Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə144/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   207

310

 

 



-su ehtiyatını azaltması; 

-xəstəliklər üçün əlverişli şərait yaratması; 

-torpağın becərilməsində çətinlik törətməsi. 

Bu göstərilənlər arasında keçid şərtlər də vardır.Məs; yağışlı illərdə yaxşı olar 

ki, alaq otları torpaqdan çoxlu miqdarda su alsın və yaxud üzüm bitkisinin güclü 

rəqabətçisidir.Alaq  otları  kölgəlik  yaratmaqla  və  üzümlükdə  havalanmanı 

pisləşdirərək xəstəlik və zərərvericilər üçün əlverişli şərait yaradır. 

Üzümlük  üçün  xüsusi  və  uyğunlaşan  alaq  otları  yoxdur.Üzümlüklərdə  rast 

gəlinən  alaq  otları  ümumən  tarlaçılığa  məlum  alaq  otları  növləridir.Onların 

üzümlükdə rast gəlinən növləri torpağın tipindən, iqlim və becərmə sistemindən 

asılı olaraq dəyişir.  

Alaq otları ilə mübarizədə onların biologiyasını öyrənmək çətindir.  

Dərin  kök  atan  çoxillik  alaq  otları  çox  təhlükəlidir.  Prof.  K.V.  Smirnovun 

yazdığına görə orta səviyyəli alaqlanmada alaq otları bir hektardan 42 kq fosfor 

və  kalium,  yüksək  səviyyəli  alaq  otları  olan  sahədən  186  kq  qida  maddələri 

çıxarır.  Üzümlüyün  alaqlıq  dərəcəsi  ilə  onun  məhsuldarlığının  birbaşa  asılılığı 

hallarına tez-tez rast gəlinir. Məs;1m

sahədə 200-300 kalıs zoğu olan üzümlükdə 



məhsuldarlıq  2-3  tondan  artıq  olmamışdır.  Alaq  otlarının  təsirindən  dünya 

meyvəçiliyi  19,4  milyard,  üzümçülüyü  isə  3,15  milyard  məbləğində  dollar  itki 

vermişdir.  Bu  baxımdan  üzümlüklərdə  alaq  otlarına  qarşı  mübarizə  həmişə 

aktualdır.Belə  tədbirlər  sənaye  üzümçülüyü  texnologiyasının  ayrılmaz  tərkib 

hissəsidir.  Hər  bir  təsərrüfatda  dominantlıq  təşkil  edən  alaq  otları  göstərilməklə 

onların  növ  tərkibinə  müvafiq  konkret  mübarizə  tədbirləri  işlənməlidir.  Alaq 

otları ilə mübarizədə kompleks tədbirlər: aqrotexniki, kimyəvi və başqa tədbirləri 

özündə birləşdirir. 



Alaq  otları  ilə  mexaniki  mübarizəyə  torpağın  becərilməsi  daxildir.Əi  ilə 

ketmənləmə,  şum,  kultivasiya  torpağın  və  alaq  otlarının  kəsilməsi  və  yandırma. 

Ketmənləmə uzun müddət üzümçünün simvolu olmuşdur.Hazırda ketmənə böyük 

ehtiyac  yoxdur,  üzümlükdə  yalnız  kolların  altındakı  zolağı  becərmək 

olur.Üzümlükdə alağa qarşı ketməndən istifadə olunsa belə çox baha başa gələr. 

 Alağa  qarşı  şumlama  o  vaxt  istifadə  olunur  ki,  orada  kultivatorun  və  yaxud 

fırlanaraq  kəsən  (freza)  aqreqatın  işi  fayda  vermir.  Fırlanmaqla  kəsib  doğrayan 

(freza) aqreqat bir gedişdə onları tamamilə məhv edə bilmir. Bu səbəbdən həmin 

aqreqat iki gediş etməlidir. 

 Üzümlükdə  alaq  otlarına  qarşı  mübarizədə  becərən  aqreqata  od  saçan 

(oqnemyot) aparat quraşdırılır. ABŞ-da üzümlükdə alaq otlarına qarşı mübarizədə 

yağ emulsiyasından istifadə edilmişdir. 

 Yüngül  yağ  emulsiyası.  Yağ  emulsiyası  aromatik  birləşmələr  və  digər 

qarışıqlar əlavə edilmiş dizel yanacağı tipində yüngül yağlardır. Bu yağlar üzüm 




311

 

 



bitkisinə ziyan vermir. Bu maddənin zəhərli tərəfi onun tərkibindəki qarışıqlardan 

asılıdır.  Bu  yağın  su  emulsiyası  birillik  alaqlara  qarşı  işlədildikdə  daha  effektli 

olur. Emulsiyanın aşağdakı qarışığı məsləhət bilinir. 380 l su + 38-57 l aromatik 

yağ + 0,95 l 55%-li dinitrobutilfenol. Bu qarışıqdan hektara 470 l çilənir. Qarışıq 

çilənən zolağın eni 45-60 sm götürülür. Məhlul 3,5-5,3 atmosfer təzyiqlə 3 dəfə 

çilənir. 

 Alaq  otlarına  qarşı  kimyəvi  mübarizə  hazırda  geniş  yayılmışdır.  Digər 

tədbirlər  kimi  bu  mərkəzi  dövlət  təşkilatının  diqqətindədir.  Bu  istiqamətdə 

çoxsaylı ədəbiyyat mənbələrində bir çox herbisidlərin adı çəkilir. 

 XX əsrin ortalarından etibarən müxtəlif ölkələrdə əkinçilikdə yeni istiqamət- 

torpağın becərilməsinin azaldılması meydana gəlmişdir. Bununla əlaqədar olaraq 

torpağın  ―minimal‖  və  ―sıfır‖  becərilməsi  üsulları  yayılmağa  başlamışdır. 

Torpağın minimal becərmə üsulu aqrotexniki tədbir kimi qiymətləndirilir, traktor 

və  aqreqatların  üzümlükdə  hərəkətinin  azaldılmasına  əsaslanır.  Bu  üsulda 

torpağın becərilməsi minimuma endirilir. Torpağın ―sıfır‖ becərilməsi üsulu eyni 

zamanda  torpağın  kimyəvi  becərilməsi  adlanır.  Bu  üsulda  alaq  otlarına  qarşı 

mübarizədə  yüksək  səmərə  verən  herbisidlərin  tətbiqi  ilə  mexaniki  becərmələr 

tamamilə  ixtisara  düşür.  ―Sıfır‖  becərmə  kimyəvi  üsulla  şum  edilməsi,  yaxud 

―şumsuz‖  əkinçilik  adlanır.  Yeni  istiqamətin  tərəfdarları  ona  istinad  edirlər  ki, 

texniki  becərmədə  torpağın  fiziki  halı  dəyişir,  quruluşu  pozulur,  su  və  torpaq 

eroziyası üçün əlverişli şərait yaranır.  

 Herbisidlərin  üzüm  bitkisinə  zərərsiz  optimal  təsiri  üçün  onlar  torpağın 

müəyyən dərinliyinə getməlidir. Dərinliyə getməsi üçün herbisidlərin adsorbsiya 

etmə dərəcəsi, torpağın gillicə və çürüntülü hissəcikləri ilə əlaqəsi və onların suda 

həll  olma  dərəcəsindən  asılıdır.  Bu  xüsusiyyətlərdən  asılı  olaraq  onlar  torpağa 

daxil  ola  bilir  və  alaq  otlarını  məhv  edə  bilir.  Kök  sisteminə  qədər  gedən 

herbisidlər kolu da zədələyə bilər. ona görə də üzümlükdə tətbiq edilən güclü həll 

olunan və dərinə gedən peraparatların tətbiqi istisna olmalıdır. Belə preparatlara 

atrazin aiddir. 

 Kontakt  preparatların hamısı  kolun  yaşıl orqanlarını zədələyir. Herbisidlərin 

bitkiyə  təsiri  tənəffüs  və  assimilyasiya,  hüceyrələrin  bölünməsi  proseslərini  və 

boy  maddələrinin  balansını  pozmaqda  üzrə  çıxır.  Herbisidlərin  torpaqda 

dayanıqlığı onların təsiretmə müddətindən asılıdır. 

 Ilk dəfə 1901-ci ildə fransız alimi Bonne mis-sulfat duzunu üzüm xəstəliyinə 

qarşı  istifadə  etdikdə  bu  duzun  bəzi  alaqları  məhv  etmək  xüsusiyyətinə  malik 

olduğunu  aşkar  etmişdir.  Fransız  və  İtalyan  alimləri  monuron,  diuron,  atrazin, 

dalopon,  aminotriozol,  dikvat,  qramokson  və  başqa  herbisidlərin  heç  biri 

üzümlükdə  alaq  otlarına  qarşı  mübarizə  məsələsini  tam  həll  edə  bilmədiyindən 

onların qarışığından istifadə edilməsini məsləhət görürlər. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə