Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə142/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   207

306

 

 



bərkimə  ilə  mübarizədə  bir  çox  irəlləyişlərə  nail  olunmuşdur.  Ancaq  bu 

problemin həllində əlavə tədbirlərin də görülmsi lazım gəlir: 

1.Azot, fosfor, kalium və əhəngin lazımi qata verilməsi

2.Torpaq becərmənin son imkanlarından istifadə edilməsi

3.Torpağa yumşaldıcı maddələrin veriməsi 

 Torpaq  yumşaldılmasının  professionallıqla  aparılması  üçün  torpaq  quru 

olmalıdır. Bu işlər yaş torpaqda aparıldıqda torpağın həcmi şişmir. Bu baxımdan 

dövri olaraq cərgə arasında torpaq layı çevrilmədən dərin şum aparılmalıdır. Bu 

tədbirlər  torpağın  bərkimiş  təbəqəsini  yumşaldır,  yağış  sularının  torpağa 

keçməsini yaxşılaşdırır, səki və yamaclarda torpaq eroziyasının qarşısını alır.  

 Qeyd 

etmək  lazımdır  ki,  cərgə  aralarında  torpağın  dərindən 



yumşaldılmasında  (layları  çevirmədən)  köklərin  bir  qismi  kəsilir  ki,  bu  da 

sonralar müsbət nəticələr verir. Belə ki, ucu kəsilmiº köklər daha çox şaxələnir və 

xırda  kökcüklərin  miqdarı  artır.  Adətən  plantajın  təzələnməsi  işi  gübrələrin 

verilməsi ilə birləşdirilir. 

Layları  çevirməklə  torpağın  dərindən  yumşaldılması  ПРВН-2,5А 

(vinoqradar) maşınına ПРВН-53 markalı dərin yumşaldıcı quraşdırmaqla aparılır. 

Cərgənin ortası 50-55 sm, kənarları 25-35 sm dərinliyində yumşaldılır. Katarovka 

hər  il  aparılan  üzümlüklərdə  yan  yumşaldıcılar  35  sm-ə  qədər  dərinlikdə 

yumşaltma işi apara bilər. Plantajın təzələnməsi düzən yerlərdə hər 6-7 ildən bir, 

yamaclarda isə 4-5 ildən bir aparılmalıdır, çünki yamacda torpaq tez yatır. 

 Plantajın  birinci  dəfə  təzələnməsi  cərgədən  50-60  sm,  ikinci  və  sonrakı 

təzələnmələr  70-80  sm  aralıda  aparılmalıdır.  Cərgə  arası  2,5  m-ə  qədər  olan 

üzümlüklərdə  plantaj  cərgə  aşırı,  cərgə  arası  daha  çox  olduqda  isə  hər  cərgədə 

aparılmalıdır.  .  Cərgə  arası  2,5  m-ə  qədər  olduqda  və  bu  iş  hər  cərgədə 

aparıldıqda köklər çox kəsildiyindən həmin il kol zəifləyə bilər. 

 Plantajın  təzələnməsi  ilə  eyni  vaxtda  torpağa  120  kq  azot,  120  kq  fosfor  və 

100  kq  kalium  (təsiredici  maddə  hesabı  ilə)  verilməlidir.  Son  vaxtlar 

yumşaldıcının dayağına xüsusi bıçaq bərkidilir ki, köklər dartılıb qoparılmnasın, 

ancaq kəsilsin. Bu halda daha çox regenrasiya qabiliyyəti əmələ gəlir. 

 Plantajın  təzələnməsində  dərin  yumşaldıcı  PH-80  B,  yaxud  ПРВН-2,5 

kotanından istifadə edilir. Bu maşınların məhsuldarlığı gündə 4 hektara qədərdir. 

Belə yumşaldılmada torpağın havalanması, nəmliyin sızması yaxşılaşdığına görə 

xeyirli mikroorqanizmlərin də fəaliyyəti yaxşılaşır. Beləliklə torpağın münbitliyi 

artır.  Yumşaldıcı  tərəfindən  kəsilən  köklər  çoxlu  miqdarda  yan  köklər  verir  ki, 

bunlarda bitkinin qidalanmasını yaxşılaşdırır. 

 Dərin  yumşaltma  üzrə  təcrübələr  bu  aqrotexniki  tədbirin  tətbiqi  nəticəsində 

kolun  böyüməsi  güclənir  və  məhsuldarlıq  artır.  Cərgə  aralarının  dərin 

yumşaldılması işi əsasən payızda aparılmalıdır, bu mümkün olmadıqda ilk yazda 




307

 

 



da aparıla bilər.  

 K.V.Simirnov  yazır  ki,  Krım  Kənd  Təsərrüfatı  İnstitunda  üzümçülük 

kafedrasının  təklifinə  görə  plantajın  təzələnməsi  əsasən  kök  sisteminin 

formalaşdırılması məqsədilə aparılır. Kafedranın təklif etdiyi kimi üzümlüyün elə 

birinci ilindən etibarən plantaj təzələnməlidir.  

 Torpağın  yaz-yay  becərmələri  ilk  yazda  tumurcuğun  açılmasından  bir 

qədər əvvəl başlanır və bu işlərin bir qismi lazım gəldikcə təkrar olunur. 

 Payız-qış  becərmələrində  əsas  məqsəd  torpaqda  nəmliyi  toplamaq,  yaz-yay 

becərmələrində  isə  toplanmış  nəmliyi  qoruyub  saxlamaqdan  ibarətdir.  Bu  iş 

suvarılmayan  üzümlükdə  daha  böyük  əhəmiyyət  kəsb  edir.  Yaza  yaxın  torpaq 

nəmliyinin  maksimum  ehtiyatı  yaranmış  olur.  Havalar  qızdıqca  və  gilələrin 

yetişməsinə  yaxın  torpaqda  nəmlik  tükənməyə  doğru  gedir.  Payızda  dərin 

yumşaldılan  şum  yaya  doğru  yapıxıb  bərkiyir.  Bu  da  torpaqdan  su 

buxarlanmasını sürətləndirir. 

 Torpağın yumşaldılmış üst qatı mulça-örtük rolunu oynayır və alt qatlarından 

suyun buxarlanmasının qarşısını alır.  

 Yaz-yay  aylarında  aparılan  becərmələr  torpağı  strukturlu  vəziyyətdə 

saxlamalı,  bərkiməkdən  və  qaysaq  bağlamaqdan  qorunmalıdır.  Torpağın  üst 

qatının  yaz-yay  dövründə  yumşaq  saxlanması  kök  yerləşən  zonada  hava 

mübadiləsini 

yaxşılaşdırmaqla 

torpaq 


bakteriyalarının 

fəaliyyətinin 

intensivləşməsinə də kömək edir. Bütün bu proseslər kultivasiya və ketmənləmə 

ilə  həyata  keçirilir.  Birinci  kultivasiyanın  aparılması  vaxtından  çox  şey  asılıdır. 

Belə  ki,  birinci  kultivasiya  torpağın  səthi  tam  quruyanda  yox,  təpiyində  (ələ 

alanda  torpaq  dağılmalıdır)  aparılmalıdır.  Torpağın  səthi  palçıq  olarkən  və  çox 

quruyarkən  aparılan  kultivasiya  yaxşı  nəticə  vermir.  Birinci  kultivasiya 

sonrakılardan  dərin  olmalıdır  və  tumurcuqlar  şişənə  qədər  aparılmalıdır.  Ağır 

torpaqlarda  kultivasiya  bir  qədər  dərin  (20  sm)  aparılmalıdır.  Bu  kultivasiya 

kultivatorla  yox,  laydırsız  kotanla  aparılsa  daha  yaxşıdır.  Cərgələrdə  isə  həmin 

dərinlikdə ketmənlə aparıla bilər. ketmənlə mümkün olmadıqda bellənməlidir. 

 Əgər  birinci  kultivasiyaya  qədər  torpağın  səthi  kəltənli  olarsa,  onda  çizelin 

işçi  orqanlarından  istifadə  edilə  bilər.  Çizelləmədən  sonra  kəltənlər  əzilir  və 

torpağın  səthi  hamarlanır.  Bir  qayda  olaraq  kultivasiya  işi  suvarmadan  və 

yağışdan sonra aparılmalıdır. 

 Quraq illərdə sudan və yağışdan sonra tezliklə torpağın səthində çatlar əmələ 

gəlir, bu çatlar tezliklə kultivasiya ilə sındırılmalıdır. 

 Yaz-yay  becərmələrində alaq otları ilə mübarizə  təxirəsalınmaz tədbirlərdən 

hesab  edilir.  Alaq  otları  torpağın  hər  hektarından  600-800  ton  su  buxarlandırır, 

eyni zamanda çoxlu miqdarda da qida maddələri çıxarır. Alaq otları alçaq ştamblı 

üzümlüklərdə  salxımları  kölgələndirir,  torpağın  isinməsini  çətinləşdirir,  göbələk 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə