  problemlərindəndir.  Bunların  əmələ  gəlməsinin  bir  çox 

səbəbləri vardır. 

1.Traktor və aqreqatların cərgədə bir xətlə hərəkəti

2.Torpağa peyin və üzvi qalığın kifayət qədər verilməməsi

3.Yer  quruluşu  işlərində  çox  güclü  və  çox  ağır  traktor  və  buldozerlərdən 

istifadə edilməsi. 

Göstərilən  axırıncı  səbəbə  görə  cavan  üzümlüklərin  ilk  illərində  kolların  bir 

qismi  məhv  olur.  Torpağın  alt  təbəqəsinin  yumşaldılması  hesabına  son  illərdə 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə